Məhkəmə qərarları › İş №e-2(3-6)-2998/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2998/2026

04.08.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2998/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X1 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9 katibliyi, iddiaçı X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı X1 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı X1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən sonuncu ## ####### 2021-ci il tarixdə elektrik vəzifəsinə işə qəbul olunmuşdur, iş vaxtı rejimi: həftənin 1- 5-ci günləri saat 09:00-dan, 17:00-dək, şənbə günləri isə 09:00-dan, 15:00-a kimidir. (həftədən 40 saatdan çox olmayaraq)

2. İddiaçı ## ###### 2025-ci il tarixli ərizəsindən və ## ###### 2025-ci il tarixli teleqramdan müəyyən olunur ki, onu ## ###### 2025-ci il tarixdən müddət gözləmədən öz xahişi ilə işdən azad edilməsini, həmçinin ödənilməyən əmək haqlarının və son haqq hesabının aparılmasını ödənilməsini xahiş etmişdir.

3. “xxxx” MMC-nin İddiaçı ünvanladığı ## ###### 2025-ci il tarixli məktubundan müəyyən olunur ki, ## ###### 2025-ci tarixində elektron xəbərnaməli qeydi ilə (AZ1046 post nümayəndəsinin vasitəsi ilə əldən ələ verilmiş), teleqram formasında, öz xahişi ilə ## ###### 2025-ci il tarixindən işdən çıxma ərizəsi rədd edilir. ## ######## 2025 tarixindən bu günə kimi heç bir üzürlü səbəb göstərmədən işə çıxmamışdır. Əvvəl işdən qaldığı günlərə aid olan sənədləri də təqdim etməmişdir. Lakin, qeyd elədiyi dövrdə, onun X8 Xidmətinə elədiyi Şikayətə də, ətraflı açıqlama verərək, cavabda bildirilmişdir ki, o, kobud şəkildə əmək funksiyanı pozaraq, işlədiyi müləssisəyə ciddi önəm verməmişdir. O elektrik vəzifəsində çalışdığı üçün, maddi məsuliyyətli şəxs hesab olunur. Müəssisəyə yaxınlaşaraq, təhvil aldığı inventarları təhvil-təslim verilməsi xahiş edilmişdir. Əks halda, AR Əmək Məcəllənin 70-ci maddənin "ç" bəndinə əsasən, işəgötürənə və ya əmək kollektivinə ziyan vurduğu halda, 72-ci maddəsinə əsasən, Əmək vəzifələrinin kobud şəkildə pozduğuna görə işdən azad olunacağı bildirilmişdir.

4. İddiaçı ## ###### 2025-ci il tarixli izahatından müəyyən olunur ki, ## ######## 2025-ci il tarixindən ## ###### 2025-ci il tarixinə qədər iş yerindən hədə qorxu və 70 “ç” bəndi ilə işdən çıxarılmaq hədəsi ilə inzibati ərazidən məcburi şəkildə uzaqlaşdırıldığı üçün heç bir səbəb olmadan iş yerinə buraxılmadığı üçün işə gəlməmişdir.

5. Iş materiallarına əsasən müəyyən olunur ki, müxtəlif səbəblərdən işə gəlməməsi ilə bağlı İddiaçı tərəfindən 2024-cü il ərzində 7 izahat, 2025-ci ilin 9 ayı ərzində 12 izahat yazılaraq işəgötürənə təqdim olunmuşdur.

6. “xxxx”MMC-nin ## ###### 2025-ci il tarixli, ***/K saylı əmrindən müəyyən olunur ki, elektrik İddiaçı Ümüd oğlu ## ###### 2025-ci il tarixdən AR Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinə əsasən-özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi səbəbindən əmək müqaviləsiniə xitam verilmiş, ##.##.2021- ##.##.2025-ci iş ili üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə 20 təqvim günü pul əvəzi ödənilməlidir.

7. Insan resursları üzrə mütəxəssis X2 ## ###### 2025-ci il tarixli məruzəsindən müəyyən olunur ki, ## ###### 2025-ci il tarixində saat 10:09 radələrində *** *** ** ** mobil telefon nömrəsindən zəng edərək, özünü onların işçisi İddiaçı Ümid oğlunun həyat yoldaşı olduğunu bildirərək, ona hədə-qorxu gəlib. Nədən onun yoldaşını çıxarmısız, polisə şikayət edəcəyini və çəkiliş gətirəcək kimi sözlərlə, yüksək tonla təhdid etmişdir. Cavabında hər bir işçinin müvafiq təşkilatlara şikayət etmək hüququnun olduğunu bildirmişdir.

8. 2025-ci ildə elektrik İddiaçı iş vaxtı cədvəlindən görünür ki, yanvar ayı üzrə norma iş saatı 141 saatdır, 127 saat işlənilib. Fevral ayı üzrə norma iş saatı 160 saatdır, 160 saat işlənilib. Mart ayı üzrə norma iş saatı 120 saatdır, 111 saat işlənilib. Aprel ayı üzrə norma iş saatı 174 saatdır, 174 saat işlənilib. May ayı üzrə norma iş saatı 163 saatdır, 161 saat işlənilib. Iyun ayı üzrə norma iş saatı 138 saatdır, 134 saat işlənilib. Iyul ayı üzrə norma iş saatı 181 saatdır, 179 saat işlənilib. Avqust ayı üzrə norma iş saatı 172 saatdır, 160 saat işlənilib. Sentyabr ayı üzrə norma iş saatı 174 saatdır, 130 saat işlənilib. Oktyabr ayı üzrə norma iş saatı 181 saatdır, 0 saat işlənilib. Noyabr ayı üzrə norma iş saatı 152 saatdır, 0 saat işlənilib. Dekabr ayı üzrə norma iş saatı 173 saatdır, 0 saat işlənilib.

9. Abşeron – X3 ## ##### 2026-cı il tarixli məktubundan müəyyən olunur ki, liseydə təhsil əyani tədris formasındadır və "Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru" ixtisası üzrə təhsil alan İddiaçı ## ######## 2025-ci il tarixində liseyə qəbul olmuşdur. Tədris bir növbəli, beş günlük və dərs saatları 8:30-dan 14:20-ə kimidir. İddiaçı sentyabrın 15-i dərsə gəlmiş, amma 16-25 sentyabr tarixlərdə dərslərdə iştirak etməyib. Tələbənin dərsə davamiyyəti kafı vəziyyətdədir.

10. X8 Xidmətinin Bakı şəhər Idarəsinin ## ##### 2026-cı il tarixli məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə *-**-*/*- M-*****/**** nömrəli ##.##.2025- ci il tarixli müraciəti əsasənda "xxxx" MMC-nin ünvanına ##.##.2025-ci il tarixli, 3-17- */*-*****/**** nömrəli sorğu məktubu göndərilmişdir. "xxxx" MMC tərəfindən ##.##.2025-ci il tarixində *-**-*/*-*****/**** nömrəli məktubla İddiaçı barəsində müvafiq sənədlər təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən "xxxx" MMC tərəfindən İddiaçı 29 yanvar tarixində seçki günü ilə əlaqədar qeyri iş günü olması nəzərə alınmadan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 108-ci maddəsinin tələbləri pozularaq 28 yanvar tarixində qısaldılma olmadığı və iş vaxtından artıq işlərə cəlb edildiyi müəyyən edilmişdir. Bu səbəbdən, "xxxx" MMC-nin işəgötürəni barəsində ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Eyni zamanda müəssisə tərəfindən ##.##.2025-ci il tarixində vətəndaşa ## ###### 2025-ci il tarixində iş vaxtından artıq işlərə cəlb edildiyi saatın ödənişinin ödənildiyi müəyyən edilmiş və ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qüvvəyə minməmişdir.

Birinci instansiya məhkəməsində icraat

11. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMCnin ## ###### 2025-ci il tarixli əmrinin ləğv olunması, elektrik vəzifəsinə bərpa olunması, məcburi iş buraxma günləri üçün ## ######## 2025-ci il tarixdən məhkəmə qətnaməsi qəbul olunduğu günə qədər bütün müddət üçün əmək haqqının və əmək haqqına nisbətdə müəyyən olunan əlavələrin, mükafatların hesablanaraq, əmək haqqının hər gecikdirilmiş gün üçün faizi hər ay üzrə ayrıca hesablanaraq və iddianın təmin olunacağı günə qədər olan müddət ərzində təşkil edəcək son məbləğin və 60 manat mediasiya xərcinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Iddia onunla əsaslandırılmışdır ki, iş rejimi saat 09:00-dan 19:00-dək olmaqla həftənin altı günü olmuşdur. Işə daxil olduğu vaxt ona məzuniyyət barədə ərizəyə imza etdirilmiş, lakin, məzuniyyət aylarında da tam iş rejimi ilə işləmişdir. Hətta, əlavə olaraq iş yerinə lazım olduğu vaxt bəzi istirahət və bayram günlərində işə çağırılmış və əmək haqqı verilmədən işlədilmişdir. Iş yerinə giriş və çıxışları mühafizə otağında olan dəftərə tarix, saat və imza etməklə hər zaman qeyd olunmuşdur. 2025-ci ilin ########ın ##-də uzun müddət bir yerdə çalışdığı və qonşusu olan Rəşadın dəfn mərasimində iştirak etməli olduğu üçün bu barədə sex rəisi Toğrul Ibrahimova telefonla məlumat vermiş və hər kəsin etdiyi kimi, 25 sentyabrda işə çıxanda bu barədə yazılı izahat da təqdim etmişdir. Lakin, cavabdeh müəssisənin rəhbərliyi ona hədə-qorxu gələrək öz istəyi ilə ərizə yazıb getməsə, ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxaracağını bildirmiş və bundan sonra onu sexin ərazisindən uzaqlaşdırıb, bir daha daxil olmağına icazə verməmişdir. Iddiaçı dərhal bu barədə X8 Xidmətinə müraciət etmiş, araşdırma aparılmışdır. Dekabr ayında formal olaraq cavabdeh tərəfindən ona bir məktub ünvanlanmış və maddi-məsul şəxs olduğu bildirilərək müəssisəyə yaxınlaşaraq təhvil aldığı inventarları təhvil-təhsil etməsi istənilmişdir. Iddiaçının, müfəttişliyə ünvanladığı izahatında bildiridiyi kimi, o heç bir zaman maddi məsuliyyət barədə müqavilə imzalamamış, 25 sentyabr tarixindən rəhbərlik tərəfindən işdən məcburi uzaqlaşdırılmış və həmin tarixdən işə buraxılmamışdır. Eyni zamanda işlədiyi zaman ona 60 manat dəyərində açar dəsti, kəlbətin, vintaçan (otvyortka) dəsti, elektrik testeri adı altında iş alətləri verilmişdir ki, onları sonuncu dəfə işdə qoyub çıxmışdır. Daha sonra məcburi olaraq işə daxil olmaq imkanı verilməmişdir. Iddiaçıda olan məlumata əsasən, cavabdeh barədə şikayətlə Əmək Müfəttişliyinə müraciət etdiyi üçün rəhbərlik ona qarşı daha da aqressivləşmiş, bir çox sənədlərdə onun adından imza çəkilmiş, yalandan aktlar tərtib olunmuşdur. Nəhayət, cavabdehin məktubuna əsasən iddiaçıya məlum olmuşdur ki, ## ###### 2025-ci il tarixindən etibarən ƏM-nin 72-ci maddəsinin “a” bəndinə əsasən onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh tərəfindən əmək müqaviləsi heç bir vaxt iddiaçıya təqdim edilmədiyindən əmək funksiyaları barədə məlumat verə bilməsə də, iddiaçı işə başladığı tarixdən əmək fəaliyyəti zorla dayandırıldığı 2025-ci ilin ## ######## tarixinədək ona şifahi olaraq verilən əmək funksiyalarını tam və qüsursuz olaraq yerinə yetirmiş, heç bir pozuntuya yol verməmişdir. Sadəcə rəhbərliyin hədə-qorxusuna tabe olmadığı üçün əmək fəaliyyətinin həyata keçirilməsinə qanunsuz olaraq 25 sentyabr tarixindən imkan verilməmiş və son olaraq 22 dekabr tarixindən isə əmək müqaviləsinə xitam verilmişdir. Işin hallarından və cavabdehin məktubundan görünür ki, iddiaçının işdən azad olunması Əmək Məcəlləsinin tələblərinə zidd olmaqla qanunsuz olmuşdur. Iddiaçının əmək müqaviləsinə ƏMnin 72-ci maddəsinin “a” bəndinə (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əsaslanaraq xitam verilmişdir. Hazırkı işin mübahisəsiz halıdır ki, iddiaçı yaxın dostu və qonşusunun dəfn mərasimində iştirak etmək üçün ## ######## 2025-ci il tarixdə işə çıxa bilməmiş və bu barədə birbaşa tabeçilyində çalışdığı sex rəisinə məlumat vermiş, iş yeri isə ## ######## 2025-ci il tarixdə işə çıxarkən onu işdən məcburi kənarlaşdırmış və daha sonra işə buraxmamış, bundan üç ay sonra isə 72-cimaddənin a bəndi ilə işdən çıxarmağı barədə ona məktub göndərmişdir. Doğrudur maddənin tələbi işəğötürənə işçi bütün iş günü işə gəlmədiyi halda onunla bağladığı əmək müqaviləsini ləğv edə bilmək imkanı vermişdir. Amma bu imkanı işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi kimi hallarla istisnalamışdır. Hazırkı işdən göründüyü kimi iddiaçı işə gələ bilməməsinin səbəbi barədə əvvəlcədən sex rəisini məlumatlandırmışdır. Bundan başqa sadalanan normalardan göründüyü kimi, qanunvericilik işəğötürənə ƏM-nin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə şərtlə yol vermiş və o şərt ondan ibarət olmuşdur ki, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsaydı və ya AZTV-nin, habelə oradakı əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsaydı, o zaman işəgötürən onu işdən azad edə bilərdi. Demək artıq mübahisəsiz haldır ki, iddiaçının işə çıxmaması ilə cavabdehə qarşı ƏM-nin 71.2-ci maddəsində sadalanan hallardan heç biri baş verməmişdir. Belə olan halda ƏM-nin 70 “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilə bilməzdi. Iddiaçıya intizam tənbehi üzərindən 3 ay keçəndən sonra verilmişdir. Bununla da qanunvericiliyin tələbi kobud şəkildə pozulmuşdur. ƏMnin “Intizam tənbehinin verilməsi qaydaları” başlıqlı 187-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, “intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.” Bütün bu sadalananlar mübahisəliəmrin qanunsuz,əsassız və qərəzli olduğunu açıq-aydın göstərir. Cavabdeh tərəfindən heç bir rəsmi xəbərdarlıq edilmədən, bildiriş verilmədən, müvafiq əmr və sənədlər təqdim edilmədən, qanuni tədbirlər görülmədən iddiaçının işdən və aldığıəmək haqqından azad etmək qanunvericiliyin tələblərinə zidd olmuşdur.

13. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı Ümüd oğlu ## ######## 2025-ci il tarixdə işə çıxmamış, ## ######## 2025-ci il tarixdə gələrkən yazılı Izahatında hüzr yerinə getdiyini bildirilmiş, dəqiq açıqlamadan imtina etmişdi. Tərəflərindən müvafiq sənəd təqdim edilməsi tələb olunmuşdur. Işçi həmin tarixdən işə çıxmamışdır. ## ####### 2025-ci il tarixdə X8 İddiaçı Ümüd oğlunun şikayəti ilə əlaqədar, muvafiq sənədlərin tələbi ilə məktub daxil olunmuşdur. Araşdırılmalardan sonra ## ###### 2025-ci il tarixdə "xxxx" MMC-nin iştiraki ilə, heç bir nöqsan tapmadan işin bağlanması barəsində protokol tərtib olunmuşdur. İddiaçı, ona qarşı yaxşı münasibətdən suiistifadə edərək, daimi olaraq əmək intizamı pozaraq, hər ay ən azı iki dəfə, xəbər vermədən, işdən qalırdı. 2024-cü ildə işçi icazəsiz buraxılmış iş günlərlə əlaqədər 7 yazılı izahat, 2025-ci ilin 9 ayında, 12 yazılı izahat təqdim etmişdir. Son izahatlarının ikisinə diqqət yetirdikdə görünür ki, ## ######## 2025-ci il tarixdə işə saat 14:00-da gəldiyi üçün ## ######## 2025-ci il tarixdə yazılı surətdə izahatında peşə məktəbinə getdiyini bildirmişdir. ## ######## 2025-ci il tarixdə işə gəlmədiyi üçün ## ######## 2025-ci il tarixdə yazıli izahatında hüzr yerinə getməsini yazılmasına baxmayaraq, şifahi bildirilmişdir ki, Binə qəsəbəsində yerləşən Peşə məktəbinə gedir, işə çıxmamasınım əsas səbəbi də Peşə məktəbində oxumasıdır.

14. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

15. Qətnamənin əsaslarına görə, iddiaçı İddiaçı iş vaxtlarında mütəmadi olaraq heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. Eyni zamanda, iddiaçı İddiaçı mütəmadi olaraq işə əmək müqaviləsində qeyd olunan iş saatının başlanmasından daha gec gəlmiş, iş saatının bitməsindən daha tez işdən getmişdir. (iddiaçının yazdığı izahatlara əsasən) Iddiaçı İddiaçı son iş günü ##.##.2025-ci il tarixi olmuşdur. Iddiaçı İddiaçı heç bir üzrlü səbəb göstərmədən ##.##.2025-ci il tarixində işə gəlmişdir. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə işə gəlmiş və “##.##.2025-ci il tarixdə yas yerinə getdiyi üçün işə gələ bilmədiyi barəsində” izahat yazmışdır. Iddiaçı İddiaçı ətraflı açıqlama tələb olunmuşdur, lakin o, bundan imtina edərək, iş yerini tərk etmişdir və əmək müqaviləsinə xitam verilməsi əmrinin verildiyi ##.##.2025-ci il tarixinədək işə gəlməmişdir. ("xxxx" MMC-nin iş saatı cədvəlinə əsasən) Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə cavabdeh "xxxx" MMC tərəfindən əmək hüquqlarının pozulması barədə X8 Xidmətinə müraciət etmiş və X8 Xidmətində araşdırmaya başlanılmışdır. X8 Xidməti tərəfindən araşdırma müddəti 1 aydan çox uzandığına görə "xxxx" MMC tərəfindən araşdırma müddəti ərzində araşdırmanın nəticəsi olmamış işçiyə münasibətdə intizam tənbehi tətbiq edilməmişdir. Iddiaçı sonuncu dəfə ##.##.2025-ci il tarixdə işə gəlməməsinin səbəbini izahatında qonşusunun hüzr yerində olmamasını göstərmişdir. Qonşu yaxın qohum hesab edilmədiyindən bu hal Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin istisnasına aid deyil. Işçinin iş yerində inzibati xətanın əlamətləri olan hərəkətlər etməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur. Iddiaçı İddiaçı əmək intizamının və daxili davranış qaydalarının mütəmadi şəkildə pozmuş, iş vaxtlarında mütəmadi olaraq heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. Işçinin belə davranışı (19 yazılı izahatlarda təsdiq edilmiş dəfələrlə işə gəlməməsi) müəssisədə istehsalatla bağlı ahəngin pozulmasına səbəb olur. Buna görə də məhkəm hesab edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işəgötürən tərəfindən iddiaçı İddiaçı əmək müqaviləsinə xitam verilməsi əsaslıdır və ləğv edilə bilməz. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının işdən çıxarılma əmrinin ləğv edilməsi tələbi təmin edilmədiyindən, bu tələblə birbaşa bağlı olan iddiaçının digər tələbləri işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının və digər kompensasiyalarının ödənilməsi və sair tələbləri də əsassızdır və təmin oluna bilməz.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11.1, 70, 71.2, 71.3, 72, 186.2, 186.3, 187.2, 187.3, 294-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Iddiaçı X1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçıya intizam tənbehi üzərindən 3 ay keçəndən sonra verilmiş, bununla da qanunvericiliyin tələbi kobud şəkildə pozulmuşdur. ƏM-nin “Intizam tənbehinin verilməsi qaydaları” başlıqlı 187-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, “intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir aykeçənədək verilə bilər.” Bu fikrimizin üzərində dayanaraq qeyd edirik ki, tək bu səbəb kifayətdir ki, mübahisəli əmr qanunsuz hesab olunsun. Lakin, işə baxan məhkəmə qanunvericiliyin bu normasını mübahisəli qətnaməsində sadəcə sadlamaqla kifayətlənmiş, bu normanı niyə sadaladığını və nəticəsinə hansı şəkildə tətbiq etdiyini görmək mümkün deyil. Mübahisəli qətnamənin yuxarıda qeyd etdiyimiz 2-ci əsaslandırması (iddiaçının son iki il ərzində işə gecikməsi və ya gəlməməsi barədə işəgötürən tətəfindən təqdim olunmuş izahatlarına əsaslanaraq bunların müəssisədə istehsalatla bağlı ahəngin pozulmasına səbəb olması barədə) ilə bağlı bildirir ki, məhkəmə iddiaçının iki il ərzində işəgötürənin üzürlü hesab etdiyi, razılaşdığı iş buraxmalarının müəssisədə istehsalatla bağlı ahəngin pozulmasına səbəb olması halına iş üzrə hansı sübutla gəldiyi məlum deyil, ümumiyyətlə cavabdeh tərəfindən belə bir izahat məhkəməyə verilməmişdir. Ikincisi, məhkəmənin istinad etdiyi həmin izahatlar - yəni iddiaçının 2024-2025-ci illər ərzində işdə olmaması halları, işəgötürən tərəfindən üzürlü hesab olunmuşdur. Cavabdeh bu hallarla bağlı iddiaçıya hər hansı bir intizam tənbehi tətbiq edildiyi barədə məhkəməyə nə sübut təqdim etmiş, nə də ki şifahi izahat vermişdir. Belə olan halda, məhkəmə bu izahatlara əsaslanaraq iddiaçı barədə bu cür əsassız və qərəzli nəticəyə gəlməsi də kobud pozuntu olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz məhkəməyə təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Iddiaçı X1 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etdi.

21. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə; Maddə 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu; Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 186.1. Işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187.1. Intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 187.2. Intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Işçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin olunması tələb edildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

26. Apellyator iddianın və apellyasiya şikayətinin əsas dəlili kimi ona istinad edir ki, iddiaçıya intizam tənbehi üzərindən 3 ay keçəndən sonra verilmişdir.

27. Lakin əmrin məzmununda yalnız 72-ci maddəsinin “a” bəndinə istinad olunaraq iddiaçının özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi qeyd edilmiş, ona ünvanlanmış ## ###### 2025-ci il tarixli xəbərdarlıqda ## ######## 2025-ci il tarixdən həmin tarixə kimi heç bir üzrlü səbəb olmadan işə çıxmaması, həmçinin, MMC tərəfindən tərtib olunmuş ## ###### 2025-ci il tarixli protokolda da həmin tarixə kimi işə çıxmaması qeyd olunmuşdur. Yəni, mübahisə predmeti olan əmrin verilməsi üçün əsas iddiaçının ## ######## 2025-ci il tarixdə işdə olmaması deyil, həmin tarixdən sonra da – əmrin verildiyi tarixədək heç bir üzrlü səbəb olmadan işə çıxmamasıdır.

28. Digər tərəfdən qeyd olunmalıdır ki, iddiaçı cavabdeh tərəfindən işə buraxılmadığını iddia etsə də, onun bu arqumenti Abşeron – X3 ## ##### 2026-cı il tarixli məktubu ilə təkzib olunur. Həmin məktubda qeyd olunmuşdur ki, liseydə təhsil əyani tədris formasındadır və "Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru" ixtisası üzrə təhsil alan İddiaçı ## ######## 2025-ci il tarixində liseyə qəbul olmuşdur. Tədris bir növbəli, beş günlük və dərs saatları 8:30-dan 14:20-ə kimidir. İddiaçı sentyabrın 15-i dərsə gəlmiş, amma 16-25 sentyabr tarixlərdə dərslərdə iştirak etməyib, tələbənin dərsə davamiyyəti kafı vəziyyətdədir. Yəni, bu məktubun məzmunu ilə müəyyən olunur ki, iddiaçı ## ######## 2025-ci il tarixdən sonra həmin liseydə təhsilini əyani formada davam etdirmiş, əmrin verildiyi tarixədək dərslərdə iştirak etmişdir.

29. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın rədd olunması qənaətinə gələrkən düzgün olaraq iddiaçı tərəfindən müxtəlif səbəblərdən işə gəlməməsi ilə bağlı 2024-cü il ərzində 7 izahat, 2025-ci ilin 9 ayı ərzində 12 izahat yazılaraq işəgötürənə təqdim olunmasını da nəzərə almışdır.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar