Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4097/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi ilə, Babayev Fuad Fikrət oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iş üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik enerjisinin verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və ona məxsus olan yaşayış evinə quraşdırılmış 37193********** nömrəli abonent kodlu 6091152786Mİİ-07 nömrəli elektrik sayğacına elektrik enerjisinin verilməsinin bərpa edilməsi və bunun üçün lazım olan texniki işlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və vurulmuş mənəvi zərərə görə cavabdehdən 8000 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik enerjisinin verilməsi və s.” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda o, məhkəməyə şikayətin verilmə müddətinin bərpasına dair ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasının səbəbləri üzrlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsi qərara alınmışdır. Cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından verilmiş şikayət təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəyə baxılması ##.##.2026cı il tarixə, saat 14:15-ə təyin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026- cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. Hazırda iddiaçı İddiaçı şikayət verərək, həmin qərardadın ləğv olunması, ötürülmüş müddətin bərpa edilməsi ilə bağlı yeni qərardad qəbul edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən qətnamə EMİS-də yaradılmış şəxsi kabinet vasitəsi ilə tərəflərə təqdim edilmişdir. Qətnamə ilə eyni vaxtda EMİS-nə yüklənmiş müşayət edici məktubdan müəyyən olunur ki, qətnamə tərəflərə e-*(***)-****/**** saylı ## ### 2026-ci il tarixli məktubla gönədrilib. Bundan sonra ##.##.2026-cı il tarixdə yəni 2 gün gecikmə ilə iddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddəti 2 gün ötürdükləri üçün əlavə olaraq apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa olunmasına dair ərizədə məhkəməyə təqdim etmişlər. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı (nümayəndəsi və vəkili nümayəndə2) tərəfindən verilmiş apelyasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasının səbəbləri üzrlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsi qərara alınmışdır. Lakin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026cı il tarixli qərardadından narazı qalan cavabdeh Cavabdeh ASC tərəfindən ondan şikayət verilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə müddətin bərpa olunmasını nəzərdə tutan qərardad ləğv edilmiş və ərizəyə baxış iclası ##.##.2026-cı il tarixə, saat 14:15-ə təyin edilmişdir. Yekun olaraq Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *(***)-****/**** saylı qətnaməsindən şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilməsi qərara alınıb. Aşağıda qeyd edilən hallara görə hesab edir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı işin faktiki hallaraına uyğun olmadığı üçün əsassız, qanunsuz, ədalətsizdir və bu səbəbdən ləğv edilməklə iddiaçı tərəfindən verilmiş müddətin bərpasına dair ərizənin təmin olunması barədə müvafiq məhkəmə aktı qəbul edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı tanış olduqda belə aydın olurki, hakim tərəfindən yekun məhkəmə aktı sayılan əsas sənəd Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi güya ##.##.2026-cı il tarixdə EMİS sistemində yaradılmış şəxsi kabinetlər vasitəsi ilə tərəflərə təqdim olunub və bir tək sənədin istiqamətini müəyyən edən ##.##.2026-cı il tarixli müşayət edici məktub sistemə ##.