Məhkəmə qərarları › İş №e-2(3-6)-2482/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2482/2026

23.06.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2482/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı işdən çıxarılma əmrinin dəyişdirilməsi və pul tələbinə dair mülki iş üzrə Açar sözlər: prosessual müddətin bərpası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı işdən çıxarılma əmrinin dəyişdirilməsi və pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin apellyasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpası barədə ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə ## ### 2025-ci il tarixindən xitam verilməklə əmrin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçıya əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ödənilmiş kompensasiya məbləğinin yenidən hesablanması və Əmək Məcəlləsinin 77.3 və 77.4-cü maddələrinə əsasən mart və aprel aylarına uyğun hesablanmış 27333,17 manat məbləğində kompensasiyanın müəyyən edilməsi, cavabdeh tərəfindən iddiaçıya faktiki olaraq ödənilmiş 14449 manat məbləğ nəzərə alınmaqla, qalan fərqin 12883 manat pulun iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ## ### 2025-ci il tarixdən məhkəmə qətnaməsi icra olunanadək Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən əmək haqqının gecikdirildiyi hər günə görə 1% miqdarında ödənişin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, məsrəflərinin cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, “xxxx” ASC-nin Təchizat departamentinin direktoru İddiaçı əmək müqaviləsinə ##.##.2025-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş hesab edilməsi, 12883,22 manat məbləğində işdən çıxarma müavinətinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi tərəfindən iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

3. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ## ##### 2026-cı il tarixində ərizə verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayət verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, mülki iş üzrə ## ###### 2025-ci il tarixində qətnamə çıxarılaraq iddia qismən təmin edilmiş, həmin qətnamə ## ###### 2025-ci il tarixdə elektron kabinet vasitəsilə cavabdehə çatmışdır. ## ###### 2026-cı il tarixində cavabdeh tərəfindən qeyd edilən qətnamədən apellyasiya şikayəti elektron sistemə daxil edilmişdir. Lakin elektron imzanın istifadəsində yaranan problemlər səbəbindən şikayətin məhkəməyə çatdırılması mümkün olmamışdır. Problemin mahiyyəti həmin dövrdə aktiv 2 elektron məhkəmə sisteminin olması və yeni beta versiyasının yaradılmasından əvvəl əldə edilmiş imzaların yeni sistemdə imzalama funksiyasını bir sıra hallarda uğurla yerinə yetirə bilməməsindən ibarət olmuşdur (məhz digər problemlərlə yanaşı bir çox elektron imzalarda qeyd olunmuş problemin müşahidə edilməsi səbəbindən 2026-cı ilin mart ayında E-məhkəmə sistemində yeniləmələr aparılmışdır). Qeyd edilən problemin mövcudluğundan, yəni şikayətin aidiyyəti üzrə çatmamasından ## ###### 2026-cı il tarixində iş üzrə icra vərəqəsi verildikdən və “Çağrı mərkəzi” ilə əlaqə saxladıqdan sonra məlumatları olmuşdur. Elektron sistem üzrə hər kəsə münasibətdə kütləvi problem olmasa da, ayrı-ayrı hallarda bir çox şəxslərə münasibətdə baş verən bu problem imza sahibinin hər hansı məsuliyyətsiz hərəkətindən və ya ona bağlı texniki qüsurdan asılı olmayaraq baş vermişdir. Problemin həlli təkbaşına mümkün olmamış, yalnız “Çağrı mərkəzi”nə müraciət edildikdən sonra qismən mümkün olmuşdur.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin apellyasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpası barədə ##.##.2026-cı il tarixdə verilmiş ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

6. Qərardadın əsaslarına görə, iş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən ilk dəfə ##.##.2026-cı il tarixində apellyasiya şikayəti vermiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** saylı qərardadına əsasən qanunvericilikdə müəyyən edilmiş müddətdə verilmədiyindən həmin apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadına əsasən cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ötürülmüş müddətin bərpası barədə ##.##.2025-ci il tarixdə verilmiş ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)- ****/**** saylı qərardadına əsasən şikayətin qismən təmin edilməsi, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadının qismən ləğv edilməsi, işin cavabdehin “şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair” müraciətinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadının isə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadına əsasən şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin geri qaytarılması qərara alınmışdır. Hazırda cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə yenidən ərizə vermişdir. Ərizədəki dəlillər ##.##.2026-cı il tarixdə verilmiş ərizə ilə eynilik təşkil etməklə bərabər, əlavə olaraq “Elektron məhkəmə” informasiya sisteminin yenilənməsinə istinad edilmişdir. “Elektron məhkəmə” informasiya sistemində yenilənmə ##.##.2026-cı il tarixdən etibarən aparılmışdır. Cavabdeh isə ilkin apellyasiya şikayətini ##.##.2026-cı il tarixdə imzalayan zaman texniki xəta yarandığını bildirmişdir. Qeyd olunan tarixlər arasında uzun müddət olduğu üçün cavabdehin elektron sistemin yenilənməsinə istinad etməsi əsassız olmuşdur. Ərizənin digər dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, məhkəmə həmin dəlillərin yoxlanılması məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün sonuncu gün də daxil olmaqla, həmin günədək sözügedən iş üzrə apellyasiya şikayətinin imzalanması zamanı hər hansı texniki problemin olub-olması barədə məlumatın verilməsi üçün Məhkəmə Çağrı Mərkəzinə sorğu ünvanlamışdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəməyə daxil olmuş ##.##.2026-cı il tarixli *-*/*-***/**** nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, ##.##.2026-##.##.2026-cı il tarixlərində “Elektron məhkəmə” informasiya sistemi üzərindən apellyasiya şikayətlərinin göndərilməsində texniki xəta müşahidə olunmayıb. Həmçinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X1 tərəfindən apellyasiya şikayətinin imzalanmasında çətinliklə bağlı ##.##.2026-cı il tarixində Məhkəmə- Hüquq Şurasının “887 - Məhkəmə Çağrı Mərkəzi”nə müraciət olunub və Cavad Ağayevə müvafiq dəstək göstərilib. Apellyasiya şikayəti X1 tərəfindən ##.##.2026-cı il tarixində imzalanıb və göndərilib. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən apellyasiya şikayətinin vaxtında verilməməsinin texniki xəta səbəbindən mümkün olmaması barədə dəlillər öz təsdiqini tapmır. Apellyasiya şikayəti ilk dəfə ##.##.2026-cı il tarixində imzalanaraq məhkəməyə göndərilmişdir. Apellyasiya şikayəti göndərilən müddətə qədər isə sistemdə hər hansı xəta olmamışdır. Beləliklə, aydın olur ki, apellyasiya şikayətinin vaxtında verilməməsi obyektiv səbəblərdən deyil, cavabdehin özünün subyektiv səbəblərindən, yəni vaxtında imzalanmamasından olmuşdur. Bununla da məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin qanunvericilikdə müəyyən edilmiş müddət ərzində verilməməsinə səbəb hər hansı sistemin texniki xətası olmadığından və müddətin bərpa edilməsi üçün üzrlü səbəblər yaranmadığından müddətin bərpasına dair ərizə təmin edilməməlidir. Eyni zamanda xüsusi olaraq vurğulanmalıdır ki, cavabdeh müddət bərpası ilə bağlı ərizədə qeyd olunan dəlillərə, həmçinin apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından şikayət verərkən də istinad etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə həmin şikayət təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərardadına əsasən həmin qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, eyniməzmunlu dəlillərə artıq qanuni qüvvəsini almış qərardadla qiymət verilmiş hesab olunur.

7. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ##.##.2026-cı il tarixdə verilmiş ərizəsinin təmin edilərək apellyasiya şikayətinin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir.

8. Şikayətin dəlillərinə görə, iş üzrə ##.##.2025-ci il tarixdə qətnamə çıxarılaraq iddia qismən təmin edilmiş, həmin qətnamə ##.##.2025-ci il tarixdə elektron kabinet vasitəsilə cavabdeh tərəfə çatmışdır. ##.##.2026-cı il tarixində cavabdeh tərəfindən qeyd edilən qətnamədən apellyasiya şikayəti elektron sistemə daxil edilmişdir. Lakin elektron imzanın istifadəsində yaranan problemlər səbəbindən şikayətin məhkəməyə çatdırılması mümkün olmamışdır. Problemin mahiyyəti həmin dövrdə aktiv 2 elektron məhkəmə sisteminin olması və yeni beta versiyasının yaradılmasından əvvəl əldə edilmiş imzaların yeni sistemdə imzalama funksiyasını bir sıra hallarda uğurla yerinə yetirə bilməməsindən ibarət olmuşdur (məhz digər problemlərlə yanaşı bir çox elektron imzalarda qeyd olunmuş problemin müşahidə edilməsi səbəbindən 2026-cı ilin mart ayında E-məhkəmə sistemində yeniləmələr aparılmışdır). Qeyd edilən problemin mövcudluğundan, yəni şikayətin aidiyyəti üzrə çatmamasından ##.##.2026-cı il tarixində iş üzrə icra vərəqəsi verildikdən və “Çağrı mərkəzi” ilə əlaqə saxladıqdan sonra məlumatları olmuşdur. Elektron sistem üzrə hər kəsə münasibətdə kütləvi problem olmasa da, ayrı-ayrı hallarda bir çox şəxslərə münasibətdə baş verən bu problem imza sahibinin hər hansı məsuliyyətsiz hərəkətindən və ya ona bağlı texniki qüsurdan asılı olmayaraq baş vermişdir. Problemin həlli təkbaşına mümkün olmamış, yalnız “Çağrı mərkəzi”nə müraciət edildikdən sonra qismən mümkün olmuşdur.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “eleketron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsiilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X8 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Ərizədəki dəlillər ## ###### 2026-cı il tarixində verilmiş ərizə ilə eynilik təşkil etməklə bərabər, əlavə olaraq “Elektron məhkəmə” informasiya sisteminin yenilənməsinə istinad edilmişdir. “Elektron məhkəmə” informasiya sistemində yenilənmə ##.##.2026-cı il tarixdən etibarən aparılmışdır. Cavabdeh isə ilkin apellyasiya şikayətini ##.##.2026-cı il tarixdə imzalayan zaman texniki xəta yarandığını bildirmişdir. Göstərilən tarixlər arasında əhəmiyyətli zaman fərqi olduğu üçün cavabdeh tərəfindən apellyasiya şikayətinin vaxtında verməsinə mane yaradacaq hal olmamış, buna görə də məhkəmə hesab edir ki, “Elektron məhkəmə” informasiya sisteminin yenilənməsinə istinad edilməsi əsassız olmuşdur.

13. Bundan başqa işin hallarından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən apellyasiya şikayətinin vaxtında verilməməsinin texniki xəta səbəbindən mümkün olmaması barədə dəlillər öz təsdiqini tapmır. Apellyasiya şikayəti ilk dəfə ## ###### 2026-cı il tarixində imzalanaraq məhkəməyə göndərilmişdir. Apellyasiya şikayəti göndərilən müddətə qədər isə sistemdə hər hansı xəta olmamışdır. Beləliklə, aydın olur ki, apellyasiya şikayətinin vaxtında verilməməsi obyektiv səbəblərdən deyil, cavabdehin özünün subyektiv səbəblərindən, yəni apellyasiya şikayətinin vaxtında imzalanmaması səbəbindən olmuşdur.

14. Birinci instansiya məhkəməsi də məhz bu halları nəzərə alaraq haqlı və düzgün şəkildə qanunvericiliklə qətnamədən şikayət verilməsi üçün müəyyən olunmuş 1 aylıq prosessual müddətin keçməsi və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prossesual müddətin bərpası üçün üzrlü səbəblərin mövcud olmaması qənaətinə gəlmişdir.

15. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-2(011)-6251/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar