Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2819/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC cəlb edilməklə cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-2819/2026 (Açar sözlər:pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X1 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, iddiaçının nümayəndəsi nümayəndə3, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC cəlb edilməklə cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə ## ###### 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ###### 2025- ci il tarixli tibbi xidmət müqaviləsinə əsasən Hospital xəstə Ağakişiyev Ramiz Elxan oğluna müvafiq qaydada lazımi tibbi xidmət həyata keçirir, “Xəstə” və ya “Xəstə Yaxını/qanuni nümayəndəsi” isə göstərilən tibbi xidmətə görə “Qiymət kitabı”na əsasən ödənişin “Təşkilat” tərəfindən qarşılanmayan hissəsini “Hospital”a ödəyir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC cəlb edilməklə cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Hospitalla aralarında bağlanmış ## ###### 2025-ci il tarixli Tibbi xidmət müqaviləsinə əsasən göstərilmiş xidmətin qarşılığı olan 4837,74 manat borc məbləğinin, ödənilmiş 68,38 manat dövlət rüsumunun, ümumilikdə 4906,12 manat pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsi Mərkəzi Hospitalının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı (bundan sonra Hospital) ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC ilə sığortalı Cavabdeh arasında ## ###### 2025-ci il tarixində xəstə Ağakişiyev Ramiz Elxan oğluna müvafiq qaydada lazımi tibbi xidmətlər göstərilməsinə dair tibbi xidmət müqaviləsi bağlanmışdır. Belə ki, müqavilənin 1.1-ci yarımbəndinə əsasən “Hospital müvafiq tibbi xidməti həyata keçirir, “Xəstə” və/və ya “Xəstə Yaxını” isə “Qiymət Kitabı”na uyğun olaraq göstərilən tibbi xidmətlərə görə ödənişin “Təşkilat” tərəfindən qarşılanmayan hissəsini Hospitala ödəyir. Həmin Müqavilənin 3.2-ci yarımbəndinə əsasən, qabaqcadan müəyyən edilə bilməyən, yanaşı xidmətlərin (laborator, diaqnostik, stasionar və digər) dəyəri bu müqavilənin 3.1-ci bəndi ilə müəyyən olunan avans məbləğindən artıq olduqda və Təşkilat tərəfindən ödənilmədikdə Xəstə və ya Xəstə yaxını/qanuni nümayəndəsi artıq olan məbləği ödəməyi götürür. Hospital tərəfindən Müqavilə şərtlərini lazımi qaydada həyata keçirərək keyfiyyətli tibbi xidmətlər göstərilmişdir. Belə ki, tibbi xidmət müqaviləsinə əsasən 4837,74 manat borc yaranmışdır. Tərəfindən edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq borc məbləği bu günə qədər ödənilməmişdir. Tərəflər arasında bağlanmış müqavilə tərəflərin iradə ifadəsi kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmuşdur. Xəstə yaxını Cavabdeh göstərilən tibbi xidmətin qiyməti barədə tam məlumatlı olaraq, müqaviləni bağlamaq iradəsini öz rəftarları ilə məlum etmiş və göstərilmiş tibbi xidmətə görə yaranan borc məbləğini Hospitala ödəməyi öhdəsinə götürmüşdür. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalı qarşısında öhdəlik daşıyaraq, 4837,74 manat məbləğində pulu ödəməyə borcludur.
4. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə AZEMİS elektron kabinet vasitəsilə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, tibbi xidmətin dəyəri və maliyyə öhdəliyi barədə əvvəlcədən məlumatlandırılmamışdır. İddia ərizəsində göstərilir ki, guya göstərilən tibbi xidmətlərin qiyməti barədə o, əvvəlcədən tam məlumatlandırılmışdır. Bu iddia həqiqəti əks etdirmir: ona göstəriləcək tibbi xidmətlərin ümumi dəyəri, yarana biləcək maliyyə öhdəliyinin məbləği, sığorta tərəfindən ödənilməyəcəyi halda borcun konkret məbləği. Yuxarıda göstərilən məlumatlar barədə ona nə yazılı, nə də şifahi formada əvvəlcədən hər hansı məlumat verilməmişdir. Pasiyentin tibbi xidmətin qiyməti və maliyyə riski barədə əvvəlcədən məlumatlandırılması tibbi xidmət münasibətlərinin əsas şərtidir. Bu məlumatlandırma aparılmadığından, iddiaçının sonradan pul tələbi irəli sürməsi mülki hüquqi baxımdan əsaslı hesab edilə bilməz. O, tibbi xidmtlərin ümumi dəyərini əvvəlcədən bilsəydi başqa alternativ yollar və ya xəsətəxana taparaq daha ucuz olan yerə mürəciət edə bilərdi. Lakin onu secim qarşısında qoymayıblar və sonradan faktla üz üzə qoyaraq ondan tibbi xidmətlərin məbləğini ödəmək üçün iddia qaldırıblar. ##.##.2025-ci il tarixində onunla və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı arasında imzalanmış müqavilənin (“Müqavilə”) 3.1-ci bəndinə baxmayaraq tərəfindən avans ödənişi tələb edilməmişdir. Tərəflər arasında bağlanmış tibbi xidmət müqaviləsinin 3.1-ci bəndinə əsasən, göstəriləcək tibbi xidmətlərin dəyəri üzrə “əvvəlcədən avans ödənişinin edilməsi” tələb olunmalı idi. Lakin faktiki olaraq: tərəfindən heç bir avans ödənişi tələb edilməmiş, heç bir avans məbləği ödənilməmişdir. Tibbi xidmətlər avans ödənilmədən yerinə yetirilimişdir. Bu hal onu göstərir ki: tibbi xidmətin sığorta təminatı hesabına qarşılanacağı gözlənilmiş, maliyyə öhdəliyi barədə faktiki olaraq məlumatlandırılmamışdır. Heç bir ödəniş tapşırığı və ya ona dair sənədlər təqdim olunmamışdır. Əgər Tibbi xidmətin avans dəyəri tərəfindən ödənilməli idisə, müqavilənin şərtlərinə uyğun olaraq avans ödənişi tələb edilməli və buna dair müvafiq ödəniş tapşırığı hazırlanmali idi. Avansın ödənişin tələb olunmaması iddiaçının özünün də ödənişin “xxxx”xxxx“Sığorta şirkəti”) tərəfindən qarşılanacağını gözlədiyini göstərir. Əməliyyat sığorta şirkətinin razılığı əsasında icra edilmişdir. Əməliyyatdan əvvəl bütün tibbi müayinələr sığorta şirkətinə təqdim edilmiş, ilkin mərhələdə ödənişin qarşılanmayacağı bildirilsə də, sonradan “xxxx” ASC-nin nümayəndəsi Samirə xanım ilə telefon danışıqları nəticəsində Samirə xanım tərəfindən bildirildi ki, məsələ şirkətin məsul şəxsi Rəhman müəllimlə müzakirə edilmiş və nəticədə: əməliyyatın istisna hal kimi qarşılanmasına razılıq verilmiş, yalnız əməliyyatdan sonrakı müalicələrin sığorta tərəfindən qarşılanmayacağı bildirilmişdir. Əməliyyat məhz bu razılığa əsasən icra olunmuşdur. Sonradan məlum olmuşdur ki, Sığorta şirkəti tibb müəssisəsinə ona bildirilməyən əlavə şərt göndərmişdir. Bu isə düzgün və tam məlumatlandırma prinsipinin pozulmasıdır. Telefon danışıqları mühüm sübutdur, lakin təqdim edilmir. Sığorta şirkəti ilə aparılmış telefon danışıqlarının qeydə alındığı bildirilsə də, tərəfindən həmin audio yazıların təqdim edilməsi tələb olunduqda onlar ona təqdim edilməmişdir. “xxxx” ASC-nin məsul şəxsi Rehman müəllim telefon danışığı zamanı səs yazısının təqdim olunması üçün atasından etibarnamə gətirməyini bildirmişdir. Halbuki mövcud qanunvericilikdə səs yazısına qulaq asmaq üçün ayrıca etibarnamə təqdim olunması tələbi nəzərdə tutulmamışdır. Buna baxmayaraq, o, yenə də səs yazısını dinləmək məqsədilə “xxxx” ASC-yə müraciət etmiş və Rehman müəllimlə görüşə getmişdir. Lakin həmin görüş zamanı da telefon danışığının audio yazısı ona təqdim edilməmişdir. Bu hal sığorta şirkətinin iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutu təqdim etməkdən yayınmasını göstərir və mübahisənin obyektiv araşdırılmasına maneə yaradır. Mübahisənin əsas tərəfi sığorta şirkətidir. Əməliyyata razılıq verən, maliyyə riskinin formalaşmasında iştirak edən və mübahisənin yaranmasına səbəb olan tərəf “xxxx” ASC-dir. Bu səbəbdən Şirkət yalnız onun cavabdeh qismində göstərilməyi mübahisənin düzgün və tam araşdırılmasına mane olur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının iddia tələbi rədd edilməsi; mübahisənin həlli üçün “xxxx” ASC işə əsl cavabdeh kimi cəlb edilməsi; sığorta şirkəti ilə aparılmış telefon danışıqlarının audio yazılarının məhkəməyə təqdim edilməsinin tələb olunması; göstərilmiş tibbi xidmətin ümumi maddi dəyəri olan 4837,74 manat borc məbləğinin və ödənilmiş 68,38 manat dövlət rüsumunun, ümumilikdə 4906,12 manat pul vəsaitinin tutularaq “xxxx” ASC tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Daha sonra iddiaçının nümayəndəsi nümayəndə3 ##.##.2026-cı il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə məhkəməyə təqdim edərək bildirmişdir ki, tərəfindən təqdim olunan iddia ərizəsində borc məbləği kimi 4837,74 manat qeyd olunmuşdur. Lakin məhkəmə icraatı davam edərkən apardıqları daxili araşdırma zamanı məlum olmuşdur ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən ##.##.2026-cı il tarixində Ağakişiyev Ramiz Elxan oğluna göstərilmiş ambulator xidmətlər üzrə borc ödənilmişdir. Y********* nömrəli fakturaya əsasən stasionar xidmətlər üzrə borc məbləği 4129,08 manat təşkil edir. Nəticədə məlum olmuşdur ki, cavabdeh Cavabdeh bağlanmış müqaviləyə əsasən 4129,08 manat təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbi azaldılaraq 4129,08 manat borc məbləği və 68,38 manat dövlət rüsumunun, ümumilikdə 4197,46 manat borc məbləğinin cavabdehdən tutularaq Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalının nəfinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi nümayəndə1 ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Ağakişiyev Ramiz Elxan oğlu Cəmiyyətdə könüllü tibbi sığorta növü üzrə sığortalanmışdır. Sığorta olunan Ağakişiyev Ramiz Elxan oğlu ##.##.2025-ci il tarixdə “nəcisdə qan izləri” şikayəti ilə Cəmiyyətin Çağrı mərkəzinə müraciət etmişdir. Müraciət əsasında R.Ağakişiyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına həkimi Aynur Səfiyevanın qəbuluna yönləndirilmiş və “qarında törəmə” şübhəsi ilə zəruri müayinələrin həyata keçirilməsinə tərəfindən razılıq verilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin “Könüllü tibbi sığorta” Qaydalarının “İstisnalar” hissəsinin 17-ci bəndinə müvafiq olaraq, təminata daxil olmadığından CA 19-9 və CEA onkomarkerləri üzrə laborator müayinələrin həyata keçirilməsindən imtina olunmuşdur. ##.##.2025-ci il tarixində R.Ağakişiyevə “düz bağırsağın ön rezeksiyası” əməliyyatının icrası üçün çağrı mərkəzinə müraciət daxil olmuşdur. Sığorta olunanın oğlu Cavabdeh şifahi şəkildə verdiyi məlumata və təqdim edilmiş biopsiya nəticələrinə əsasən, bədxassəli yeni törəmə aşkarlanmadığından və sığorta təminatına “xoşxassəli törəmələrin konservativ və cərrahi müalicəsi” daxil olduğundan əməliyyatın icra olunmasına icazə verilmişdir. Lakin daha sonra aparılmış tibbi ekspertiza zamanı təqdim edilmiş sənədlərdə Ağakişiyev Ramiz Elxan oğlunun “düz bağırsaqla siqmavari bağırsağın bədxassəli yenitörəməsi” diaqnozu ilə əməliyyat olunduğu müəyyən edilmişdir. Diaqnozda yaranmış uyğunsuzluq və “bədxassəli yenitörəmə” diaqnozu sığorta təminatına daxil olmaması səbəbindən Cəmiyyət tərəfindən tibb müəssisəsinə sığorta ödənişinin həyata keçirilməsindən imtina edilmişdir. Nəticə olaraq bildirmişdir ki, yuxarıda göstərilən hallar sığorta müqaviləsinin və həmin müqavilənin şərtlərinin əsaslandığı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASCnin “Könüllü tibbi sığorta” Qaydalarının müddəalarına əsasən qiymətləndirilmiş və müvafiq qərarlar qəbul olunmuşdur.
7. Birinci instansiya məhkəməsində keçirilmiş iclasda iştirak edən iddiaçının nümayəndəsi nümayəndə3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ona verilən suallara cavab olaraq bildirdi ki, aralarında razılıq olmamışdır. Əməliyat olunan şəxs cavabdehin atasıdır. Müqaviləni cavabdehlə bağlamışlar və müqavilənin şərtinə görə sığorta şirkəti xərci qarşılamayacağı təqdirdə qalıq məbləğ müqavilə tərəfindən tutulmalıdır. Sığorta şirkəti əməliyyat xərci üçün ödəniş etməkdən imtina edib. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və ona verilən suallara cavab olaraq bildirdi ki, əməliyyat olunan şəxs atasıdır. Mübahisənin əsas tərəfi sığorta şirkətidir. Əməliyyata razılıq verən, maliyyə riskinin formalaşmasında iştirak edən və mübahisənin yaranmasına səbəb olan tərəf “xxxx” ASC-dir. Aralarında razılıq olmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi nümayəndə1 izahatında bildirdi ki, ## ###### 2025-ci il tarixində Ağakişiyev Ramiz onlara müraciət etmişdir. Əməliyyata kimi onun xəstəliyinin bəd xassəli olması təsdiqlənməmişdir, buna görə də şəxsə ilk olaraq əməliyyat üçün razılıq verilmişdir. Şəxs çağrı mərkəzi ilə əlaqə saxlayaraq qanaxma olduğunu bildirilib və qeyd edib ki, bir daha qanaxma baş verərsə, II dəfə əməliyyat oluna bilməz. Əməliyyatdan sonra məlum olub ki, bəd xassəlidir, ona görə tərəfindən imtina olunmuşdur. İddia tələbinin təmin olunubolunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 4129,08 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 68,38 manatın cavabdeh Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinə ödənilsməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 14.2.1, 385.1, 390.1, 390.5, 404.2, 442, 443.1,443.2, 448.1, 448.2, 443.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 119.1, 185, 217.3 və 217.4-cü maddələsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, hazırkı mübahisənin əsasında təkcə müqavilənin 1.1-ci bəndinin tətbiqi deyil, eyni zamanda hospitalın müqavilənin 3.1-ci bəndinə əməl etməməsi, əməliyyatın sığorta tərəfindən qarşılandığı barədə verdiyi məlumatlar və bunun nəticəsində cavabdehdə yaranmış əsaslı gözləntilərin sonradan nəzərə alınmaması dayanır. Müqavilə imzalanarkən hospital əməkdaşları tərəfindən cavabdehə əməliyyat xərclərinin “xxxx” ASC tərəfindən qarşılandığı və məhz bu səbəbdən müqavilənin 3.1-ci bəndində nəzərdə tutulan avans ödənişinin ondan tələb olunmadığı bildirilmişdir. Bu məlumat əsasında cavabdeh əməliyyat xərclərinin sığorta tərəfindən qarşılanacağına əsaslı şəkildə inanmış və müqaviləni həmin şəraitdə imzalamışdır. Əgər hospital hesab edirdisə ki, əməliyyat xərclərinin hər hansı hissəsi sonradan cavabdehin üzərinə düşə bilər və ya sığorta şirkəti sonradan ödənişdən imtina edə bilər, bu halda həmin risklər barədə onu əvvəlcədən məlumatlandırmalı və müqavilənin 3.1-ci bəndinə uyğun olaraq müvafiq avans ödənişini tələb etməli idi. Lakin hospital tərəfindən belə edilməmiş, əksinə, əməliyyatın sığorta tərəfindən qarşılandığı bildirilərək cavabdehdə əsaslı gözlənti yaradılmışdır. Sonradan isə həmin davranışın əksinə olaraq müqavilənin 1.1-ci bəndinə istinad edilməklə cavabdehin üzərinə maliyyə öhdəliyi qoyulmuşdur. Buna görə də mübahisənin düzgün həlli üçün yalnız sığorta şirkətinin sonrakı qərarları deyil, hospitalın müqavilə üzrə üzərinə düşən vəzifələri hansı qaydada yerinə yetirməsi, müqavilənin 3.1-ci bəndinin niyə tətbiq edilməməsi və cavabdehə hansı məlumatların verilməsi məsələləri də araşdırılmalı idi. İş materiallarından görünür ki, ilkin mərhələdə xəstədə bədxassəli törəmə ehtimalı yüksək qiymətləndirildiyindən əməliyyatın maliyyələşdirilməsi “xxxx” ASC tərəfindən razılaşdırılmamışdır. Sonradan cavabdehin sığorta şirkətinin nümayəndələri ilə telefon danışıqları olmuş, atasının pensiya yaşına çatdığı, uzun illər sığorta haqları ödədiyi halda sığorta təminatından istifadə etmədiyi diqqətə çatdırılmışdır. Bundan sonra əməliyyatın istisna hal kimi maliyyələşdirilməsinə razılıq verildiyi bildirilmişdir. Lakin həmin razılığın hansı şərtlərlə verildiyi, hospitala hansı məlumatların təqdim edildiyi, sonradan ödənişdən imtinanın hansı əsaslarla həyata keçirildiyi və bu şərtlərin cavabdehə bildirilib-bildirilmədiyi məhkəmə tərəfindən araşdırılmamışdır. Cavabdehə nə hospital, nə də “xxxx” ASC tərəfindən əməliyyatdan sonra bədxassəli törəmə təsdiqlənəcəyi halda əməliyyat xərclərinin onun üzərinə düşə biləcəyi barədə məlumat verilməmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən, göstərilən tibbi xidmətlərin qarşılığı olan və xəstənin və ya xəstə yaxınının üzərinə düşən hissə müqavilə imzalandığı gün avans qaydasında ödənilməli idi. Lakin əməliyyat günü hospital tərəfindən cavabdehdən hər hansı avans ödənişi tələb edilməmişdir. Bundan əlavə, müqavilə imzalanarkən hospital əməkdaşları tərəfindən cavabdehə əməliyyat xərclərinin “xxxx” ASC tərəfindən qarşılandığı və məhz bu səbəbdən ondan avans ödənişi tələb olunmadığı bildirilmişdir. Bu məlumat əsasında cavabdeh əməliyyat xərclərinin sığorta tərəfindən qarşılanacağına əsaslı şəkildə inanmış və müqaviləni həmin şəraitdə imzalamışdır. Əgər hospital hesab edirdisə ki, əməliyyat xərclərinin hər hansı hissəsi sonradan cavabdehin üzərinə düşə bilər və ya sığorta şirkətinin ödənişdən imtina etmək ehtimalı mövcuddur, bu halda həmin risklər barədə caavbdehə əvvəlcədən məlumat verməli və müqavilənin 3.1-ci bəndinə uyğun olaraq müvafiq avans ödənişini tələb etməli idi. Beləliklə, hospitalın müqavilənin bağlanması zamanı verdiyi məlumatlar və sonrakı tələbi bir-biri ilə ziddiyyət təşkil edir. “xxxx” ASC tərəfindən verilmiş təsdiqin məzmunu və şərtləri, hospital və sığorta şirkəti arasında aparılmış yazışmalar, əməliyyatın maliyyələşdirilməsinə dair elektron məktublar, sonradan ödənişdən imtinanın əsaslandırılması, telefon danışıqlarının məzmunu, həmin şərtlərin cavabdehə bildirilib-bildirilməməsi. Bu hallar mübahisənin həlli üçün həlledici əhəmiyyət daşıyır. Qeyd edilən halları araşdırmadan məhkəmə cavabdehin əməliyyat xərclərini ödəməyə borclu olduğu qənaətinə gəlmişdir. Bu səbəbdən qətnamənin nəticələri işin faktiki hallarına uyğun gəlmir. Apellyasiya instansiyası zəruri hesab etdiyi halda hospitaldan və “xxxx” ASC-dən əməliyyatın təsdiqinə dair bütün yazışmaların, elektron məktubların və digər sənədlərin tələb edilməsini xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etirazını bildirərək təmin edilməməsini xahiş etdi.
17. İşə baxılmanın vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış 3-cü şəxs məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Kollegiya tərəfindən işin halları, şikayətə işdə olan sübutlar əsasında baxılmasının mümkünlüyü nəzərə alınaraq MPM-in 376.2-ci maddəsinə əsasən işə 3-cü şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
19. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqlar və vəzifələri yaradan əsaslardan biridir.
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir
23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
25. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırki işdə iddia təmin edilmiş və cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bu səbəbdən qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Kollegiya işin müəyyən edilən hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, məhkəmənin iddianın təmin edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
37. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ###### 2025- ci il tarixli tibbi xidmət müqaviləsinə əsasən Hospital xəstə Ağakişiyev Ramiz Elxan oğluna müvafiq qaydada lazımi tibbi xidmət həyata keçirir, “Xəstə” və ya “Xəstə Yaxını/qanuni nümayəndəsi” isə göstərilən tibbi xidmətə görə “Qiymət kitabı”na əsasən ödənişin “Təşkilat” tərəfindən qarşılanmayan hissəsini “Hospital”a ödəyir.
38. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən göstərilən tibbi xidmətlərin qarşılığı olan və “Qiymət kitabı”na əsasən müəyyən olunmuş məbləğin “Xəstə” və ya “Xəstə yaxın/qanuni nümayəndəsi”nin üzərinə düşən hissəsini bu müqavilə imzalandığı gün “Xəstə” və ya “Xəstə yaxın/qanuni nümayəndəsi” xidmətlərin nəticəsindən asılı olmayaraq avans olaraq “Hospital”a ödəyir.
39. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən qabaqcadan müəyyən edilə bilməyən, yanaşı xidmətlərin (laborator, diaqnostik, stasionar və digər) dəyəri bu müqavilənin 3.1- ci bəndi ilə müəyyən olunan avans məbləğindən artıq olduqda və “Təşkilat” tərəfindən ödənilmədikdə, xəstə və ya xəstə yaxını artıq olan məbləği ödəməyi götürür.
40. X3 ## ###### 2025-ci il tarixli stasionar xəstənin tibb kartasından çıxarışa əsasən Ağakişiyev Ramiz Elxan oğluna düz bağırsaqla siqmavari bağırsaq birləşməsinin bədxassəli yenitörəməsi diaqnozu qoyulmuşdur.
41. İddiaçı Cavabdeh ünvanlanmış ## ###### 2026-cı il tarixli pretenziya məktubuna əsasən iddiaçı tərəfindən qalıq borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. -
42. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin ## ##### 2026-cı il tarixli arayışına əsasən pasiyent Ağakişiyev Ramiz Elxan oğlu ## ###### 2025- ci il tarixdən ## ###### 2025-ci il tarixədək olan dövrdə müxtəlif tarixlərdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına müraciət etmişdir. Mərkəzi Hospital tərəfindən pasiyent Ağakişiyev Ramiz Elxan oğlu və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkəti ilə bağlanan müqavilələr əsasında tibbi xidmətlər göstərilmişdir. Mərkəzi Hospital tərəfindən pasiyent Ağakişiyev Ramiz Elxan oğluna göstərilən tibbi xidmətlərdən ödənilməmiş borc məbləği Y********* saylı faktura üzrə 4129,08 manat təşkil edir.
43. ##.##.2026-cı il tarixli gk*V** nömrəli ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 68,38 manat dövlət rüsumu ödənilmişdir.
44. X3 ##.##.2026-cı il tarixli fakturasına əsasən xəstə Ağakişiyev Ramiz Elxan oğluna ##.##.2025-##.##.2025-ci il tarixlərdə tibbi xidmət göstərilmiş, tibbi xidmətlərin göstərildiyi müddət ərzində ümümilikdə 4129,08 manat ödəyəcəyi, qalıq 4129,08 manat qeyd olunmuşdur.
45. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı tibbi müəssisəsi ilə cavabdeh arasında tibbi xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehn atası xəstə Ağakişiyev Ramiz Elxan oğluna tibbi xidmət göstərilməsi və göstərilmiş tibbbi xidmətlərin dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda cavabdehin atası ilə sığorta şirkəti arasında tibbi sığorta müqaviləsi bağlanmış və həmin müqavilə çərçivəsində sığortalıya göstərilmiş müəyyən tibbi xidmətlərin dəyərinin sığortaçı tərəfindən qarşılanması nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən cavabdehə tibbi xidmətlər göstərilmiş, xidmətin tibbi sığorta müqaviləsinin təminatına daxil olan hissəsi sığortaçı tərəfindən ödənilmiş, qalan xidmətlər isə müqavilənin şərtlərində nəzərdə tutulmadığı üçün sonuncu tərəfindən qarşılanmamışdır. Hazırda iddiaçı göstərilmiş tibbi xidmətlərə görə ödənilməmiş qalan 4129,08 manat borc məbləğini cavabdehdən tələb edir.
46. İşin faktiki hallarından aydın olur ki, cavabdeh Cavabdeh tibbi xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinin şərtinə əsasən qabaqcadan müəyyən edilə bilməyən, yanaşı xidmətlərin (laborator, diaqnostik, stasionar və digər) dəyəri “Təşkilat” (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC) tərəfindən ödənilmədikdə, xəstə və ya xəstə yaxını artıq olan məbləği ödəməyi öhdəsinə götürür. Göründüyü kimi cavabdeh göstərilən müqavilə şərtinə əməl etməmişdir, buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
47. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildirir ki, cavabdeh tərəfindən həmin dəlilləri təsdiq edən hər hansı sübut təqdim olunmamışdır.
48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Qeyd olunanlardan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
50. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
51. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Sabit Bəhrəmzadə Xumar Mərdanova