Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2612/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçıVladimirovnanın cavabdeh Cavabdeh qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Iddiaçı İddiaçıVladimirovnanın cavabdeh Cavabdeh qarşı “torpaq sahəsi üzərində servitut müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq,aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçıVladimirovna cavabdeh Cavabdeh qarşı “torpaq sahəsi üzərində servitut müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)- ****/**** nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
3. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ərizə ərazi aidiyyəti qaydalarına riayət edilmədən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə verilmişdir. Belə ki, “Elektron Məhkəmə” Informasiya Sistemi məlumatlarına əsasən cavabdeh Cavabdeh qeydə alındığı ünvan ünvan 1 müəyyən edilmişdir. Belə olduğu halda cavabdehin qeydiyyatı Nəsimi rayonu ərazisi olmadığından hazırki mülki tələbə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılması aidiyyət qaydalarına uyğun deyildir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
4. Iddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh ##.##.2029-cu il tarixədək etibarlı olan AA ******* №-li şəxsiyyət vəsiqəsi vardır və həmin vəsiqəyə əsasən o, AZ1111, Bakı şəhəri, Nəsimi rayonu, Cavabdxan (Gəncə Xanı) küçəsi, 38, mənzil 9-da qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində göstərilmişdir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Lakin məhkəmənin qəbul etdiyi qərardadla tələbkarın bu hüququ pozulmuşdur. Məhkəməyə mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab edilən cavabdehin dəqiq anket məlumatlarını (doğulduğu gün, ay, il), qeydiyyatda olduğu ünvanın hansı məlumata əsasən müəyyən etdiyini qərardadda əks etməmişdir. Məhkəmə cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, Cavabdxan (Gəncə Xanı) küçəsi, 38, mənzil 9-da qeydiyyatda olmamasına dair heç bir sübuta istinad etməmişdir. Məhkəmə “Elektron Məhkəmə” Informasiya Sistemi məlumatlarına əsasən cavabdeh Cavabdeh qeydə alındığı ünvanın ünvan 1ndə olmasını qərardadda qeyd etsə də, bu barədə müvafiq çıxarışı elektron kabinetə əlavə etməmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(5-98) ****/**** №-li, ##.##.2026-cı il tarixli qərardadının ləgv edilməsi və iddia ərizəsinin baxılmasına dair qərardad qəbul ediməsi, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi məhkəmədən xahiş olunur.
6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarı: Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 384.0.4. Apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Maddə 387.2.9. Işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Işdən görünür ki, hazırki tələb torpaq sahəsi üzərində servitutun müəyyən edilməsi ilə bağlıdır.
13. Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməməsi üçün qanunla başqa halın nəzərdə tutulmasına əsas ola biləcək, o cümlədən müstəsna aidiyyəti nəzərdə tutan hallar mövcud deyildir.
14. Işdən, habelə “Elektron Məhkəmə” Informasiya Sistemi məlumatlarına əsasən müəyyən olunur ki, cavabdehin rəsmi olaraq qeydiyyatda olduğu ünvan ünvan 1 ünvanıdır.
15. Mülki-prosessual qanunvericiliyin imperativ tələblərindən göründüyü kimi, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mülki-prosessual qanunvericilik iddiaçının üzərinə bu növ iddialar üzrə iddianı cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi vəzifəsini qoyur.
16. O da qeyd edilməlidir ki, işə aidiyyət qaydalarının pozulması ilə baxılacağı təqdirdə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv ediləcəkdir.
17. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova