Məhkəmə qərarları › İş №e-2(3-6)-3149/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3149/2026

14.08.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3149/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi Nurlan Hacıyevin iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh PHŞ-ə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları 1.Iddiaçı İddiaçı cavabdeh Cavabdeh PHŞ X5 aparatında baş tibb bacısı vəzifəsində işləyib. 3.Iddiaçı daha əvvəl * nömrəli X2 Idarəetmə aparatında baş tibb bacısı işləyib. “Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi” PHŞ-in Müşahidə Şurasının ##.##.2024-cü il tarixli qərarı ilə qərara alınıb ki, “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-in strukturuna daxil olan * nömrəli X1 həmin PHŞ-in strukturundan çıxarılaraq Dipanserin əmlak bazası əsasında Cavabdeh PHŞ təsis edilsin. Həmin qərardan görünür ki, iddiaçının işlədiyi * nömrəli X2 də Cavabdeh PHŞ-in strukturuna daxil edilib. Daha sonra “Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi” PHŞ-in ##.##.2024-cü il tarixli əmri ilə Cavabdeh PHŞ-in strukturu və ştat cədvəli təsdiq edilib. Bu tarixdən 1 ay 4 gün sonra - ##.##.2025-ci il tarixdə iddiaçı * nömrəli X2 baş həkiminə ərizə yazaraq əmək müqaviləsinə xitam verilməsini xahiş edib. Dispanserin baş həkiminin ##.##.2025-ci il tarixli əmri ilə əmr edilib ki, əmək müqaviləsinə işçinin təşəbbüsünə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilsin. Bundan sonra iddiaçı Cavabdeh PHŞ-in direktoruna ərizə yazaraq həmin təşkilata işə qəbul edilməsini xahiş edib. PHŞin direktorunun ##.##.2025-ci il tarixli əmri ilə əmr edilib ki, iddiaçı PHŞ-in X5 aparatında baş tibb bacısı vəzifəsinə qəbul edilsin. Məhkəmə icraatı 4.Iddia ərizəsində tələb olunub ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin . 5.Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilsin, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. 7.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nurlan Hacıyev apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmənin mövqeyi 8.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Tərəflərin arasındakı əmək müqaviləsinin müddətli bağlanması üçün əsas olmayıb, çünki tibb bacısı işi daimi xarakterə malik olub və bu qabaqcadan bəlli olub. 9.Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müyyən müddətə bağlanmasına yol verilir. “Qarşılıqlı razılıq” iradə ifadəsi olduğuna görə, onun həqiqi məzmunu ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. “Qarşılıqlı razılığın” həqiqi olub-olmadığını təyin edən ağlabatan mühakimə aşağıdakı kimidir: 10.Birinci, bir qayda olaraq, müddətsiz əmək müqaviləsinin bağlanması işçinin hüquqlarının məhdudlaşdırılmasına və ya onun üçün məhrumiyyətə səbəb olmur, çünki hər bir işçinin 1 təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam vermək hüququ var. Odur ki, müddətli əmək müqaviləsi bağlayan işçinin əmək müqaviləsini müəyyən müddətdən sonra sonlandırmaq istəyinin səbəbi müəyyən edilməlidir; əgər belə səbəb müəyyən edilmirsə, deməli, “qarşılıqlı razılıq” həqiqi deyil. Hazırkı işdə iddiaçının əmək müqaviləsini 6 ay 1 gündən sonra sonlandırmaq istəyinin səbəbi müəyyən edilmədi. 11.Ikinci, iddiaçı ilə * nömrəli X2 arasında daha əvvəl bağlanmış müddətsiz əmək müqaviləsinə iddiaçının ərizəsinə əsasən xitam verilməsi, bundan 1 gün sonra isə iddiaçının həmin Disapenseri struktur vahidi kimi öz tərkibində saxlayan təşkilatda - Cavabdeh PHŞ-də eyni vəzifəyə işə qəbul edilməsi faktı onu təsdiq edir ki, “qarşılıqlı razılıq” həqiqi olmayıb. Əgər iddiaçının əmək müqaviləsini müddətli bağlamaq niyyəti olsayıdı, əvvəlki müqaviləni də müddətli bağlaya bilərdi. 12.Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 13.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar