Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3579/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı İddiaçı iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: ##.##.2025-ci il tarixli “hüquqi xidmətlərin göstərilməsinə dair” müqavilədən görünür ki, İddiaçı arasında Cavabdeh arasında Cavabdeh məhkəmədə hüquqi yardımın təşkil edilməsinə dair müqavilə bağlanmış və xidmət haqqı 1.500 manat məbləğində müəyyənləşdirilmişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən, hüquqi yardım İddiaçı tərəfindən göstəriləcəkdir. ##.##.2025-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Məmmədov İlkin Umud oğluna 10 il müddətinə məhkəmədə təmsil etmək səlahiyyəti verilmişdir. İddiaçı müqavilə bağlandıqdan sonra cavabdehin razılaşdırılmış 1.500 manat ödənişi etməklə öhdəliyini yerinə yetirdiyini təsdiq edir. Hazırda iddiaçı iddia edir ki, iş başa çatmadan müqaviləni ləğv edərək pulu geri tələb etdiyi üçün, cavabdehə müqavilə şərtinə uyğun olaraq 750 manat qaytarmalı olduğu halda, 1200 manat qaytardığını bildirir və artıq qaytardığı 450 manatın cavabdehdən tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı “pul tələbi” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 450 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə bağlanmış ##.##.2025ci il tarixli “Hüquqi yardım göstərilməsi haqqında“ müqaviləyə əsasən cavabdeh Cavabdeh “diplomunun tanınmasına dair” hüquqi yardımın təşkil olunması razılaşdırılmışdır. Müqavilənin qiyməti 1.500 (min beş yüz) manat qabaqcadan ödənilməsi razılaşdırılmışdır. Müqavilə imzalandıqdan dərhal sonra iddiaçı tərəfindən cavabdeh təşkiliata müraciətlər edilmiş, sənədlər toplanmış, imtina alındıqdan sonra “Diplomun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi hazırlanaraq, elektron kabinet vasitəsi ilə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bundan sonra iddiaçının məsləhət bildiyi və ödənişi də onun tərəfindən edilmiş vəkillə cavabdeh arasında müqavilə bağlanmış və etibarnamə verilmişdir. Əlavə olunmuş məhkəmə bildirişinə əsasən sözü gedən e-*-*(***)-****/****-*** saylı iş Bakı İnzibati Məhkəməsinin hakimi Aysev Almazovanın icraatında olmuş, verilən “Cavabdehin imtinasının qanunsuz hesab edilməklə Naxıvan Muxtar Respublikasının Şərur şəhər * saylı orta İxtisas Məktəbin nəzdində fəaliyyət göstərmiş Kollecə 1993-cü ildə daxil olmuş və 1996-cı ildə tibb bacısı ixtisası üzrə tam kursu bitirməklə, Dövlət Təhsil Komissiyasının 15 fevral tarixli qərarı ilə ona tibb bacısı ixtisası verildiyinə dair diplomun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsinə dair” tələbi üzrə yeddi ay məhkəmə araşdırması aparılmış müxtəlif orqalnara sorğular verilmişdir. Sorğulara cavab olaraq, Cavabdeh diplomunun və bu barədə verilmiş arayışın saxta olmaqla mövcud olmadığı müəyyən edilmişdir. Cavabdeh bunu bildikdən sonra iddiadan imtina edərək ona ödədiyi bütün məbləğin geri qaytarılmasını tələb etmişdir. İddiaçı müqavilənin şərtlərinə əsasən iş bitməmiş imtina olunduğu halda yalnız 50 faizin qaytarıldığını cavabdehin diqqətinə çatdırsa da o, təkidlə və hədə-qorxu gəlməklə məbləği tam geri istəmişdir. İddiaçı məcbur olub cavabdehin qadın olduğunu nəzərə alaraq, danışıqlar davam etdiyi dövrdə (öz zəhmət haqqı və vəkilə ödənilmiş 350 manatı da baxmayaraq), 1.500 manatın 750 manat və əlavə 450 manat olmaqla cəmi 1.200 manatını qaytarmış və yerdə qalan 300 manatı isə vəkilə ödənilmiş məbləğ kimi saxladığını cavabdehə bildirmişdir. Lakin cavabdeh həmin 300 manatı da ondan zorla qanunsuz və əsasız tələb edərək şikayət edəcəyini bildirmişdir. Odur ki, iddiaçı qaytardığı 450 manat pulu cavabehdən geri istəyir və hesab edir ki, bu tam qanuni və əsaslıdır. Həmin pul məbləği ona müqavilə əsasında məxsusdur. Əlavə olunmuş qəbzlərdən aydın olur ki, cavabdehin bank kartına tərəfindən 1.200 manat pul göndərilmişdir. Digər qəbzə əsasən vəkilə onun tərəfindən 350 manat ödənildiyi təsdiq olunur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul tələbi”nə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin diplomunun tanınması üçün inzibati məhkəmədə iddia qaldırılması və məhkəmədə cavabdehə yüksək keyfiyyətli hüquqi yardım göstərilməsi məqsədi ilə tərəflər arasında 2025-ci ildə razılıq əldə olunmuş (müqavilə bağlanmışdır). İddiaçı izahatında özünün əvvəllər vəkil olduğunu, ancaq 2023-cü ildə vəkillik fəaliyyətinin dayandırıldığını və hazırkı müqavilə bağlanan vaxt vəkil olmadığını bildirmişdir. Halbuki İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, “inzibati məhkəmə icraatında inzibati məhkəmə icraatı iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. ... fiziki şəxslər yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər.” Habelə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinin 1-ci hissəsinə əsasən, vəkillik fəaliyyəti bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq yalnız vəkil tərəfindən fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının) hüquqlarının təmin edilməsi və müdafiəsi məqsədilə peşəkarcasına həyata keçirilən müstəqil hüquq fəaliyyətidir. Həmin Qanunun 8-ci maddəsinin 5-ci hissəsinə əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən özünə münasibətdə və ya təşkilatının adında “vəkil” sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunması qadağandır. Göründüyü kimi iddiaçı vəkil olmasa da (bildirdiyinə görə əvvəl vəkil olmuş, ancaq sonradan vəkillik fəaliyyəti dayandırılmışdır) məhkəmədə hüquqi yardım göstərilməsi məqsədilə cavabdehlə müqavilə bağlamışdır. Habelə iddiaçı bağlanılmış müqavilə çərçivəsində özü tərəfindən müəyyən xidmətlərin göstərildiyini (sorğular verilməsi, sənədlər toplanılması və s.) bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmədə təmsil etmək səlahiyyəti verilən etibarnamə isə iddiaçıya deyil, başqa bir vəkilin adına verilmişdir. Eləcə də cavabdeh tərəfindən müqavilə üzrə razılaşdırılmış 1.500 manatın cavabdeh tərəfindən ona ödənildiyini və bununla da cavabdehin müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirdiyini təsdiq etmişdir. Hazırda isə müqavilə üzrə əslində 750 manatın cavabdehə qaytarılmalı olduğu halda, 1.200 manat qaytarıldığı, ona görə də 450 manatın cavabdehdən tutulması tələbinin hüquqi əsası yoxdur. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş kiçik iddialara dair iş kateqoriyasına aid olmaqla bir ay ərzində baxılması nəzərdə tutulmuşdur. Buna baxmayaraq, məhkəmə işi məhkəmə ##.##.2025-ci ilin oktyabr ayında daxil olan işi səkkiz ay icraatından saxlamaqla süründürməçiliyə yol verərək işi qəsdən yubatmaqla kobud pozuntuya yol vermişdir. Cavabdeh bir dəfə də olsun məhkəmədə iştirak etməmiş, lakin məhkəmə qətnamədə göstərmişdir ki, guya cavabdeh bildirmişdir ki, “iddiaçının onu aldatdığını, özünün vəkilik fəaliyyətinin dayandırıldığını ondan gizlətdiyini, onunla vəkil kimi müqavilə bağlayaraq əvvəlcə 1.500 manat aldığını, ancaq sonradan işə başqa bir vəkil də cəlb etdiyini bildirərək onun adından əlavə 1.500 manat aldığını, ümumilikdə ondan 3.000 manat aldığını, digər vəkilin işin təmin olunma ehtimalı olmadığını bildirərək bu səbəbdən iddianı geri götürdüyünü, iddiaçı pulu tam geri qaytaracağını