Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3599/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı mülki iş üzrə (açar sözlər: müddətin bərpa edilməməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli, *-**-*/*-*-****/**** nömrəli əmrinin ləğv edilməsi və iddiaçı İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, ##.##.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh Cavabdeh publik hüquqi şəxsi tərəfindən iddiaçı İddiaçı ödənilməsi, mediasiya xərci olaraq ödənilmiş 60 manat və hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pul cavabdeh Cavabdeh publik hüquqi şəxsindən tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli, *-**- */*-*-****/**** nömrəli əmrinin ləğv edilməsi və iddiaçı İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, ##.##.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh Cavabdeh publik hüquqi şəxsi tərəfindən iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, ##.##.2026-cı il tarixdə icra vərəqəsi verilməklə, icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Daha sonra cavabdeh Cavabdeh publik hüquqi şəxsi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh Cavabdeh publik hüquqi şəxsinin iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə izah verilməsi barədə ərizəsi rədd edilmişdir. Daha sonra Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədinə izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədinə izah verilməsinə dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Cavabdeh publik hüquqi şəxsi ##.##.2026-cı il tarixdə qeyd edilən qərardaddan şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli icra sənədinə izah verilməsinin təmin edilməsini, əks təqdirdə, şikayətin baxılması üçün iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadına əsasən, cavabdeh Cavabdeh publik hüquqi şəxsi tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən və gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitəsi ilə imzalanmadığından, həmçinin şikayət “MPM-ə əlavə 2”-də müəyyən edilən formada və məzmuna uyğun tərtib edilmədiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh Cavabdeh publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Daha sonra cavabdeh Cavabdeh publik hüquqi şəxsi ##.##.2026-cı il tarixdə “Elektron kabinet” vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından şikayəti vermiş, həmçinin ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Cavabdeh publik hüquqi şəxsinin iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi rədd edilmiş, cavabdeh Cavabdeh publik hüquqi şəxsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı hakimin elektron imzası ilə təsdiq edilməklə ##.##.2026-cı il tarixdə cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmiş, bununla da cavabdeh qərardadı həmin tarixdə rəsmi qaydada almışdır. Daha sonra cavabdeh ## #### 2026-cı il tarixdə qanunvericiliklə qərardaddan şikayət verilməsi üçün müəyyən edilmiş 10 günlük müddəti ötürmədən X3 sistemi vasitəsilə həmin qərardaddan şikayət vermiş, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet” vasitəsilə verilmədiyindən və şikayətin forma, məzmunu qanunvericiliyə uyğun tərtib edilmədiyindən geri qaytarılmışdır. Hazırda cavabdeh ##.##.2026-cı il tarixdə sözügedən qərardaddan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet” vasitəsilə və qanunvericiliyə uyğun formada şikayət vermiş və şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasını xahiş etmişdir. Məhkəmə qeyd etmişdir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Göründüyü kimi cavabdehin “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti vardır. Lakin şikayət ## #### 2026-cı il tarixdə X3 sistemi vasitəsilə verilmişdir. Cavabdeh tərəf müddətin buraxılmasının üzrlü səbəb kimi “Elektron məhkəmə” informasiya sistemində yaranmış texniki xarakterli səbəbləri əsas gətirmişdir ki, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edtmişdir ki, qərardaddan şikayətin verilməsi üçün qanunla nəzərdə tutulmuş 10 günlük prosessual müddət mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə tam şəkildə cavab verən şikayətin verilməsi üçün nəzərdə tutulmuşdur. Cavabdeh tərəf olan Cavabdeh publik hüquqi şəxsi hüquqi şəxsdir. Həmin idarədə Hüquq departamenti və ixtisaslı hüquqşünaslar fəaliyyət göstərir. Yəni, hüquqşünaslar şikayətin qanunvericiliyə uyğun forma və məzmun tələbi və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə şikayətin göndərilməsinin yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməsi barədə məlumatlıdırlar. Bu səbəbdən də, şikayətin qanunla nəzərdə tutulmuş qaydada verilməməsi buraxılmış müddətin üzrlü hesab edilməsi üçün üzrlü səbəb hesab edilə bilməz. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh publik hüquqi şəxsi şikayət verərək, qərardadın ləğv edilməsini, prosessual müddətin bərpası və izah verilmə ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədinə izah verilməsinə dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 ərizəsi təmin edilməmişdir. Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi ##.##.2026-cı il tarixdə qeyd edilən qərardaddan şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli icra sənədinə izah verilməsinin təmin edilməsini, əks təqdirdə, şikayətin baxılması üçün iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadına əsasən, cavabdeh DOST Agentliyi tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən və gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitəsilə imzalanmadığından, həmçinin şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) “Əlavə 2”-də müəyyən edilən formada və məzmuna uyğun tərtib edilmədiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh DOST Agentliyi tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Daha sonra cavabdeh DOST Agentliyi ##.##.2026-cı il tarixdə “Elektron kabinet” vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından şikayət vermiş, həmçinin ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qərardadına əsasən, buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi rədd edilmiş, DOST Agentliyinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bildirir ki, ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli “icra məmurunun ərizəsinin təmin edilməməsinə dair” qərardad barədə bildiriş e-məhkəmə portalından DOST Agentliyinə ##.##.2026-cı il tarixində daxil olmuş və prosessual müddət gözlənilməklə ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** nömrəli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından həmin tarixdə (##.##.2026-cı il) şikayət təqdim edilmişdir. Şikayətin sonradan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə geri qaytarılması onun mahiyyəti ilə deyil, yalnız təqdim edilmə üsulu ilə əlaqədar olmuşdur. Qərardadda şikayətin MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun (elektron kabinet vasitəsilə) verilməməsi və elektron imzalanmaması qeyd olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, şikayət qanuni müddətdə elektron imza ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Prezidentinin # ###### 2023-cü il tarixli, **** nömrəli Fərmanına əsasən Elektron Hökumət İnformasiya Sisteminin infrastrukturunda yaradılmış dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemləri arasında real vaxt rejimində və təhlükəsiz qaydada sənəd mübadiləsinin aparılması ilə bağlı inteqrasiyanın və sənədlərin hərəkəti üzrə uçotun həyata keçirilməsini təmin edən “X3” altsistemi vasitəsilə məhkəməyə göndərilmişdir. Bununla yanaşı, ##.##.2026-cı il tarixində e-məhkəmə sistemi vasitəsilə sənədin təqdim edilməsində yaranmış texniki maneələr və sənədlərin qeydiyyata alınması ilə bağlı məhkəməyə elektron qaydada (yasamal @ courts. gov.az; contact @ yasamal court. gov. az elektron poçt ünvanlarına) dərhal məlumat verilmişdir. Beləliklə, baxmayaraq ki, e-məhkəmə portalına müvafiq sənədləri yükləməkdə müəyyən çətinliklər yaranıb, agentlik prosessual hüququndan istifadə etmək üçün qanunvericiliyin tələb etdiyi bütün ağlabatan və mümkün tədbirləri vaxtında həyata keçirmişdir. Belə olan halda, şikayətin vaxtında təqdim edilməməsi kimi qiymətləndirilən hal ərizəçinin iradəsindən və davranışından asılı olmamış, texniki xarakterli səbəblərdən yaranmışdır. Tərəfindən şikayət vermək hüququndan istifadə etmək üçün bütün zəruri tədbirlər qanuni müddət ərzində həyata keçirilmişdir. Hazırkı halda prosessual müddətin ötürülməsi agentliyin hərəkətsizliyi və ya səhlənkarlığı nəticəsində deyil, dövlət tərəfindən yaradılmış elektron informasiya sisteminin fəaliyyətində yaranmış texniki maneələr səbəbindən baş vermişdir. Elektron məhkəmə sisteminin texniki imkanlarından istifadə edilməsinin obyektiv olaraq mümkün olmaması istifadəçinin iradəsindən asılı olmayan haldır və belə halların prosessual hüquqların həyata keçirilməsinə mənfi təsir göstərməsi hüquqi müəyyənlik və ədalətli məhkəmə araşdırması prinsipləri ilə uzlaşmır. MPMin 133-cü maddəsinin mahiyyətinə görə prosessual müddətin bərpası institutunun məqsədi tərəfin öz hüququndan vicdanla istifadə edib-etmədiyini və müddətin buraxılmasının onun iradəsindən asılı olub-olmadığını qiymətləndirməkdir. Hazırkı iş üzrə DOST Agentliyinin davranışı göstərir ki, agentlik qanunla müəyyən edilmiş müddət bitməmiş şikayət ərizəsini hazırlamış, elektron imzalamış, rəsmi dövlət informasiya sistemi vasitəsilə göndərmiş, eyni zamanda texniki nasazlıq barədə məhkəməni operativ şəkildə məlumatlandırmışdır. Bu hallar prosessual hüququn həyata keçirilməsi üçün lazımi iradə ifadəsinin, diqqət və qayğının göstərildiyini birmənalı şəkildə təsdiq edir. Əks yanaşma o nəticəyə gətirib çıxarır ki, tərəfin hüquqi iradəsi deyil, yalnız elektron platformanın texniki vəziyyəti hüququn həyata keçirilməsini müəyyən edir. Halbuki, prosessual qanunvericiliyin məqsədi hüquqların həyata keçirilməsini təmin etməkdir, onların sırf texniki səbəblərlə məhdudlaşdırılması deyil. Həmçinin MPM-in 10-1.3-cü maddəsinin məqsədi məhkəmə icraatının rəqəmsallaşdırılması və sənədlərin kağız daşıyıcıda deyil, elektron formada daxil olmasını təmin etməkdir. DOST Agentliyinin “X3” altsistemi vasitəsilə göndərdiyi şikayət də kağız deyil, rəsmi elektron sənəddir və rəsmi sənəd mübadiləsi platforması üzərindən icra olunub və elektron qaydada imzalanmışdır. Beləliklə, qanunun ruhuna və rəqəmsallaşma siyasətinə tam riayət olunub. Yalnız texniki nasazlıq səbəbindən sənədin e-məhkəmə portalında yüklənməməsinə görə müddəti gözlənilməklə, gücləndirilmiş elektron imza ilə imzalanmaqla rəsmi sənəd mübadiləsi platforması üzərindən təqdim edilmiş şikayətin rədd edilməsi prosessual formalizmə dəlalət edir. Məhkəmə nəzərə almalıdır ki, prosessual müddətlərin bərpasının əsas fəlsəfəsi tərəfin öz hüququnu həyata keçirmək üçün vicdanlı və aktiv səy göstərib-göstərməməsini müəyyən etməkdir. Hazırkı halda, DOST Agentliyinin qanunla müəyyən edilmiş müddət ərzində (##.##.2026-cı il tarixdə) şikayəti rəsmən imzalaması və rəsmi X3 altsistemi vasitəsilə məhkəməyə göndərməsi tərəfin şikayət vermək barədə hüquqi iradəsinin tam və qəti ifadəsidir. Ona görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi, prosessual müddətin bərpası və izah verilmə ilə bağlı yeni qərar qəbul edilməsi xahiş olunur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadına əsasən, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iş üzrə cavabdeh Cavabdeh publik hüquqi şəxsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını; Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. “X7 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın ## ###### 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu ## ### 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, apellyator şikayətin vaxtında təqdim edilməməsini onun iradəsindən və davranışından asılı olmadığını bildirsə də, bu barədə məhkəməyə hər hansı bir sübutunu təqdim etməmişdir. Araşdırma zamanı isə müəyyən olunmuşdur ki, məhkəmə aktlarından şikayət vermək barədə təcrübəsi olan cavabdehin müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi heç bir əsas mövcud deyildir. İstinad olunanlara əsasən kollegiya cavabdehin nümayəndəsinin ərizəsində qeyd etdiyi halları buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzrlü səbəb hesab etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3599/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3599/2026
17.08.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver