Məhkəmə qərarları › İş №e-2(3-6)-2659/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2659/2026

06.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2659/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, X2 qarşı icra qeydinin ləğvi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, X2 qarşı icra qeydinin ləğvi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, X2 qarşı icra qeydinin ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, X2 qarşı icra qeydinin ləğvi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmışdır.

3. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmiş, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə iddiaçıların dövlət rüsumunun ödənilməsindən azad olması qeyd olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə istehlakçı statusuna malik olsa da, hazırki iş üzrə irəli sürülən tələb istehlakçı hüquqlarının müdafiəsi ilə deyil, icra qeydinin ləğvi ilə bağlıdır. Odur ki, hazırki tələb dövlət rüsumundan azad hesab oluna bilməz.

4. Həmin qərardaddan iddiaçı İddiaçı şikayət verərək, şikayətinin təmin edilməsini, qərardadın ləğv edilməsi, iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri ** saylı Notariat Ofisinin xüsusi notariusu X2 və üçüncü şəxs cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin işin məhkəmənin icraatına qəbul edilməsi məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir.

5. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsinin qənaəti qanunun məqsədi və tərəflər arasındakı maddi hüquqi münasibətin mahiyyəti ilə ziddiyyət təşkil edir. Icra qeydinin ləğvi tələbi hazırkı halda birbaşa istehlakçı hüquqlarının müdafiəsi üçün vasitəsidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadında göstərilmişdir ki, “iddiaçı kredit müqaviləsi üzrə istehlakçı statusuna malik olsa da, hazırki iş üzrə irəli sürülən tələb istehlakçı hüquqlarının müdafiəsi ilə deyil, icra qeydinin ləğvi ilə bağlıdır” və bu səbəbdən o, dövlət rüsumundan azad hesab oluna bilməz. Məhkəmənin bu mülahizəsi formaya üstünlük verərək mahiyyəti kənarda qoyur və aşağıdakı səbəblərdən qanunsuzdur: Münasibətin təbiəti məhz istehlakdır: Iddiaçı İddiaçı ilə üçüncü şəxs cavabdeh1 ASC arasında ## #### 2024-cü il tarixində 50000 manat məbləğində istehlak krediti verilmişdir. Iddiaçı bu münasibətdə birmənalı olaraq “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun subyekti – istehlakçı kimi çıxış edir. Icra qeydi müstəqil tələb deyil, alətdir: ## ### 2026-cı il tarixli, 8I-**** reyestr nömrəli icra qeydi yuxarıda qeyd olunan istehlak krediti müqaviləsindən irəli gəlir. Bank tərəfindən istehlakçıya münasibətdə mübahisəli və ədalətsiz (qeyri-dəqiq) hesablanmış borc və cərimələr bu icra qeydi vasitəsilə məcburi ödənilməyə yönəldilmişdir. Iddiaçının bu icra qeydini məhkəmə qaydasında mübahisələndirməkdə vahid məqsədi, xidmət göstərənin (bankın) onun istehlakçı kimi mülkiyyət və əmlak hüquqlarına əsassız müdaxiləsinin qarşısını almaqdır. Hüququn müdafiə formasıməhdudlaşdırıla bilməz: Məhkəmə mexaniki olaraq tələbin “icra qeydinin ləğvi” adlanmasına istinad edərək onu istehlak mübahisəsindən süni şəkildə ayırır. Lakin icra qeydinin ləğvi istehlakçının öz hüquqlarını təchizatçının (bankın) qanunsuz hərəkətlərindən qorumaq üçün istifadə etdiyi qanuni prosessual vasitədir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsi iddiaların yalnız konkret bir növünü (məsələn, “malların qaytarılması” və ya “zərərin ödənilməsi”) deyil, ümumiyyətlə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri bütün iddiaları əhatə edir. Istehlakçının hüququnu pozan sənəd hazırkı halda notariusun aktı (icra qeydi) şəklində təzahür etmişdir. Nəticə etibarilə, məhkəməyə müraciət məhz istehlak krediti xidmətinin icrası zamanı yaranmış pozuntunun (mübahisəli borcun mübahisəsiz kimi təqdim edilərək icra qeydi alınmasının) aradan qaldırılmasına yönəldiyi üçün bu iş mahiyyəti etibarilə istehlakçı hüquqlarının müdafiəsi işidir və iddiaçı birmənalı şəkildə dövlət rüsumu ödəməkdən azad olunmalıdır. Birinci instansiya məhkəməsinin “forma ayırması” vətəndaşın məhkəməyə əlçatanlıq hüququnu əsassız yerə məhdudlaşdırır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadına əsasən şikayət təmin olunmamış, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq

7. “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Preambula. Bu Qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını, habelə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarını və mexanizmini müəyyənləşdirir. Maddə 1. Istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs.

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizəsi verildikdə. Maddə 108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Maddə 150.1. Iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. Maddə 151.1. Iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. Müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə. Maddə 152.2. Iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 152.4. Iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Maddə 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Şikayətin dəlilləri kimi ona istinad olunur ki, icra qeydinin ləğvi tələbi hazırkı halda birbaşa istehlakçı hüquqlarının müdafiəsi üçün vasitəsidir, icra qeydi müstəqil tələb deyil, alətdir, ## ### 2026-cı il tarixli, 8I-**** reyestr nömrəli icra qeydi yuxarıda qeyd olunan istehlak krediti müqaviləsindən irəli gəlir, bank tərəfindən istehlakçıya münasibətdə mübahisəli və ədalətsiz (qeyri-dəqiq) hesablanmış borc və cərimələr bu icra qeydi vasitəsilə məcburi ödənilməyə yönəldilmişdir, icra qeydinin ləğvi istehlakçının öz hüquqlarını təchizatçının (bankın) qanunsuz hərəkətlərindən qorumaq üçün istifadə etdiyi qanuni prosessual vasitədir, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsi iddiaların yalnız konkret bir növünü (məsələn, “malların qaytarılması” və ya “zərərin ödənilməsi”) deyil, ümumiyyətlə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri bütün iddiaları əhatə edir, istehlakçının hüququnu pozan sənəd hazırkı halda notariusun aktı (icra qeydi) şəklində təzahür etmişdir.

11. “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını, habelə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarını və mexanizmini müəyyənləşdirir.

12. Hazırkı mübahisənin mahiyyətini icra qeydinin ləğvi təşkil edir və iddia ərizəsində də tələb yalnız cavabdeh1 ASC-yə (icraçı) qarşı deyil, həm də Notariat ofisinə qarşı yönəlmişdir və mübahisələndirilən akt – icra qeydi Notariat ofisi tərəfindən verilmişdir.

13. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə uyğun olaraq, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.

14. Beləliklə, hazırkı tələb üzrə artıq iddiaçı “istehlakçı” deyil, “borclu” statusunda icra qeydini mübahisələndirir.

15. Buna görə də məhkəmə kollegiyası şikayətin dəlillərində qeyd olunan xüsusatları əsassız hesab edir. Hazırkı mübahisənin xarakteri istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olmayıb, Notariat ofisi tərəfindən verilmiş icra qeydinin ləğvi ilə bağlıdır, tələb bankla yanaşı Notariat ofisinə qarşı da yönəlmişdir.

16. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

17. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar