Məhkəmə qərarları › İş №e-2(3-6)-2680/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2680/2026

23.07.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2680/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Şahin qızına qarşı əldə etdiyi daşınmaz əmlakın müvafiq hissələrinin bazar qiymətinə uyğun dəyərinin tutulması tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər X2 (sədrlik edən və məruzəçi), X13 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı 1.Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli ##.##.2009-cu il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsində istifadədə olan 0.04481 ha torpaq sahəsində yerləşən ** nömrəli, 3 mərtəbəli binada – kv.m ümumi, 76 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı ** nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Məmmədova Esmira Səmid qızının adına qeydiyyata alınmışdır. ##.##.2009-cu ildə təsdiq edilmiş mənzil haqqında ümumi məlumatdan müəyyən olunur ki, mənzil 5 otaqdan ibarət, ümumi sahəsi 161.05 kv.m, yaşayış sahəsi 76 kv.m-dir. 2.Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ****** nömrəli, ##.##.2019-cu il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsində yerləşən ** saylı evin ümumi sahəsi 76 kv.m. olan ** saylı mənzili tam mülkiyyət hüququ üzrə “xxxx” ASC-nin adına qeydiyyata alınmışdır.

3. Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, X3 “xxxx” ASC-nin xeyrinə 142.503,46 manat əsas və 48.896,43 manat faiz borcu olmaqla, cəmi 191.399,89 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmetləri olan X5 məxsus Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, ** saylı evin ** saylı mənzilinin ilkin satış qiyməti 320.000 manat, X12 məxsus, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən ** saylı evin *** saylı mənzilinin ilkin satış qiyməti 32.000 manat müəyyən edilməklə, tutmanın həmin mənzillərə yönəldilməsi, mənzillərin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına “xxxx” ASC-nin təmin edilmiş tələblərin ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, ** saylı evin ** saylı mənzili və Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən ** saylı evin *** saylı mənzili satıldıqdan 1 ay sonra boşaldılması (iddiaçıya satıldığı təqdirdə), “xxxx” ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdehlər İddiaçı və Adilova Vəzifə Məhəmməd qızına qaytarılması qət edilmişdir.

4. “xxxx” tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında ##.##.2018-ci il tarixli Y-432 No-li yekun protokolun surətinə əsasən Səbail rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2017-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Sumqayıt şəhəri üzrə icra idarəsinin *****/* saylı, ##.##.2018-ci il tarixli sifariş məktubunun icrasına əsasən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsində yerləşən ** saylı evin ** saylı mənzili ilkin satış qiyməti 320.000 manata hərraca çıxarılmış və həmin mənzilin alıcısı olmadığı üçün təkrar hərracda 204.000 manata ipotekasaxlayan “xxxx” ASC-yə satılmışdır.

5. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə ##.##.2018-ci il tarixli müqavilənin surətinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsində yerləşən ** saylı evin ** saylı mənzili 204.000 manata “xxxx” ASC-yə satılmışdır.

6. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsi iddiaç İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli ##.##.2019-cu il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsində yerləşən ** saylı evin ümumi sahəsi 76 kv.m. olan ** saylı mənzili tam mülkiyyət hüququ üzrə “xxxx” ASC-nin adına qeydiyyata alınmışdır.

9. Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı İddiaçı Sumqayıt şəhəri üzrə Icra idarəsinin üçüncü şəxs qismində göstərildiyi cavabdehlər “xxxx” MMC və “xxxx” ASC-nə qarşı “hərracın nəticələri haqqında yekun protokolun ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

10. Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı İddiaçı cavabdehlər “xxxx” MMC-yə və “xxxx” ASC-yə (Sumqayıt Icra və probasiya şöbəsi 3-cü şəxs qismində göstərilməklə) qarşı “hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

11. “Satıcı” qismində “xxxx” ASC və “Alıcı” qismində Cavabdeh Şahin qızı tərəfindən notarial qaydada yazılmış ##.##.2021-ci il tarixli ərizənin surətindən görünür ki, onlar “xxxx” ASC-yə məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin (1/1 hissə, 76 kv.m.) 234.000 manat qiymətə satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini “Alıcı” öz üzərinə götürür. “Alıcı” bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin notariusun depozit hesabına qəbul olunmasını xahiş edir. “Satıcı” həmin məbləğin müvafiq müqavilə təsdiq edildikdən sonra notariusun depozit hesabı vasitəsi ilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah olunmasını xahiş edir.

12. Bakı şəhəri * saylı Notariat Ofisində təsdiq edilmiş ##.##.2021-ci il tarixli AN-İ No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən “xxxx” ASC (etibarnaməyə əsasən X1 imza etmiş) mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsində yerləşən ** saylı evin (tam hissə 76 kv.m.) ** saylı mənzilini X6 (etibarnaməyə əsasən X7 imza etmiş) 234.000 manata satmışdır.

13. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2021-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsində yerləşən ** saylı evin ümumi sahəsi 161,05 kv.m. olan ** saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh Şahin qızının adına qeydiyyata alınmışdır.

14. Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, İddiaçı, X8 və X9 Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, ** saylı evin ** saylı mənzilindən çıxarılması və həmin mənzilin boşaldılaraq Cavabdeh Şahin qızına təhvil verilməsi qət edilmişdir.

15. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarın surətindən görünür ki, iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə qarşı 3-cü şəxs Cavabdeh Şahin qızı işə cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərdə və həmin qeydlər əsasında tərtib edilmiş sənədlərdə dəyişiklik edilməsi”nə dair iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

16. Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı İddiaçı cavabdehlər “xxxx” ASC və X10 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

17. İddiaçı sifarişinə əsasən “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76 kv.m. olan mənzilin ##.##.2023-cü il vəziyyətinə bazar dəyəri 364.800 manat, likvid dəyəri 345.960 manat məbləğində müəyyən edilmişdir.

18. İddiaçı sifarişinə əsasən “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin 200 kv.m. sahədən ibarət mansard hissəsinin 1 kv.m. sahəsinin dəyəri 2600 manat dəyərində müəyyən olunur. ##.##.2023-cü il vəziyyətinə bazar dəyəri 520.000 manat, likvid dəyəri 494.000 manat məbləğində müəyyən edilmişdir.

19. İddiaçı sifarişinə əsasən “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 161 kv.m. olan mənzilin ##.##.2023-cü il vəziyyətinə bazar dəyəri 772.800 manat, likvid dəyəri 734.160 manat məbləğində müəyyən edilmişdir.

a)Birinci instansiya məhkəməsində icraat

20. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Şahin qızına qarşı əldə etdiyi daşınmaz əmlakın müvafiq hissələrinin bazar qiymətinə uyğun dəyərinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, ** saylı evin ** saylı mənzilin 200 kv.m. mansardının və 85 kv.m. əsas hissəsinin pulunun bu günki bazar qiymətinə uyğun olaraq cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Iddia tələbi onunla əsaslandırılmışdır ki, onun tanışı X3 aldadaraq “xxxx” ASC ilə ##.##.2014-cü il tarixli ** nömrəli kredit müqaviləsi bağlamış və 234.000 manat kredit götürmüş və həmin kredit müqaviləsinin təminatı kimi “xxxx” ASC-nin * saylı Xətai rayon filialında onunla bank arasında ipoteka müqaviləsi bağlanılmış və ona mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanındakı 0,04481 ha torpaq sahəsində yerləşən 5 otaqlı mənzilin 76 kv.m. və X12 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən ** saylı evin *** saylı mənzili “xxxx” ASC-nə girov qoyulmuşdur. Həmin mənzil qaynanası Gülarə Məmmədova tərəfindən ona bağışlama müqaviləsi əsasında verilmişdir. ##.##.2009-cu il tarixdə AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi Idarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən adına MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Həmin çıxarışda Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov (keçmiş Qersen) küçəsi, ** nömrəli binanın ** saylı mənzili 76 kv.m.hissəsinə onun mülkiyyət hüququ tanınmış, digər sahələr, o cümlədən otaqların qalan 85 kv.m.sahəsi və 200 kv.m. mansard onun faktiki sahibliyində və istifadəsində qalmışdır və bu barədə texniki pasport da vardır. O, sonradan X3 onu və digər şəxsləri aldatdığı və etibarından istifadə edib pullarını ələ keçirib dələduzlduq etdiyindən onun barəsində Bakı şəhəri Nizami rayon prokurorluğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,178.2.4, 179.2.2, 179,2, 179.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. O, X3 əvəzinə həmin kredit öorcunun 90.000 manat məbləğini ödəmişdir. Qalan borcu ödəməyə imkanı olmadığına görə “xxxx” ASC 2017-ci ildə ona və X12 “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Bakşəhəri Səbail rayon Məhkəməsinin##.##.2017-ci il tarixli, 2(009)- ***/**** saylı qətnaməsi (hakim Zaur Əliyev) ilə “xxxx” ASC-nin iddiası təmin olunaraq, X3 “xxxx” ASCnin xeyrinə 142.503,46 manat əsas və 48.896,43 manat faiz borcu olmaqla, cəmi 191.399,89 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan, ona məxsus Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, ** saylı evin ** saylı mənzilə və X12 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən ** saylı evin *** saylı mənzilinə yönəldilməsi, mənzillərin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına “xxxx” ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi və “xxxx” ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracdan əldə olunmuş pul vəsaitinin qalan hissəsinin ona qaytarılması qət edilmişdir. Onun həmin qətnamədən verdiyi apellyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. Onu da qeyd etmək istəyir ki, tutma X12 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən ** saylı evin *** saylı mənzilinə yox, yalnız onun mənzilinə yönəldilmişdir. O, “xxxx” ASC-nə 90000 manat pul ödəmişdir. Bundan sonra Bakı şəhər Səbail rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə ##.##.2017-ci il tarixli qətnaməsi icraya yönəldildikdən sonra mənzil (76 kv.m. hissəsi) “xxxx” MMC tərəfindən 204.000 manata “xxxx” ASC-nə satılmışdır və həmin mənzilin 76 kv.m.-nə “xxxx” ASC-nin adına AR ƏMDKY DƏDRX Bakı şəhər Ərazi Idarəsi tərəfindən ##.##.2019-cu il tarixli 004011000792-05101-****** reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarış verilmişdir. Eyni zamanda yuxarıda qeyd etdiyi kimi mənzilinin onun istifadəsində və sahibliyində qalan 85 kv.m. hissəsi və 200 kv.m. olan mansardı hərracda qiymətləndirilməmişdir. Mənzilinin mansard hissəsi isə məhkəmə araşdırmalarının ümumiyyətlə müzakirəsi olmamışdır. ##.##.2021-ci il tarixli AN-İ ******* saylı, 42-679N2 qeydiyyat nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən mənzilin 76 kv.m.hissəsi “xxxx” ASC tərəfindən X10 234.000 manata satılmışdır. Həmin müqavilədə tərəflərin həmin mənzilin 76 kv.m. hissəsinin satılması barədə razılığa gəlməsi aydın şəkildə qeyd olunmuşdur. Lakin mənzilinin 85 kv.m. əsas və 200 kv.m. olan mansard hissəsinin pulu bu günə kimi cavabdeh tərəfindən ödənilməmişdir. X10 həmin 76 kv.m. hissəsi satılmasına baxmayaraq onun adına AR ƏMDY DƏDRX Bakı şəhər Ərazi Idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il qeydiyyat tarixli Çıxarışda ünvan 2 ünvanındakı 0,04481 ha torpaq sahəsində yerləşən 5 otaqlı mənzilin sahəsi 161,5 kv.m. göstərilmişdir. Bununla bağlı o, ##.##.2022 ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə və Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, ** saylı evin ** saylı mənzilinə hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh Şahin qızının adına aparılmış qeydiyyatın ləğv edilməsini və bununla bağlı reyestrdə və evin texniki pasportunda dəyişiklik edilərək Cavabdeh Şahin qızının adına aparılmış qeydə mənzilin ümumi sahəsinin 76 kv.m. göstərilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin 2 *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ilə (hakim Abdullayeva Aygün) iddia ərizəsi təmin edilməmişdir. Həmin qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim İ.Rüstəmli) ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə Cavabdeh Şahin qızının “İddiaçı və digər cavabdehlərin mənzildən çıxarılma” barədə iddiası təmin edilərək onun və digər cavabdehlərin ünvan 2 ünvanından çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, ** saylı evin ** saylı mənzilinin 161,05 kv.m. sahəsi yaşayış və qeyri-yaşayış sahəsindən və 200 kv.m. mansarddan ibarətdir. Işə baxan məhkəmələr tərəfindən mənzilin mansard hissəsi mübahisə predmeti olmamışdır. O, dəfələrlə Elvira Məmmədovadan mənzilinin pulu ödənilməmiş hissəsinin pulunun öödənilməsini tələb etməsinə baxmayaraq sonuncu onu ələ salaraq gülmüş və istehzalı cavablar vermişdir. “xxxx” ASC ilə X20 arasında bağlanmış və yuxarıda qeyd olunan alqısatqı müqaviləsində həmin mənzilin 76 kv.m-ri qeyd olunmuş və 234.000 manata satılmışdır. Cavabdeh mənzilinin pulunu tam şəkildə vermədiyi halda ##.##.2025-ci il tarixdə Səbail rayon icra şöbəsinin məmurları onu qanunsuz olaraq polisin iştirakı ilə mənzilindən zorla çıxarmışlar. Beləliklə mənzilinin 85 kv.m. hissəsi və 200 kv.m.olan mansard hissəsi qiymətləndirilməmiş və həmin hissələrin pulu cavabdeh tərəfindən ödənilməmişdir. Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədovküçəsi, 22saylı evin ** saylı mənzil “Içərişəhər” mühafizə qoruğunda yerləşir. 2023-cü il tarixdə mənzili müstəqil qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şirkət tərəfindən qiymətləndirilmişdir. Həmin dövr üçün mənzilin dəyəri 945.000 manat olmuşdur. O vaxtdan keçən müddət ərzində Bakı şəhərində mənzillərin qiyməti bir neçə dəfə artmışdır. Beləliklə, mənzilinin mansard və 85.kv.m. əsas hissəsinin pulu cavabdeh tərəfindən ona ödənilməmişdir. Eyni zamanda həmin mənzilin 76 kv.m. hissəsinin dəyəri 234.000 manata qiymətləndirilmiş, mənzilin qalan 85 kv.m. hissəsi və mansard hissəsi qiymətləndirilmədiyi üçün mənzil yenidən qiymətləndirilməli və cavabdeh həmin hissələrin pulunu ona ödəməlidir.

22. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə (hakim – Abdullayev Şahin) iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

23. Məhkəmə müəyyən etmişdir ki, “xxxx” ASC ilə X3 arasında bağlanmış ##.##.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Alaz Tahirəyə 36 ay müddətinə, illik 16%-lə 250.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi ##.##.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, ** saylı evin ** saylı mənzili və ##.##.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən X12 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən ** saylı evin *** saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit alan kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka ödənilməmiş borcu yaranmışdır. Qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2017-ci il tarixli qətnaməsinə əsasən X3 “xxxx” ASC-nin xeyrinə 142.503,46 manat əsas və 48.896,46 manat faiz borcu olmaqla, cəmi 191.399,89 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmetləri olan İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsində yerləşən ** saylı evin, ** saylı mənzilinin ilkin satış qiymətinin 320.000 manat, X12 məxsus Sumqayıt şəhəri, 10cu mikrorayonda yerləşən ** saylı mənzilinin ilkin satış qiymətinin 32000 manat müəyyən edilməklə, tutmanın həmin mənzillərə yönəldilməsi, mənzillərin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına “xxxx” ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsində yerləşən ** saylı evin ** saylı mənzilinin və Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən ** saylı evin *** saylı mənzilinin satıldıqdan sonra 1 ay sonra boşaldılması (iddiaçıya satıldığı təqdirdə), “xxxx” ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlər İddiaçı və X12 qaytarılması qət edilmişdir.

24. Iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsində yerləşən ** saylı evin ** saylı mənzili “xxxx” MMC-nin ##.##.2018-ci il tarixli Y-*** saylı protokola və hərracın yekunları üzrə əmlakın alqı satqısı barədə müqaviləyə əsasən mübahisəli mənzili təkrar hərracdakı ilkin satış qiymətinin 25% aşağı qiymətinə, yəni 204.000 manata “xxxx” ASC-yə satılmış və mənzil “xxxx” ASC nin xüsusi mülkiyyətinə keçmişdir.

25. Bakı şəhəri Səbail rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı Sumqayıt şəhəri üzrə Icra idarəsinin üçüncü şəxs qismində göstərildiyi cavabdehlər “xxxx” MMC və “xxxx” ASC-nə qarşı “hərracın nəticələri haqqında yekun protokolun ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

26. Bakı şəhəri * saylı notariat ofisində təsdiq edilmiş ##.##.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən “xxxx” ASC (etibarnamə əsasında çıxış edən X1) Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsində yerləşən ** saylı evin ** saylı mənzilini Cavabdeh Şahin qızına 234.000 manata satmış və mənzil Cavabdeh xüsusi mülkiyyətinə keçmişdir.

27. Səbail rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər “xxxx” ASC və Cavabdeh Şahin qızına qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

28. Cavabdeh Şahin qızı cavabdehlər İddiaçı, X11 və X9 qarşı mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı, X8 və X9 Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsində yerləşən ** saylı evin ** saylı mənzilindən çıxarılması və həmin mənzilin boşaldılaraq Cavabdeh Şahin qızına təhvil verilməsi qət edilmişdir.

29. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh Bakı şəhəri, Səbail rayonu, V.Məmmədov küçəsində yerləşən ** saylı evin ** saylı mənzilini həmin mənzilin mülkiyyətçisi olan “xxxx” ASC-dən alqı-satqı yolu ilə əldə etmişdir. Iddiaçı İddiaçı həmin alqı-satqının etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırsa da, onun iddia tələbi əsassız olduğu üçün təmin edilməmişdir. Təqdim olunmuş sübutlarla müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, V.Məmmədov küçəsində yerləşən ** saylı evin ** saylı mənzili kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi səbəbi ilə bank qarşısında yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə yekun məhkəmə aktı qəbul edilmiş, ipoteka predmeti iddiaçının hazırda iddia etdiyi hissələrin də mövcudluğu şəraitində qiymətləndirilərək hərracdan satılmışdır. Ipotekadan satılan və “xxxx” ASC tərəfindən alınan əmlak isə hazırkı tələb üzrə cavabdeh tərəfindən alqı-satqı yolu ilə qanunvericiliyin tələblərinə uyğun əldə edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin qanuni əsaslarla əldə etdiyi daşınmaz əmlakla bağlı iddiaçının qarşısında hər hansı bir öhdəliyi mövcud deyil.

30. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 14.2.1, 389.1, 385.1, və 386.1-ci və Mülki Prosessual Məcəllənin 119.1 və 216-220-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

31. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, hakim iddianı rədd edərkən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyatı Hüquqların haqqında Dövlət daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli ##.##.2009-cu il tarixli çıxarışa istinad edərək iddiaçının mülkiyyətində yalnız 76 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı mənzil olduğunu və “xxxx” tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında ##.##.2018-ci il tarixli Y-432 No-li yekun protokola əsasən həmin əmlakı 204000 manata qiymətləndirilərək “xxxx” ASC-nin mülkiyyətinə keçirilməsinə istinad etmişdir. Hakim 76 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı mənzilin 85 kv. m. yardımçı sahəsinin və 200 kv. m. mansardının olmasına qiymət verməmişdir. Bu barədə həmin mənzilin texniki pasportunda qeyd olunmuşdur. Mənzilin texniki pasportunda qeyd olunan və iddiaçının istifadəsində olan 85 kv.m. əsas və 200 kv.m. mansard hissəsi “xxxx” tərəfindən qiymətləndirilməmiş və hakim tərəfindən həmin hala münasibət bildirilməmişdir. Həmin mənzilin 2023cü il tarixə olan bazar qiyməti xxxx” MMC tərəfindən tərtib edilmiş ekspert rəyində qeyd edjlən kimi olmuşdur. Belə ki, ##.##.2023-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin 76 kv.m. sahəsi ##.##.2023-cü il vəziyyətinə bazar dəyəri 364.800 manat, likvid dəyəri 345.960 manat, 200 kv.m. sahədən ibarət mansard hissəsinin 1 kv.m. sahəsinin dəyəri 2600 manat dəyərində, ##.##.2023 cü il vəziyyətinə bazar dəyəri 520.000 manat, likvid dəyəri 494.000 manat məbləğində, ümumi sahəsi 161 kv.m. olan həmin mənzilin ##.##.2023-cü il vəziyyətinə bazar dəyəri 772.800 manat, likvid dəyəri 734.160 manat məbləğində müəyyən edilmişdir. Yəni həmin mənzilin bugünki bazar qiyməti 1 292800 (bir milyon iki yüz doxsan iki min səkkiz yüz)-dür. Cavabdeh mənzilin qeyd edilən dəyərini ödəməmişdir. Hakim qətnamə qəbul edərkən Mülki Məcəllənin 389-cu maddəsinə istinad etmişdir. “xxxx” ASC nin adına AR ƏMDKY DƏDRX Bakı şəhər Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışda da həmin mənzilin 76.kv.m-i qeyd olunmuşdur. 16 2021-ci il tarixli AN-1N2 *****P* saylı, 42-679N2 qeydiyyat nömrəli xxxx” ASC və Cavabdeh Şahin qızı arasında bağlanılmış alqı-satqı müqaviləsində də həmin mənzilin 76 kv.m. hissəsi qeyd olunmuşdur. Eyni zamanda həmin alqı-satqı müqaviləsi bağlanılarkən Cavabdeh Şahin qızı tərəfindən notarial qaydada yazılmış ##.##.2021-ci il tarixli ərizənin surətindən görünür ki, onlar “xxxx” ASC-yə məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin (1/1 hissə, 76 kv.m.) 234.000 manat qiymətə satılması barədə razılığa gəlmişlər. Həmin mənzil Içərişəhər mühafizə qoruğunda yerləşir. Hal hazırda bugünki bazar qiymətləri ilə həmin mənzilin 1(bir) kv.m-i 7000- 9000 təşkil edir. Hələ 2023-cü il tarixdə mənzil Premium şirkəti tərəfindən qiymətləndirilmişdir. Həmin dövr üçün mənzilin dəyəri 1 292800 (bir milyon iki yüz doxsan iki min səkkiz yüz) manat olmuşdur. Beləliklə, cavabdeh həmin mənzilin 85 kv.m. yardımçı və 200 kv.m. mansard hissəsinin pulunu ödəməmişdir. Beləliklə hakim iddiaçının mənzilin pulu ödənilməmiş hissələrinin cavabdeh tərəfindən ödənilməsi barədə iddia tələbini qanunsuz rədd etmişdir. Beləliklə cavabdeh öz öhdəliyini, yəni əmlakın dəyərini bu günki bazar qiymətinə uyğun ödəmək kimi öhdəliyini yerinə yetirməmişdir. Beləki mənzilinin 76 kv.m-ri satılıb və xxxx ASC-nin tələbi ödənilib. Mənzilin 76 kv.m-dən qalan əlavə hissələri isə cavabdeh tərəfindən zəbt olunub və həmin hissələrin dəyəri də ödənilməmişdir. Hakim isə həmin hala qiymət verməmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir və iş üçün əhəmiyyətli olan hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, hakim qətnamə qəbul edərkən iddiaçının iddiasının mahiyyətinə dair heç bir hüquq normasına istinad etməmiş , qətnamənin qanuniliyini sübut edən heç bir hüquq normasını göstərməmişdir. Hakim yalnız Mülki Məcəllənin 389cu maddəsinə istinad edərək iddianı təmin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, mübahisəli mənzil 161 kv/m yaşayış və yardımçı sahədən ibarətdir. 5 otaq 76 kv/m olan sahənin içərisində, digər 1 otaq isə yardımçı sahənin içərisindədir. 200 kv/m isə mansard hissəsidir. 2014-cü ildə iddiaçının rəfiqəsi X3 iddiaçını aldadıb, 240 min manatlıq kredit müqaviləsi bağlanılmış, 180 min manat pul götürülüb, həmin kredit müqaviləsinin təminatı kimi ipoteka müqaviləsi bağlanılmış və ünvan 2 ünvanındakı 0,04481 ha torpaq sahəsində yerləşən 5 otaqlı mənzilin 76 kv.m girov qoyulmuşdur. X3 180 min manat pulu götürdükdən sonra ölkədən çıxıb, barəsində Nizami rayon prokurorluğunda cinayət işi başlanılıb, həmin şəxs axtarışdadır. "xxxx" ASC 2017-ci ildə iddiaçıya qarşı “kredit borcunun tutulması va tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət edib, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilib. Əmlak hərraca çıxarılıb, qiymətdə razılaşma olmayıb. Mənzil 204 min manata "xxxx" ASC-yə satılıb, müqavilədə də mənzilin sahəsi 1/1, 76 kv.m kimi qeyd edilib. 2021-ci ildə mənzil Cavabdeh satılır və həmin müqavilədə də sahə 1/1, 76 kv.m kimi qeyd edilib. Cavabdeh adına verilmiş çıxarışda isə sahə 161 kv.m qeyd edilib. Iddiaçının çıxarışın ləğvi ilə bağlı müraciətləri olub, lakin məhkəmə tərəfindən təmin edilməyib. Evin üzərinə həbs də qoyulub, hələ də qüvvədədir. Icraçılar idddiaçını mənzildən çıxarıblar, o hazırda kirayədə yaşayır. Mənzil 2023-cü ildə qiymətləndirilərkən 945 min manat qiymət müəyyən edilib. Həmin mənzil Içərişəhər mühafizə qoruğunda yerləşir. Hələ o dövrdə orada yerləşən mənzillərin kvadratı 7000-8000 manat təşkil edirdi. Mənzillərin qiyməti bir neçə dəfə qalxıb. Mənzilin 76 kv.m sahəsi 204 min manat qiymətləndirilib, Cavabdeh "xxxx" ASC-dən həmin qiymətə mənzili alıb. Lakin həmin mənzilin 85 kv.m sahəsi və mansard hissəsi üçün pul verilməyib. Onlar şikayətin dəlillərində də göstərmişdir, mənzilin yenidən qiymətləndirilməsini xahiş edir. Borcdan 90 min manat ödənilib. Məhkəməyə verilən iddia ərizəsində 141 min manat əsas borc və 48 min manat da faiz borcu kimi qeyd edilib. Alqı-satqı müqaviləsində 76 kv.m göstərilsə də, Cavabdeh aldığı çıxarışda 161 kv.m göstərilib.

35. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı izahatında qeyd etdi ki, evi bina evidir, memarlıq abidəsidir. 3 otağı 76 kv.m-dir, digər 3 otaq isə əlavədir və ümumilikdə 115 kv.m-dir. Bundan əlavə evində böyük-75 kv.m sahəsi olan şüşəbənd, 3.70 metr hündürlüyündə mansard olub. Evinin hündürlüyü 5 metr olub. Bank ona evə müştəri tapmaq üçün vaxt vermişdi. Cavabdeh onun evinə gəldi, o, ona bildirdi ki, banka borcu var, pulun müəyyən hissəsini ora ödəməlidir, qalan pul isə ona çatacaq. Bundan sonra o, Banka gedib və evi alıb. Ona zəng etdi, evi almayacağını bildirdi. Sonradan məlum oldu ki, o evi alıb, çıxarışda da 161 kv.m göstərilib. Evin texniki pasportunda sahə 161 kv.m, çıxarışında isə 76 v.m-dir. Çıxarış alınan zaman bütün evlərin sahələri azaldılaraq yazılmışdı.

36. Cavabdeh Cavabdeh Şahin qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri 39.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 40.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərinin qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Belə ki, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, “xxxx” ASC ilə X3 arasında bağlanmış ##.##.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Alaz Tahirəyə 36 ay müddətinə, illik 16%-lə 250.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi ##.##.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, ** saylı evin ** saylı mənzili və ##.##.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən X12 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən ** saylı evin *** saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit alan kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka ödənilməmiş borcu yaranmışdır. Qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2017-ci il tarixli qətnaməsinə əsasən X3 “xxxx” ASC-nin xeyrinə 142.503,46 manat əsas və 48.896,46 manat faiz borcu olmaqla, cəmi 191.399,89 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmetləri olan İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsində yerləşən ** saylı evin, ** saylı mənzilinin ilkin satış qiymətinin 320.000 manat, X12 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən ** saylı mənzilinin ilkin satış qiymətinin 32000 manat müəyyən edilməklə, tutmanın həmin mənzillərə yönəldilməsi, mənzillərin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına “xxxx” ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsində yerləşən ** saylı evin ** saylı mənzilinin və Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən ** saylı evin *** saylı mənzilinin satıldıqdan sonra 1 ay sonra boşaldılması (iddiaçıya satıldığı təqdirdə), “xxxx” ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlər İddiaçı və X12 qaytarılması qət edilmişdir.

43. Iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsində yerləşən ** saylı evin ** saylı mənzil “xxxx” MMC-nin ##.##.2018-ci il tarixli Y-*** saylı protokola və hərracın yekunları üzrə əmlakın alqı satqısı barədə müqaviləyə əsasən mübahisəli mənzili təkrar hərracdakı ilkin satış qiymətinin 25% aşağı qiymətinə, yəni 204.000 manata “xxxx” ASC-yə satılmış və mənzil “xxxx” ASC nin xüsusi mülkiyyətinə keçmişdir.

44. Bakı şəhəri Səbail rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı Sumqayıt şəhəri üzrə Icra idarəsinin üçüncü şəxs qismində göstərildiyi cavabdehlər “xxxx” MMC və “xxxx” ASC-nə qarşı “hərracın nəticələri haqqında yekun protokolun ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

45. Bakı şəhəri * saylı notariat ofisində təsdiq edilmiş ##.##.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən “xxxx” ASC (etibarnamə əsasında çıxış edən X1) Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsində yerləşən ** saylı evin ** saylı mənzilini Cavabdeh Şahin qızına 234.000 manata satmış və mənzil Cavabdeh xüsusi mülkiyyətinə keçmişdir.

46. Bakı şəhəri Səbail rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər “xxxx” ASC və Cavabdeh Şahin qızına qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

47. Cavabdeh Şahin qızı cavabdehlər İddiaçı, X11 və X9 qarşı mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə X11 və X9 Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsində yerləşən ** saylı evin ** saylı mənzilindən çıxarılması və həmin mənzilin boşaldılaraq Cavabdeh Şahin qızına təhvil verilməsi qət edilmişdir.

48. Hazırki mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı İddiaçı üçüncü şəxs X3 tərəfindən aldadılaraq etibarından istifadə olunması nəticəsində mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, ** saylı evin ** saylı mənzilinin “xxxx” ASC-də ipotekaya qoyulduğunu, kredit borcunun ödənilməməsinə görə məhkəmə qətnaməsi ilə tələbin ipoteka predmetinə yönəldildiyini və hərrac vasitəsilə mənzilin yalnız 76 kv.m hissəsinin banka, daha sonra isə bank tərəfindən ##.##.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə cavabdeh X10, lakin mənzilin onun faktiki sahibliyində və istifadəsində qalmış qalan 85 kv.m hissəsinin və 200 kv.m mansardının hərrac zamanı qiymətləndirilmədiyini, məhkəmə müzakirəsi obyekti olmadığını bildirmiş, cavabdeh X10 adına daşınmaz əmlakın dövlət reyestrindən mənzilin ümumi sahəsi 161,5 kv.m göstərilməklə Çıxarış verilməsinə və onun həmin mənzildən çıxarılmasına baxmayaraq, cavabdeh tərəfindən ona ödəniş edilmədiyini bildirir. Iddiaçı Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, ** saylı evin ** saylı mənzilinin 200 kv.m mansardının və 85 kv.m əsas hissəsinin pulunun bugünkü bazar qiymətinə uyğun olaraq cavabdeh X10 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini tələb edir.

49. Iddia tələbini əsassız hesab edən kollegiya qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 50.Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli ##.##.2009-cu il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsində istifadədə olan 0.04481 ha torpaq sahəsində yerləşən ** nömrəli, 3 mərtəbəli binada – kv.m ümumi, 76 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı ** nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Məmmədova Esmira Səmid qızının adına qeydiyyata alınmışdır. ##.##.2009-cu ildə təsdiq edilmiş mənzil haqqında ümumi məlumatdan müəyyən olunur ki, mənzil 5 otaqdan ibarət, ümumi sahəsi 161.05 kv.m, yaşayış sahəsi 76 kv.m-dir (i.v. 92-93). 51.Kollegiya qeyd edir ki, mübahisə predmeti olan ** nömrəli mənzilə iddiaçının mülkiyyət hüququ ##.##.2009-cu il tarixdə qeydə alınmışdır. ******* nömrəli ##.##.2009-cu il tarixli çıxarışın sürətindən də görünür ki, ** nömrəli mənzil 5 otaqlı olmuş, onun yaşayış sahəsi 76 kv.m olmuşdur. Həmin çıxarışda ümumi sahə yazılmamışdır. Lakin ##.##.2009-cu ildə təsdiq edilmiş mənzil haqqında ümumi məlumatdan müəyyən olunur ki, mənzil 5 otaqdan ibarət, ümumi sahəsi 161.05 kv.m, yaşayış sahəsi 76 kv.m olmuşdur. Sadəcə olaraq sonradan alımış, yəni ##.##.2019-cu il tarixli çıxarışda mənzilin yaşayış sahəsi onun ümumi sahəsi kimi göstərilmişdir.

52. Bundan əlavə, Bakı Inzibati Məhkəmənin *-*(***)-****/**** saylı, ##.##.2023 -cü il tarixli qərarından müəyyən olunur ki, iddiaçı İddiaçı cavabdeh daşınmaz əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi * saylı Bakı Ərazi idarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərdə dəyişiklik edilməsi tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyinə görə Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsində yerləşən ** saylı evin ** saylı mənzilin 76 kv.m (yaşayış sahəsi) hissəsi deyil, mənzilin özü ipoteka predmeti olmuş, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən mənzilin hər hansı bir hissəsinin deyil, özünün tam şəkildə açıq hərracda satılması qət edilmişdir.

53. Bakı şəhəri * saylı Notariat Ofisində təsdiq edilmiş ##.##.2021-ci il tarixli AN-İ No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən “xxxx” ASC mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsində yerləşən ** saylı evin (tam hissə 76 kv.m.) ** saylı mənzilini X6 234.000 manata satmışdır.

54. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2021-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsində yerləşən ** saylı evin ümumi sahəsi 161,05 kv.m. olan ** saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh Şahin qızının adına qeydiyyata alınmışdır. 55.Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilməldir.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbəği iddiaçının özünə aid edisin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar