Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2859/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : İddiaçı İddiaçı QSC BOKT cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ##.##.2001-ci il tarixli, 5 ədəd №***, №***, №***, №***, №*** saylı kredit müqavilələri üzrə ##.##.2002-cı il tarixdən ##.##.2025-ci il tarixədək 23.451 (iyirmi üç min dörd yüz əlli bir) ABŞ dolları əsas borca gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış əldən çıxmış fayda və dəymiş zərər 27.626,58 (iyirmi yeddi min altı yüz iyirmi altı ABŞ dolları, 58 sent) ABŞ dolları məbləğində zərər həmçinin ödənilmiş 231,40 (iki yüz otuz bir manat, 40 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə (hakim Aydan Oruclu) iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi; qərardadın icra olunması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi; ekspertizanın keçirilməsi və rəyin verilməsi müddəti işin ekspertə təqdim edildiyi gündən 1 (bir) ay müəyyən edilməsi; ekspertin rəyi məhkəməyə təqdim edilənədək *(*-***)-***/**** nömrəli mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Cavabdeh Cavabdeh həmin qərardaddan verdiyi şikayətdə qərardadın iş üzrə icraatın dayandırılması hissəsini mübahisələndirmiş və qərardadın həmin hissədə ləğv olunmasını xahiş edib göstərir ki, iddia ərizəsinin icraata qəbulundan imtina etməsi barədə ərizə təqdim etməsinə baxmayaraq məhkəmə işə baxılmasını davam etdirib və ekspertiza təyin etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdeh Cavabdeh şikayəti ilə eyni məzmunda tərtib etdiyi və elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində də şikyətinin təmin edilib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı İddiaçı BOKT QSC tərəfindən isə sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Həmin Məcəllənin 256.0.2-ci maddəsinə əsasən, iş üzrə icraat ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılır. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə iş üzrə ekspertiza təyin edə bilər. (MPM. mad.97.1) Məhkəmənin bu sahədə xüsusi biliyi olsa belə, bu hal onun ekspertiza təyin etmək hüququnu istisna etmir. Çünki prosessual qanunvericiliyin tələblərinə riayət etməklə işə baxılması qaydasını məhkəmə özü müəyyən edir. Buna görə də, öz təşəbbüsü ilə ekspertiza təyin edən məhkəməyə bu prosessual hərəkəti etməyi hər hansı bir formada məhdudlaşdırmaq yaxud qadağan etmək prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan əlavə, Mülki Prosessual Məcəllənin tələblərinə görə iş üzrə ekspertiza təyin edildikdə hakim öz təşəbbüsü ilə icraatı dayandıra bilər. Bu əsasla icraatı dayandırmaq hakimin vəzifəsi deyil, hüququdur. Hazırkı halda birinci instansiya məhkəməsinin hakimi həmin hüquqdan istifadə etmişdir. Qeyd olunduğu kimi Mülki Prosessual Məcəllənin tələblərinə riayət etməklə işə baxılması qaydasını, o cümlədən zəruri olan prosessual qərarları məhkəmə özü qəbul edir. Əlbətdə, proses iştirakçılarının da icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət vermək hüquqları vardır. Lakin bu şikayət əsaslı olmalıdır. Şikayət verən şəxs şikayət etdiyi qərardadın ləğv olunmasını xahiş edərkən arzu etdiyi nəticəyə bunun nə kimi təsiri olacağını şikayətində açıqlamalıdır. Hazırki şikayətdə şikayət verənin məqsədi mülki iş üzrə icrata xitam verilməsi ilə bağlıdır. Bu cür vəziyyətdə, yəni mülki iş üzrə ekspertiza təyin edilib iş üzrə icraatın dayandırılması halında bu mümkün deyil. Çünki iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmamasını onsuzda məhkəmə hər bir halda, yekun məhkəmə aktı qəbul edərkən yoxlamalı olacaq. Hazırkı mərhələdə birinci instansiya məhkəməsinin cavabdehin istəyinə uyğun qərar qəbul etməməsinin prosessual səbəbləri isə mübahisələndirilən, yəni iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardadın icraatın dayandırılması hissəsi ilə bağlı olmayıb. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2859/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2859/2026
13.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver