Məhkəmə qərarları › İş №e-2(3-6)-3380/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3380/2026

22.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3380/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakların naturada bölünməsi, bu mümkün olmasa cavabdehdən əmlakların yarısının dəyərinin tələb olunması, bu mümkün olmadıqda əmlakların hərracda satılması və hərracdan əldə olunmuş pul vəsaitinin paylara uyğun tərəflər arasında bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək; – Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Atəşgah küçəsi, ev 30, mənzil 3-ün (Yeni qaydalarla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Atəşgah küçəsi, ev 12, M6) naturada paylara uyğun olaraq bərabər şəkildə bölünməsi, bu mümkün olmasa mənzilin dəyərinin yarısının cavabdehdən tutulub ona ödənilməsi, bu mümkün olmasa mənzilin açıq hərracda satılması, satışından əldə olunmuş pulun bərabər surətdə aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı və Cavabdeh birgə paylı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Atəşgah küçəsi, ev 30, * saylı mənzilin (Yeni qaydalarla AZ 1089, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Atəşgah küçəsi, giriş 12, M6, m3) ilkin satış qiymətinin 135 000 manat olmaqla açıq hərracdan satılması, mənzilin satılmasından əldə edilən vəsaitin İddiaçı və Cavabdeh arasında paylarına mütənasib surətdə bölünməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 361.1.4-cü-361.1.7-ci maddələrinə görə, apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir; cavabdehin nümayəndəsinin verdiyi şikayətdə isə həmin tələblərə riayət olunmamışdır. Qeyd olunmalıdır ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad etməklə məhkəmə tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. İşin hallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ## ###### 2024-cü il tarixli qətnaməsi ilə X1 iddiasının təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Atəşgah küçəsi, ev 30, mənzil 3 (Yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Atəşgah küçəsi, ev 12, M6, * saylı mənzil) və “xxxx” MMC-də Y.V Çəmənzəminli yaşayış binası mərtəbə 5, 61.6 kv.m, bir otaqlı, ** saylı mənzil üzərində ½ hissədə X1, ½ hissədə Cavabdeh payının müəyyən edilməsi qərara alınmışdır. Hazırki işdə isə X1 artıq qanuni qüvvəsini almış məhkəmə aktı əsasında ½ hissə payının tanındığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Atəşgah küçəsi, ev 30, mənzil 3-ün (Yeni qaydalarla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Atəşgah küçəsi, ev 12, M6) naturada paylara uyğun olaraq bərabər şəkildə bölünməsi, bu mümkün olmasa mənzilin dəyərinin yarısının Cavabdeh tutulub ona ödənilməsi, bu mümkün olmasa həmin mənzilin açıq hərracda satılması, satışından əldə olunmuş pulun bərabər surətdə aralarında bölünməsini tələb etmiş və müvafiq tələb üzrə qətnamə çıxarılmışdır. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan isə görünür ki, o, faktiki olaraq ## ###### 2024-cü il tarixli qətnamə ilə gəlinən nəticəni mübahisələndirərək mənzilin birgə əmlak olmadığını irəli sürmüş, hazırkı iş üzrə çıxarılan qətnamənin hansı maddi və ya prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığını ümumiyyətlə əsaslandırmamışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə görə, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir. Həmin Qanunun 8.1.4-cü maddəsinə görə, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda, 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində rüsum ödənilməlidir. Mülki Prosessual Məcəllənin 112.1.2-ci maddəsinə görə isə, əmlakın tələb edilməsi haqqındakı iddialarda iddianın qiyməti tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. İşin hallarından görünür ki, iddiaçının dəyərinin bölünməsini tələb etdiyi əmlak məhkəmə tərəfindən 135 000 manat məbləğində qiymətləndirmişdir; bu isə o deməkdir ki, apellyasiya şikayəti üçün ən azı 212,5 manat rüsum ödənilməlidir - lakin cavabdeh 50 manat rüsum ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş məzmuna uyğun olmadığından, habelə şikayətə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından həmin apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı iş üzrə ## ### 2026-cı il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və iş, şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Azad İmanov Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar