Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2567/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbi üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina, apellyasiya icraatına xitam) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. X3 və arvadı X5 ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in BMCMİ-nə ərizə ilə müraciət edərək, Cavabdeh, Vüsal Paşayev və digərlərinin müxtəlif şəxslərin tam orta məktəblərə müəllim vəzifəsinə işə düzəldəcəyini bildirərək ondan ümumilikdə 205 000 manat pul aldıqlarını bildirmiş, ##.##.2022-ci il tarixdə X3 müraciəti aidiyyəti üzrə Yasamal RPİ-nə göndərilmişdir.
2. Yasamal RPİ-nin İŞ-nin müstəntiqinin ## ###### 2022-ci il tarixli qərarı ilə həmin müraciət üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd olunmuşdur.
3. Həmin qərar Yasamal rayon prokuroru tərəfindən ##.##.2024-cü il tarixli qərarla ləğv edilərək əlavə araşdırmanın aparılması üçün Yasamal RPİ-nin İŞ-nin digər müstəntiqinə həvalə edilmiş, ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
4. Həmin qərar Yasamal rayon prokuroru tərəfindən ##.##.2025-ci il tarixli qərarla ləğv edilərək əlavə araşdırmanın aparılması üçün Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir.
5. Araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır, hazırda heç bir yerdə işləmir. Əvvəllər “Beynəlxalq Universitet”də Hüquq fakültəsinin dekanın köməkçisi işləmişdir. X3 tanışı Aydın Cəfərovun vasitəsi ilə tanımışdır. Şahlar ilə münasibətləri yaxşı olmuşdur, Şahların həyat yoldaşı Səadəti də tanıyır. Hətta Şahların oğlunun kiçik toyunda da İştirak etmişdir. Şahları bilmədiyi hansısa nazirliyin generalının sürücüsü kimi tanımış, Şahlar özünü ona heç vaxt ele təqdim etməmişdir. Şahların hansısa generalın sürücüsü olduğunu ona tanışı Aydın demişdir. 2022-ci ilin təxminən may ayının sonlarından avqust ayınadək olan müddət ərzində hissə-hissə olmaqla müxtəlif tarixlərdə Şahlardan ümumilikdə 118 000 manat pul borca almışdır. Şahlardan iş görmək üçün pul almamışdır, Şahlardan 205 000 manat deyil, 118 000 manat pul almışdır. Sonradan Şahların arvadı Səadət onu çox narahat etdiyi üçün həmin puldan ümumilikdə 56 000 manat Şahlara və arvadına qaytarmışdır. Şahlara tanışı Orucəlinin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqla istintaqı aparılan cinayət işi üzrə çıxarılmış hökmün dəyişdirilməsinə köməklik etməsi üçün ümumilikdə 250 000 manat pul vermişdir. Həmin pulları özündən vermişdir. Orucəlinin ailə üzvləri ona əgər Orucəlinin hökmünü xitam elətdirsə, nə qədər istəsə ona pul verəcəkmişlər. O, da pulunun batmayacağını bildiyi üçün bu işi görməyə qərar vermişdir. X7 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış hökmü dəyişdirə bilməmiş, bundan sonra apellyasiya şikayəti verilmişdir. Şahlar Orucəlinin işini Apellyasiya Məhkəməsində həll edəcəyini, verdiyi həmin məbləğə Orucəlinin barəsində 3 il müddətinə şərti cəza verilməklə azadlığa çıxacağını demişdir. Onlar da onunla razılaşmışdır. Şahlarla iş əsnasında mütəmadi olaraq görüşürmüşlər. X4 barəsində Apellyasiya Məhkəməsində iş gedən zaman özü başqa cinayət törətdiyinə görə tutulmuşdur. Sonradan Apellyasiya Məhkəməsində də Orucəlinin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış hökm qüvvədə saxlanılmışdır. Şahlar ona Cəzaçəkmə Müəssisəsindən çıxdıqdan sonra pulunu qaytaracağını demişdir. Sonradan Şahların arvadı Səadət Şahlardan aldığı pulu tələb etməyə başlamışdır. Şahlar ona azadlığa çıxdıqdan sonra verdiyi pulu qaytaracağını bildirmişdir. Hazırda isə Şahların arvadı Səadət ilə Şahlardan aldığı borcunu hissəhissə olmaqla qaytaracağı barədə razılaşmışdır.
6. Araşdırma zamanı izahatı alınmış X1 bildirmişdir ki, avtomobil alqı-satqısı ilə məşğul olur, X3 tanışı Aydın Cəfərovun vasitəsilə tanımış, Şahlarla münasibətləri yaxşı olmuşdur. Şahların həyat yoldaşı Səadəti də tanıyır. Hətta Şahların oğlunun kiçik toyunda da iştirak etmişdir. Şahların hansısa generalın sürücüsü olduğunu bilsə də, bu barədə tam məlumatı olmamışdır. Cavabdeh onun doğma xalası qızıdır. Onunla da münasibətləri həmişə yaxşı olmuşdur. 2022-ci ildə Bənövşənin Şahlardan ümumilikdə 118 000 manat pul aldığını bilirmiş. Lakin hansı məqsədlə, nəyə görə alması barədə məlumatı olmamışdır. Həmin pulları Şahlar Bənövşənin özünə vermişdir. Şahlar tutulduqdan sonra Şahlar Bənövşədən pulunu tələb etməyə başlamışdır. Bənövşə də həmin puldan 56 000 manat Şahlara qaytarmışdır. X3 ##.##.2022-ci il tarixdə müraciət edərək 2022-ci ilin iyun-avqust ayılarında o, Cavabdeh və digər şəxslərə tanışlarını Bakı şəhəri və Respublikanın digər rayonlarında müxtəlif orta məktəblərdə müəllim kimi işə düzəltmək məqsədi ilə ümumilikdə 205 000 manat pul verdiyini bildirməsi yalandır. Bənövşənin Şahlardan ümumilikdə 118 000 manat pul aldığını bilir, özü Şahlardan heç bir məbləğdə pul almamışdır. Cavabdeh Şahlar Bədirovdan aldığı puldan ona heç bir məbləğdə pul verməmişdir. O, Şahlar ilə görüşən zaman arada xalası qızı Bənövşənin yanında olduğu üçün ola bilsin Şahlar bu səbəblə ondan da şikayət etmişdir.
7. Araşdırma müddətində İddiaçı Yasamal RPİ-nin İstintaq şöbəsinə ərizə ilə müraciət edərək hazırda Cəzaçəkmə Müəssisəsində cəza çəkən həyat yoldaşı X3 2022-ci ildə tanışı Cavabdeh və digər şəxslərə tanışlarını orta məktəblərə müəllimə vəzifəsinə işə düzəltmək üçün külli miqdarda pul verməsi və həmin şəxslər tərəfindən aldadılması, sonradan pulun bir hissəsini qaytarsalar da qalan məbləği qaytarmadıqları üçün şikayət ərizəsi yazdığını, araşdırma müddətində Cavabdeh əri Şahlardan aldığı puldan ona 1000 manat verdiyini, Cavabdeh ilə aralarında olan razılaşmaya görə Bənövşənin hər ay ona ödəniş edəcəyini bildirərək, şikayət ərizəsi və əri X3 müraciəti əsasında aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir.
8. Araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, 2022-ci ilin əvvəllərində həyat yoldaşı X3 tanıdığı Cavabdeh onu Sumqayıt şəhərində yerləşən məktəblərdən birinə texniki işçi kimi düzəltmək üçün ilkin olaraq 12 000 (on iki min) manat pul lazım olduğunu bildirmiş, 2022-ci ilin aprel-may aylarında Bənövşə ilə Şahlar onunla birlikdə ilk dəfə Yasamal rayonu, Hüseyn Cavid parkında görüşmüşlər. Görüş zamanı, əvvəlcə texniki işçi kimi, daha sonra diplom düzəldərək, həmin məktəbdə ibtidai sinif müəlliməsi keçirdəcəyini söz vermişdir. Bənövşə ona bildirmişdir ki, heç vaxt müəllim kimi işləmədiyi üçün ona yuxarı siniflər verilə bilməz, ona görə də ibtidai sinif müəlliməsi kimi düzəltməyə söz vermişdir. Onunla razılaşmış, həmin gün Bənövşə ilə sağollaşmış, bir neçə gün sonra Şahlar Bənövşə ilə yenidən Yasamal rayonunda yerləşən "Space TV" qarşısında görüşərək 12 000 manat pulu vermişdir. Daha sonra Şahlar Fikrət adlı dostuna, Nofel adlı dostuna və Rahib adlı dostuna Bənövşə barəsində məlumat vermişdir. Daha sonra Fikrət arvadını Bakı şəhərindəki məktəblərin birində işə düzəltmək üçün Şahlara bildirmişdir, Şahlar isə öz nöbəsində Bənövşəyə demişdir. Bənövşə heç bir problemin olmadığını bildirərək sənədlərini gətirməyini istəmişdir. Şahlar Bənövşəyə sənədləri təqdim etmiş və 3 gün sonra məlumat verəcəyini bildirmişdir. 3 gün sonra Bənövşə həmin işin həll olunması üçün 45 000 (qırx beş min) manat pulu istəyərək, “gedib imtahanını versin, onun balını artırıb Bakı şəhərindəki məktəblərin birinə təyin etdirəcəyəm” demişdir. Bunun üçün Şahlar pulu götürərək Bənövşəyə vermiş, Bənövşə isə avqust ayında portalın açılacağını, məktəblərin birinə keçirdəcəyini bildirmişdir. Eyni qaydada Nofəldən 32 000 (otuz iki min) manat pulunu alaraq xalası qızını işə düzəldəcəyi vədini vermişdir. Həmçinin Rahibin bacısını və yoldaşını işə düzəltmə adı ilə 30 000 (otuz min) manat pulunu almışdır. Daha sonra Əşrəfdən Yardımlı rayonunda işə düzəltmək adı ilə 5000 (beş min) manat pulunu almışdır. Daha sonra İradə xanımın qızını Sumqayıt şəhərində yerləşən Universitetə düzəltmək adı ilə 7000 ( yeddi min) manat pulunu almışdır. Daha sonra eyni qaydada Eldar adlı şəxsdən xalası qızını Biləsuvar rayonunda yerləşən məktəblərin birinə direktor müavini işə düzəltmək adı ilə 37 000 (otuz yeddi min) manat pulunu almışdır. Beləliklə ümumilikdə 148 000 (yüz qırx səkkiz min) manat pulu Şahlar müxtəlif şəxslərdən götürərək Bənövşəyə vermişdir. Daha sonra öz şəxsi vəsaiti hesabına Şahlar ümumilikdə, Eldarın, İradə xanımın, Əşrəfin, Rahibin və Nofəlin pullarını qaytarmışdır. Hal-hazırda Bənövşənin Şahlara 148 000 (yüz qırx səkkiz min) borcu qalmışdır.
9. Yasamal Rayon Polis İdarəsinin ##.##.2025-ci il tarixli “maddi sübut təhvil vermə haqqında” protokolunda göstərilmişdir ki, RM****/** nömrəli material üzrə İddiaçı dəymiş maddi ziyandan 3000 manat təhvil verildi. Protokol “3000 manat pulu təhvil aldım” qeyd edilməklə İddiaçı və vəkili Nümayəndə tərəfindən imzalanmışdır.
10. Yasamal RPİ-nin İŞ-nin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” ##.##.2025-ci il tarixli qərarına əsasən, X2 mürcaiəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
11. Həmin qərarda aşağıdakılar göstərilmişdir: “...Beləliklə, X3 və İddiaçı müraciətləri əsasında aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178-ci, yəni dələduzluq maddəsinin tərkib əlamətləri müəyyən edilməmiş, belə ki, araşdırma müddətində Cavabdeh Şahlar Bədirovdan hər hansı iş görmək üçün pul almadığını, ümumilikdə Şahlardan 118 000 manat borc pul aldığını, həmin puldan da 56 000 manat pul qaytardığını bildirməsi onun məqsədi həqiqətən də sonuncunun pulunu ələ keçirmək olmamış, eyni zamanda Cavabdeh dələduzluq cinayəti törətməsi barədə mötəbər sübutlar əldə etmək mümkün olmamış, bu səbəbdən də tərəflər arasında yaranmış pul mübahisəsinin mülki xarakter daşıması müəyyən edildiyindən toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilməlidir”.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
12. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 135 000 (bir yüz otuz beş min) manat borcun, hüquqi yardım üçün vəkilə ödənilmiş 350 (üç yüzəlli) manat müqavilə haqqının və 425 (dörd yüziyirmi beş) manat dövlət rüsumunun, ümumilikdə 135 775 (bir yüz otuz beş min yeddi yüz yetmiş beş) manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin əvvəlində cavabdeh onların etibarından sui-istifadə edərək onu, həyat yoldaşı X3 və bir sıra digər şəxsləri aldadıb müxtəlif şəhər məktəblərinə işə düzəltmək adı ilə külli miqdarda pul vəsaiti almışdır. 2022-ci ilin əvvəlində cavabdeh onu Sumqayıt şəhərində yerləşən məktəblərdən birinə işə düzəltmək adı ilə 12 000 (on iki min) manat məbləğində pul tələb etmiş və həmin məbləğ həyat yoldaşı tərəfindən Yasamal rayonu ərazisində şəxsən cavabdehə təqdim olunmuşdur. Bundan başqa cavabdeh onun vasitəsi ilə rəfiqəsi Aygünü Sumqayıt şəhəri ** saylı orta məktəbə müəllimə kimi işə düzəltmək məqsədi ilə ondan 5000 (beş min) manat, Yusif adlı şəxsin həyat yoldaşı və baldızının Bakıdakı məktəblərin birinə işə düzəldilməsi üçün isə 17 000 (on yeddi min) manat məbləğində pul almışdır. Bundan başqa cavabdeh həyat yoldaşı Şahların etibarından istifadə edərək digər şəxslərə də müxtəlif vədlər verməklə Fikrətdən 60 000 (altmış min) manat, Nofəldən 32 000 (otuz iki min) manat, Rahibdən 30 000 (otuz min) manat, Əşrəfdən 5000 (beş min) manat, İradədən 7000 (yeddi min) manat, Eldardan isə 37 000 (otuz yeddi min) manat pul almışdır. Cavabdeh verdiyi vədlərin heç birini yerinə yetirməmiş və nəticədə həmin şəxslər ödəmiş olduqları vəsaitlərin geri qaytarılması üçün onlara müraciət etmişlər. Yaranmış vəziyyəti aradan qaldırmaq, insanların onlardan tələb etdikləri məbləğləri ödəmək məqsədilə onlar şəxsi vəsaitlərindən istifadə etməklə yanaşı, yaşadıqları mənzil və avtomobillərini satmağa məcbur olmuş və bütün şəxslərin vəsaitlərini tam şəkildə geri qaytarmışlar. Cavabdehin qanunsuz əməlləri ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət etdikdən sonra cavabdeh onlara olan 205 000 (iki yüz beş min) manat borcdan yalnız 57 000 (əlli yeddi min) manat qaytarmış, qalan məbləği isə qısa müddət ərzində ödəyəcəyinə dair söz vermişdir. Daha sonra material aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinə göndərilmişdir. Yasamal RPİdə aparılan araşdırma zamanı cavabdeh onlara əlavə olaraq 13 000 (on üç min) manat məbləğində pul qaytarmışdır. Bu günə olan hesablamaya əsasən cavabdehin ona və həyat yoldaşına olan borcu 135 000 (bir yüz otuz beş min) manat təşkil edir. Cavabdehdən borcun qaytarılması dəfələrlə tələb edilsə də, o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Yaranmış mübahisənin yalnız məhkəmə qaydasında həlledilə biləcəyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Nəticə etibarilə, o və həyat yoldaşı həm maddi zərərə uğramış, həm də etimad göstərdikləri şəxs tərəfindən aldadılmışlar. Hesab edirlər ki, cavabdehin onlara olan borcu, eləcə də məhkəməyə müraciətlə bağlı çəkilmiş xərclər cavabdehdən tutulmalıdır.
14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən 13 000 manat ödənilmişdir. 135 000 manatın ödənilməsini tələb edirlər. İddiaçının 2 övladı xəstədir, cavabdeh işə düzəltməklə əlaqədar şəxslərdən pul almışdı. Ayda 1000 manat ödənişlə bağlı iddiaçı razılaşmışdı, lakin cavabdeh 500 manatla ödəməyə başladı. Fikrət, Nofəl və Şahlar adlı şəxslər cavabdehə pul vermişlər. Pullar iddiaçının həyat yoldaşı Şahlar vasitəsilə verilmişdir. İddiaçı həyat yoldaşının azadlıqdan məhrum edilməsi dövründə evlərini və avtomobillərini satmışdılar ki, borclarını ödəsinlər. İlk olaraq Nofəl, Fikrət işlə düzəldilmişdir. İddiaçının ali təhsili yox idi, cavabdeh onu təhsil müəssisəsində işə düzəldəcəyini bildirmişdi. Axırıncı dəfə iş polisdə olanda 3000 ödənmişdi. 2024-ci ildən cavabdeh tərəfindən aylıq 500 manat ödənməyə başlandı. Qalan pul 118 000 deyil, 148 000 manatdır. Sonuncu pulu cavabdeh avtomobildə özü vermişdir. Ödənişlər kartla həyata keçirilirdi. O, pulun verilməsi prosesində iştirak etməmişdir. Məhkəməyə pulların qaytarılması ilə bağlı səs yazıları təqdim olunmuşdur. 56 000 + 13 000 manat pul qaytarılmışdır. Müvafiq qurumlara müraciətlər edilsə də, cavabdeh barəsində dələduzluqla cinayət işi açılmamışdır.
15. Məhkəmə iclasında iştirakı edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehə 12 000 manat və 5000 manat vermişdir, pulları kartına da köçürmüşdür, özünə də vermişdir. 22 000 manat verəndə “götürdüm, narahat olma” demişdir. Cavabdehlə birlikdə Vüsal adlı şəxs də olmuşdur. 22 000 manatı verməyə gedə bilmədiyindən cavabdehə göndərmişdir. Kartına da 5000 manat, 1000 manat və xırda-xırda pullar atmışdır. Maximum 56 000 manat pul qaytarılmışdır. Cavabdehə 205 000 manat pul verilmişdir, sonradan 13 000 manat da qaytarılmışdır. Pulu qaytaranda həyat yoldaşı tutulmuşdu, cavabdeh puldan ayda 500 manat olmaqla ödənişlər edirdi. Yoldaşı 2022-ci ilin noyabrında tutulmuşdur. Pulları qaytarmaq üçün həyat yoldaşı maşınlarını və evini satmışdır. Vüsal adlı şəxsin cavabdehin xalası oğlu olduğu deyilmişdir. Cavabdehlə mübahisə etmişdi, Vüsal da gedib 2 nəfər kişi çağırmışdı. Ona deyilmişdir ki, Şahların yanına getsinlər. Şahların yanına gedəndə (2023-cü ildə) Vüsal hesablamışdır ki, borc 56 000 manatdır.Oradan çıxanda ona demişlər ki, 10 000 manat qaytarılacaq. Lakin daha sonra Vüsal telefonlara cavab verməmişdir. Daha sonra ona 1000 manatla razılaşması təklif olunmuş, uşağı pis vəziyyətdə olduğuna görə həmin məbləğlə razılaşmışdır. Sonra cavabdeh ona hər dəfə 500 manat olmaqla pul göndərmişdir. Vüsal onun yoldaşını intihardan da xilas etmişdir. Yoldaşı hərbi hissə ilə əlaqədar dələduzluq maddəsi ilə cəza çəkir. Hazırki məsələ ilə bağlı onun barəsində şikayət olunmamışdır. Cavabdehin pul verilməsində onun (iddiaçının) iştirak etməyinə icazə vermirdi. Səs yazılarında, siyahıda 205 000 manat olduğu görünür. Ona 56 000 manat və 13 000 manat qaytarılmışdır.
16. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 56 000 manat pul qaytarılmışdır, 205 000 manat borcun olması ilə bağlı sübut yoxdur. İddiaçının həyat yoldaşı cəzaçəkmə müəssisəsində cəza çəkir, iddiaçının hazırki iddia tələbi ilə müraciət etmək üçün subyektiv hüququ yoxdur. İstintaq prosesində iddiaçının da qeyd etdiyi kimi, 12 000 onun həyat yoldaşı tərəfindən cavabdehə təqdim edilmişdir. İddiaçı özü də izahatında bildirmişdir ki, cavabdeh iddiaçının görüşlərə gəlməsinə, pulun verilməsində iştirakına icazə vermirdi, pulun verilməsi prosesi məhz Şahlarla cavabdeh arasında həyata keçirilmişdir. 118 000 manat cavabdehin özü tərəfindən etiraf olunsa da, 70 000 manat qaytarılan məbləğdən başqa yerdə qalan məbləğlər də sübut olunmamışdır.
17. Birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
İddiaçı tərəfindən məhkəməyə CD disk vasitəsilə təqdim edilmiş cavabdeh Cavabdeh məxsus olduğu iddia edilən səs yazılarından müəyyən edilir ki, cavabdeh iddiaçıya ona hörmət etdiyini, xətrini istədiyini, lakin bu söhbətlərin onunla Şahlar arasında olduğunu, özünün onunla olan məsələni yoluna qoyacağını bildirmişdir. Bundan başqa cavabdehə aid olduğu iddia edilən digər səs yazısında cavabdeh bildirmişdir ki, ümumi məktəb olduğundan ərizələrində hansı rayonda, hansı məktəbi istədiklərini yazıb ərizələrini onlara təqdim etsinlər, hər şey onların əlindədir, oraya vakansiya açaraq yerləşdirəcəklər, əmrləşmələri olacaqdır. İbtidai siniflər ərizələrini iki yerə verirlər, birincisi Nazirliyə (qəbuldan keçməyə görə), ikincisi Təhsil İdarəsinə.
Tərəflər arasında sadəcə işgüzar deyil, həm də yaxın şəxsi münasibətlər mövcud olmuşdur. Cavabdeh iddiaçının həyat yoldaşı Şahlar Bədirovu ortaq tanışları Aydın Cəfərov vasitəsilə tanımışdır. Cavabdehin xalası oğlu Vüsal da bu münasibətlərdə iştirak etmiş, tərəflər arasında danışıqlarda vasitəçi rolunu oynamışdır. İddiaçı cavabdehdin işə düzəltmək adı ilə onlardan aldığı puldan geri qaytarılmayan hissənin – 135 000 manat pul vəsaitinin tutulmasını tələb edir. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, tərəflər arasında münasibətlər etibardan sui-istifadəyə söykənən qeyri-rəsmi sövdələşmələr üzərində qurulmuşdur. Belə ki, cavabdeh iddiaçını və onun tanıdığı digər şəxsləri (rəfiqəsi Aygün, Yusifin yaxınları, Fikrət, Nofəl və s.) müxtəlif məktəblərə müəllim və ya texniki işçi kimi işə düzəltməyi öhdəsinə götürmüşdür. Bu vədlərin qarşılığında iddiaçı və həyat yoldaşı tərəfindən cavabdehə müxtəlif vaxtlarda külli miqdarda (ümumilikdə 205 000 manat) pul verilmişdir. Hazırda cavabdehin onlara 135 000 manat məbləğində geri qaytarılmayan borcu qalıb.
Həmin iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin borc və əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.
İddiaçı cavabdehə verilən pulun məhz onun tərəfindən verildiyini sübuta yetirə bilməmişdir. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, pul vəsaitləri iddiaçının həyat yoldaşı Şahlar Bədirov tərəfindən cavabdehə verilmişdir. Danışıqlar və pulun alınıb-verilməsi prosesləri də məhz onlar arasında keçmiş, iddiaçı həmin proseslərdə iştirak etməmişdir. Cavabdehə verilmiş məbləğlər də (Fikrət, Nofəl, Rahib və s. aid pullar) Şahlar Bədirov tərəfindən toplandığı və onlara qaytarıldığı üçün, həmin məbləğləri tələb etmək hüququ Şahlar Bədirova məxsusdur. Məhkəmə hesab edir ki, iddiaçının başqasının hüququnun müdafiəsi üçün (etibarnamə olmadan) öz adından iddia qaldırmağa subyektiv hüququ yoxdur.
19. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 439.4-cü, 739.1-ci, 740.2-ci, 1091.1-ci, 1091.2-ci, 1092.1-ci, 1093.1-ci, 1093.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
20. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun onun ləğv və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün hallara qiymət vermədiyini irəli sürmüşdür. Şikayətdə həmçinin aşağıdakılar qeyd edilmişdir: “Cavabdehin pul vəsaitini qəbul etməsi, həmin pulun bir hissəsini qaytarması, aylıq ödənişlərlə borcun qaytarılması barədə razılığa gəlməsi onun üzərində pul öhdəliyinin mövcud olduğunu təsdiq edir. Məhkəmə isə həmin hallara düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh 118 000 manat məbləğində guya borc aldığını bildirsə də, bunu təsdiq edən qanunun tələb etdiyi formada heç bir yazılı sübut təqdim etməmişdir. İş materiallarından görünür ki, cavabdeh özü azı 118 000 manat məbləğində pul aldığını etiraf etmişdir. Lakin cavabdeh həmin vəsaitin hansı hüquqi əsasla əldə edilməsini sübut edə bilməmişdir. Xüsusilə tərəflər arasında yazılı borc müqaviləsi mövcud olmamış, borc münasibətini təsdiq edən hər hansı sənəd təqdim edilməmiş, pulun hansı hüquqi əsasla alındığı sübut olunmamışdır. Hazırkı işdə pul vəsaitləri müxtəlif şəxslərin işə düzəldilməsi məqsədilə verilmiş, lakin həmin məqsəd həyata keçirilməmişdir. Buna görə də iddiaçı verilmiş pul vəsaitinin geri qaytarılmasını tələb etmək hüququna malikdir.”
Apellyasiya şikayətinə qarşı etiraz
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
22. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir.
23. Bununla belə sonradan məhkəməyə ərizə ünvanlayan iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətindən imtina etdiklərini bildirməklə, şikayətin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.
26. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.
27. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
Məhkəmə kollegiyasının mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının səlahiyyətli nümayəndəsinin (vəkilinin) apellyasiya şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilməlidir.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı iş üzrə ## ##### 2026-cı il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətindən onun imtinası qəbul edilsin və İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Azad İmanov
Səadət Səlimova