bildirsə də, bu günə kimi 1.800 manatını qaytarmadığını bildirmişdir.” kimi heç bir sübuta söykənməyən uydurma dəlillər gətirdiyi göstərmişdir. Halbuki, tərəfindən müqavilə öhdəliklərinin tam icra olunduğu, cavabdehin müqavilə şərtləri ilə tanış olmaqla tərəflərin iradələrini ifadə etdiyi təsdiqini tapmışdır. Cavabdeh ona 3.000 manat verdiyini uydurmuşdur. Buna baxmayaraq, məhkəmə cavabdehə vəkillik edərək guya onun vəkil adından istifadə etdiyinə dair sərsəm fikirlərini qeyd etməklə işi sadəcə cavabdehin xeyrinə həll etmişdir. Müqavilənin şərtlərindən də aydın görünür ki, onun işə vəkil cəlb etmək hüququ olmuş, tərəfindən iddia ərizəsi, məktublar yazılmış, məhkəmə üçün vəkil cəlb edilməklə 350 manat pul məbləğinin tərəfindən vəkilə ödənilmiş, bu barədə qəbz məhkəməyə təqdim olunmuşdur. Məhkəmə isə bunların üzərindən keçməklə düzgün qiymət verməmiş, üzrə zəruri araşdırma aparmadan, tətbiq etməli olduğu hüquq normalarını tətbiq etmədən, qeyri-obyektiv və qərəzli olaraq, baxaraq, işi sadəcə cavabdehin xeyrinə həl etməklə kobud pozuntulara yol vermişdir. İşdəki, cavabdeh Cavabdeh qızı ilə bağlanmış ##.##.2025-ci il tarixli “Hüquqi yardım göstərilməsi haqqında“ müqaviləyə əsasən cavabdeh Cavabdeh “diplomunun tanınmasına dair” hüquqi yardımın təşkil olunması razılaşdırılmışdır. Müqavilənin qiyməti 1.500 (min beş yüz) manat qabaqcadan ödənilməsi razılaşdırılmışdır. Müqavilə imzalandıqdan dərhal sonra tərəfindən cavabdeh təşkilata müraciətlər edilmiş, sənədlər toplanmış, imtina alındıqdan sonra “Diplomun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi hazırlanaraq, elektron kabinet vasitəsi ilə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bundan sonra məsləhət bildiyi və ödənişi də tərəfindən edilmiş vəkillə cavabdeh müqavilə bağlanmış və etibarnamə vermişdir. Əlavə olunmuş məhkəmə bildirişinə əsasən sözü gedən e-*-*(***)- ****/****-*** saylı iş Bakı İnzibati Məhkəməsinin Hakimi Aysev Almazovanın icraatında olmuş, verdikləri “Cavabdehin imtinasının qanunsuz hesab edilməklə Cavabdeh Naxçıvan Muxtar Respublikasının Şərur şəhər * saylı orta İxtisas Məktəbin nəzdində fəaliyyət göstərmiş Kollecə 1993-cü ildə daxil olmuş və 1996-cı ildə tibb bacısı ixtisası üzrə tam kursu bitirməklə, Dövlət Təhsil Komissiyasının 15 fevral tarixli qərarı ilə ona tibb bacısı ixtisası verildiyinə dair diplomun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsinə dair” tələbi üzrə yeddi ay məhkəmə araşdırması aparılmış müxtəlif orqalara sorğular verilmişdir. Sorğulara cavab olaraq, Cavabdeh diplomunun və bu barədə verilmiş arayışın saxta olmaqla kötüyünün mövcud olmadığı müəyyən edilmişdir. Məlum olmuşdur ki, cavabdeh Cavabdeh 16 il tibb sahəsində saxta diplomla fəaliyyət göstərmişdir. Cavabdeh diplomunun saxta olmasının aşkar olunduğunu bildikdən sonra iddiadan imtina edərək ona ödədiyi bütün məbləğin geri qaytarılması tələb etmişdir. Müqavilənin şərtlərinə əsasən iş bitməmiş imtina olunduğu halda yalnız 50 faizin qaytarıldığını cavabdehin diqqətinə çatdırsa da o, təkidlə və hədə-qorxu gəlməklə məbləği tam geri istəmişdir. Məcbur olub cavabdehin qadın olduğunu nəzərə alaraq, danışıqlar davam etdiyi dövrdə (öz zəhmət haqqı və vəkilə ödənilmiş 350 manatı da baxmayaraq), 1.500 manatın 750 manat və əlavə 450 manat olmaqla cəmi 1.200 manatını qaytarmış və yerdə qalan 300 manatı isə vəkilə ödənilmiş məbləğ kimi saxladığını cavabdehə bildirmişdir. Lakin cavabdeh həmin 300 manatı da ondan zorla qanunsuz və əsassız tələb edərək ondan şikayət edəcəyini bildirdi. Odur ki, qaytardığı 450 manat pulu cavabehdən geri istəyir və hesab edir ki, bu tam qanuni və əsaslıdır. Həmin pul məbləği ona müqavilə əsasında məxsusdur. Əlavə olunmuş qəbzlərdən ayın olur ki, cavabdehin bank kartına tərəfindən 1.200 manat pul göndərilmişdir. Digər qəbzə əsasən vəkilə onun tərəfindən 350 manat ödənildiyi təsdiq olunur. Müqavilənin 3.4.1-ci bəndinə əsasən şərtlərinə əsasən o, işin aparılması üçün forma metodlarını müstəqil müəyyən edə və 3.4.3-cü bəndinə əsasən işə vəkil ekspert və mütxəssis cəlb edə bilər. Həmçinin müqavilənin 8.3-cü bəndinə əsasən Cavabdeh iş bitənədək işlərdən imtina edərsə ödənilmiş məbləğin 50 faizinin qaytarılır, iş bitdikən sonra isə nəticədən asılı olmayaraq, məbləğ geri qaytarılmır. Göründüyü kimi cavabdehə 450 manat artıq qaytarılmışdır. Odur ki, həmin məbləğ cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunu: 4.1. Vəkillik fəaliyyəti bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq yalnız vəkil tərəfindən fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının) hüquqlarının təmin edilməsi və müdafiəsi məqsədilə peşəkarcasına həyata keçirilən müstəqil hüquq fəaliyyətidir. 8.5. Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən özünə münasibətdə və ya təşkilatının adında “vəkil” sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunması qadağandır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə Kollegiyası ilk növbədə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə isə MPM-in 88-ci maddəsinə uyğun olaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalı və heç bir sübuta qabaqcadan müəyyən edilmiş qüvvə verməməlidir. Qətnamənin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılması da MPM-in 217.4-cü maddəsindən irəli gəlir. Hazırkı işdə iddiaçının əsas tələbi ondan ibarətdir ki, müqaviləyə əsasən cavabdehə qaytarılmalı olan məbləğ 750 manat olduğu halda, ona 1.200 manat qaytarmış, nəticədə 450 manat artıq ödəniş yaranmışdır. Lakin bu tələb müqavilənin konkret şərtləri ilə birlikdə qiymətləndirildikdə əsaslı hesab edilə bilməz. Belə ki, tərəflər arasında ##.##.2025-ci il tarixdə bağlanmış müqavilənin 8.3-cü bəndinə əsasən, cavabdeh iş başa çatmamış müqavilədən imtina etdiyi halda ödənilmiş 1.500 manatın 50 faizi, yəni 750 manat qaytarılmalıdır. İş materiallarından isə görünür ki, iddiaçı müqavilə üzrə aldığı 1.500 manatın 1.200 manatını artıq cavabdehə qaytarmışdır. Bu hal iddiaçının özünün də etirafı ilə təsdiq olunur. Deməli, tərəflərin müqavilə üzrə müəyyən etdikləri qaytarılmalı məbləğ 750 manat olduğu halda, iddiaçı öz iradəsi ilə həmin məbləğdən 450 manat artıq vəsait qaytarmışdır. Başqa sözlə, iddiaçının sonradan həmin artıq qaytardığı məbləğin cavabdehdən tutulmasını tələb etməsi üçün yalnız onun tərəfindən 1.200 manat ödənilməsinin sübut edilməsi kifayət etmir. Həmin 450 manatın cavabdeh tərəfindən hüquqi əsas olmadan əldə edildiyi də sübut edilməlidir. Lakin iş materiallarında belə hüquqi əsas müəyyən edilmir. Tərəflər müqavilə bağlayarkən müqavilənin predmetini, xidmət haqqını və müqaviləyə vaxtından əvvəl xitam verildikdə qaytarılmalı məbləği konkret müəyyən etmişlər. İddiaçının özü də apellyasiya şikayətində müqavilənin 8.3-cü bəndinə istinad etməklə bunu təsdiqləyir. İddiaçı apellyasiya şikayətində sənədlərin toplanılması, müxtəlif orqanlara müraciətlər edilməsi, iddia ərizəsinin hazırlanması və digər hüquqi xarakterli hərəkətlərin həyata keçirildiyini bildirir. Lakin bu hallar özü-özlüyündə 450 manatın iddiaçıya məxsus olması barədə nəticəyə əsas vermir. Əksinə, həmin fəaliyyətlərin həyata keçirilməsi müqavilənin icrası çərçivəsində iddiaçının müəyyən işlər gördüyünü göstərir. Üstəlik, iddiaçı müqavilədə nəzərdə tutulan 1.500 manatın 50 faizinin qaytarılması şərtinin mövcudluğunu özü də qəbul edir. Buna görə də göstərilən xidmətlərin həcminə dair mübahisə yaranmadığı halda, sonradan 450 manatın ayrıca tələb edilməsi müqavilənin məzmunu ilə uzlaşmır. Məhkəmə Kollegiyası xüsusi vurğulayayraq qeyd etmyəi zəruri sayır ki, yuxarıda göstərilən qənaətə gələrkən iddiaçının könüllü olaraq, sərbəst şəkildə, öz iradəsi ilə 450 manat artıq vəsait qaytarması işin diqqətəlayiq və mühüm halı olmasını nəzərə almışdır. İddiaçı tərəfindən 350 manatın başqa vəkilə ödənilməsini təsdiq edən qəbzin təqdim edilməsi həmin xərcin çəkildiyini göstərə bilər. Lakin bu fakt avtomatik olaraq həmin məbləğin müqavilə üzrə cavabdehin üzərinə qoyulmasını və ya artıq qaytarılmış 450 manatın iddiaçıya geri verilməsini şərtləndirmir. Əksinə, müqavilənin 3.4.3-cü bəndində iddiaçının işə vəkil, ekspert və mütəxəssis cəlb etmək hüququnun nəzərdə tutulması göstərir ki, belə şəxslərin cəlb edilməsi müqavilənin icrası üsullarından biri kimi tərəflər arasında əvvəlcədən nəzərdə tutulmuşdur. Belə olan halda vəkilə ödənilmiş 350 manatın mövcudluğu yalnız iddiaçının müəyyən xərc çəkdiyini təsdiq edir. Bu xərcin cavabdehdən ayrıca tutulmalı olması isə ayrıca hüquqi əsaslandırma və sübut tələb edir. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, müqavilə bağlandığı vaxt iddiaçı vəkil statusuna malik olmamışdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 4.1-ci maddəsinə görə vəkillik fəaliyyəti yalnız Vəkillər Kollegiyasının üzvü olan vəkil tərəfindən həyata keçirilə bilər. Qanunun 4-cü maddəsində vəkillik fəaliyyətinin məzmununa hüquqi sənədlərin tərtib edilməsi, hüquqi məsləhətlərin verilməsi və hüquqi yardım göstərilməsi kimi fəaliyyətlər də aid edilir. Eyni zamanda, İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında fiziki şəxslərin nümayəndəliyi vəkillə, qanunda nəzərdə tutulan halda isə yaxın qohum vasitəsilə həyata keçirilə bilər. Bu səbəbdən birinci instansiya məhkəməsinin iddiaçının həmin müqavilə əsasında cavabdehi inzibati məhkəmədə prosessual nümayəndə qismində təmsil etmədiyini və məhkəmədə təmsilçilik səlahiyyətinin başqa vəkilə verildiyini nəzərə alması iş üçün əhəmiyyətli haldır. Lakin burada mühüm məqam ondan ibarətdir ki, iddianın rədd edilməsinin əsas və həlledici səbəbi iddiaçının vəkil olmaması deyil, onun tələb etdiyi 450 manatın hüquqi əsasının və cavabdeh tərəfindən qaytarılmalı olduğunun sübuta yetirilməməsidir. Apellyasiya şikayətində işin uzun müddət məhkəmənin icraatında saxlanılması və kiçik iddia kimi qısa müddətdə baxılmalı olduğu iddia edilir. Lakin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul tələbi”nə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır və işə baxılması zamanı prosessual normaların tələbləri pozulmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, müqavilənin 8.3-cü bəndində nəzərdə tutulmuş 50 faiz qaytarma şərtini, iddiaçının 1.500 manat aldığını etiraf etməsini, iddiaçının 1.200 manatını artıq cavabdehə qaytardığını təsdiq etməsini, 450 manatın artıq qaytarılmasına görə həmin məbləğin cavabdehdən tutulmasına dair ayrıca hüquqi əsasın və sübutun təqdim edilməməsini və vəkilə ödənilmiş 350 manatın isə ayrıca olaraq cavabdehdən tutulması üçün hüquqi əsas yaratmamasını düzgün qiymətləndirmişdir. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Belə ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 217, 382, 384-386, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.