Məhkəmə qərarları › İş №e-2(3-6)-4031/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4031/2026

03.09.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan‒Respublikası‒adından Qərardad Bakı‒şəhəri İş‒№‒e-2(3-6)-4031/2026 03.09.2026 BAKI‒APELLYASIYA‒MƏHKƏMƏSI Hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar‒Afət‒qızı‒və‒Babayev‒Fuad‒Fikrət‒oğlundan‒ibarət‒tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin‒binasında,‒yazılı‒icraat‒qaydasında‒baxaraq müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, X4 və X1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X2 küçəsi, giriş 69A ünvanında yerləşən, iddiaçıya yəni İddiaçı məxsus fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,0442 ha torpaq sahəsindən məcburi qaydada çıxarılmaları barədə‒qətnamə‒qəbul‒edilməsini‒məhkəmədən‒xahiş‒etmişdir.‒ Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixində elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim etməklə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 15000 manat məbləğində pul tutularaq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.‒ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Cavabdeh İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, habelə ödənilmiş dövlət rüsumunun geri qaytarılması‒qərara‒alınmışdır. Cavabdeh Cavabdeh həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini‒xahiş‒etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçıCavabdeh torpaq sahəsindən çıxmamasının səbəbi isə məhz qarşı tərəfin, yəni İddiaçı bu torpaq sahəsinə görə qalıq qalmış 15000 manat məbləğində pulun verilməməsi halıdır. Göründüyü kimi, ilkin iddia ilə qarşılıqlı iddia arasında əlaqə mövcuddur. Eyni zamanda bu tələbləri birlikdə baxılarsa tərəflər arasında yaranmış hər iki mübahisəyə daha tez baxılmaqla öz həllini tapacaqdır. Bu hal isə mülki prosessual hüququn təməl prinsiplərindən olan, məhkəmələrin iş yükünün azaldılmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş prosessual qənaət prinsipinin realizəsinə də xidmət etmiş olacaqdır. Həmçinin qeyd olunur ki, qarşılıqlı iddia ərizəsi Azərbaycan RespublikasıMülki Prosessual Məcəllənin 155.1-ci maddəsinin tələbləri çərçivəsində verilmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Xəzər Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarıdadında göstərilən nəticə prosessual qanunvericiliyin‒tələblərinə‒cavab‒vermir.‒‒ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya‒Məhkəməsinə‒göndərilmişdir.‒‒‒‒ İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə‒məhkəmə‒iclasında‒baxılması‒barədə‒vəsatət‒daxil‒olmamışdır.‒ Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, mülki iş qarşılıqlı iddia ərizəsinin icraata‒qəbulu‒məsələsinə‒baxılması‒üçün‒həmin‒məhkəməyə‒göndərilməlidir.‒ Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə‒haqlıdır.‒ 155.3-cü maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları‒əsasında‒həyata‒keçirilir.‒ 156.1.3-cü maddəsinə əsasən qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. 156.2-ci maddəsinə əsasən, qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak‒edən‒şəxslərin‒iştirakı‒ilə‒baxıla‒bilər.‒ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2022-ci il tarixli Qərarına əsasən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir (Mülki Prosessual Məcəllənin 155.3-cü maddəsi). Həmin Məcəllənin 156.1-ci maddəsində hakim tərəfindən qarşılıqlı iddianın aşağıdakı hallarda qəbul edilməsi müəyyən edilmişdir: 1) qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 2) qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 3) qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Qanunverici həmçinin Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddianın verilməsi üçün əsasların mövcud olduğu təqdirdə, cavabdehə qarşılıqlı iddianın verilməsi hüququnu tanımışdır. Şərt kimi isə onun verilməsi üçün əsasların həmin dövrdə əmələ gəlməsi və ya qanunla müəyyən edilmiş müddətdə qarşılıqlı iddianın təqdim edilməsinin cavabdehdən asılı olmayan səbəblərə görə mümkün olmadığının əsaslandırılması müəyyən edilmişdir.Mülki Prosessual Məcəllənin 156.1.1 və 156.1.2-ci maddələrindəki hallardan fərqli olaraq, həmin Məcəllənin 156.1.3-cü maddəsində göstərilən, yəni qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olduğu və onlara birlikdə baxılmasının mübahisənin daha tez və düzgün həlli ilə nəticələndiyi hallarda (məsələn, qarşılıqlı iddianın təmin edildiyi təqdirdə ilk iddianın əsassız olduğunu müəyyən edildiyi hal) qarşılıqlı iddianın yalnız Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə verilməsi imperativ qaydada göstərilmişdir. Qarşılıqlı iddianın ilkin iddia ilə bir icraatda baxılması mülki prosessual hüququn təməl prinsiplərindən olan, məhkəmələrin iş yükünün azaldılmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş prosessual qənaət prinsipinin realizəsinə də xidmət etmiş olur. Bu prinsip məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində‒mühüm‒vasitəçilik‒rolu‒oynayır. 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək‒hüququ‒vardır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini icraata qəbul etməyərək geri qaytararkən ona istinad etmişdir ki, hazırda məhkəməyə təqdim olunan qarşılıqlı iddia ərizəsi qanunvericiliyin əsaslarına uyğun deyildir. Qarşılıqlı iddia ərizəsinin məhkəməyə təqdim olunması onun mahiyyətinə, yəni mülki işin daha tez və düzgün həllinə də xidmət etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, qarşılıqlı iddianın mahiyyəti ondan ibarətdir ki, ilk iddia tələbi üzrə mübahisə predmetinə daxil olan torpaq sahəsinin tərəflər arasında alğı-satqısı ilə bağlı yaranmış münasibətlər zamanı razılaşdırılmış bu torpaq sahəsinin dəyərinin qarşılıqlı iddia üzrə iddiaçıya tam ödənilməməsindən və hazırda qalıq qalmış 15000 manat pulun ilk iddia tələbi üzrə iddiaçıdan tələb edilməsidir. İlk iddia tələbinin mahiyyəti isə alınmış torpaq sahəsindən məcburi çıxarılma ilə əlaqədardır. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh torpaq sahəsindən çıxmamasının səbəbi kimi məhz qarşı tərəfin, yəni İddiaçı bu torpaq sahəsinə görə qalıq qalmış 15000 manat məbləğində pulun verilməməsi halıdır. Göründüyü kimi, ilk iddia tələbində qeyd edilən tələbin, yəni çıxarılma tələbinin qəbul edilməməsinin tək əsası kimi cavabdeh məhz həmin torpaq sahəsinə görə aralarında olan razılaşmaya əsasən ona pulun ödənilməməsi göstəridiyindən bu iddia tələblərinin birlikdə baxılmaqla hüquqi qiymət verilməsinin prosessual qənaət prinsipi baxımından da kollegiya düzgün hesab edir. Həmçinin, bu hal məhkəmələrin iş yükünün azaldılmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş prosessual qənaət prinsipinin realizəsinə‒də‒xidmət‒etmiş‒olacaqdır. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini qanunvericiliyin tələblərinə uyğun olmama əsası ilə geri qaytarılmaqda haqlı olmamışdır. Bu səbəbdən cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(*- **)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, mülki iş qarşılıqlı iddia ərizəsinin‒icraata‒qəbulu‒məsələsinə‒baxılması‒üçün həmin‒məhkəməyə‒göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402ci, 405-ci‒maddələrini‒rəhbər‒tutaraq,‒məhkəmə‒kollegiyası qərara aldı: Şikayət‒təmin‒edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Mülki iş qarşılıqlı iddia ərizəsinin icraata qəbulu məsələsinə baxılması‒üçün‒həmin‒məhkəməyə‒göndərilsin. Qərardaddan‒kassasiya‒şikayəti‒verilə‒bilməz. Qərardad‒çıxarıldığı‒andan‒qanuni‒qüvvəyə‒minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar