Məhkəmə qərarları › İş №e-2(3-6)-2463/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2463/2026

07.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2463/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçıİddiaçı 2 cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 katibliyi ilə, iddiaçıİddiaçı 2 cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı X5tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı 1 tərəfindən cavabdeh Cavabdeh məhkəmə qərarı üzrə kreditora ödənilən 692 manat borca görə məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdən icra olunanadək illik 5% hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə ödəniləcək 435.38 manat məbləğdə faiz borcunu 5 gün ərizəndə ödəməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə pretenziya- bildiriş ünvanlanmışdır.

2. İddiaçı 1 Bakı şəhəri Binəqədi rayon Icra şöbəsinə ünvanlamış ##.##.2025-ci il tarixli ərizəsinə əsasən borc tam ödənildiyindən icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi ##.##.2026-cı il tarixdə İddiaçı 1 məktub ünvanlayaraq tələb etdiyi məbləğlə bağlı istinad etdiyi hallara dair sübutlarını, məhkəmə qərarı, icraya yönəlməsi və qərarın icraata götürülməsi, müvafiq icra qurumunun icratında olmasına, cavabdeh tərəfindən məhkəmə qərarının qəsdən icra edilməməsinə dair sübutlarını məhkəməyə təqdim etməsi xahiş olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı X5iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 435,38 manat məbəğində (5%) faiz borc, bildiriş göndərilməsi üçün ödənilmiş 0,90 manat məbəğində pul, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbəğində dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı olmaqla, cəmi 466,68 manat məbəğində pulun tutularaq iddiaçı Musayev (Musazadə) Ramil Nuru oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı 1 (Sunny Electronics) mağazası cavabdeh Cavabdeh arasında bağlanmış ## ######## 2011-ci il tarixli, **** saylı alqı-satqı müqaviləsinə əsasən borcluya 671 manat dəyərində olan aldığı malın dəyərinin ödənilməsi məqsədi ilə 12 ay müddətinə hissə-hissə ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq kreditin ödənilməsinə ayrılmış aylıq cədvəl üzrə ödənişlərdən yayınmışdır. Daha sonra gecikdirilmiş borcun ödənilməsi üçün məhkəməyə müraciət olunmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2013-cü il tarixli məhkəmə qərarına əsasən borclu Cavabdeh cəmi 692 manat məbləğində pul tutularaq İddiaçı 1 xeyrinə ödənilməsi qərara alınmışdır. Qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almış və 12 il, 7 ay, yəni (151 ay) müddətində ##.##.2025-ci il tarixdə icra olunmuşdur. Cavabdeh qəbul olunmuş məhkəmə qərarı üzrə məbləği zamanında ödəyərək icra etsə idi, iddiaçı öz sahəsində istifadə etməklə daha çox gəlir əldə edə bilərdi. Lakin cavabdeh məhkəmə qərarı üzrə öhdəliklərini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə iddiaçı həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də məhkəmə qərarı üzrə iddiaçıya ödənilən 692 manat borca görə məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdən icra olunanadək illik (5%) faiz hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğinin faizi ödənilməlidir. Bu da (692 azn x 0,05 % = 34,60 azn / 12 ay = 2,88 azn x 151 ay = 435,38 azn) təşkil edir. Bununla bağlı qanunvericilik də nəzərə tutulmuş qaydada, işin məhkəmədən kənar həll olunması üçün cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş və 5 gün müddətində icra olunması xahiş olunmasına baxmayaraq, cavabdeh icra etməmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Qətnamənin əsaslarına görə, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi mövcud olmuş, cavabdehin öhdəliyini icra etməməsi səbəbindən iddiaçı məhkəmə müdafiəsindən istifadə etmək məqsədilə iddia qaldırmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2013-cü il tarixli, *(***)-****/**** nömrəli əmrinə əsasən borclu Cavabdeh cəmi 692 manat məbləğində pul tutularaq İddiaçı 1 xeyrinə ödənilməsi qərara alınmışdır. Daha sonra iddiaçının bildirdiyinə əsasən, cavabdeh tərəfindən məhkəmə qərarı ##.##.2025-ci il tarixdə icra olunmuşdur. Hazırda iddiaçı 12 il, 07 ay, yəni (151 ay) müddətində gec qaytarıldığını iddia etdiyi pulun vaxtında icra olunaraq ona qaytarılmaması əsası ilə vurulmuş ziyanı tələb edir. Məhkəmə tərəfindən iddiaçıya tələbini əsaslandığı hallarla bağlı sübutlarını təqdim etmək təklif olunsa da, iddiaçı tələbini ərizəsində əsaslandırmaqla kifayətlənmişdir. Halbuki, mülki prosesdə sübutetmə çəkişməli prosesin vacib ünsürü olub birbaşa olaraq tərəflərin aktiv fəaliyyət sərgiləməsindən asılıdır. Hazırki mübahisənin əsasında duran tələb cavabdehin iddiaçı qarşısında icra etmədiyi və ya vaxtında icra etmədiyi öhdəliyinin yaratmış olduğu ziyanla bağlıdırsa, iddiaçı bu ziyanın yaranma zamanı, miqdarı, əsasları barədə məhkəməyə sübutlarını təqdim etməli, iddiasını sübuta yetirməlidir. Sadalanan mülki qanun normalarına istinad etsək kreditor borclunun ona məxsus olan saxladığı və zamanında faydalana bilmədiyi puluna görə ən minimum illik 5 faiz məbləğdə ziyan ödənilməsini təbii ki, haqlı olaraq tələb etməlidir. Lakin qanun, həmçinin kreditorun öhdəliyin icrasında maraqlı olmasını, “tələbkar” sözünün yalnız hərfi-formal deyil, o cümlədən də həqiqi mənada, yəni reallıqda mövcud olmasını ehtiva edir, işdə sübuta yetirilməyən, hər hansı qaydada 13 ilə yaxın zamandan sonra icrası baş tutan bir öhdəlik üçün əlavə olaraq ziyan məbləği ilə də borclunu yükləndirmək ona münasibətdə də ədalətli hesab edilə bilməz. Iddiaçı məhkəmə qərarının qanuni qüvvəyə minərək icraya yönəldilməsini, 12 ildən sonra isə tərəfin öhdəliyini icra etdiyini bildirir, lakin məhkəmə qərarının qüvvəyə minməsi, icraya yönəldilməsi, bu 12 ildən artıq müddət ərzində icrada olması, həyata keçirilən bütün məcburi icra tədbirlərinə baxmayaraq, qərəzli olaraq cavabdeh tərəfindən icra olunmaması, yəni qanunun özündə qeyd edilən kimi - qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanma kimi hallar, bundan əlavə, ümumiyyətlə borclunun məhkəmə qərarı və ya icra icraatından bütün bu 12 ildən artıq müddət ərzində məlumatlı olubolmamasına dair heç bir hal öz təsdiqini tapmadığı bir zamanda tələb olunan bir məbləğin ziyan çəkən bir şəxs kimi iddiaçının xeyrinə tutulması məhkəmə tərəfindən sonuncunun məhkəmə müdafiəsi ilə təmin olunması deyil, hüquqdan sui-istifadə etməsinə şərait yaradılması kimi qiymətləndirilməlidir. Bundan əlavə, qanunvericiliyin tələbinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Hazırki halda borclunun ümumi məbləğ olan – 692 manat pulun bu 12 il ərzində hansı qaydada ödəməsi, illər üzrə ödəmələrdən sonra qalan məbləğlər məlum olmadığı təqdirdə, iddiaçının bütün illər üzrə ümumi məbləğə münasibətdə illik 5 faiz tələb etməsini də məhkəmə məqsədəmüvafiq hesab etmir. Qeyd olunanları ümumiləşdirərək, məhkəmə hesab etmişdir ki, iddia rədd edilməlidir

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 386.1, 445.1, 445.2, 445.5, 445.7, 445.8, 449.1-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Iddiaçı X5həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı tərəfindən cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış ## ######## 2011-ci il tarixli, **** saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı malın dəyərini hissə-hissə ödəmək öhdəliyini üzərinə götürmüş, lakin bu öhdəliyi icra etməmişdir. Bu səbəbdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli, *(***)-****/**** saylı məhkəmə qərarı ilə cavabdehdən iddiaçının xeyrinə 692 manat məbləğində pul tutulması qərara alınmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yalnız ##.##.2025-ci il tarixdə icra edilmişdir. Beləliklə, cavabdeh pul öhdəliyini 12 ildən artıq müddətdə icra etməmiş, iddiaçı isə bu müddət ərzində ona məxsus pul vəsaitindən istifadə imkanından məhrum olmuşdur. Bu əsasla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq gecikdirilmiş müddət üçün illik 5 faiz hesablanmaqla 435,38 manat, əlavə olaraq pretenziya və məhkəmə xərclərinin tutulmasını tələb etmişdir. Lakin birinci instansiya məhkəməsi onun iddiasını qanunsuz və əsassız olaraq rədd etmişdir. Hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Iddiaçının cavabdehdən pul öhdəliyinin icrasını tələb etmək hüququ mövcud idi və bu hüquq məhkəmə aktı ilə tanınmışdı. Pul öhdəliyinin vaxtında icra edilməməsi öhdəliyin pozulmasıdır. Icranı gecikdirən borclu vurduğu zərərə görə məsuliyyət daşıyır. Müəyyən olunmuş müddətdə icra edilməyən öhdəlik gecikdirilmiş sayılır. Iddia irəli sürülməsi və məhkəmə qərarı hüquqi xatırlatma sayılır. Əsas hüquqi pozuntu Mülki Məcəllənin müvafiq maddəsinin düzgün tətbiq edilməməsidir. Belə ki, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Bu norma açıq və imperativ xarakter daşıyır. Normanın tətbiqi üçün tələb olunan yeganə hüquqi fakt: pul öhdəliyinin gecikdirilməsi faktıdır. Hazırkı işdə bu fakt mübahisəsizdir. Buna baxmayaraq, məhkəmə qanunda nəzərdə tutulmayan əlavə şərtlər yaradıb. Məhkəmə faktiki olaraq belə mövqe tutub ki: - guya cavabdehin məhkəmə qərarından xəbərdar olması sübut edilməlidir; - guya qərəzli yayınma sübut edilməlidir; - guya ayrıca konkret zərər hesabı təqdim edilməlidir. Birinci instansiya məhkəməsi qanuna əlavə şərtlər daxil etmişdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla və ya onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə faizlər ödənilməlidir. Cavabdeh iddiaçıya məxsus pul vəsaitini uzun illər özündə saxlamışdır. Bu müddətdə həmin vəsaitdən istifadə etmişdir. Iddiaçı isə pulundan məhrum olmuşdur. Məhkəmə bu hüquqi nəticəni düzgün qiymətləndirməmişdir. Iddiaçının əmlak itkisinin kompensasiya hüququ mövcuddur. Sübutlara hərtərəfli və obyektiv qiymət verilməmişdir. Qətnamənin əsaslandırılmışlığı tələbi pozulmuşdur. Məhkəmə qətnaməsində hüquqi nəticə ilə faktiki hallar arasında məntiqi əlaqə göstərilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual qanunvericilik normalarının tələbləri pozulmuş, məhkəmə qətnaməsi düzgün əsaslandırılmamış, əsassız olaraq iddia tələbi təmin olunmamışdır. Gecikdirmənin faktiki müddəti (2013–2025) hüquqi baxımdan qiymətləndirilməyib. Pul vəsaitinin dəyərsizləşməsi və kreditorun iqtisadi itkiləri araşdırılmayıb. Gecikdirmə faizinin ayrıca öhdəlik yaratmasıməsələsi araşdırılmayıb. Bu hallar düzgün araşdırılsaydı iddianın təmin olunması mümkün idi. Məhkəmə iddia müddətinin başlanma anını düzgün sübutlarla müəyyən etməmişdir. Icra sənədinin faktiki icra tarixi əsas götürülməli olduğu halda bu hüquqi nəticə çıxarılmamışdır. Məhkəmə gecikdirmə faktını qəbul etsə də, borclunun məsuliyyətini tətbiq etməmiş, faiz tələbinin ayrıca hüquqi tələb olduğunu nəzərə almamış, nəticədə işin hallarına uyğun olmayan qərar qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

17. Birinci instansiya məhkəməsi qətnaməsində haqlı və düzgün olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən iddiaçıya tələbini əsaslandığı hallarla bağlı sübutlarını təqdim etmək təklif olunsa da, iddiaçı tələbini ərizəsində əsaslandırmaqla kifayətlənmişdir. Hazırki mübahisənin əsasında duran tələb cavabdehin iddiaçı qarşısında icra etmədiyi və ya vaxtında icra etmədiyi öhdəliyinin yaratmış olduğu ziyanla bağlıdırsa, iddiaçı bu ziyanın yaranma zamanı, miqdarı, əsasları barədə məhkəməyə sübutlarını təqdim etməli, iddiasını sübuta yetirməlidir.

18. O cümlədən, qanunvericiliyin tələbinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Hazırki halda borclunun ümumi məbləğ olan – 692 manat pulun bu 12 il ərzində hansı qaydada ödəməsi, illər üzrə ödəmələrdən sonra qalan məbləğlər məlum olmadığı təqdirdə, iddiaçının bütün illər üzrə ümumi məbləğə münasibətdə illik 5 faiz tələb etməsini də məhkəmə məqsədəmüvafiq hesab etməmişdir.

19. Apellyasiya şikayətində göstərilən hallara dair birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış yekun aktında düzgün əsaslandırma və qiymətləndirmə aparıldığından məhkəmə kollegiyası həmin xüsusatlara dair əlavə əsaslandırma aparmağa zərurət görmür.

20. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

21. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı X5tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar