Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3209/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allaverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi İbrahimov Nail Nadir oğlunun iştirakı ilə İddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh İlham qızına qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(5-97) */**** saylı, ##.##.2026cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı MMC ilə cavabdeh Cavabdeh İlham qızı arasında “Xaricdə təhsil” barədə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı MMC proqram iştirakçısı olan Cavabdeh İlham qızının Türkiyə Respublikasında ali təhsil müəssisəsinə bakalavr pilləsi üzrə qəbul prosesinin başa çatdırılmasını təmin etməyi, sonuncu isə müqavilə ilə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanan müqaviləyə müvafiq olaraq İddiaçı MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etmişdir. Belə ki, “Bayburt Üniversitesi” tərəfindən cavabdehə ünvanlanmış ##.##.2025-ci il tarixli qəbul məktubu ilə müəyyən olunur ki, cavabdeh üniversitetin “rəhbərlik və psixoloji konsultasiya” fakultəsinə qəbul olunmuşdur. Hazırda Cavabdeh İlham qızının müqavilə üzrə 1750 manat borcu vardır. Bu səbəbdən iddiaçı borcun qaytarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh İlham qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İlham qızından 1.750 (min yeddi yüz əlli) manat məbləğində pulun və ödənilmiş 38 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçıxxxx“xxxx Mərkəzi MMC-nin səlahiyyətli nümayəndəsi ilə vətəndaş Cavabdeh İlham qızı arasında Cavabdeh Türkiyə Respublikasında Dövlət Universiteti “Psixologiya, PDR” bölümünə qəbul prosesinin həyata keçirilməsi ilə bağlı ## ###### 2025-ci il tarixində müqavilə bağlanmışdır. İddiaçı MMC tərəfindən müqavilə öhdəliklərini tam yerinə yetirilməklə Cavabdeh qəbul prosesi başa çatdırılmışdır. Cavabdeh Türkiyə Respublikasında Dövlət Universiteti “Psixologiya, PDR” bölümünə qəbul prosesinin tam həyata keçirilməsi başa çatdırılmaqla müqavilə öhdəlikləri yerinə yetirilmişdir. Belə ki, Türkiye Cümhuriyyeti “Bayburt” Universiteti Rektörlüğü Uluslararası İlişkilər ofisi tərəfindən göndərilmiş ##.##.2025-ci il tarixli X2 görünür ki, Cavabdeh İlham qızı Eğitim Fakültəsinə qəbul edilmişdir. İddiaçı MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etsə də, Cavabdeh İlham qızı müqavilə üzrə öhdəliyini təmin etməmişdir. Hazırda Cavabdeh İlham qızı qalan 1.750 (min yeddi yüz əlli) manat ödəniş etməlidir. Tərəflər arasında bağlanan müqavilənin müqaviləsinin 3.1.5-ci maddəsinə əsasən qalan pul vəsaitini İddiaçı MMC-nin qəbul prosesini tamamladıqdan sonra tələbədən tələb etmək hüququ vardır. Göründüyü kimi İddiaçı MMC-ti üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Cavabdehə müvafiq olaraq pretenziya məktubu göndərilməsinə baxmayaraq, o ödənişi etməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(5-97) */**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh İlham qızından “xxxx Mərkəzi MMC ilə bağlanmış xidmət müqaviləsi üzrə 1.750 (min yeddi yüz əlli) manat və ödənilmiş dövlət rüsumu kimi 38 (otuz səkkiz) manat tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilə üzrə öhdəliklərini Cavabdeh İlham qızının Türkiyə Respublikasında ali təhsil müəssisələrinə qəbul prosesinin başa çatdırılmasını, onun “Bayburt” Universiteti psixologiya fakultəsinə bakalavr pilləsinə qəbul prosesinin təşkil edilməsini yerinə yetirmişdir. Cavabdeh qeyd olunan müqavilə üzrə göstərilən xidmətə görə 2.000 manat ödəniş etməyi öhdəsinə götürsə də, bu öhdəliklərini tam yerinə yetirməmişdir. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, müqavilə üzrə xidmət haqqını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış 1.750 (min yeddi yüz əlli) manat əsas borcunu iddiaçıya ödəməlidir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə, işin hallarının yenidən baxılmasına, təqdim olunan sübutların tam araşdırılmasına və iddia tələbin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh İlham qızı İddiaçı MMC ilə Türkiyə Respublikasında Dövlət Universiteti “Psixologiya, PDR” bölümünə qəbul prosesinin həyata keçirilməsi ilə bağlı ## ###### 2025-ci il tarixində müqavilə bağlamışdır. Qəbul prosesi davam etdiyi zaman səhhətində yaranan problemlərə görə, xidmət müqaviləsinin 3.1.7-ci və 4.6-cı maddələrinə əsasən, müqaviləyə xitam vermək istəmişdir. Səhhətində yaranan problemlər, endogendepressiyadan əziyyət çəkməsi, “Media Psixi Sağlamlıq Mərkəzi”-də mütəmadi olaraq psixoloji dəstək alması və həmin “Media Psixi Sağlamlıq Mərkəzi”-dən təqdim olunmuş psixoloji rəy buna sübutdur. # ######## 2025-ci il tarixində xidmət müqaviləsinin 3.1.7-ci maddəsinə əsaslanaraq, qarşı tərəfə müraciət edərək qəbul prosesinin dayandırılmasını bildirməyinə baxmayaraq, qarşı tərəfdən Cavabdeh İlham qızının dediklərinə əhəmiyyət verilməmiş, xidmət müqaviləsinin ləğvi ilə bağlı həmin müqavilənin 4.6-cı bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edilməsi nəzərə alınmamışdır. Bunun əvəzində # ######## 2025-ci il tarixində “Bayburt” Universitetindən qəbul aldığı ilə bağlı sənəd göstərilmişdir. Lakin bununla bağlı məlumat verilməmişdir. Göstərilən qəbul sənədi isə qəbul üzrə qeydiyyat haqqı sənədidir. Bu sənəd sadəcə potensial qeydiyyat hüququnu göstərir. Xidmət müqaviləsinə əsasən qarşı tərəf öhdəliklərini yerinə yetirməyib, icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə tərəfindən Cavabdeh İlham qızı tərəfindən təqdim olunan psixoloq rəyini eyni zamanda, müqavilədən imtina ilə bağlı müraciətini nəzərə almamış, qətnamədə öhdəliklərin yerinə yetirilmədiyini qeyd edilmişdir. Məhkəmə tərəfi qətnamə qəbul edərkən qarşı tərəfin Türkiyə Respublikasında təhsillə bağlı əldə etdiyi qəbul sənədinə əsaslanmışdır, lakin həmin sənəd qəbul sənədi deyil, qəbul üzrə qeydiyyat haqqı sənədidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 777.1-ci maddəsinə görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 783.2-ci maddəsinə görə, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə cavabdeh Cavabdeh İlham qızı arasında Xaricdə təhsil proqramı üzrə xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı MMC proqram iştirakçısı olan Cavabdeh İlham qızının Türkiyə Respublikasında ali təhsil müəssisəsinə bakalavr pilləsi üzrə qəbul prosesinin başa çatdırılmasını təmin etməyi, sonuncu isə müqavilə ilə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki tərəflər arasında bağlanan müqaviləyə müvafiq olaraq İddiaçı MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etmişdir. Belə ki, “Bayburt” Üniversitesi tərəfindən cavabdehə ünvanlanmış ##.##.2025-ci il tarixli qəbul məktubu ilə müəyyən olunur ki, cavabdeh üniversitetin “rəhbərlik və psixoloji konsultasiya” fakultəsinə qəbul olunmuşdur. Göründüyü kimi İddiaçı MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etsə də, Cavabdeh İlham qızı müqavilə üzrə öhdəliyi təmin etməmişdir. İş materialları ilə müəyyən edilir ki, hazırda Cavabdeh İlham qızının müqavilə üzrə 1.750 manat borcu vardır. Cavabdeh öhdəliyi icra etməkdən imtina etmiş, iddiaçı tərəf məhkəməyə müraciət etməkdən əvvəl cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilə üzrə öhdəliklərini Cavabdeh İlham qızının Türkiyə Respublikasında ali təhsil müəssisələrinə qəbul prosesinin başa çatdırılmasını, onun “Bayburt” Universiteti psixologiya fakultəsinə bakalavr pilləsinə qəbul prosesinin təşkil edilməsini yerinə yetirmişdir. Cavabdeh isə qeyd olunan müqavilə üzrə göstərilən xidmətə görə 2.000 manat ödəniş etməyi öhdəsinə götürsə də, bu öhdəliklərini tam yerinə yetirməmişdir. Belə olan halda cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, müqavilə üzrə xidmət haqqını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış 1.750 (min yeddi yüz əlli) manat əsas borcunu iddiaçıya ödəməlidir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçının öhdəliyi “Bayburt” Universitetinin Psixologiya fakültəsinə qəbul prosesini təşkil etməkdən və müvafiq nəticəni (qəbul hüququnu) əldə etməkdən ibarət olmuşdur Cavabdehin "əldə olunan sənəd qəbul sənədi deyil, sadəcə qeydiyyat haqqı/potensial qeydiyyat hüququ sənədidir" dəlili əsassızdır. Çünki qeyd edilən məsələdə qəbul proseduru mərhələli xarakter daşıyır. Şəxsə universitet tərəfindən rəsmi qeydiyyat/qəbul hüququ verən sənədin təmin edilməsi xidmət göstərən tərəfin öhdəliyinin əsas istiqamətini təşkil edir. Şəxsin həmin universitetdə təhsil alıb-almaması (qeydiyyatdan keçib-keçməməsi) artıq cavabdehin öz iradəsindən asılıdır və icraçının öhdəliyinin icra olunmadığı anlamına gəlmir. Bundan başqa cavabdehin səhhətindəki problem müqavilənin icrasını çətinləşdirə və ya cavabdehin təhsil almaq marağını aradan qaldıra bilər. Lakin bu hal iddiaçının faktiki göstərdiyi xidmətlərin haqqının ödənilməsindən azad etmir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehin iddiaçıya 6 sentyabrda hər hansı formada müraciət etməsi iş materialları ilə təsdiqi tapmır, həmçinin də şifahi müraciət edilmiş olsa idi, müqavilə ilə şifahi müraciət nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,
Qət etdi:
Cavabdeh Cavabdeh İlham qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(5-97) */**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.