Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3110/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları 1.Mübahisə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasının *** nömrəli otağı ilə bağlıdır. Yataqxana İddiaçı balansındadır, xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna aiddir. 2.Müdafiə Nazirliyi Mənzil-Istismar Idarəsi rəisinin “Turan” hərbi yataqxanasının müdirinə ünvanladığı ##.##.2005-ci il tarixli ****/* nömrəli məktubda qeyd olunub ki, hərbi qulluqçu Cavabdeh ailəsi ilə “Turan” hərbi yataqxanasının *** nömrəli otağında yerləşdirilməsi tələb olunur. 3.Cavabdeh Cavabdeh bildirdiyinə görə, 2005-ci ildən ailəsi ilə həmin yataqxanada yaşayır, ailə üzvləri bu şəxslərdir: 1) 1973-cü il təvəllüdlü həyat yoldaşı X3; 2) 1997-ci il təvəllüdlü övladı X2; 3) 1999-cu il təvəllüdlü X1. Məhkəmə icraatı 4.Iddia ərizəsində tələb olunub ki, cavabdeh ailə üzvləri ilə birlikdə yataqxanadan çıxarılsın. 5.Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, cavabdeh ailə üzvləri ilə birlikdə yataqxanadan çıxarılsın. 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 7.Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 8.Iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin mövqeyi 9.Xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi üçün səlahiyyətli subyektin qərarı olmalı və kirayə müqaviləsi bağlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə görə, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Yataqxananın həmin otağının cavabdehə verilməsi barədə səlahiyyətli subyekt tərəfindən qərar qəbul olunmayıb və cavabdeh ilə kirayə müqaviləsi bağlanmayıb. Cavabdeh yataqxanada Müdafiə Nazirliyi Mənzil- Istismar Idarəsi rəisinin “Turan” hərbi yataqxanasının müdirinə ünvanladığı ##.##.2005-ci il tarixli ****/* nömrəli məktub əsasında yaşayır. Bu məktub qərar sayılmır. Ona görə də cavabdehin yataqxanada yaşaması qanunsuz sahiblik sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 10.Beləliklə, birinci instansiya məhkəməsi cavabdeh Cavabdeh yataqxanadan çıxarılmasını qət etməklə düzgün nəticəyə gəlib, qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas yoxdur. Qətnamədə cavabdeh Cavabdeh ailə üzvləri ilə birlikdə yataqxanadan çıxarılması qət olunsa da, Cavabdeh ailə üzvləri apellyasiya şikayəti verməyib. Ona görə də qətnamənin cavabdeh Cavabdeh ailə üzvlərinə aid hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. 11.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni cavabdeh Cavabdeh yataqxanadan çıxarılmasına aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3110/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3110/2026
07.08.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver