Məhkəmə qərarları › İş №e-2(3-6)-3898/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3898/2026

24.08.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3898/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) “əmrin ləğv edilməsi, buraxılmış müddət üçün əməkhaqqı ödənilməklə əvvəlki vəzifəyə bərpa və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı (iddiaçı) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin ##.##.2026-ci il tarixli **-k/**** nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxma dövrü üçün əməkhaqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa olunması, ödənilmiş 61 manat məbləğində mediasiya xərcinin əvəzinin, həmçinin vurulmuş mənəvi zərərə görə 20 000 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC (VÖEN **********) üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlə üçüncü şəxs arasında bağlanılmış ##.##.2025ci il tarixli *** nömrəli mühafizə xidmətlərinin göstərilməsi barədə müqavilənin etibarsız hesab edilməsi; cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq qəbul edilmiş ##.##.2026-ci il tarixli **-k/**** nömrəli, ##.##.2026-cı il tarixli **-k/**** nömrəli, ##.##.2025-ci il tarixli **-k/**** nömrəli əmrlərin və ##.##.2025-ci il tarixli qərarın ləğv edilməsi; ##.##.2026-ci il tarixindən etibarən işə bərpa ediləcəyi müddətədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi; ödənilmiş 61 manat mediasiya xərcinin əvəzinin, həmçinin vurulmuş mənəvi zərərə görə 20.000 manatın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin ## #### 2026-cı tarixli qətnaməsi ilə iddianın qismən təmin olunması, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ##.##.2026-cı il tarixli **-k/**** nömrəli əmrin ləğv olunması və İddiaçı əvvəlki vəzifəsi üzrə işinə bərpa edilməsi, ##.##.2026-cı il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı ödənilməsi, ilkin mediasiya prosesi üçün ödənilmiş 60 AZN (altmış manat) rüsumun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi (vəkili) tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə görə, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir. Həmin Qanunun 8.1.3-cü maddəsinə görə, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində rüsum ödənilməlidir. Mənəvi zərərin ödənilməsi tələbi pul məbləğində ifadə edildiyindən əmlak xarakterli tələb sayılır və dövlət rüsumu tələb olunan məbləğdən asılı olaraq hesablanır. Bu isə o deməkdir ki, iddia qiyməti 20 000 manatdır və apellyasiya şikayəti üçün ən azı 75 manat rüsum ödənilməlidir - lakin cavabdeh 50 manat rüsum ödəmişdir. Beləliklə, apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından həmin apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e- *(*-**)-***/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və həmin apellyasiya şikayətinin geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Azad İmanov Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar