Məhkəmə qərarları › İş №e-2(3-6)-3411/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3411/2026

03.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3411/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdeh İnayətova Günay Şakir qızına qarşı dəymiş zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı İddiaçı MTK apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddiaçı İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ## ### 2026-cı il tarixdə iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinin və onun nümayəndəsi və nümayəndə2 məxsus şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Göründüyü kimi iddiaçı apellyasiya şikayətini qanunvericilikdə nəzərdə tutulmuş 1 ay müddət keçdikdən sonra, yəni ## #### 2026-cı il tarixində vermişdir. Göstərilənlərə əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiiklə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmalıdır. İddiaçı İddiaçı MTK həmin qərardaddan şikayət verərək ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə şikayəti təmin etməmə barədə qənaətində göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ## ### 2026-cı il tarixdə iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinə və onun nümayəndəsi və nümayəndə2 məxsus şəxsi elektron kabinetlərinə yerləşdirilmişdir. Eyni zamanda iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin Texniki əməliyyatlar bölməsindən Çıxarışdan görünür ki, ##.##.2026 tarixdə e-*(***)-****/****-*** nömrəli məhkəmə aktı üzrə əsas sənəd Elektron imza ilə imzalanmış, ##.##.2026 tarixdə isə e-2(004)-7332/2025- *** nömrəli məhkəmə aktı üzrə sənədin istiqaməti Elektron imza ilə imzalanaraq proses iştirakçılarının elektron kabinetlərinə yerləşdirilmişdir. Daha sonra isə məhkəmə aktı üzrə hər hansı əməliyyat aparılmamışdır. Göründüyü kimi iddiaçının məhkəmə qətnaməsinin ilk dəfə ##.##.2026-cı il tarixdə “məhkəmə aktı/qətnamə/əsas sənəd” başlığı altında elektron məhkəmə sisteminə yerləşdirilməsinə dair arqumentləri öz təsdiqini tapmamışdır. İddiaçının elektron məhkəmə sisteminə “məhkəmə aktı/qətnamə/sənədin istiqaməti” adlı 5 ədəd sənəd yerləşdirilməsinə dair arqumentinə münasibətdə məhkəmə qeyd edib ki, həmin sənədlər qətnamənin özü olmamaqla, sadəcə qətnamənin elektron sistemdə proses iştirakçısının kabinetinə yönləndirilməsini təsdiq etmək üçündür. Həmin sənədin içərisinə qətnamənin yerləşdirilməsi mümkün deyildir. Digər tərəfdən həmin istiqamət məktubundan da görünür ki, qətnamə ##.##.2026-cı il tarixində proses iştirakçılarına göndərilməsi üçün istiqamətləndirilmişdir, lakin iddiaçı həmin tarixin məhz ##.##.2026-cı il tarixini olduğunu qeyd edir. Əgər həmin tarixdə qətnamənin yerləşdirilməsi, yaxud əksinə yerləşdirilməməsi barədə tərəfdə əsaslı şübhələr var idisə, yəni qətnaməni əldə edə bilmirdisə bununla əlaqədar məhkəməyə müraciət edərək, qətnamənin ona təqdim edilməsini xahiş edə bilərdi. Hüquqi şəxs olan və peşəkar nümayəndə - hüquqşünasla təmsil olunan iddiaçının elektron sistemə vaxtında baxmaması, qətnaməni əldə etməyə laqeyd yanaşması mülki prosessual qanunvericilik baxımından qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməsi üçün üzrlü səbəb ola bilməz. Qeyd olunanlara əsasən şikayət əsassız olduğundan təmin edilməməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər tərəfindən sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə tərkibi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün kifayət etmir. Çünki qətnamə iddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinin və onun nümayəndəsi nümayəndə2 şəxsi elektron kabinetlərinə ## ### 2026-cı il tarixdə yerləşdirilib, iddiaçı tərəf isə ##.##.2026-cı il tarixə kimi apellyasiya şikayəti verməli olduğu halda, buna əməl etməyərək prosessual müddəti buraxmış, müddətin buraxılmasının üzrlü səbəbi barədə isə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə, mütləq deyil ki, apellyasiya şikayəti müddətin bitməsinin sonuncu günü yaxud müddət bitdikdən sonra verilsin. Demək, qətnamədən narazı qalan proses iştirakçısı apellyasiya şikayətini elə müddətdə verməlidir ki, hər hansı bir nöqsana yol verdiyi halda şikayət vermənin qalan müddəti ərzində onu aradan qaldırıb yenidən apellyasiya şikayəti vermək üçün də müddət qalsın. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı : Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar