Məhkəmə qərarları › İş №e-2(3-6)-3412/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3412/2026

07.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3412/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, *(*-***)-****/**** saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin qanuni təmsilçisi MMC-nin adından cavabdehə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 4.000 manat təhsil haqqının və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat məbləğində pulun cavabdehdən tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Cavabdehin barəsində “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən o, ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Buna görə iş ərazi aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsində baxılmalı deyildir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin başqa məhkəmə işi üzrə verdiyi apellyasiya şikayətinə əlavə edilmiş ##.##.2025-ci il tarixli etibarnamədə onun rəsmi qeydiyyat ünvanı ünvan 2 kimi göstərilmişdir. Buna görə iddiaçı işin ərazi aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsində baxılmalı olduğunu bildirmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Rayon Məhkəməsi bu mövqeyini onunla əsaslandırmışdır ki, şikayətdə istinad edilən etibarnamə ##.##.2025-ci il tarixlidir, lakin iş materiallarından görünür ki, həmin tarixdən sonra, yəni ##.##.2025-ci il tarixdə, cavabdeh, “daimi yaşamaq üçün icazə vərəqəsi” əsasında ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Buna görə də, sonuncu məlumat daha etibarlı məlumat kimi nəzərə alınmalıdır. Şikayətə yazılı icraat qaydasında baxana Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in tələblərinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1.). İş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (maddə 152.1.3.). Cavabdehin ##.##.2025-ci il tarixdə verdiyi etibarnamədə onun rəsmi qeydiyyat ünvanı ünvan 2 kimi göstərilsə də, iş materiallarından görünür ki, ##.##.2025-ci il tarixdən etibarən, cavabdeh, “daimi yaşamaq üçün icazə vərəqəsi” əsasında ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Buna görə də, hesab edilməlidir ki, göstərilənləri nəzərə almış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını qərara almaqda haqlı olmuşdur. Şikayətin dəlilləri həmin qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Odur ki, apellyasiyanın nəticələrini nəzərə alan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar