Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3416/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı MMC-in cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı MMC-nin nümayəndəsi nümayəndə2 iştirakı ilə, Işin halları
1. Iş materiallarında olan ##.##.2024-cü il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli **/** №-li tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, işçi bu müqavilə bağlandığı gündən əmək münasibətləri prosesində "Əmək “müqaviləsi” və Azərbaycan Respublikasının mövcud qanunvericiliyi üzrə öhdəlikləri yerinə yetirərkən ona etibar edilmiş maddi sərvətləri, pul vəsaitlərini, mal- materialları, maşınmexanizmlər və avadanlıqları və digər maddi qiymətliləri gələcəkdə qoruyub saxlamaq məqsədilə aşağıdakı tələblərə əməl etməklə müqavilə bağlayır.
2. Iş materiallarında olan ##.##.2025-ci il tarixli arayışa əsasən, Cavabdeh “X3 yük” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ##.##.2025-ci il tarixdə Bakı-Qazax yolu 185.5 km-də yol nəqliyyat hadəsəsi törədərək maneəyə vurmuşdur. Həmin qəza zamanı “xxxx” MMC-ə məxsus 245 kisə gübrəyə ziyan dəymişdir.
3. Iş materiallarında olan ##.##.2025-ci il tarixli ******* №-li akta əsasən, ## ##### 2025- ci il tarixində *** nömrəli sifariş qaiməsi əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-in Aşağı Güzdək qəsəbəsində yerləşən anbarından hər biri 25 kiloqram olan 480 kisə yəni 12000 kiloqram olan 28800 manat dəyərində Yara şirkətinin istehsalı olan X1 Sop gübrə məhsulu 166 yükdaşıma xidmətinə məxsus olan **-GE- *** DQN nəqliyyat vasitəsinə yüklənmiş və həmin nəqliyyat vasitəsinin nəqliyyat vasitəsi qəzaya düşdüyündən həmin malların istifadəyə yararlı olan 235 kisəsi yəni 5875 kiloqram məhsul 166 yükdaşıma xidmətinə məxsus olan **-KE-*** DQN nəqəliyyat vasitəsinə yüklənərək alıcıya təhvil verilmişdir. Gübrə məhsulundan hər biri 25 kiloqram olan 245 kisə yəni, 6125 kiloqram dəyəri 14700 manat məbləğində gübrə məhsulu tamamilə istifadəyə yararsız vəziyyətə düşmüşdür.
4. Iş materiallarında olan “xxxx” MMC-ə məxsus ##.##.2025-ci il tarixli ****VE-**** saylı qüsur aktına əsasən, “X3 yük” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 25956.56 manat ziyan dəymişdir. Iş materiallarında olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-ə məxsus ##.##.2025-ci il tarixli IMH seriyalı ****** №-li kassa mədaxil orderinə əsasən, İddiaçı MMC tərəfindən 2000 manat dəymiş zərərin əvəzi ödənilmişdir.
5. Iş materiallarında olan “xxxx” MMC-ə məxsus ##.##.2025-ci il tarixli arayışa əsasən, “156 şirkəti” adına olan **-GE-*** nömrəli nəqliyyat vasitəsinin GPS tərəfindən qeydə alınmış ##.##.2025-ci il tarixi üçün ən yüksək sürət həddi 98 km/saat olmuşdur. Iş materiallarına əlavə olunmuş çıxarışdan görünür ki, “X3 yük” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 X4 ##.##.2024-cü ildən ##.##.2030-cu ilə kimi etibarnamə vermişdir.
6. Iş materiallarına əlavə olunmuş “xxxx” MMC-in ##.##.2025-ci il tarixli G-11/25- *** saylı rəyinə əsasən, “X3 yük” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qəza zamanı 27021 manat ziyan dəymişdir. Aparılmış tədqiqatın dəyəri 500 manat iddiaçı İddiaçı MMC tərəfindən ödənilmişdir.
7. Iş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal rayon Məkhəməsinin ##.##.2025- ci il tarixli *(***)-****/**** saylı qərarına əsasən, şikayətçi X6 barəsində IXM-in 555.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin MN ******* saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilməsi, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
8. Iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərarına əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməmişdir.
9. Iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli 3(106)- ***/**** saylı qərarına əsasən, barəsində inzibati tənbeh təyin edilmiş şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmn edilməməsi qərara alınmışdır.
10. Iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli 6(103)- ***/**** saylı qərarına əsasən, şikayətçi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Cavabdeh Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Istintaq və Təhqiqat Idarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi, R Elnur Cəfərovun ## ####### 2025-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ləğv edilməsi, Cavabdeh məhkəmə nəzarəti qaydasında şikayəti təmin edilməsi, Cavabdeh müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Istintaq və Təhqiqat Idarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi, R Elnur Cəfərovun ## ####### 2025ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, Cavabdeh şikayətində göstərdiyi və hazırkı qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması, Ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqəti Azərbaycan Respublikası CPM-in 207, 209, 210-ci maddələrinin tələblərinin pozulmasına cəlb edilməsi və bu tələblərin yerinə yetirilməsi təmin edilməsi, Toplanmış materiallar əlavə araşdırma aparılması üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Istintaq və Təhqiqat Idarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə göndərilməsi qərara alınmışdır.
11. Iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin əmək müqaviləsinin ləğv edilməsi haqqında ## ### 2025-ci il tarixli, ***/Ş nömrəli əmri ləğv edilməsi, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sürücü vəzifəsinə işə bərpa edilməsi, ## ### 2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı Cavabdeh ödənilməsi, Cavabdeh məxsus əmək kitabçasına Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad edildiyi barədə əmrin ləğv edilməsi yönündə düzəliş edilməsi qət edilmişdir.
12. Iş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş arayışa əsasən, onlara dəymiş 14700 manat məbləğində ziyan İddiaçı MMC tərəfindən tam şəkildə ödənilmişdir.
13. Iş materiallarında olan “xxxx” MMC və “xxxx” MMC-dən daxil olmuş məlumatlardan görünür ki, cavabdeh X5 ##.##.2025-ci il tarixdə Kürdəmir rayonu ərazisində olmuşdur.
14. Iş materiallarında olan ##.##.2024-cü il tarixli GK/** nömrəli icarə müqaviləsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 “X3 yük” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilini İddiaçı MMC-ə icarəyə vermişdir.
15. Iş materiallarında olan Azərbaycan Respublikası DIN-in Baş Istintaq və Təhqiqat Idarəsinin YNHDI üzrə Istintaq və təhqiqat şöbəsinin müstəntiqi, R X7 icraatında olan HK-*/**** nömrəli toplanmış araşdırma materialı üzrə ##.##.2026-cı il tarixdə cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
16. Iddiaçı İddiaçı MMC-in cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ** GE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 25956.56 (iyirmi beş min doqquz yüz əlli altı manat əlli altı qəpik) məbləğində dəymiş zərərin, sifarişin icrası zamanı daşınan yükə (gübrəyə) dəymiş 14700 (on dörd min yeddi yüz) manat məbləğində zərərin, ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin və 152 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 40.868,56 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Iddia ərizəsini onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı MMC-də sürücü vəzifəsində əmək fəaliyyətinə başlamış və onunla Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh əmək müqaviləsi qüvvədə olduğu müddət ərzində ona etibar edilmiş əmlak və digər sərvətlərin salamatlığını təmin etmək, onlara qayğı ilə yanaşmaq və onun hərəkət və hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə tam həcmdə maddi məsuliyyət daşımaq öhdəliyi götürmüşdür. Cavabdeh ##.##.2025-ci il tarixində, saat 18:40 radələrində ona yönləndirilmiş sifarişin icrası məqsədilə icarə müqaviləsi ilə İddiaçı MMC-nin istifadəsində olan, yol vərəqəsi əsasında idarə etdiyi ** GE *** dövlət qeydiyyat nişanlı “X3 YÜK” markalı, vaqon tipli nəqliyyat vasitəsi ilə Bakı-Qazax yolunun 209-cu km istiqamətində hərəkətdə olarkən idarəetməni itirmiş və yolayrıcında olan beton sədlərə çırpılaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində sifarişin icrası zamanı daşınan yükə (gübrəyə) və nəqliyyat vasitəsinə ziyan dəymişdir. Hadisə ilə bağlı “X3 YÜK” markalı, ** GE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin müəyyənləşdirilməsi üçün “xxxx” MMC-yə müraciət edilmiş və əldə edilmiş ****VE-**** nömrəli, ##.##.2025-ci il tarixli Qüsur aktına görə nəqliyyat vasitəsinə ümumilikdə 25956.56 (iyirmi beş min doqquz yüz əlli altı manat əlli altı qəpik) manat miqdarında maddi ziyan dəydiyi aşkar edilmişdir. Eyni zamanda ******-** nömrəli, ##.##.2025-ci il tarixdə tərtib olunmuş akta əsasən yükə (gübrəyə) dəymiş zərərin məbləği 14700 (on dörd min yeddi yüz) manat olaraq müəyyənləşdirilmişdir. Qeyd edir ki, baş vermiş yol nəqliyyat hadisəsi üzrə VII Tağım Baş yol patrul xidmətinin Polisinin ##.##.2025-ci il tarixli, IXP******* nömrəli protokoluna uyğun olaraq tərtib edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli qərarı əsasında Cavabdeh təqsirli bilinərək Inzibati Xətalar Məcəlləsinin 327.1-cimaddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. Cavabdeh Sadıqoğlu Eldar barəsində tərtib olunan inzibati protokol da onun yol hərəkəti qaydalarına riayət etmədiyini, baş vermiş yol-nəqliyyat hadisəsində təqsirinin olduğunu sübut edir. Cavabdehin hüquqa zidd əməl törətməsi, həmin əməldə təqsirinin olması və baş vermiş hadisəylə vurulmuş ziyan arasındakı səbəb-nəticə əlaqəsi həmin hadisə nəticəsində vurulmuş ziyana görə onun mülki məsuliyyət daşıdığını sübut edir. Bu əsasla cavabdehə ##.##.2025-ci il tarixində 3 iş günü müddətində müvafiq borc məbləğini tələb etməyi barədə pretenziya məktubu göndərilmiş və cavabdehin yaşadığı ünvana çatdırılmışdır. Bütün yazılı və şifahi müraciətlərə baxmayaraq, cavabdeh tərəfindən vurulan zərərin əvəzi şirkətə ödənilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən pretenziya məktubuna hər hansı bir reaksiya verilməməsi səbəbindən, ##.##.2025-ci il tarixində şirkət tərəfindən cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair mediasiya təklifi göndərilmişdir. ##.##.2025-ci il tarixində mediasiya təklifi üzrə baş tutmuş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etmiş, lakin şirkətə vurduğu zərəri qəbuletməmiş və dəymiş zərəri ödəməkdən imtina etmişdir. Bu barədə ##.##.2025-cü il tarixli Ilkin mediasiya sessiyasında tərəflərin razılığa gəlməməsi və mübahisənin məhkəmə qaydasında həll olması barədə arayış tərtib edilmişdir. Beləliklə, hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə dəymiş 40.656,56 manat məbləğində zərər Cavabdeh tutularaq şirkət – İddiaçı MMC-yə ödənilməlidir. Baş vermiş hadisədən sonra cavabdeh Cavabdehlə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-cimaddəsinin “ç” bəndinə əsasən ##.##.2025-ci il tarixdə xitam verilmişdir.
18. Iddiaçı İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Cavabdeh **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 27021 manat məbləğində dəymiş zərərin, sifarişin icrası zamanı daşınan yükə dəymiş 14700 manat məbləğində zərərin, ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin, 500 manat məbləğində ekspertiza xərcinin və 187.65 manat məbləğində dövlət rüsumun, ümumilikdə 42468.65 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Bakı şəhəri e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Qamət Əbilov) iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 27021 manat məbləğində dəymiş zərərin, sifarişin icrası zamanı daşınan yükə dəymiş 14700 manat məbləğində zərərin, ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin, 500 manat məbləğində mütəxəssis xərcinin və 187.65 manat məbləğində dövlət rüsumun, ümumilikdə 42468.65 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı MMCə ödənilməsi qət olunmuşdur.
20. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1, 1108.1-ci maddələrinə, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4, 216-220-ci, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi, iddianın təmin edilməsindən imtina edilməsi barədə yeni qətnamə qəbul edilməsini, iş üzrə iddiaçı tərəfindən çəkilmiş bütün xərcləri, o cümlədən ekspertiza xərcləri iddiaçının öz üzərində saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün tərəfindən ödənilmiş 94 manat dövlət rüsumunun iddiaçıdan tutularaq ona ödənilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam və obyektiv araşdırmamış, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, davam edən cinayət-prosessual araşdırmaları, dövlət orqanlarının rəsmi cavablarını və digər mühüm sübutları nəzərə almadan qətnamə qəbul etmişdir. ##.##.2025-ci il tarixində İddiaçı MMC-yə məxsus **-GE-*** dövlət qeydiyyat nişanlı Mercedes-Benz Atego markalı yük avtomobili ilə şirkətin tapşırığını yerinə yetirərkən Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə xəsarət almış və avtomobildən digər şəxslərin köməyi ilə çıxarılmışdır. Hadisədən əvvəl nəqliyyat vasitəsinin reys əvvəli texniki baxışdan keçirilmədiyini, sürücünün reys əvvəli tibbi müayinədən keçirilmədiyini və qəzanın yük avtomobilinin təkərinin partlaması nəticəsində baş verdiyini dəfələrlə bildirmişdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəsmi cavabında göstərilmişdir ki, "Avtomobil nəqliyyatı haqqında" Qanunun 26.3-cü maddəsinə və Nazirlər Kabinetinin ## ##### 2009-cu il tarixli ** nömrəli qərarına əsasən reysqabağı texniki baxış və tibbi müayinə məcburidir. Buna baxmayaraq, iddiaçı həmin sənədləri nə məhkəməyə, nə də araşdıran dövlət orqanlarına təqdim etmişdir. X9 Xidməti də öz rəsmi cavabında bildirmişdir ki, həmin sənədlərin təqdim edilməsi üçün şirkətə sorğu göndərilmişdir. Lakin sənədlər təqdim edilmədiyindən araşdırma yekunlaşdırılmamış və araşdırmanın davam etdiyi göstərilmişdir. Bu fakt sübut edir ki, hadisənin başvermə səbəbləri və işəgötürənin məsuliyyəti hələ də tam müəyyən edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin əvvəlki qərarlarında da ##.##.2025-ci il tarixli aktın mövcud olmadığı, əvəzində yalnız ##.##.2025-ci il tarixli, imzası olmayan aktın təqdim edildiyi göstərilmiş və əlavə araşdırma aparılması üçün iş geri qaytarılmışdır. Qaradağ Rayon Məhkəməsi isə həmin qərarların hüquqi nəticələrini nəzərə almamışdır. Bundan başqa, xəsarət almağı ilə bağlı tibbi məlumat əvvəlcə e-TƏBIB və myGov sistemində mövcud olmuş, sonradan isə həmin məlumat sistemdən silinmişdir. TƏBIB-in rəsmi cavabında bunun texniki səhv olduğu bildirilsə də, eyni zamanda məsul həkimin intizam məsuliyyətinə cəlb olunduğu təsdiq edilmişdir. Bu mühüm hal da məhkəmə tərəfindən araşdırılmamışdır. Həmçinin, iş materiallarından və müstəntiqin qərarından müəyyən olunur ki, ##.##.2025-ci il tarixində "Yeni Klinika" PHŞ-yə müraciət edərkən avtomobil qəzasına düşdüyünü və yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını həkimlərə açıq şəkildə bildirmişdir. Buna baxmayaraq, "Yeni Klinika" PHŞ qanunvericiliyin tələblərinə zidd olaraq bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Müstəntiq tərəfindən Nizami Rayon Polis Idarəsindən alınmış rəsmi cavabda da təsdiq edilmişdir ki, həmin yol-nəqliyyat hadisəsi barədə tibb müəssisəsi tərəfindən polisə heç bir məlumat verilməmişdir. Bu qanunsuz hərəkət nəticəsində hadisənin vaxtında qeydə alınması, sübutların operativ toplanması və xəsarət alma faktının obyektiv araşdırılması mümkün olmamışdır. Qaradağ Rayon Məhkəməsi isə bu mühüm prosessual pozuntuya ümumiyyətlə hüquqi qiymət verməmişdir. Digər mühüm hal ondan ibarətdir ki, yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət-prosessual araşdırma hələ yekunlaşmamış, müstəntiqin qəbul etdiyi qərarlar Bakı Apellyasiya Məhkəməsi tərəfindən iki dəfə ləğv edilərək əlavə araşdırma üçün geri qaytarılmışdır. Belə olan halda hadisənin hüquqi qiyməti tam müəyyən edilmədən mülki məsuliyyətin yalnız onun üzərinə qoyulması qanunsuzdur. Qeyd edilməlidir ki, İddiaçı MMCnin rəhbəri Ağil Zeynalovun DIN Baş Dövlət Yol Polisi Idarəsinin rəisi R Ramin Zeynalovun əmisi oğlu olması barədə məlumatlar mövcuddur. Hadisədən sonra müxtəlif şəxslər vasitəsilə Ramin Zeynalovun onunla görüşmək istədiyi bildirilmişdir. Bundan əlavə, Baş Prokurorluğa etdiyi müraciətlər üzrə də effektiv araşdırma aparılmamış, hazırda həmin hərəkətlərin qanuniliyinə dair Bakı Inzibati Məhkəməsində məhkəmə icraatı davam edir. Bütün bu hallar göstərir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən faktlar tam araşdırılmamış, davam edən cinayət-prosessual araşdırmaların nəticələri gözlənilmədən üzərinə 42.468,65 manat məbləğində maddi məsuliyyət qoyulmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinin tələbləri pozulmuş, həmçinin Avropa Insan Hüquqları Konvensiyasının 6-cı, 13-cü maddələri və 2-ci maddəsinin prosessual aspektindən irəli gələn effektiv araşdırma öhdəliyi təmin edilməmişdir. Iş üzrə Avropa Insan Hüquqları Konvensiyasının (AIHK) bir neçə müddəasının pozulması faktı mövcuddur. AIHK-nın 6-cı maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ) Məhkəmə və istintaq orqanları iş üçün mühüm əhəmiyyət kəsb edən bütün sübutları tam və obyektiv araşdırmamışdır; Bakı Apellyasiya Məhkəməsinin əlavə araşdırma barədə göstərişləri tam icra edilməmişdir; Təqdim edilən sübutlara (GPS məlumatları, tibbi sənədlər, TƏBIB sistemində sənədin silinməsi, işəgötürənin təqdim etmədiyi sənədlər və s.) lazımi hüquqi qiymət verilməmişdir. AIHK-nın 13cü maddəsi (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) Ərizəçinin xəsarət alması və mümkün cinayət hadisəsi barədə müraciətləri üzrə effektiv araşdırma aparılmamışdır; Dövlət orqanları arasında ziddiyyətli məlumatlar aradan qaldırılmamış və ərizəçinin iddialarının effektiv araşdırılması təmin edilməmişdir. Iş üzrə bütün hallar tam və obyektiv araşdırılmadığından bu hüquq pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsi – məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmalıdır. Məhkəmə mühüm sübutları, o cümlədən GPS məlumatlarını, texniki sənədləri, TƏBIB sənədlərinin itməsi və silinməsi faktını, eləcə də X9 aparılan araşdırmanı tam araşdırmamışdır. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 88-ci maddəsi – sübutlar məhkəmə tərəfindən tam, obyektiv və qarşılıqlı əlaqədə qiymətləndirilməlidir. Iş üzrə bir-birinə zidd sübutlar lazımi qaydada qiymətləndirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37 və 39cu maddələri – cinayət hadisəsinin əlamətləri olduqda hərtərəfli araşdırma aparılmalı və bütün hallara hüquqi qiymət verilməlidir. Mümkün cinayət xarakterli halların tam araşdırılması təmin edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci və 313-cü maddələri – vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı əlamətləri yarada biləcək hallar (sənədlərin təqdim edilməməsi, tibbi məlumatların itməsi və ya silinməsi barədə iddialar) məhkəmə tərəfindən araşdırılmamışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan obyektiv həqiqətin müəyyən edilməsi prinsipi və Avropa Insan Hüquqları Konvensiyasının 6-cımaddəsi – işin bütün faktiki halları tam müəyyən edilmədən qərar qəbul edilməsi ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olmuşdur. Apellyasiya şikayəti üzrə "xxxx" MMC ilə yaranmış məhkəmə prosesi ilə əlavə olaraq müraciətləri araşdırılır. Bunlardan Bakı Inzibati Məhkəməsində Baş Prokurorluğun Xüsusi Icraatlar Idarəsi məhkəməyə cəlb edilib, iş üzrə qərar qəbul etməkdən imtina etdiyi üçün Antiinhisar Agentliyində məsələ araşdırılır. ƏƏSMN Əmək Müfəttişliyi məsələni araşdırır. DIN X2 Istintaq idarəsində məsələ araşdırılır. Bakı Apellyasiya Məhkəməsində 2 dəfə müstəntiqin qərarı ləğv edilib istintaqa geri qaytarılıb. Baş Prokrorluqda Allahşükür adlı əməkdaş tərəfindən məsələ ilə bağlı araşdırma davam etdirilir. Birinci instansiya məhkəməsinin əsas götürdüyü hallar mötəbər sübutlarla təsdiq edilməmişdir. Məhkəmə avtomobilin texniki cəhətdən saz olması, xəsarətin olmaması və hadisənin yalnız sürücünün təqsiri ilə baş verməsi barədə nəticələrə gəlsə də, bu nəticələri təsdiq edən hərtərəfli ekspertiza rəyi və digər mötəbər sübutlar mövcud deyildir. Əksinə, tibbi müraciətlər, əmək münasibətlərini təsdiq edən sənədlər və digər materiallar əlavə araşdırma aparılmasını zəruri edir. Qərarda göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlmir. Iş materiallarında yolnəqliyyat hadisəsinin baş verməsi, tərəflər arasında əmək münasibətlərinin mövcudluğu və xəsarət barədə iddiaların araşdırılmasının davam etməsi təsdiq olunur. X9 də qeyd etmişdir ki, işəgötürən tərəfindən tələb olunan sənədlər təqdim edilərsə, məsələyə yenidən hüquqi qiymət veriləcəkdir. Bu isə iş üzrə bütün halların hələ tam müəyyən edilmədiyini göstərir. Apellyasiya instansiyasına əlavə olaraq X9 Xidmətinin məktubu, “Yeni Klinika” və “TƏBIB” sistemində mövcud olmuş, sonradan silinmiş tibbi məlumatlara dair materiallar, eləcə də digər aidiyyəti sənədlər təqdim edilir. Həmin sənədlərin bir hissəsi məhkəmə dövrü təqdim edilib, bəziləri sonradan əldə olunduğundan və bir hissəsi isə aidiyyəti qurumlar tərəfindən vaxtında təqdim edilmədiyindən birinci instansiya məhkəməsinə təqdim edilməsi mümkün olmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 1096 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
30. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Maddə 384.0.1. apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Hazırki halda, cavabdeh qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
43. Işin müəyyən edilmiş hallarından görünür ki, ##.##.2025-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “X3 yük” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə daş maneə ilə toqquşaraq avtomobili zədələmişdir. Bakı şəhər DYPI-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində və Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinmişdir. Dəymiş zərər cavabdeh tərəfindən ödənilmədiyindən iddiaçı hadisə nəticəsində onun maşına dəymiş maddi ziyanı- avtomobilə vurulmuş 27021 manat məbləğində dəymiş zərərin, sifarişin icrası zamanı daşınan yükə dəymiş 14700 manat məbləğində zərərin, ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin, 500 manat məbləğində ekspertiza xərcinin və 187.65 manat məbləğində dövlət rüsumun, ümumilikdə 42468.65 manatın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamən qəbul edilməsini xahiş etmişdir.
44. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, ##.##.2025-ci il tarixində İddiaçı MMC-yə məxsus **-GE-*** dövlət qeydiyyat nişanlı Mercedes-Benz Atego markalı avtomobillə iş tapşırığını yerinə yetirərkən yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində xəsarət almışdır. Onun sözlərinə görə, nəqliyyat vasitəsi reysqabağı texniki baxışdan, özü isə tibbi müayinədən keçirilməmiş, qəza avtomobilin təkərinin partlaması nəticəsində baş vermişdir. Cavabdeh qeyd etmişdir ki, aidiyyəti dövlət orqanlarının cavablarına əsasən reysqabağı texniki baxış və tibbi müayinənin keçirilməsi məcburi olduğu halda, işəgötürən tərəfindən müvafiq sənədlər təqdim edilməmiş və X9 Xidmətində araşdırma davam etdirilir. Həmçinin hadisə ilə bağlı cinayət-prosessual araşdırmanın yekunlaşmadığını, müstəntiqin qərarlarının Bakı Apellyasiya Məhkəməsi tərəfindən iki dəfə ləğv edilərək əlavə araşdırmaya qaytarıldığını bildirmişdir. Apellyator həmçinin tibbi məlumatların “e-TƏBIB” və “myGov” sistemlərindən silinməsi, “Yeni Klinika” PHŞ tərəfindən yol-nəqliyyat hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat verilməməsi və bu halların məhkəmə tərəfindən araşdırılmaması barədə dəlillər irəli sürmüşdür. Bundan başqa, cavabdeh birinci instansiya məhkəməsinin avtomobilin texniki cəhətdən saz olması, xəsarətin olmaması və hadisənin yalnız onun təqsiri ilə baş verməsi barədə nəticələrinin mötəbər və hərtərəfli sübutlarla təsdiq edilmədiyini qeyd etmişdir.
45. Cavabdehin avtomobilin reysdən öncə texniki baxışdan keçirilməməsi, tibbi müayinədən keçməməsi və qəzanın təkərin partlaması nəticəsində baş verməsi barədə dəlillərinə gəldikdə, həmin hallar özlüyündə cavabdehin yol-nəqliyyat hadisəsində təqsirini və onun nəticəsində yaranmış zərərə görə məsuliyyətini aradan qaldırmır. Cavabdeh tərəfindən qəzanın məhz avtomobilin texniki nasazlığı nəticəsində baş verdiyini təsdiq edən mötəbər və kifayət qədər sübut təqdim edilməmişdir. Avtomobilin nasaz vəziyyətdə verilmiş olması halı sübuta yetirilsə belə, hadisəni surət aşmaqla törədilməsi mübahisəli hal deyil. Iş materiallarında cavabdehin hadisənin baş verməsində təqsirli bilinməsini təsdiq edən qüvvədə olan inzibati qərar mövcuddur. Cavabdehin hadisə ilə bağlı cinayət-prosessual araşdırmanın davam etməsinə dair dəlilləri də qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, mülki iş üzrə zərərin ödənilməsi məsələsinin həlli üçün cinayət işinin başlanması və ya cinayət-prosessual araşdırmanın yekunlaşması zəruri şərt deyildir. Mülki məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən zərərin mövcudluğunu, onun məbləğini, hadisə ilə zərər arasındakı səbəbli əlaqəni və cavabdehin məsuliyyətini müəyyən etmək səlahiyyətinə malikdir. Cavabdehin xəsarət alması, tibbi məlumatların elektron sistemlərdən silinməsi və “Yeni Klinika” PHŞ tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilməməsi barədə dəlilləri də mübahisənin predmetini təşkil edən zərərin cavabdehdən tutulmasına təsir edən hallar kimi qiymətləndirilə bilməz. Belə ki, həmin hallar cavabdehin iddiaçıya vurduğu maddi zərərin mövcudluğunu və məbləğini aradan qaldırmır, habelə cavabdehin hadisənin baş verməsində təqsirli olması barədə işdə mövcud olan sübutları təkzib etmir.
46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirmiş, zərərin məbləğini təsdiq edən sənədlərə, inzibati xəta haqqında qərara, yükə dəymiş zərərin ödənilməsini təsdiq edən sənədlərə və digər sübutlara hüquqi qiymət vermişdir.
48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
51. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Kollegiya hesab edir ki, hazırki halda apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.