Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3642/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və Paşa Nəzərov adına ** saylı tam orta məktəbə qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və Paşa Nəzərov adına ** saylı tam orta məktəbə qarşı “əmrin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və Ixtisasartırma Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı P.D. Nəzərov adına ** nömrəli tam orta ümumtəhsil məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə işə bərpa edilməsi, Əmək Müqaviləsinə xitam verilməsinə dair P.D. Nəzərov adına ** nömrəli tam orta ümumtəhsil məktəbin OU**********/e saylı, ##.##.2025-ci il tarixli əmri, habelə sertifikasiyaya dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025ci il tarixli, *-**-**/*-*-**F/**** saylı əmrinin etibarsız hesab edilməsi, 13 gün gecikdirilməsinə görə son haqq-hesab məbləği 300.32 manatın 13%-i məbləğində ödənc, yəni 39.04 manat məbləğində pul vəsaitinin cavabdeh cavabdeh2 tutularaq iddiaçıya verilməsi, məcburi işburaxma dövrünə görə, yəni ##.##.2025-ci il tarixindən işə bərpa olunduğu günə qədər iddiaçının son aylıq əmək haqqı olan 1229.67 manat məbləğində əmək haqqının cavabdeh cavabdeh2 tutularaq iddiaçıya verilməsi, istifadə olunmayan və son haqq-hesabda ödənilməyən 3 gün üçün məzuniyyətə görə kompensasiya məbləğinin cavabdeh cavabdeh2 tutularaq iddiaçıya verilməsi, 20 000 manat məbləğində mənəvi zərərə görə dəymiş ziyanın müştərək qaydada cavabdehlər cavabdeh2 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin 3 və 5-ci hissələrinin "3.Son haqq hesabın 13 gün gecikdirilməsinə görə son haqq-hesab məbləği 300.32 manatın 13%-i məbləğində ödənc, yəni 39.04 manat məbləğində pul vəsaitinin cavabdeh cavabdeh2 tutularaq iddiaçıya verilməsi; 5. Istifadə olunmayan və son haqq-hesabda ödənilməyən 3 gün üçün məzuniyyətə görə kompensasiya məbləğinin cavabdeh cavabdeh2 tutularaq iddiaçıya verilməsi;" hissələrinin iddia tələbindən çıxarılmasını xahiş etmişdir.
3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə mülki iş üzrə icraata iddiaçı İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə qarşı “sertifikasiyaya dair ##.##.2025-ci il tarixli, *-**-**/*-*-**F/**** saylı əmrinin etibarsız hesab edilməsi” hissəsində xitam verilməsi qərara alınmışdır.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir.
5. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir.
6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
7. Iddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti həm elektron faylda elektron fiziki imza ilə imzalanmış, həm də SIMA imza ilə imzalanmışdlr. Elektron fiziki imza PDF faylda görünür, SIMA imza təsdiqi də bu şikayətə əlavə olunmuşdur. Ikincisi isə, hətta SIMA imza haqqında əlində təsdiqedici sənədlər olmasa idi belə, məhkəmə anlamalı idi ki, elektron məhkəmə informasiya sisteminə daxil olmaq və ora ərizə, şikayət və ya hər hansı sənədi yükləmək elektron imzasız mümkün deyil. Bu səbəbdən, məhkəmənin gəldiyi qənaət həm faktiki cəhətdən, həm də prosessual hüquq norması cəhətdən tamamilə əsassız, hətta qərəzlidir. Bununla da məhkəmə özünun istinad etdiyi prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Məhkəmə apellyasiya şikayətinin imzalanması məsələsinə aydınlaşdırmadan, araşdırmadan səhv qənaətə gəlmişdir. Məhkəmə qərardadında apellyasiya şikayətinin guya imzalanmaması qənaətinə gəlsə də, bunu heç bir sübutla əsaslandırmamışdır.
9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “15” iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.1-3.4, 3.6, 5.2-ci bəndlərində əks edilmiş tələblərə əsasən: Informasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il ## ###### tarixli *-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. Informasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər. Sənəd göndərilməzdən əvvəl Informasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda Informasiya Sistemi həmin sənədi Informasiya Sisteminin istifadəçisi tərəfindən göndərilməmiş hesab edir. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur.
14. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il # #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 3.6-cı bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10- 1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, iş materiallarından məlum olur ki, iddiaçı tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə PDF formatında yüklənmiş, şikayətin özü qanunvericiliyin tələblərinə uyğun olaraq elektron imza ilə imzalanmamışdır.
17. Işdən görünür ki, şikayəti təqdim edən şəxs əvvəlki prosessual davranışları ilə elektron qaydada müraciət etmə imkan və bacarığına malik olduğunu nümayiş etdirmişdir. Hətta hazırki şikayəti mülki prosessual qanunvericiliyin forma tələblərinə uyğun olaraq elektron qaydada təqdim etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı tərəf elektron formada şikayət tərtib edilməsinin hüquqi və texniki qaydalarını bilir və həmin formada prosessual sənəd hazırlamaq imkanına malikdir.
18. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.