Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3366/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-2(001) ****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinə dair mülki iş üzrə Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-2(001) ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-2(001) ****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativindən 2024-cü ilin avqust ayından 2025-ci ilin noyabr ayı daxil olmaqla kirayə haqqlarının əvəzi olaraq 11200 manat, ##.##.2021-ci il tarixli, ** nömrəli müqavilənin 3.2-ci bəndinə əsasən qalıq 23,6 m² üçün 47200 manat, gecikdirilmiş dövr üçün illik 5 faiz ilə hesablanmış əldən çıxmış faydanın əvəzi olaraq 3353 manat olmaqla, ümumilikdə 61753 manat məbləğində pul vəsaitinin, ödənilmiş 275,26 manat məbləğində dövlət rüsumunun və 0,41 manat bank xidmət haqqının alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-2(001) ****/**** nömrəli qətnaməsi ## #### 2026-cı il tarixdə qanuni qüvvəyə minmiş və icra olunması üçün icraya yönəldilmişdir.
3. Hazırda cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativi həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul tarixli, e-*(***)-****/**** nömrəli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
5. Qərardadın əsaslarına görə, məhkəmənin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinin “Elektron Məhkəmə” Informasiya Sistemində yaradılmış kabinetinə ## ### 2026-cı il tarixdə yerləşdirilmiş, bununla da qətnamə ona rəsmi qaydada ## ### 2026-cı il tarixdə təqdim edilmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativi qanuni qüvvəyə minmiş məhkəmə aktından apellyasiya şikayətinin verilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüş, şikayətlə birlikdə prosessual müddətin bərpa olunması barədə vəsatət verməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, apellyasiya şikayəti geri qaytarılmalı və cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə izah edilməlidir ki, o, qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının səbəbi üzürlü olduğu təqdirdə şikayətə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə etməklə apellyasiya şikayəti ilə yenidən məhkəməyə müraciət edə bilər.
6. Həmin qərardaddan cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativi şikayət verərək, qərardadın ləğv edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Şikayətin dəlillərinə görə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı qanunsuz və əsassızdır və ləğv olunmalıdır. Belə ki, cavabdeh tərəfin “Elektron Məhkəmə” Informasiya Sistemində yaradılmış elektron kabinetində qətnamənin ## #### 2026-cı il tarixdə sistemə yükləndiyi “bildirişlər” bölməsində öz əksini tapmışdır. Hətta bildirişdə qətnamənin tarixi səhvən ## ### 2026-cı il əvəzinə, ## ### 2026-cı il kimi qeyd olunmuşdur. Cavabdeh tərəfindən də prosessual müddət ötürülməyərək, ## #### 2026-cı il tarixində apellyasiya şikayəti elektron məhkəmə kabinetinə yerləşdirilmişdir. Məhkəmənin qətnamənin cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinin “Elektron Məhkəmə” Informasiya Sistemində yaradılmış kabinetinə ## ### 2026-cı il tarixində yerləşdirildiyi barədə qeydinin heç bir hüquqi əsası yoxdur. Əgər qətnamənin elektron sistemdə yerləşdirilməsi tarixi məhkəmənin sistemində başqa, onların sistemdə başqa kimi görünürsə, belə olan halda onlar öz elektron sistemlərində olan tarixi gördükləri üçün ona uyğun da apellyasiya şikayətlərini vaxtında yerləşdirmişlər. “Elektron Məhkəmə” Informasiya Sisteminin xətası onların günahı və prosessual müddətin ötürülməsi kimi qəbul edilə bilməz.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadına əsasən şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: Maddə 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-2(001) ****/**** nömrəli qətnaməsi ## ### 2026-cı il tarixində iş üzrə tərəflərin, o cümlədən cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinetlərinə” yerləşdirilmişdir.
11. Qətnamədən şikayət verilməsi üçün müddət aylarla hesablandığından bu halda müddətin sonuncu günü ## #### 2026-cı ildir.
12. Lakin həmin qətnamədən cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən ## #### 2026-cı il tarixində vapellyasiya şikayəti verilmişdir, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul tarixli, e-*(***)-****/**** nömrəli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
13. Hazırki şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfin “Elektron Məhkəmə” Informasiya Sistemində yaradılmış elektron kabinetində qətnamənin ## #### 2026-cı il tarixdə sistemə yükləndiyi “bildirişlər” bölməsində öz əksini tapmışdır. Hətta bildirişdə qətnamənin tarixi səhvən ## ### 2026-cı il əvəzinə, ## ### 2026-cı il kimi qeyd olunmuşdur. Cavabdeh tərəfindən də prosessual müddət ötürülməyərək, ## #### 2026-cı il tarixində apellyasiya şikayəti elektron məhkəmə kabinetinə yerləşdirilmişdir. Məhkəmənin qətnamənin cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinin “Elektron Məhkəmə” Informasiya Sistemində yaradılmış kabinetinə ## ### 2026-cı il tarixində yerləşdirildiyi barədə qeydinin heç bir hüquqi əsası yoxdur. Əgər qətnamənin elektron sistemdə yerləşdirilməsi tarixi məhkəmənin sistemində başqa, onların sistemdə başqa kimi görünürsə, belə olan halda onlar öz elektron sistemlərində olan tarixi gördükləri üçün ona uyğun da apellyasiya şikayətlərini vaxtında yerləşdirmişlər. “Elektron Məhkəmə” Informasiya Sisteminin xətası onların günahı və prosessual müddətin ötürülməsi kimi qəbul edilə bilməz.
14. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
15. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsi tərəflərin elektron kabinetinə ## ### 2026-cı il tarixində yerləşdirilməklə rəsmi qaydada verilmiş hesab olunmuş, həmin tarixdən də müvafiq prosessual müddətin axımı başlanmışdır.
16. Buna görə də, birinci instansiya məhkəməsi cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytarmaqla haqlı mövqedə olmuşdur.
17. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
18. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.