##.2026-cı il tarixdə yüklənib. Lakin bu heçdə belə deyil. Azərbaycan Respublikası ərazisində Elektron Məhkəmə İnformasiya Sistemi istifadəyə verildikdən sonra məhkəmələr tərəfindən tərəflərə təqdim edilən əksər məhkəmə aktları EMİS-də yaradılmış şəxsi kabinet vasitəsi ilə iş üzrə tərəflərə təqdim edilir. Bu zaman məhkəmə aktı ilə bərabər şəxsi kabinetə əsas sənədlə bərabər onun kimlərə və nə vaxt təqdim edildiyini göstərərən və sənədin istiqaməti adlanan müşayət edici məktubda əlavə edilir. Bir çox hallarda məhkəmənin yekun aktı sayılan qətnamələr məhkəmələrdə olan iş yükünün həddindən artıq çox olması səbəbindən 1-2 ay ərzində EMİS-də yaradılmış şəxsi kabinetlər vasitəsi ilə tərəflərə təqdim edilir və əsas sənədlə bərabər eyni gündə sənədin istiqamətin yəni kimlərə və nə vaxt ünvanladığını göstərən müşayət edici məktubda əsas sənədlə eyni vaxtda şəxsi kabinet vasitəsi ilə tərəflərə təqdim edilir. Bu yerdə onu qeyd etmək istərdim ki, iddiaçı İddiaçı tərəfindən verilmiş iddia ərizəsi üzrə qəbul edilmiş yekun və əsas sənəd olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsinin hansı tarixdə tərəflərə göndərilməsini subut edən sənədə nəzər yetirdikdə müəyyən olunur ki, sözügedən qətnamə ##.##.2026-cı il tarixli müşayətedici məktubla tərəflərə təqdim olunub. Yəni iddiaçı İddiaçı nümayəndəsi və vəkili şəxsi kabinet vasitəsi ilə ona təqdim edilmiş e*(***)-****/**** saylı##.##.2026-cı il tarixli müşayət edici məktubla müəyyən edir ki, əsas sənəd olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi iş üzrə bütün tərəflərə ##.##.2026-cı il tarixdə təqdim edilib. Ola bilər ki, e- *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli müşayət edici məktubun tarixin texniki səhv nəticəsində düzgün yazmayıblar. Lakin bu halda tərəf olaraq yekun məhkəmə aktı olan sənədin ##.##.2026-cı il tarixdə tərəflərə təqdim olunmasını iddia etmək ədalətsizlikdir. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ##.##.2026-cı il tarixdə yox məhz sənədin istiqamətini göstərən müşayət edici məktubda göstərilən gündə yəni ##.##.2026-cı il tarixdə tərəflərə təqdim edilmiş sayılır. Bu isə ümumi hesabla sadəcə 2 gün müddətin ötürülməsi deməkdir. Həmçinin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadda qeyd edilib ki, güya iddiaçı olaraq "müddətin bərpa olunması barədə" ərizədə müddətin hansı üzürlü səbəblərə görə buraxıldığını əsaslandıra bilməmişlər. Bununla əlaqədar, iddiaçı İddiaçı ##.##.1950-ci il təvəllüdlü olmaqla hazırda ahıl yaşda olan xəstə 75 yaşlı qoca bir kişidir. İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 75 yaşlı bir kişinin qoca və xəstə olmasını sübut etmək üçün əlavə olaraq hər hansı bir sənədin məhkəməyə təqdim edilməsinə ehtiyac duyulmur. Belə ki, EMİS sorğu etməklə müəyyən etmək olar ki, ##.##.1950-ci il təvəllüdlü İddiaçı təqaüdçüdür. Onun 75 yaşı var. Əlavə olaraq onun xəstə olmasını sübut etmək üçün tərəfimdən daha əvvəl məhkəmə prosesslərində müvafiq sənədlər məhkəməyə təqdim edilib. İddiaçı İddiaçı oğlu və onun digər nümayəndəsi olan Azər Məmmədovda hazırda onkoliji xəstə olmaqla 1-ci qrup əlildir və heç bir yerdə işləməməklə heç bir yerdən əlavə gəliri yoxdu. Onlar hər ikisi hazırda işıqsız evdə yaşamaqla Nəsimi Məhkəməsinin hakimindən ədalətli qərar qəbul etməsini gözləyir. Lakin hakim tərəfindən qəbul edilmiş ədalətsiz məhkəmə aktı səbəbindən 75 yaşda olan xəstə ahıl kişi onkoloji xəstə olan oğlu ilə birgə bu günədək işıqsız evdə yaşamaqda davam edir və bugünədək hakimin ədalətli qərar qəbul edəcəyini və apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa ediləcəyini gözləyir. Həmçinin, iddiaçı tərəf olaraq mülki iş üzrə yekun məhkəmə aktının qəbul edilməsi prosesinin uzadılması heç bir halda onların maraqlarına uyğun gəlmir. Cavabdeh tərəfdən fərqli olaraq bizə mülki işin məhkəmə araşdrması müddətinin uzadılmasına gərək yoxdu. Yəni iddiaçı olaraq bu onlara sərf etmir. Bu səbəbdən hesab edir ki, müddətin buraxılması həqiqətəndə üzürlü səbəblərdən olub. Beləki, iddiaçı Məmmədağa Məmmədvun 75 yaşının olması, onun ahıl yaşda xəstə olması, oğlunun ağır onkoloji xəstəlikdən əziyyət çəkməsi ilə 1-ci qrup əlil olması və hazırda heç bir yerdə işləməməsi üzürlü səbəblər sayılır. Həmçinin, məhkəmə praktikasında apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi halları tez-tez rast gəlinən haldır. Müddəti ötürmüş tərəfin ərizəsi əsasında bu müddətlər bir çox hallarda bərpa edilir və hakimlər tərəfindən məhz hansı müddətdə müddətin buraxıldığı bir çox hallarda əsas məqam kimi nəzərə alınır. Müddətin 2- 3 gün buraxılması katastrofik və çıxılmaz hal sayılmır və müddətin bərpa edilməsini xahiş etmiş tərəfin 75 yaşlı təqaüdçü olması üzürlü səbəb kimi nəzərə alınır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi rəsmi olaraq cavabdeh X1 ünvanına ##.##.2025-ci il tarixdə göndərilmiş, o, həmin qətnaməni ## ### 2025ci il tarixdə xəbərnaməyə imza ataraq qəbul etmiş, lakin apellyasiya şikayətini ilk olaraq ## #### 2025-ci il tarixdə vermişdir. Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən vaxtında məlumatlı olmuş, qətnamədən apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət buraxıldıqdan sonra verilmişdir. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı müddət ötürüldüyü səbəbindən geri qaytarıldıqdan və qərardad cavabdehin elektron kabinetinə həmin gün yerləşdirildikdən də 1 aydan çox vaxt keçdikdən sonra ## ###### 2025-ci il tarixdə ərizəni və ## ######## 2025-ci il tarixdə isə apellyasiya şikayətini yerləşdirmişdir. Göründüyü kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti ötürülmüş və müddətin üzrlü səbəbdən buraxılması bağlı hər hansı mötəbər və legitim sübut təqdim edilməmişdir Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e- *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ##.##.2026-cı il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində tərəflərin-cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin həmçinin, iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 elektron kabinetinə yüklənilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemində qətnamənin tərəflərin elektron kabinetinə yüklənməsi barədə bildiriş isə ##.##.2026-cı il tarixdə imzalanmışdır. Qeyd olunan qətnamədən apellyasiya şikayəti iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verərkən qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 müddətin ötürülməsi səbəbinin apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 50 manat məbləğində məhkəmə rüsumunu ödəməkdə iddiaçının çətinlik çəkməsi ilə əsaslandırmışdır. O, iddiaçının xəstə, yaşlı və təqaüdçü olduğunu bildirsə də, MPM-nin çəkişmə və sübutetmə prinsiplərinə uyğun olaraq, bu halların məhz şikayət verməyə necə mane olduğunu göstərən hər hansı bir mötəbər sübut (məsələn, xəstəxanada stasionar müalicədə olması barədə arayış və s.) məhkəməyə təqdim etməmişdir. Həmçinin qeyd olunur ki, qanunvericiliyin tələbinə uyğun olaraq sənədlər "Elektron məhkəmə" sistemi vasitəsilə vaxtında və rəsmi qaydada vəkilin kabinetinə çatdırılmışdır. Şəxsin peşəkar hüquqi nümayəndəsinin (vəkilinin) olması onun elektron kabinetə daxil olan bildirişləri vaxtında izləmək və icra etmək öhdəliyini yaradır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-6)-4097/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4097/2026
03.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver