Məhkəmə qərarları › İş №e-2(3-6)-2929/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2929/2026

28.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2929/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: "pul tələbi") Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin halları:

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh arasında olan ##.##.2024-cü il tarixli müqavilə üzrə cavabdeh tərəfindən 3450 manat pul vəsaitinin iddiaçıya geri qaytarılması, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcələnin 445.7- ci maddəsində nəzərdə tutulmuş 5% hissəsi olan 172,5 manat, Mülki Məcələnin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi 7,5 % hissəsi olan 258,75 manat, vəkilə ödənilmiş 320 manat, cəmi 4201 manat pul vəsaitinin, dövlət rüsumu qismində ödənilmiş 62,01 manat pul vəsaitin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı Oqtay oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bakalavr və magistr dərəcəsini bitirdikdən sonra doktorantura təhsilini xarici ölkədə davam etdirmək üçün 2024-cu ilin iyun-iyul aylarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdehin idarə etdiyi “xxxx” adlı quruma müraciət etmişdir. Özünü onlara, yəni ona, dostları İddiaçı və X5 həmin şirkətin rəhbəri kimi təqdim edən cavabdeh onları Avropa və ya ABŞ-da yerləşən kolleclər və ya universitetlərdə doktorantura təhsili ilə təmin edəcəyinə köməklik göstərəcəyini bildirmişdir. Bu səbəblə iddiaçı ilə “xxxx”-nin rəhbəri cavabdeh arasında ## #### 2024-cü il tarixli ***-*** saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh 1 il müddətində, yəni ##.##.2025-ci il tarixədək iddiaçını Avropa və ya X8 təhsilinə qəbul etdirəcəyi öhdəliyini öz üzərinə götürmüşdür. Həmin tarixdə iddiaçı ilə birlikdə onun tanışları Xeybər Məmmədnağıyev və Mustafa Aslanov da müqavilə bağlamışdır. Məhkəməyə təqdim etdiyi ##.##.2024-cü il tarixli qəbzlərdən görünür ki, iddiaçı ayrı-ayrılıqda 1000 manat və 600 manat ödənişi cavabdehin kart hesabına göndərmişdir. Bundan sonra 2024-cü ilin avqust ayında cavabdeh iddiaçıya müraciət üçün universitetə ayrıca 500 avro ödəniş etməli olduqlarını bildirmiş, 500 ABŞ dolları olaraq ödəniş barəsində razılığa gəlmişlər. Məhkəməyə təqdim etdiyi ##.##.2024-cü il tarixli 1-******** №-li qəbzdən görünür ki, o, 500 ABŞ dolları pul vəsaitini cavabdehin kart hesabına göndərmişdir. Daha sonra iddiaçı cavabdehlə telefonda danışdıqları zaman ona sənədlərin toplanması və göndərilməsi üçün əlavə 1000 manat pul ödəməli olduğunu bildirmişdir. O isə artıq müəyyən qədər pul ödədiyi üçün həmin pulların batmamasından ötrü cavabdehin tələbi ilə məcburən razılaşmışdır. Iddiaçı dostları Mustafa Aslanov, Xeybər Məmmədnağıyev və X1 ilə birlikdə təxminən 2024-cü ilin noyabr ayında cavabdehin fəaliyyət göstərdiyi Yasamal rayonu, Tbilisi prospekti 27 ünvanında yerləşən "ASK" Plazaya getdikdə onlara işlərin uğurla davam etdiyini bildirmiş, bu zaman iddiaçı Xeybər Məmmədnağıyev, Mustafa Aslanovla birlikdə hər biri ayrı-ayrılıqda 1000 manat, cəmi 3000 manat pul vəsaitini nağd şəkildə cavabdehə vermişlər, həmin vaxt yanlarında tanışları F.Əliyeva da olmuşdur. 2025-ci ilin fevral ayında iddiaçıya məlum olmuşdur ki, cavabdehə 500 ABŞ dolları (hazırki məzənnəyə əsasən 850 manat) və 2600 manat pul vəsaiti ödəməsinə baxmayaraq, cavabdeh pulları alandan sonra heç bir iş görməmiş, iddiaçı cavabdehə zəng edib hər dəfə işin gedişatı ilə maraqlananda müxtəlif bəhanələrlə onu aldatmağa və vaxtı uzatmağa başlamışdır. Beləliklə, bir müddət sonra o, dostları ilə birlikdə cavabdeh tərəfindən aldadıldığını başa düşmüş, sonuncu ilə əlaqə saxlayaraq pullarını geri qaytarmasını tələb etmişlər. Cavabdeh əvvəlcə üzrxahlıq edərək və onları arxayın edərək pullarını geri qaytaracağını bildirsə də, sonradan yenə onları müxtəlif bəhanələrlə aldadaraq pullarını geri qaytarmamışdır. Məhkəməyə təqdim etdiyi Yasamal RPI-nin ## #### 2025-ci il tarixli qərarından görünür ki, Mustafa Aslanov, İddiaçı və Xeybər Məmmədnağıyev dələduzluqla üzləşdiklərini düşünərək Yasamal RPI-yə müraciət etmişlər, cavabdeh aldığı pulları və müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyini etiraf etmiş, cinayət işinin başlanmasından imtina edilmişdir. Məhkəməyə təqdim etdiyi Azərbaycan Mərkəzi Bankının saytından götürülmüş çıxarışdan görünür ki, 2024-2025-ci illər arasında ortalama bank uçot dərəcəsi 7.5 %-dir.

3. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Gülşən Fərəcova) ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 544 manat məbləğində pul vəsaiti, həmin pulun gecikdirilməsinə görə 17.29 manat faiz, göstərilən hüquqi xidmətə görə ödənilmiş 320 manat və dövlət rüsumunun 30 manat hissəsi alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır.

4. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, cavabdeh qətnamə ilə razılaşmış, onu mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Iddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, rayon məhkəməsi işin faktiki hallarını birtərəfli araşdırmış, tərəflər arasındakı münasibətlərə və subyektiv hallara düzgün hüquqi qiymət verməmişdir. Beləliklə də, maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edilmişdir. Odur ki, qətnamənin qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Apellyasiya şikayətinə məhkəmədə baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu ərizə ilə Məhkəməyə müraciət edərək, iddiaçının onunla hüquqi yardım barədə müqavilə bağladığını, texniki səbəblərdən müqavilənin təsdiqinin mümkün olmadığını, Büro rəhbərliyi tərəfindən müqavilə təsdiqləndikdən sonra orderi əldə edəcəyini bildirmiş, bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

7. Məhkəmə kollegiyası (Məhkəmə) ərizədə qeyd edilən halların iddiaçının məhkəmə iclasında iştirakına mane olmadığını qeyd edərək, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

8. Bakı şəhəri Yasamal RPI-nin Təhqiqat şöbəsinin ##.##.2025-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı, İddiaçı və İddiaçı müraciətləri əsasında toplanmış HK-1/360, HK1/361 və HK-*/*** saylı materialda və Cavabdeh əməlində cinayət hadisəsi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39 1.1-ci maddəsinin tələblərinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

9. Yasamal RPI-də izahatında Cavabdeh qeyd etmişdir ki, İddiaçı ## #### 2024-cü il tarixde Avropa və X8 təhsili almaq üçün sənədləşmə prosesinin aparılması üçün şirkətə müraciət etmişdir. Həmin vaxt o, Kamranı qəbul edərək sonuncuya qəbul ve senedleşmə prosesi haqqında, yəni qeydiyyat, viza, təhsil haqqı, rüsumlar və universitetlərin tələbləri haqqında ətraflı məlumat vermiş və şirkətə xidmət haqqı olaraq 1600 manat pul ödəməli olduğunu bildirmişdir. İddiaçı şərtlərlə razılaşdıqdan sonra ## #### 2024-cü il tarixdə "xxxx" Xaricde Təhsil şirkətinin direktoru olaraq onunla İddiaçı arasında ***-*** saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə İddiaçı şirkətə həmin tarixdə 1000 manat, ## ###### 2024-cü il tarixdə isə 600 manat pul ödəməli imiş. İddiaçı razılaşaraq müqavilə bağlanan gün, yəni ## #### 2024-cü il tarixdə overline oz bank kartının hesabından onun istifadəsində olan Kapital Bank ASC-yə məxsus 4169 7385 2981 **** nömrəli bank kartının hesabına 1000 manat pul köçürmüşdür. O da həmin məbləği kassaya mədaxil edərək müqavilədə bununla bağlı qeydiyyat aparmışdır. ## #### 2024-cü il tarixdə o, İddiaçılə əlaqə saxlayaraq mümkünsə qalan 600 manat pulu ödəməsini xahiş etmiş, İddiaçı də etiraz etmədən müqavilədə qeyd olunmuş, galan 600 manat pulu eyni qaydada onun bank kartının hesabına göndərmişdir. O da bunun müqabilində İddiaçı üçün müvafiq universitetlərin siyahısını çıxarıb seçim etməsi üçün özünə təqdim etmiş, həmçinin İddiaçı əvəzindən motivasiya və tövsiyyə məktubu hazırlayaraq özünə təqdim etmişdir. Bundan sonra o, ## ###### 2024-cü il tarixdə Kamranla əlaqə saxlayaraq universitet qeydiyyatlarının rüsumu üçün 500 ABŞ dolları pul ödəməli olduğunu bildirmişdir. Kamran isə həmin vaxt pulu olmadığını və tələb olunan pulu qısa müddətdə ödəyəcəyini bildirmişdir. Lakin İddiaçı onun təqdim etdiyi siyahıda qeyd olunmuş universitetləri bəyənməmiş və o, ## ###### 2024-cü il tarixdə yenidən əlavə olaraq Avropa və Amerikada yerləşən başqa 8 universitetin siyahısını hazırlayıb İddiaçı təqdim etmişdir. Kamran həmin siyahıda qeyd olunan 8 universiteti bəyəndiyinə görə ## ######## 2024-cü il tarixdə eyni qaydada onun bank kartının hesabına 500 ABŞ dolları pul köçürmüşdür. Həmin pulun 130 ABŞ dolları hissəsi siyahıda ceyd olunan universitetlərin 4-nün qeydiyyatı üçün sərf edilmiş, qalan 370 ABŞ dolları pul isə ehtiyatda onda qalmışdır. Qalan pul isə digər universitetlərin qeydiyyat xərclərinə sərf edilməli imiş. O da universitetlərin müvafiq qeydiyyat vaxtlarını gözləyirmiş. Lakin həmin ərəfələrlə onun şəxsi problemləri ortaya çıxmış və buna görə müştərilərlə mütəmadi əlaqə yarada bilməmişdir. Buna baxmayaraq bacardığı qədər müştərilərin qeydiyyat işləri və sair işlər yerinə yetirilmışdir. Beləliklə, ## ####### 2024-cü il tarixdə İddiaçı ona mesaj yazaraq universitet qeydiyyatının düzgün formada aparılmadığını iddia etmişdir. O da öz növbəsində qeydiyyat işlərinə dair sənədləri İddiaçı göndərib düzgün icra edildiyini sübut etməyə çalışmışdır. Lakin İddiaçı onun sözlərinə məhəl qoymadan kobud şəkildə rəftar etməyə başlamışdır. O isə Kamranın başa düşmək istəmədiyini görüb ofisə yaxınlaşmasını xahiş etmiş, aralarında bağlanmış müqaviləyə xitam verilməsi üçün ərizə yazmalı olduğunu və bundan sonra müqavilə şərtlərinə əsasən ödəniş etdiyi pulun müəyyən hissəsinin geri qaytarılacağını bildirmişdir. Lakin İddiaçı ofisə getməmiş və ## ####### 2024-cü il tarixdən sonra ümumiyyətlə onlarla əlaqə saxlamamışdır. ## ###### 2024-cü il tarixdə Kamran yenidən ona müraciət edərək başqa universitet siyahısı istəmişdir. O, yenə də ## ###### 2024-cü il tarixdə Avropa və Amerikada yerləşən 10 universitetin siyahısını hazırlayıb Kamrana göndərmişdir. Lakin bundan sonra da Kamran ## ###### 2024-cü il tarixədək onunla əlaqə saxlamamış və seçimi barədə məlumat verməmişdir. Buna baxmayaraq o, ## ###### 2024-cü il tarixdə Kamranın istədiyi Hollandiyada yerləşən Eindhoven universitetinə qeydiyyatı tamamlamışdır. Yəni o, Xaricdə Təhsil şirkətinin rəhbəri olaraq üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir. ## ###### 2024-cü il tarixdə Kamran ona mesaj yazaraq əlaqə saxlamasını tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. O, Kamranla əlaqə saxladıqda isə digər universitetlərə, qeydiyyat aparmadığını deyərək məsuliyyəti onun üzərinə atmağa çalışmışdır. O isa Kamrana məsələnin bu qədər yubanmasına və qeyd edilən problemlərin ortaya çıxmasına özünün səbəb olduğunu izah etmişdir. Belə ki, o, ## ###### 2024-cü il tarixdə Avropa və Amerikada yerləşən 10 universitetin siyahısını hazırlayıb Kamrana göndərdiyi halda, ## ###### 2024-cü il tarixədək onunla əlaqə saxlamadığını və heç bir seçim etmədiyini xatırlatmışdır. Buna görə də məcbur olub Hollandiyada yerləşən Eindhoven universitetinə qeydiyyat apardığını izah etmişdir, ## ###### 2024-cü il tarixdə isə Kamran pretenziya məktubu yazaraq ona ünvanlamışdır. O, yenə də İddiaçılə əlaqə saxlayıb ofisə dəvət etmişdir. Bundan sonra ## ###### 2025-ci il tarixdə İddiaçı, X2 və X5 ofisə yaxınlaşaraq ödədikləri pulları geri tələb etmişlər. O isə prosedur qaydalarını həmin şəxslərə izah edərək əvvəlcə müqaviləyə xitam vermək üçün ərizə yazmalı olduqlarını, bundan sonra çəkilmiş xərclər hesablanaraq qalan pulların özlərinə geri qaytarılacağını izah etmişdir. Lakin İddiaçı, Mustafa Aslanov və Xeybər Məmmədnağıyev onunla razılaşmayıb barəsində şikayət edəcəklərini bildirmişlər və ofisdən çıxıb getmişlər.

10. İddiaçı ilə icraçı “xxxx”-Cavabdeh arasında ##.##.2024-cü il tarixdə bağlanmış ***-*** saylı müqavilədən görünür ki, həmin müqaviləyə əsasən müqavilənin müddəalarını nəzərə almaq şərti ilə, Icraçı Avropada yerləşn kollec və universitetlərdə və ya dil kurslarında təhsil proqramının seçilməsi, və təhsil alınan ölkədə, təhsil aldığı müddətdə tələbə yataqxanası məsələləri ilə əlaqədar Sifarişçiyə məsləhət xidmətləri göstərir, həmçinin, həmin təhsil müəssisəsində Sifarişçi üçün müvafiq kursu rezervasiya etməklə, təhsil müəssisəsinə qəbul üçün zəruri sənədlərin siyahısını təqdim edir. Müqavilə imzalandığı anda Sifarişçinin qəbul prosesi üçün, Avropa, Amerikada yerləşən Kolleclər ilə danışıqlar aparılır və proses sonunda Sifarişçinin doktorantura təhsil proqramına qəbulu alınacaqdır. Sifarişçi, şirkətin xidmət haqqı olan 1000 manat məbləği ##/##/2024 tarixində, ##/##/2024-cü il tarixdə 600 manatı tam olaraq şirkətə ödəyir. Şirkətin xidmət haqqı tam ödənildikdən sonra, sənədləşmə prosessinə start verilir. Sifarişçi müqaviləni imzaladığı anda bu şərtlə razılaşır. Ödənilən məbləğə təhsil haqqı, qeydiyyat rüsumu, viza rüsumu və ya digər xərclər daxil deyildir.

11. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən əgər Sifarişçi göstərilən zamanda tələb olunan sənədləri təqdim edə bilmərsə, Icraçı bu müqavilə ilə əlaqədar edilən ödənişi geri qaytarılmamaq şərti ilə prosesi dayandırma və müqaviləni ləğv edə bilmə hüququna malikdir.

12. Həmin Müqavilənin 2.4-cü maddəsinə əsasən Sifarişçinin müvafiq qeydiyyatı üçün Icraçı 365 gün müddətində zaman ayırır. Əgər Icraçı ilə təhsil müəssisəsinin danışıqlarında gecikmələr yaranarsa, Icraçı Sifarişçinin qarşısında buna görə cavabdehlik daşımır. Sifarişçi yekun danışıqları gözləməlidir və gecikmə səbəbinə görə müqaviləni ləğv edə bilmə hüququna malik deyil.

13. Iş materiallarında olan qəbzlərdən görünür ki, ##.##.2024-cü il tarixdə 1000 manat, ##.##.2024-cü il tarixdə 600 manat, ##.##.2024-cü il tarixdə 500 ABŞ Dolları məbləğində vəsait 416973************ saylı kart hesabına köçürülmüşdür.

14. tərəflər arasında mobil tətbiq üzərində aparılmış yazışmaların ekran görüntüsündən müəyyən edilir ki, tərəflər aralarında olan mübahisənin həlli ilə bağlı danışıqlar aparılmışdır.

15. Iddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh ünvanlanmış ##.##.2024-cü il tarixli “müqavilə üzrə öhdəliklərin icra edilməməsi” barədə pretenziya məktubundan görünür ki, sonuncudan dəyən maddi və mənəvi zərərin (1600 manat müqavilə ödənişi, 320 ABŞ dolları application fees) 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun qaytarılması məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. Iş materiallarında olan qəbzdən görünür ki, hüquqi xidmətlərin göstərilməsi üçün Mərkəz Vəkil bürosunun hesabına 320 manat ödəniş edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair ## ###### 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə: 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Hazırkı halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

19. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. Hazırkı işin faktiki halları ondan ibarətdir ki, iddiaçı doktorantura təhsilini xarici ölkədə davam etdirmək məqsədilə cavabdehlə ##.##.2024-cü il tarixdə 1 il müddətinə müqavilə bağlamışdır. Iddiaçı iddia ərizəsi ilə rayon məhkəməsinə müraciət edərək, qeyd etmişdir ki, müqavilə üzrə əvvəlcə 1000 manat, daha sonra 600 manat bank hesabına köçürmə yolu ilə, əlavə olaraq 1000 manat nağd qaydada və 500 ABŞ dolları məbləğində ödəniş etmişdir. Iddiaçının mövqeyinə görə, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, bu səbəbdən müqavilə onun tərəfindən ləğv edilmiş və ümumilikdə 3450 manat məbləğin, habelə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 5% (172,5 manat), 449-cu maddəsinə əsasən 7,5% (258,75 manat) faizlərin, eləcə də 320 manat vəkil xərclərinin tutulması tələb edilmişdir.

21. Rayon məhkəməsi iddia tələblərini qismən təmin edərək, cavabdehdən 544 manat məbləğində pul vəsaiti, həmin pulun gecikdirilməsinə görə 17.29 manat faiz, göstərilən hüquqi xidmətə görə ödənilmiş 320 manat və dövlət rüsumunun 30 manat hissəsinin alınaraq iddiaçıya ödənilməsini qət etmişdir.

22. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməyən hissəsində də təmin edilməsini xahiş etmişdir.

23. Məhkəmə iddiaçının dəlillərindən 1600 (min altı yüz) manat xidmət haqqının geri qaytarılması tələbinə münasibətdə qeyd edir ki, ##.##.2024-cü il tarixli müqavilənin 3.3-cü maddəsində xidmət haqqının (1600 manat) sifarişçinin təşəbbüsü ilə şirkətdən asılı olmayan səbəblərdən müqavilədən imtina edildiyi halda geri qaytarılmayacağı qeyd edilmişdir. Iddiaçı həmin şərtlə razılaşmış, bu şərt onun iradəsinə uyğun olmuşdur ki, o da müqaviləni imzalamışdır.

24. Məhkəmə iddiaçının əlavə 1000 (min) manat nağd ödəniş etməsinə münasibətdə qeyd edir ki, rayon məhkəməsi tərəfindən də müəyyən edildiyi kimi iddiaçı həmin məbləğdə əlavə pulun ödənilməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir. Rayon məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı ##.##.2024-cü il tarixli pretenziya məktubunda da bu məbləği tələb etməmişdir. Buna görə də iddiaçının həmin tələbinin təmin edilməsi üçün əsas yoxdur.

25. Məhkəmə iddiaçının təmin edilməyən - Mülki Məcəllənin 449-cu maddəsi ilə nəzərdə tutulmuş 7,5% faiz tələbinə münasibətdə də rayon məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edir və qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun iddia ərizəsində istinad olunan ## #### 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.

26. Konstitusiya Məhkəməsi Plenumunun qərarında müəyyən olunmuş hüquqi mövqeyə uyğun olaraq hazırki iş üzrə iddia tələbinə əsasən Mülki Məcəllənin 449-cu maddəsinə əsasən əlavə mülki məsuliyyətinin yaranması üçün müqavilə üzrə üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırması halının sübuta yetirilməsi tələb olunur. Iş materiallarında isə cavabdeh tərəfindən belə qərəzli hərəkətlər edildiyinə dəlalət edən və pulu özündə saxlamaqla faydalanmasına dair hər hansı mötəbər sübutlar yoxdur.

27. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

29. ... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

30. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

31. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.

32. Odur ki, iddiaçı tərəfindən apellyasiya şikayəti ilə bağlı biri digərini tamamlayan, təkzibedilməzlikə bağlı tələblərə cavab verən əsaslı və şübhədənkənar sübutlar təqdim edilmədiyindən, Məhkəmə hesab edir ki, rayon məhkəməsi iddia tələbini qismən təmin edərək iş üzrə düzgün nəticəyə gəldiyindən, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

33. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

34. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

36. MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

37. Hazırkı işdə iddianın qiyməti 3881,25 (üç min səkkiz yüz səksən bir manat, iyirmi beş qəpik) manat olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

38. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

39. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar