Məhkəmə qərarları › İş №e-2(3-6)-2546/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2546/2026

06.07.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2546/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № *(3-6)-2546/2026 (Açar sözlər: yaşayış sahəsindən çıxarılma) Bakı şəhəri – ## #### 2026 Hakimlər Qafarova Rəna Nazim qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi X4, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## ### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları

1. Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin rəisi M.Hacalıyevin ##.##.2005-ci il tarixli ****/* nömrəli məktubu əsasında vətəndaş Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında ailəsi ilə *** nömrəli otağa müvəqqəti yerləşdirilmişdir.

2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitunun Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasının texniki vəziyyəti haqqında ##.##.2025-ci il tarixli rəyinə əsasən binada təhülkəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işləri aparılmalıdır.

3. Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin ##.##.2025-ci il tarixli **** nömrəli xəbərdarlıq məktubu əsasında vətəndaş Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında yaşadığı *** nömrəli otaq ##.##.2025-ci il tarixədək təhvil verilməsi tələb olunmuşdur.

4. İddiaçı Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi tərəfindən Əsaslı Tikinti İdarəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubundan görünür ki, aparılmış araşdırma zamanı “Turan” yataqxanasının 91 birotaqlı və 5 ikiotaqlı mənzillərdən ibarət olması, onlardan 2 mənzilin inzibati otaq kimi istifadə olunduğu, 82 mənzildə 54 ailənin yerləşdirildiyi, 12 mənzilin isə boş olduğu məlum olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, yalnız 5 mənzil kirayə müqaviləsi bağlanılmaqla verilsə də, Mənzil Məcəlləsinin 98-ci maddəsinin (Xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi üçün əsaslar), eləcə də sözügedən Əsasnamənin 6-cı bəndinin tələbləri kobud şəkildə pozularaq 72 mənzil kirayə müqaviləsi bağlanmadan əsassız olaraq Mil və BQ MİH-in məktubları ilə, digər 5 mənzil isə ümumiyyətlə heç bir sənədləşmə aparılmadan müddətsiz istifadəyə verilmişdir. Göstərilənlərə əsasən, aşkar olunmuş qanunsuz halların aradan qaldırılması üçün zəruri tədbirlər görülməsi və nəticəsi barədə DTTBİ-yə məlumat göndərilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh digər ilə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan “Turan” hərbi yataqxanasından məcburi çıxarılması üçün iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası # ###### 1989-cu il tarixli *** nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi M.Hacalıyevin ##.##.2005-ci il tarixli ****/* saylı məktubu əsasında vətəndaş Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasının *** nömrəli otağa müvəqqəti yerləşdirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən Müdafiə Nazirliyinə daxil daxil olan ##.##.2025-ci il tarixli ****/** №-li rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi” qaydalarına əsaslanan sözügedən rəyində Müdafiə Nazirliyinin İnstitutunun “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi” qaydalarına əsaslanan sözügedən rəyində Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında hazırda insanların yaşaması üçün təhlükənin mövcud olması barədə nəticəyə gəlməklə, tikinti konstruksiyalarının yükgötürmə qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən, bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilmiş, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işlərinin aparılmasının zəruri olduğu bildirilmişdir. Müdafiə Nazirliyinin Əsaslı-Tikinti İdarəsi tərəfindən cavabdeh müxtəlif tarixlərdə xəbərdarlıq məktubu ünvanlanaraq Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında olan *** nömrəli xidməti otağı Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsinin zərurəti bildirilmiş, lakin edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən xidməti yaşayış sahəsini hazırkı tarixədək təhvil verməkdən imtina etmişdir. balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında hal-hazırda insanların yaşaması (olması) üçün təhlükənin mövcud olması barədə nəticəyə gəlməklə, tikinti konstruksiyalarının yükgötürmə qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən, bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilmiş, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işlərinin aparılmasının zəruri olduğu bildirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən cavabdeh Cavabdeh oğluna müxtəlif tarixlərdə xəbərdarlıq məktubu ünvanlanaraq Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında olan *** nömrəli xidməti otaqları Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsinin zərurəti bildirilmiş, lakin edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən xidməti yaşayış sahəsini hazırkı tarixədək təhvil verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü bölməsində xüsusi təyinatlı mənzil fondu barədə məlumatlar əks olunmuşdur. Bu bölmənin 9-cu fəslinin 91-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələri göstərilmişdir: 1. xidməti yaşayış sahələri; 2. yataqxanalarda yaşayış sahələri; 3. manevr fondu yaşayış sahələri; 4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. Mənzil Məcəlləsinin 10-cu fəslinin 98.1-ci maddəsində qeyd olunmuşdur ki, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmçinin, Azərbaycan Respublikası Müdafiə nazirinin“Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə * nömrəli qərarının 6-cı maddəsində də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçilərinin xüsusi təyinatlı mənzil fondunun xüsusi təyinatlı yaşayış sahəsi ilə “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” (** nömrəli əlavə) əsasında təmin edildiyi göstərilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh Cavabdeh oğlu və ailə üzvləri həmin yataqxanada olan yaşayış sahəsində müqavilə əsasında yox, Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi M.Hacalıyevin ##.##.2005-ci il tarixli ****/* saylı məktubu əsasında yerləşdirilmişlər, *** nömrəli otağa isə ümumiyyətlə sənədləri yoxdur. Həmçinin nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilmiş ##.##.2025-ci il tarixli */*-****/** saylı sorğuya cavab olaraq ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı məktubla daxil olmuş siyahıda vətəndaş Cavabdeh və həyat yoldaşı X1 adına Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 1,90 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, həmçinin Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması müəyyən edilmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli işi üzrə ## ### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbinin təmin edilməsi, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 182 ünvanında yerləşən İddiaçı mənzil fonduna daxil olan “Turan” Hərbi yataqxanasının *** nömrəli otağından (xidməti yaşayış sahəsindən) çıxarılması qət edilmişdir.

8. Cavabdeh Cavabdeh iddiaya etiraz ərizəsini təqdim edərək bildirmişdir ki, o, 2006-cı ildən yaşa görə pensiyadadır. Onun ehtiyatda olan hərbi qulluqçu kimi mənzillə təminat hüququ gözlənilmədən hazırki iddia qaldırılmışdır. Halbuki Mənzil Məcəlləsinin 102.2.2-ci maddəsinə əsasən Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış yaşa görə pensiyaçılar xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz. İddia ərizəsində yataqxanadakı yaşayış sahəsi ilə bağlı onunla kirayə müqaviləsinin bağlanmadığı, 505-ci otağda yerləşdirildiyi lakin bununla bağlı heç bir sənədi olmadığı qeyd olunmuşdur. 505ci otaqda o və ailəsi heç bir vaxt yaşamamışdır və hal-hazırda da yaşamır. Həmin otağın ona heç bir aidiyyəti olmamışdır. Kirayə müqaviləsinin bağlanmaması ilə bağlı əsas məsuliyyət ilkin iddiaçının olmuş, bu barədə ona heç bir müqavilə təklifi olmamışdır. Kirayə müqaviləsinin bağlanması iddiaçı tərəfindən yerinə yetirilməmişdir. Bununla da mənzil qanunvericiliyi ilə müəyyən olunmuş hüquqları təmin edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına görə, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilməlidir. Həmçinin, kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. İş materiallarından isə cavabdehlərin bu sahəyə yalnız Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin ****/* nömrəli, ##.##.2006-cı il tarixli məktubu əsasında müvəqqəti yerləşdirildiyi görünür. Kirayə müqaviləsi və ya xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi haqqında qərar iş materiallarında mövcud deyil. Bundan başqa Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin ##.##.2025-ci il tarixli məktubu ilə də təsdiqlənir ki, 72 mənzil, o cümlədən cavabdehlərin məskunlaşdığı mənzil də, Mənzil Məcəlləsinin 98-ci maddəsi və müvafiq Əsasnamənin tələbləri kobud şəkildə pozularaq, kirayə müqaviləsi bağlanmadan, əsassız olaraq məktublarla müvəqqəti istifadəyə verilmişdir.

10. Həmçinin məhkəmə qeyd etmişdir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun ##.##.2025-ci il tarixli rəyi ilə “Turan” hərbi yataqxana binasında insanların yaşaması üçün təhlükənin mövcud olduğu müəyyən edilmişdir. Bina texniki cəhətdən yolverilməz qiymətləndirilmiş və təhlükəsizliyin təmin olunması üçün bərpa və gücləndirmə işlərinin aparılması zəruridir. Bu təhlükə səbəbi ilə cavabdeh X3 mənzili təhvil verməsi barədə **** nömrəli, ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubu ünvanlanmışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdehin binada qalması həm binanın təhlükəli texniki vəziyyəti ilə bağlı vətəndaşın həyat və sağlamlığına təhlükə yaratdığına görə, həm də onların yaşayış sahəsinə kirayə müqaviləsi olmadan, məktub əsasında qanunsuz yerləşdirildiyi üçün yolverilməzdir.

11. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, cavabdeh Cavabdeh artıq ehtiyatda olan hərbçidir. Müdafiə Nazirliyi ilə hal-hazırda xidməti münasibətdə deyildir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92, 98.1, 98.2, 99.1-99.2, 101.1, 101.2, 102.1, 102.2, 102.3, 103.3-cü maddələrinə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1, 1.13, 5.2, 5.7-5.11-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı Müdafiə Nazirliyininmənə qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarma” tələbinə dair qanunsuz və əsassız iddiası təmin edilmişdir. Dəfələrlə məhkəmə iclaslarında verdiyi izahatımda da bildirmişdir ki, Müdafiə Nazirliyinin iddiası onun və ailəsinin mənzil təminatı hüququnu pozmaqla onları yaşayış sahəsindən məhrum etmək məqsədi daşıyaraq konstitusion hüquqlarımı pozmuşdur. 2005-ci ildən o həmin yataqxanada rəsmi qaydada hərbi qulluqçu kimi ailəsilə birgə yerləşdirilmişdir. 20 kvadrat metrlik bir yaşayış sahəsində 5 nəfər ailə üzvləri ilə birgə çox çətinliklərlə yaşamağa məcbur olmuşdur. Mənzil İstismar İdarəsinin rəisi rəsmi məktubun özü belə onun ailə üzvləri ilə birgə yataqxanaya rəsmi qaydada yerləşdirilməyinə əsas olmaqla faktiki olaraq aralarında kirayə münasibətləri yaranmış, həmin məktub kirayə müqaviləsinə bərabər tutulmuşdur. Formal olaraq hansısa kirayə müqaviləsinin tərtib edilməməsi iddiaçının səhlənkarlığı və qanunsuz hərəkətsizliyidir. Heç vaxt ona kirayə müqaviləsi yazılı şəkildə imzalanmaq üçün təqdim edilməmiş, təqdim edildiyi halda onu imzalayacağı şəksiz şübhəsiz olacaqdır. Kirayə müqaviləsinin bağlanmaması ilə bağlı əsas məsuliyyət iddiaçının olmuş, bu barədə ona heç bir müqavilə təklifi olunmamışdır. Kirayə müqaviləsinin bağlanmaması iddiaçı tərəfindən yerinə yetirilməmişdir. Bununla da mənzil qanunvericiliyi ilə müəyyən olunmuş hüquqları təmin edilməmişdir. İddia tələbi Mənzil Məcəlləsinə zidd olmaqla hüquqlarınının pozulmasına yönəlmişdir. Onu ehtiyatda olan hərbi qulluqçu kimi, ən əsası da pensiyada olan şəxs kimi mənzillə təminat hüququnu gözlənilmədən hal-hazırki iddia qaldırılmışdır. O yaşa görə pensiyadadır. Bu fakt məhkəmə tərəfindən işə baxılarkən xüsusilə nəzərə alınmalıdır. Digər yaşayış sahəsi ilə təmin edilmədən onun və ailə üzvlərinin yataqxanadan çıxarılması tələbi Mənzil Məcəlləsinə tamamilə ziddir. Mülkiyyətində heç bir əmlakı, adına heç bir yaşayış sahəsi yoxdur. 19 təqvim ili qüsursuz hərbi xidmət dövrü nəzərə alınmaqla “Hərbi qulluqçuların statusu haqqında” qanunun 12-ci maddəsinin 5-ci bəndinə müvafiq olaraq mənzil almağına əvəzsiz maliyyə yardımı göstərilməsi vəzifəsinin Müdafiə Nazirliyinə həvalə edilməsi barədə iddia tələbinə Bakı İnzibati Məhkəməsində baxılmaqdadır. Mülki işin icraatının dayandırılması ilə bağlı vəsatəti də məhkəmə tərəfindən təmin edilməmişdir. Onun ehtiyatda olan hərbi qulluqçu kimi mənzil təminatı lazımı formada təmin edilməmişdir. Onun hərbi qulluqçu kimi mənzillə təmin olunmaq hüququ həyata keçirilməmişdir. Baxmayaraq ki, 19 təqvim ili hərbi xidmət müddəti var. Onun hərbi qulluqçu kimi mənzillə təmin olunmaq hüququ həyata keçirilməmişdir. Lakin bu günə kimi mənzil almağı üçün Müdafiə nazirliyi tərəfindən ona əvəzsiz maliyyə yardımı göstərilməmişdir. Halbuki, “Hərbi qulluqçuların statusu haqqında” qanunun 12-ci maddəsinin 5-ci bəndinə əsasən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər. Mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olan və ya fərdi yaşayış evi tikən (satın alan) və başqa daimi mənzili olmayan hərbi qulluqçulara onların xidmət yerində mənzil haqqı üzrə və ya fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımı göstərilir: fasiləsiz 15 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 50 faiz miqdarında, 20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 100 faiz miqdarında. Kooperativ mənzil haqqının və ya dövlət bankı kreditlərinin ödənilməsi sahəsində əvəzsiz maliyyə yardımı göstərilməsinin qaydası bu bənddə göstərilmiş və ya ehtiyata, yaxud istefaya buraxılmış hərbi qulluqçular sırasından mənzil-tikinti (mənzil) kooperativlərinin üzvü olan şəxslərə və fərdi ev tikənlərə də şamil edilir. Məhkəmə qətnaməsində həmin maddələr qeyd olunsa da iş üzrə düzgün tətbiq olunmamışdır. Formal olaraq hansısa kirayə müqaviləsinin tərtib edilməməsi iddiaçının səhlənkarlığı və qanunsuz hərəkətsizliyidir. Heç vaxt ona kirayə müqaviləsi yazılı şəkildə imzalanmaq üçün təqdim edilməmiş, təqdim edildiyi halda onu imzalayacağı şəksiz şübhəsiz olacaqdır. Kirayə müqaviləsinin bağlanmaması ilə bağlı əsas məsuliyyət ilkin iddiaçının olmuş, bu barədə ona heç bir müqavilə təklifi olunmamışdır. Kirayə müqaviləsinin bağlanmaması iddiaçı tərəfindən yerinə yetirilməmişdir. Bununla da mənzil qanunvericiliyi ilə müəyyən olunmuş hüquqlarım təmin edilməmişdir. Halbuki, o və ailə üzvləri özbaşına şəkildə həmin ünvanda məskunlaşmamışdır, əksinə rəsmi qaydada verilmiş məktub əsasında Mənzil Tikinti İdarəsinin əməkdaşlarının iştirakı ilə mənzil ona və ailəsinə təhvil verilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. O, izahatında iddiaçının “Turan” hərbi yataqxanasının 0# ###### 1989-cu il tarixli *** nömrəli Dövlət aktına istinad etdiyini, lakin həmin aktın iddiaçı tərəfindən məhkəməyə təqdim olunmadığını, Turan mehmanxanasının ailəvi yataqxanaya çevrilməsi ilə bağlı Müdafiə Nazirinin *** nömrəli və ##.##.1997-ci il tarixli əmrinin də məhkəmə araşdırmasında təqdim olunmadığını bildirmişdir. Bundan başqa, onun tərəfindən 19 təqvim ili qüsursuz hərbi xidmət dövrü nəzərə alınmaqla “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 5-ci bəndinə müvafiq olaraq mənzil almağına əvəzsiz maliyyə yardımın göstərilməsi vəzifəsinin İddiaçı həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməyə müraciət etdiyini bildirmişdir.

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyasının: 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (##.##.2009-cu il tarixədək qüvvədə olmuş): 100-cü maddəsinə əsasən, xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. 103-cü maddəsinə əsasən, xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. 104-cü maddəsinə əsasən, müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və II qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və II qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar.

22. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (qüvvədə olan): 92-ci maddəsinə əsasən, xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1-99.2-ci maddələrinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 102.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 102.2-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. 102.3-cü maddəsinə əsasən, bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. 103.3-cü maddəsinə əsasən, xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.

23. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin ikinci hissəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır.

24. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin: 1.1-ci bəndinə əsasən həqiqi hərbi xidmətdə olan generallar, Rlar, zabitlər, Rlər, Rlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (mülki işçilər) və onlarla birlikdə yaşayan ailə üzvləri (əri və ya arvadı, uşaqları, valideynləri, eyni zamandahərbiqulluqçuların (mülki işçilərin) himayəsində olan digər şəxslər) bu əsasnamənin 1.6-cı bəndinə əsasən, göstərilmiş hallardan başqa İddiaçı xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar. 1.8-ci bəndinə əsasən əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan, habelə kazarma-mənzil fondunun və kommunal qurğuların istismarı və onlara xidmət göstərilməsi sahəsində çalışan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mülki işçilərinə xüsusi təyinatlı yaşayış sahəsi verilə bilər. 1.13-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə İddiaçı mənzil fondu hesabına yaşayış sahəsinin verilməsi qadağandır. 5.2-ci bəndinə əsasən bir qarnizonda yerləşən tabeli hərbi hissələr arasında yaşayış sahələrinin bölüşdürülməsi planı qarnizon mənzil komissiyası tərəfindən tərtib edilir, müvafiq rayon, MİH, HDQ-nin Dəniz Mühəndis Xidməti, Müdafiə Nazirliyinin MİŞ rəisi ilə razılaşdırılır, qarnizon mənzil komissiyası sədri tərəfindən imzalanır və həmin qarnizonun rəisi tərəfindən təsdiq edilir. 5.7-5.11-ci bəndinə əsasən yaşayış sahəsinin bölüşdürülməsi üçün hərbi hissənin mənzil komissiyasının iclası keçirilir və protokol tərtib olunur. Hərbi hissənin mənzil komissiyasının tərtib etdiyi hərbi hissə üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısını komissiyanın sədri və üzvləri imzaladıqdan sonra hərbi hissə komandiri təstiq edir. Yaşayış sahəsinin bölüşdürülməsi siyahısı və hərbi hissənin mənzil komissiyasının protokolundan çıxarış ryonun MİH rəisinə təqdim olunmalı, digər sənədlər isə hərbi hissənin mənzil komissiyasında saxlanılmalıdır.Təqdim olunan sənədlər əsasında tərtib olunan qarnizon üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısı rayon MİH-nin rəisi ilə razılaşdırılır, qarnizon üzrə mənzil komissiyasında baxılır, protokollaşdırılır və təstiq edilməsi üçün qarnizon rəisinə təqdim olunur. Qarnizon rəisi tərəfindən təsdiq edilmiş siyahı xüsusi təyinatlı yaşayış sahəsinə kirayə müqaviləsi bağlanması üçün hüquqi əsasdır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilir. Odur ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, baxılan iş üzrə birinci instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yaratmır.

31. İşin müəyyən edilmiş hallarından görünür ki, # ###### 1989-cu il tarixli *** nömrəli dövlət aktına əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası – xüsusi təyinatlı yaşayış sahəsi olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Cavabdeh Cavabdeh ailə üzvləri ilə birlikdə Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi M.Hacalıyevin ##.##.2005-ci il tarixli ****/* nömrəli məktubu əsasında həmin yataqxananın *** nömrəli otağına müvəqqəti yerləşdirilmişdir.

32. İş üzrə iddiaçı tərəf cavabdeh Cavabdeh mübahisəli yaşayış sahəsinə dair onunla hər hansı müqavilə münasibətlərinin yaranmadığını, heç bir hüquqi əsas olmadan xidməti yaşayış sahəsinə köçərək ailə üzvləri ilə birlikdə orada yaşadığını iddia edərək onun ailə üzvləri ilə birlikdə oradan çıxarılmalarını məhkəmədən xahiş etmişdir.

33. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında hazırki hüquq münasibətləri 2005-ci ildə yaranmış, daha sonra da davam etmişdir. Buna görə də, məhkəmə kollegiyası yaranmış hüquq münasibətlərinə həmçinin ##.##.2009-cu il tarixə kimi qüvvədə olan və həmin tarixdən sonra da qüvvəyə minən Azərbaycan Respublikası Mənzil Məcəllələrinin (bundan sonra - Mənzil Məcəlləsi) tələbləri və normaları baxımından qiymət verilməsini məqsədə müvafiq hesab edir.

34. Tətbiq edilməli hüquq normalarından aydın olduğu kimi, xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşaması zəruri olan vətəndaşların köçürülməsi məqsədilə verilir. Xidməti yaşayış sahəsi verilməsi barədə qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir, qəbul edilən qərar əsasında yaşayış sahəsindən istifadə hüququnu təsdiq edən order rəsmiləşdirilir. 2009-cu ildə qüvvəyə minən mənzil qanunvericiliyinin tələbinə görə isə, xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

35. Göründüyü kimi, cavabdehin mübahisəli yaşayış sahəsinə yerləşdirilməsi üçün müvafiq səlahiyyətli şəxs tərəfindən qərar qəbul edilməli, order verilməli, yeni qanunvericiliyə əsasən isə ən azından daha sonra müvafiq qaydada kirayə müqaviləsi bağlanmalı idi.

36. Buna baxmayaraq, hazırkı iş üzrə cavabdeh Cavabdeh münasibətdə mübahisəli yaşayış sahəsindən istifadə üçün müvafiq qərar qəbul edilməmiş, order təqdim olunmamışdır. Onunla daha sonra da hazırda qüvvədə olan mənzil qanunvericiliyinə əsasən kirayə müqaviləsi bağlanmamışdır.

37. Belə olan halda, cavabdeh Cavabdeh ailə üzvləri ilə birlikdə xidməti mənzil fonduna aid və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin sərəncamında olan “Turan” hərbi yataqxanasının *** nömrəli otağına Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi M.Hacalıyevin ##.##.2005-ci il tarixli ****/* nömrəli məktubu əsasında müvəqqəti yerləşdirilmişdir ki, bu hal onun həmin yaşayış sahəsindən isifadəsi üçün qanuni əsas yaratmır.

38. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, qanunvericiliyin tələblərinə əsasən xidmət münasibətlərinə xitam verilmiş şəxslər, qanunverixilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər yaşayış sahəsi təqdim edilmədən xidməti yaşayış sahəsindən çıxarılırlar. Bu baxımdan da, cavabdehin mübahisəli yaşayış sahəsinə qanuni əsasla köçürülsə idi belə, hazırda uzun müddətdir ki, xidmət münasibətlərinə xitam verildiyindən onun həmin yaşayış sahəsinə müddətsiz və daimi istifadə hüququnun olması müəyyən edilmir.

39. Qanunvericilikdə xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməyən şəxslərin kateqoriyaları sadalanır. 40.Cavabdeh həmin maddədə nəzərdə tutulan istisna hallara aid olmadığı üçün ona başqa yaşayış sahəsi verilmədən çıxarılması məhdudlaşdırılmır.

41. Bundan başqa, Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun ##.##.2025-ci il tarixli rəyi ilə “Turan” hərbi yataqxana binasında insanların yaşaması üçün təhlükənin mövcud olduğu müəyyən edilmişdir. Bina texniki cəhətdən yolverilməz qiymətləndirilmiş və təhlükəsizliyin təmin olunması üçün bərpa və gücləndirmə işlərinin aparılması zəruridir. Bu təhlükə səbəbi ilə cavabdehə mənzili təhvil verməsi barədə ##.##.2025-ci il tarixli **** nömrəli xəbərdarlıq məktubu ünvanlanmışdır.

42. Məhkəmə kollegiya həmçinin hesab edir ki, cavabdehin və ailə üzvlərinin binada qalması binanın təhlükəli texniki vəziyyəti ilə bağlı onların həyat və sağlamlığına təhlükə yaradır.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı ümumilikdə qeyd edir ki, iş materiallarından mübahisəli mənzilin cavabdehin sahiblik və istifadəsində qalmasına və ya cavabdehə başqa yaşayış sahəsinin verilməsinə əsas verən hər hansı bir halın olması müəyyən edilmir. Belə olan halda iddiaçı tərəf cavabdehin mübahisəli yaşayış sahəsindən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi də iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

44. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

Nəticə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## ### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə MPM-nin * saylı Əlavəsinə uyğun olaraq eıektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar