Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2425/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdehlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə və Bakı şəhəri Nəriman Nərimanov adına ** nömrəli tam orta ümumtəhsil məktəbinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb olunmaqla) "işə bərpa və sair" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı cavabdehlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə və Bakı şəhəri Nəriman Nərimanov adına ** nömrəli tam orta ümumtəhsil məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ## ######## 2025-ci il tarixli, OU**********/e saylı əmrinin ləğv edilməsi, öz vəzifəsinə bərpa olunmağı, işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə kimi orta aylıq əmək haqqımın hesablanıb ona ödənilməsi, 2.500 manat vəkil xərci, 60 manat mediasiya ödənişinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Bakı şəhəri Nəriman Nərimanov adına ** nömrəli tam orta ümumtəhsil məktəbi tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli, OU**********/e saylı əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı əvvəlki işinə (vəzifəsinə)-Bakı şəhəri Nəriman Nərimanov adına ** nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi rəhbər vəzifəsinə bərpa olunması, işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqının iddiaçı Allahverdiyeva Aidə Oqtay qızına ödənilməsi, cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsindən mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı Oqtay qızının xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 15.4-cü maddəsinə əsasən məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. 364.2-ci maddəsinin tələblərinə əməl edilmədən apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi apellyasiya şikayətinin məzmunundan görünür ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə ## #### 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırılmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplayan Bakı şəhəri Nəriman Nərimanov adına ** nömrəli tam orta ümumtəhsil məktəbin riyaziyyat müəllimi İddiaçı keçid balını toplayaraq müsahibə mərhələsinə buraxılmışdır, lakin təkrar sertifikatlaşdırma imtahanının müsahibə mərhələsində iştirak etməmiş və bununla da imtahandan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi məktəbin ##.##.2025-ci il tarixli, OU2500500179\e nömrəli əmri ilə ləğv edilmişdir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə keçirilmiş təkrar sertifikatlaşdırılmanın müsahibə mərhələsində iştirak etmədiyinə görə İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmişdir yəni peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəriman Nərimanov rayonu ** nömrəli tam orta ümumtəhsil məktəbinin ## ######## 2025-ci il tarixli, OU**********/e saylı əmrindən görünür ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yarartılığının yoxlanılması məqsədilə ## #### 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın müsahıbə mərhələsində iştirak etmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilən Bakı şəhəri Nəriman Nərimanov adına ** nömrəli tam orta ümumtəhsil məktəbinin Riyaziyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən ## ######## 2025-ci il tarixdən ləğv edilmişdir. Hazırda iddaçı cavabdeh Bakı şəhəri Nəriman Nərimanov adına ** nömrəli tam orta ümumtəhsil məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı” barədə iddia tələbi ilə müraciət etmişdir. Göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı Bakı şəhəri Nəriman Nərimanov adına ** nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi rəhbər vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə əmək haqqının hesablanması və ödənilməsi qət olunmuşdur. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, hazırki işdə mübahisə iddiaçı İddiaçı ilə Bakı şəhəri Nəriman Nərimanov adına ** nömrəli tam orta ümumtəhsil məktəbi arasındadır. İddiaçıya münasibətdə işəgötürən məhz Bakı şəhəri Nəriman Nərimanov adına ** nömrəli tam orta ümumtəhsil məktəbidir. Eyni zamanda işdən çıxarma barədə əmri də məktəb tərəfindən verilmişdir. Hazırda cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin mübahisələndirdiyi qətnamənin onun hüquq və vəzifələrinə toxunması müəyyən edilməmiş və o, qətnamədən şikayət vermək hüququna malik olan şəxs olmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə cavabdeh Bakı şəhəri Nəriman Nərimanov adına ** nömrəli tam orta ümumtəhsil məktəbinin maraqlarına toxunduğundan, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilə bilərdi. İşə baxılarkən məhkəmə kollegiyası belə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi apellyasiya şikayəti ilə müraciət edərkən qətnamənin sonuncunun hansı maraqlarına (hüquq və vəzifələrinə) toxunub-toxunmaması nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2-ci maddəsinə görə, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. İş materiallarından isə görünür ki, birinci instansiya məhkəməsi qətnamənin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin hüquq və vəzifələrinə toxunmasını yoxlamadan və toxunduğu halda sonuncunun müraciəti əsasında bunun nəticəsinə dair qərardad qəbul etmədən apellyasiya şikayətini baxılması üçün birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki iş verilmiş apellyasiya şikayətinə münasibətdə mülki prosessual məcəllənin tələblərinə uyğun müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 263-264, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayəti üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əməl edilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2425/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2425/2026
12.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver