Məhkəmə qərarları › İş №e-2(3-6)-2592/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2592/2026

24.06.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2592/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin Bakı Şəhəri Üzrə Təhsil İdarəsinə və Paşa Nəzərov adına ** saylı tam orta məktəbə qarşı “əmrin ləğv edilməsi və.s” tələbi barədə iddia ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı P.D. Nəzərov adına ** nömrəli tam orta ümumtəhsil məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə işə bərpa edilməsi, Əmək Müqaviləsinə xitam verilməsinə dair P.D. Nəzərov adına ** nömrəli tam orta ümumtəhsil məktəbin OU**********/e saylı, ##.##.2025-ci il tarixli əmri, habelə sertifikasiyaya dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli, *-**-**/*-*-**F/**** saylı əmrinin etibarsız hesab edilməsi, 13 gün gecikdirilməsinə görə son haqq-hesab məbləği 300.32 manatın 13%-i məbləğində ödənc, yəni 39.04 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsindən tutularaq iddiaçıya verilməsi, məcburi işburaxma dövrünə görə, yəni ##.##.2025-ci il tarixindən işə bərpa olunduğu günə qədər iddiaçının son aylıq əmək haqqı olan 1229.67 manat məbləğində əmək haqqının cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsindən tutularaq iddiaçıya verilməsi, istifadə olunmayan və son haqq-hesabda ödənilməyən 3 gün üçün məzuniyyətə görə kompensasiya məbləğinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsindən tutularaq iddiaçıya verilməsi, 20 000 manat məbləğində mənəvi zərərə görə dəymiş ziyanın müştərək qaydada cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsindən və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin 3 və 5-ci hissələrinin "3.Son haqq hesabın 13 gün gecikdirilməsinə görə son haqqhesab məbləği 300.32 manatın 13%-i məbləğində ödənc, yəni 39.04 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsindən tutularaq iddiaçıya verilməsi; 5. İstifadə olunmayan və son haqq-hesabda ödənilməyən 3 gün üçün məzuniyyətə görə kompensasiya məbləğinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsindən tutularaq iddiaçıya verilməsi;" hissələrinin iddia tələbindən çıxarılmasını xahiş etdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə icraata iddiaçı İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə qarşı “sertifikasiyaya dair ##.##.2025-ci il tarixli, *-**-**/*-*- **F/**** saylı əmrinin etibarsız hesab edilməsi” hissədə xitam verilməsi qərara alınmışdır. Məhkəmənin eyni tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı İddiaçı məhkəmənin ##.##.2026-cı il tarixli qərardadından şikayət verməklə qərardadının ləğv edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, işin danılmaz və mübahisə edilməyən faktiki halları ondan ibarətdir ki, iddiaçı həyat yoldaşının xaricdəki təhsili dövründə onu müşayiət etmək üçün müddətli ödənişsiz məzuniyyət götürmüş (müvafiq sənədlər əlavə edilmişdir), məzuniyyət dövründə onun guya iştirak etməli olduğu sertifikatlaşdırma müsahibəsi keçirilib və guya həmin müsahibədə iştirak etmədiyinə görə işə qayıtdıqdan 7 ay sonra o vəzifədən azad edilmişdir. Halbuki, məzuniyyətdə olduğu müddətdə bu cür müsahibəyə cəlb edilə bilməzdi, cəlb edilmişdirsə belə bu barədə ona hər hansı məlumat verilməmişdir. Onu da qeyd etmək zəruridir ki, Elm və Təhsil Nazirliyinin onlayn portalı ölkə xaricində işləmir. İddiaçı məzuniyyətdə olduğu üçün faktiki olaraq müsahibədə iştirak edə bilməmişdir. Sertifikatlaşdırma sonrakı tarixə təxirə salına və ya alternativ şəkildə həyata keçirilə bilərdi. Dərhal işdən azad etmə ən sərt və mütənasibsiz sanksiya olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə Kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli № * Qərarı: ....ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əmrinə qarşı irəli sürdüyü tələbin hüquqi təbiəti düzgün müəyyən edilməlidir. Belə ki, adı çəkilən Agentlik inzibati orqan olmaqla, onun qəbul etdiyi müvafiq əmr inzibati aktdır və birbaşa olaraq iddiaçının hüquqi statusuna təsir göstərir. Həmin aktla iddiaçının sertifikatlaşdırmadan keçmiş və ya keçməmiş hesab olunması müəyyən edilir ki, bu da publik hüquq münasibətlərindən irəli gələn hüquqi nəticədir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktların qanunauyğunluğunun yoxlanılması və onların etibarsız sayılması ilə bağlı mübahisələr öz hüquqi mahiyyətinə görə inzibati məhkəmə icraatının predmetini təşkil edir. Bu baxımdan, belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılması yolverilməzdir. Əks yanaşma məhkəmənin səlahiyyət həddinin aşılması ilə nəticələnə və inzibati orqanın qanunla ona verilmiş qiymətləndirmə səlahiyyətinə müdaxilə kimi qiymətləndirilə bilər. Belə ki,sertifikatlaşma inzibati orqanın qiymətləndirmə fəaliyyətinin bir növüdür. Bundan əlavə, məhkəmə nəzərə alır ki, iddiaçının əmək münasibətlərinə xitam verilməsi birbaşa olaraq həmin inzibati aktın nəticəsi kimi çıxış edir. Yəni məktəbin işdən azad etmə əmri törəmə xarakter daşıyır və onun hüquqi əsası məhz Agentliyin müvafiq əmri ilə müəyyən edilir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 263 və 264-cü maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar