Məhkəmə qərarları › İş №e-2(3-6)-2427/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2427/2026

22.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № e-2(3-6)-2427/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr X2 (sәdrlik edәn vә mәruzәçi), Babayev Fuad Fikrәt oğlu vә X1 ibarәt tәrkibdә, İddiaçı Axundov İsfәndiyar Mәhәmmәd oğlunun cavabdehlәr Lәğv prosesindә olan cavabdeh1 ASC vә Əmanәtlәrin Sığortalanması Fonduna qarşı (Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs müstәqil tәlәblәr irәli sürmәyәn üçüncü şәxs qismindә cәlb edilmәklә) "müәyyәn hәrәkәtlәrin edilmәsi öhdәliyinin cavabdehlәrin üzәrinә qoyulması" tәlәbinә dair mülki iş üzrә çıxarılmış Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadından iddiaçı Axundov İsfәndiyar Mәhәmmәd oğlu tәrәfindәn verilmiş şikayәtә Bakı Apellyasiya Mәhkәmәsinin binasında, yazılı icraat qaydasında baxaraq, mәhkәmә kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Axundov İsfәndiyar Mәhәmmәd oğlu cavabdehlәr Lәğv prosesindә olan cavabdeh1 ASC vә Əmanәtlәrin Sığortalanması Fonduna qarşı iddia әrizәsi ilә Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinә müraciәt edәrәk, kredit borcunun olmaması barәdә mәlumatın mәrkәzlәşdirilmiş kredit reyestrinә daxil edilmәsi, borc barәdә mәlumatın kredit reyestrindәn silinmәsi vә ünvan 1 ünvanında olan 0,01753 ha torpaq sahәsindә yerlәşәn 430 kv.m. fәrdi yaşayış evinin vә ünvan 2 ünvanında 0,02044 ha torpaq sahәsindә yerlәşәn 437,3 kv.m. fәrdi yaşayış evinin ipotekadan azad edilmәsi vәzifәsinin cavabdehlәrin üzәrinә qoyulması barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadı ilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Kommersiya Kollegiyasının icraatında olan iddiaçı Azәrbaycan Respublikası Mәrkәzi Bankının cavabdehlәr “xxxx” MMC-yә vә Axundov İsfәndiyar Mәhәmmәd oğluna qarşı (mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs qismindә lәğv prosesindә olan cavabdeh1 ASC-nin lәğvedicisi Əmanәtlәrin Sığortalanması Fondu cәlb edilmәklә) “tutmanın ipoteka predmetinә yönәldilmәsi vә әmlakın boşaldılması“ tәlәbinә dair iş üzrә Bakı Apellyasiya Mәhkәmәsinin Kommersiya Kollegiyasının *-*(***)-****/**** saylı qәtnamәsindәn cavabdeh “xxxx” MMC vә Axundov İsfәndiyar Mәhәmmәd oğlu tәrәfindәn verilmiş kassasiya şikayәti üzrә çıxarılacaq mәhkәmә aktı qanuni qüvvәyә minәnәdәk hazırda Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin icraatında olan iddiaçı Axundov İsfәndiyar Mәhәmmәd oğlunun cavabdehlәr Lәğv prosesindә olan cavabdeh1 ASC vә Əmanәtlәrin Sığortalanması Fonduna qarşı (Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs müstәqil tәlәblәr irәli sürmәyәn üçüncü şәxs qismindә işә cәlb edilmәklә) "müәyyәn hәrәkәtlәrin edilmәsi öhdәliyinin cavabdehlәrin üzәrinә qoyulması" tәlәbinә dair e-*(***)- ****/**** saylı mülki iş üzrә icraat dayandırılmışdır. Hәmin qәrardaddan iddiaçı Axundov İsfәndiyar Mәhәmmәd oğlu şikayәt verәrәk, qәrardadın lәğv edilmәsini xahiş etmişdir. İddiaçı Axundov İsfәndiyar Mәhәmmәd oğlu şikayәti onunla әsaslandırmışdır ki, iş üzrә tәrәflәrin kimliyini dәqiqlәşdirdikdә dә hәr iki işdә eyni tәrәflәr olmadığı aydın olmuşdur. Belә ki, birinci iş üzrә iddiaçı Azәrbaycan Respublikası Mәrkәzi Bankının cavabdeh Axundov İsfәndiyar Mәhәmmәd oğluna qarşı tutmanın ipoteka predmetinә yönәldilmәsi vә әmlakın boşaldılması tәlәbi olmuş, ikinci işdә isә iddiaçı Axundov İsfәndiyar Mәhәmmәd oğlunun cavabdehlәr Lәğv prosesindә olan cavabdeh1 ASC vә Əmanәtlәrin Sığortalanması Fonduna qarşı müәyyәn öhdәliklәrin cavabdehin üzәrinә qoyulması tәlәbi olmuşdur. Göründüyü kimi, mәhkәmә iş materiallarını araşdırmadan sonda әsassız qәrar qәbul etmişdir. Eyni zamanda istinad edilmiş MPM-nin müvafiq normasına uyğun әsaslandırma aparılmamışdır. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә baxılması üçün mülki işlә birlikdә Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. İşdә iştirak edәn şәxslәrә şikayәtә yazılı icraat qaydasında baxılması barәdә әvvәlcәdәn mәlumat (bildiriş) göndәrilmiş, lakin şikayәtlә bağlı hәr hansı sәnәd, habelә işә mәhkәmә iclasında baxılması barәdә vәsatәt daxil olmamışdır. Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini iş materialları ilә birlikdә araşdıraraq hesab edir ki, şikayәt tәmin edilmәli, Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin qeyd edilәn qәrardadı lәğv edilmәli, mülki iş sonrakı prosessual hәrәkәtlәrin yerinә yetirilmәsi üçün hәmin mәhkәmәyә göndәrilmәlidir. Belә ki, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin: 254.1.4-cü maddәsinә әsasәn Konstitusiya Mәhkәmәsinin icraatı qaydasında, mülki, cinayәt, inzibati xәta vә ya inzibati mübahisә üzrә mәhkәmә icraatı qaydasında baxılan başqa bir iş hәll edilmәyincә işә baxmaq mümkün olmazsa mәhkәmә iş üzrә icraatı dayandırmalıdır; 256.0.3-cü maddәsinә әsasәn Mülki-Prosessual Mәcәllәnin 254.1.4-cü maddәsi ilә nәzәrdә tutulan halda mәhkәmәnin qәrarı, qәtnamәsi, hökmü, qәrardadı qüvvәyә minәnә qәdәr, yaxud inzibati qaydada baxılan iş üzrә qәrar çıxarılana qәdәr iş üzrә icraat dayandırılır; 398.0.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi şikayәtә baxıb qәrardad qәbul etdikdә qәrardadı tam vә ya qismәn lәğv edib qәrardadla hәll edilmәli olan mәsәlәni hәll etmәk hüququna malikdir; 399-cu maddәsinә әsasәn birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Mәhkәmә kollegiyası Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 254.1.4-cü maddәsinin şәrh edilmәsinә dair Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## #### 2004-cü il tarixli qәrarına istinadәn qeyd edir ki, qanunverici Mulki Prosessual Mәcәllәdә mәhkәmәnin üzәrinә iş üzrә icraatı dayandırmaq vәzifәsi qoyan (MPM-nin 254-cü maddәsi) vә mәhkәmәyә belә hüququ verәn (MPM-nin 255-ci maddәsi) konkret hallar müәyyәn edәrәk, icraatın dayandırılması hallarını mәcburi vә qeyri-mәcburi növlәrә ayırır. İcraatın dayandırılmasının mәcburi hallarından biri Mülki Prosessual Mәcәllәnin 254.1.4-cü maddәsindә nәzәrdә tutulan Konstitusiya Mәhkәmәsinin icraatı qaydasında, mülki, cinayәt vә ya inzibati qaydada baxılan başqa bir iş hәll edilmәyincә işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Mәcәllәnin 254.1.4-cü maddәsindә nәzәrdә tutulmuş hallarda iş üzrә icraatın dayandırılması üçün işlәrin istәnilәn qarşılıqlı bağlılığı deyil, yalnız elә bir asılılığı nәzәrdә tutulur ki, mübahisәli hüquq münasibәtinin hüdudlarından kәnara çıxan mәsәlә nizamlananadәk hәmin işә baxılması ümumiyyәtlә mümkün olmasın. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 254.1.4-cü maddәsinin “Konstitusiya Mәhkәmәsinin icraatı qaydasında, mülki, cinayәt vә ya inzibati qaydada baxılan başqa bir iş hәll edilmәyincә işә baxmaq mümkün olmazsa” müddәası mәhkәmә tәrәfindәn müvafiq növ icraat üzrә çıxarılmış qәrarın, qәtnamәnin, hökmün, qәrardadın qanuni qüvvәyә minmәsini ehtiva edir. Hazırki işin halları baxımından mәhkәmә kollegiyası vurğulayır ki, iddiaçı Axundov İsfәndiyar Mәhәmmәd oğlu onunla cavabdeh lәğv prosesindә olan cavabdeh1 ASC arasında bağlanmış ##.##.2015-ci il tarixli kredit müqavilәsi üzrә borcunun olmadığını, bu halın mәhkәmә qәtnamәlәri ilә sübuta yetirildiyini iddia edir vә kredit borcunun olmaması barәdә mәlumatın mәrkәzlәşdirilmiş kredit reyestrinә daxil edilmәsi vә borc barәdә mәlumatın kredit reyestrindәn silinmәsi öhdәliyinin cavabdehlәr Lәğv prosesindә olan cavabdeh1 ASC-nin vә Əmanәtlәrin Sığortalanması Fondunun üzәrinә qoyulmasını tәlәb edir (birinci iş). Bununla belә, bu iş üzrә cavabdeh qismindә mәhz qeyd edilәn qurumlar müәyyәn edilmişdir. Hazırda Azәrbaycan Respublikası Ali Mәhkәmәnin icraatında olan iş üzrә isә (ikinci iş) iddiaçı Azәrbaycan Respublikası Mәrkәzi Bankının cavabdehlәr “xxxx MMC-yә vә Axundov İsfәndiyar Mәhәmmәd oğluna qarşı (lәğv prosesindә olan cavabdeh1 ASC-nin lәğvedicisi Əmanәtlәrin Sığortalanması Fondu üçüncü şәxs qismindә cәlb edilmәklә) “tutmanın ipoteka predmetinә yönәldilmәsi vә әmlakın boşaldılıması” tәlәbinә baxılır. Bununla belә, göründüyü kimi, ikinci iş üzrә irәli sürülmüş tәlәblәrlә birinci iş üzrә irәli sürülmüş qeyd edilәn iki tәlәb arasında ümumiyyәtlә hәr hansı bağlılıq mövcud deyil vә ikinci işin nәticәsi heç bir halda, birinci işin nәticәsindә tәsir etmiş olmur. Xüsusilә qeyd edilmәlidir ki, birinci iş üzrә kredit müqavilәsindәn irәli gәlәn öhdәlik münasibәtlәri lәğv prosesindә olan cavabdeh1 ASC ilә Axundov İsfәndiyar Mәhәmmәd oğlu arasında yaranmış vә hәmin münasibәtlәr çәrçivәsindә bu tәrәflәr arasında hәr hansı ipoteka müqavilәsi bağlanmamışdır. İkinci iş üzrә mübahisәlәndirilәn ipoteka predmetlәri cavabdehlәr tәrәfindәn mәhz lәğv prosesindә olan cavabdeh1 ASC-nin Azәrbaycan Respublikası Mәrkәzi Bankı qarşısında yaranmış kredit öhdәliklәrinin tәminatı olaraq sonuncunun xeyrinә ipoteka ilә yüklü edilmişdilәr. Bu da öz növbәsindә birinci iş üzrә irәli sürülmüş әmlakların ipoteka yüklülüyündәn azad edilmәsi tәlәbinin dә iş üzrә icraatın dayandırılması sәviyyәsindә ikinci işlә bağlılığının olmadığını tәsdiq edir. Bununla belә, birinci iş üzrә ipoteka yüklülüyündәn azad edilmәsi tәlәb edilәn vә ikinci iş üzrә tutmanın yönәldilmәsi vә boşaldılması tәlәb edilәn әmlaklar eyni olsa da, bu halın mövcudluğu birinci iş üzrә icraatın ikinci iş hәll edilmәyincә dayandırılmasını şәrtlәndirmir. Başqa sözlә, hüquqi nәticә etibarı ilә bu işlәrin bir-birinә icraatın dayandırılması sәviyyәsindә bağlılığı, xüsusilә dә asıllığı yoxdur. Qeyd edilәnlәr öz növbәsindә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Kommersiya Kollegiyasının icraatında olan mülki iş üzrә çıxarılacaq mәhkәmә aktı qanuni qüvvәyә minәnәdәk hazırda iş üzrә icraatın dayandırılmasını istisna edir. Bu baxımdan birinci instansiya mәhkәmәsi düzgün nәticәyә gәlmәmişdir. Belәliklә, mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi hazırki iş üzrә icraatı dayandırmaqda haqlı olmamışdır, istinad edilәn hal hazırki iş üzrә icraatın dayandırılması üçün әsas ola bilmәz. Bu sәbәbdәn şikayәt tәmin edilmәli, Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadı lәğv edilmәli, mülki iş sonrakı prosessual hәrәkәtlәrin yerinә yetirilmәsi (işә mahiyyәti üzrә baxılması) üçün hәmin mәhkәmәyә göndәrilmәlidir. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası MPM-in 254-cü, 263-264-cü, 397- 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası QƏRARA ALDI: İddiaçı Axundov İsfәndiyar Mәhәmmәd oğlunun şikayәti tәmin edilsin. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadı lәğv edilsin. Mülki iş sonrakı prosessual hәrәkәtlәrin yerinә yetirilmәsi (işә mahiyyәti üzrә baxılması) üçün hәmin mәhkәmәyә göndәrilsin. Qәrardaddan kassasiya şikayәti verilә bilmәz. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar