Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-1013/2026 10.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X3 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Iddiaçı İddiaçı və cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Daşkəsən Regional Təhsil Idarəsi Gəncə şəhəri Mehdi Mehdizadə adına * nömrəli X2 Məktəb-Liseyəin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Daşkəsən Regional Təhsil Idarəsi Gəncə şəhəri Mehdi Mehdizadə adına * nömrəli X2 Məktəb-Liseyə qarşı «işə bərpa, məcburi proqul müddətində əmək haqqı və maddi ziyan» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, sonuncu dəfə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Daşkəsən Regional Təhsil Idarəsi Gəncə şəhəri Mehdi Mehdizadə adına * nömrəli X2 Məktəb-Liseyə riyaziyyat müəllimi təyin edilmişdir.
2. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru X1 ## ######## 2025-ci il tarixli, *-**-**/*-*-**F/**** nömrəli əmrinin surətindən görünür ki, 1. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil Idarəsinə, regional təhsil idarələrinə və Agentliyin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə tapşırılsın ki, təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsindən keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələrinin 2025-ci ilin ## ######## tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etsinlər.
3. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Daşkəsən Regional Təhsil Idarəsi cavabdeh1 direktoru nümayəndə1 ##.##.2025-ci il tarixli, *** nömrəli əmrindən görünür ki, 1. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə ## #### 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilən cavabdeh1n Riyaziyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ## ######## 2025-ci il tarixdən ləğv dilmişdir.
4. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı ünvanlandığı ##.##.2026-cı il tarixli cavab məktubunda bildirmişdir ki, “... Sizin iş yerinə bərpa olunma ilə bağlı müraciətiniz Gəncə-Daşkəsən Regional Təhsil Idarəsində qüvvədə olan normativhüquqi aktların tələbləri əsasında ətraflı araşdırılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Siz sertifikasiya imtahanının birinci mərhələsindən müvəffəqiyyətlə keçməmisiniz. Bununla belə sertifikasiya imtahanının ikinci mərhələsində iştirak edərək 46 (qırx altı) bal toplamısınız. Müsahibə mərhələsində isə üzrlü səbəbdən iştirak etməmisiniz və bu hal müvafiq qaydada nəzərə alınmışdır. Sonradan Sizə əlavə imkan yaradılaraq Bərdə şəhər * nömrəli tam orta məktəbdə təşkil olunmuş müsahibəyə cəlb olunmusunuz və həmin müsahibədən uğurla keçmişiniz. Qeyd olunan hallar qüvvədə olan sertifikasiya və işə qəbul prosedurlarının tələblərinə uyğun olaraq qiymətləndirilmişdir. Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə o cümlədən təhsil sahəsində kadrların sertifikasiya və yerdəyişməsi ilə bağlı normativ sənədlərə uyğun olaraq iş yerinizə bərpa olunmağınızla bağlı müvafiq təşkilati və hüquqi tədbirlərin görülməsi istiqamətində hazırda zəruri işlər aparılmaqdadır. Müraciətiniz diqqətə alınmışdır. Qanunvericiliyin tələblərinə uyğun şəkildə icrası təmin olunmaqdadır...”.
5. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi” PHŞ “Respublika Təcili və X6” Mərkəzi Gəncə TTTYS-nin ## ###### 2025-ci il tarixli, **** nömrəli nömrəli məlumatından görünür ki, ##.##.2025-ci il tarixdə saat 09:30 dəqiqədə ünvan 1 saylı ünvana ##.##.1980-ci il təvəllüdlü İddiaçı adına çağırış olmuşdur. Çağırış yerinə TTTYS-nin çağırışçı həkimi Fizuli Əliyev getmişdir. Xəstəyə essensial hipertenziya, baş ağrısı, dəqiqləşdirilməmiş miqren tutması diaqnozu qoyulmuşdur. Bundan sonra ##.##.2025-c il tarixdə saat 19:26 dəqiqədə yenidən çağırış olmuş, ona həkim Gülnarə Nəbiyeva tərəfindən tibbi yardım göstərilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil Idarəsi Gəncə şəhəri Mehdi Mehdizadə adına * nömrəli X2 Məktəb-Liseyə qarşı “işə bərpa, məcburi proqul müddətində əmək haqqı və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində cavabdeh – Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil Idarəsi cavabdeh1 tərəfindən verilmiş *** nömrəli ## ######## 2025-ci il tarixli əmrin ləğv olunmasına, onun əvvəlki vəzifəsinə bərpa olunmasına, qətnamə icra olunan vaxta kimi məcburi proqul müddətində əmək haqqının ödənilməsinə, 50 manat mediasiya, 500 manat vəkil xidmət haqqının cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, məlumat üçün bildirir ki, ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Daşkəsən Regional Təhsil Idarəsi Gəncə şəhəri Mehdi Mehdizadə adına * nömrəli X2 Məktəb-Liseydə müəllim vəzifəsində işləmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil Idarəsi cavabdeh1 ## ######## 2025-ci il tarixli, *** nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsi ləğv olunmuşdur. Səbəb olaraq göstərilmişdir ki, ## #### 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırılmanın müsahibə mərhələsində iştirak etməmişdir. Halbuki, o, ##.##.2025-ci il tarixində təkrar sertifikatlaşdırılmanın müsahibə mərhələsindən keçmişdir. Hesab edir ki, işləmiş olduğu məktəbdə fasiləsiz və nöqsansız fəaliyyəti, şəxsiyyəti, praktikası və kollektivdəki nüfuzu, ailə vəziyyəti əsas verirdi ki, cavabdeh onun barəsində qeyd olunan əmri verməsin. Göründüyü kimi cavabdeh ona qarşı qərəzçilik etmiş, bu halların heç birinə əhəmiyyət verməmiş, heç bir ciddi əsas olmadan ona qarşı aqressivlik göstərərək onu işdən azad etmişdir. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmişdir. Istəyir ki, məhkəmə cavabdeh tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli, *** nömrəli əmrin ləğv olunmasına, onunəvvəlki vəzifəsinə bərpa olunmasına, qətnamə icra olunan vaxta kimi məcburi proqul müddətində əmək haqqının ödənilməsinə və çəkmiş olduğu maddi ziyanın ödənilməsinə dair qətnamə qəbul etsin.
8. Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Zaman Imanov) iddia təmin edilməmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Daşkəsən Regional Təhsil Idarəsi Gəncə şəhəri Mehdi Mehdizadə adına * nömrəli X2 MəktəbLiseydə müəllim vəzifəsində işləmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil Idarəsi Gəncə şəhəri Mehdi Mehdizadə adına * nömrəli X2 MəktəbLiseyinin ## ######## 2025-ci il tarixli, *** nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsi ləğv olunmuşdur. Belə ki, iddiaçı 2024-cü ildə keçirilən sertifikasiya imtahanının birinci mərhələsindən müvəffəqiyyətlə keçməmişdir. Bundan sonra ## #### 2025-ci ildə iddiaçı yenidən sertifikasiya imtahanının birinci mərhələsində iştirak edərək 46 (qırx altı) bal toplamış və imtahandan uğurla keçmişdir. Iddiaçı İddiaçı sertifikasiya imtahanının ikinci mərhələsi olan müsahibə mərhələsinə dəvət edilmiş, imtahan ## ###### 2025-ci il tarixə təyin olunsa da iddiaçı imtahanda iştirak etməmiş, iştirak etməməsinin səbəbini səhhətinin pisləşməsi ilə izah etmişdir. Daha sonra iddiaçı işdən azad olunmuşdur. Hazırda iddiaçı qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə iclasında iddia tələbini müdafiə etmişdir. Cavabdeh tərəf isə nə məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etmiş, nə də iddia tələbinə dair yazılı etirazını təqdim etmədiyindən onun iddia tələbinə dair münasibətini öyrənmək mümkün olmamışdır.
10. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “q” bəndi, 11, 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndi, 45-ci maddəsinin 1-ci bəndi, 67-ci maddəsinin 1-ci bəndi, 67-1-ci maddəsinin 2-ci bəndi, 67- 2-ci maddəsinin 2-ci bəndi, 67-2-ci maddəsinin 4-cü bəndi, 68.1, 70-ci maddəsində “c” bəndi, 71-ci maddəsinin 3-cü bəndi, 79-cu maddəsinin 1-ci bəndinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbimin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixindən ##.##.2025-ci il tarixədək Azərbaycan Respubkası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil Idarəsi cavabdeh1 müəllim kimi işləmişdir. ##.##.2025-ci il tarixində *** nömrəli əmrlə işdən azad edilmişdir. Belə ki, 2024-cü ildə keçirilən sertifikasiya imtahanın birinci mərhələsində iştirak etmədiyi üçün kəsilsə də, ##.##.2025-ci il tarixində test imtahanından uğurla keçmişdir. Sertifikasiya mərhələsinin ikinci mərhələsi ##.##.2025-ci ildə keçirilmişdir. Lakin, səhhətində problem olduğundan imtahanda iştirak edə bilməmişdir. Bunu iş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi” PHŞ “Respublika Təcili və TəxirəsalmazTibbi Yardım” Mərkəzi Gəncə TTTYS-in ## ###### 2025-ci il tarixli, **** nömrəli məlumatı da təsdiq edir. Həmin məlumatda qeyd olunmuşdur ki, ##.##.2025-ci il tarixdə saat 09:30 dəqiqədə İddiaçı adına çağırışolmuşdur. Xəstəyə essensial hipertenziya, baş ağrısı, dəqiqləşdirilməmiş miqren tutması diaqnozu qoyulmuşdur. Bundan sonra ##.##.2025-ci il tarixdə saat 19:26 dəqiqədə yenidən çağırış olmuş, ona tibbi yardım göstərilmişdir. Xəstəxanadan alınmış bu arayışdan görünür ki, onun ##.##.2025-ci il tarixində sertifikasiya mərhələsinin ikinci mərhələsi keçirilərkən miqren tutmam olmuşdur. Bununla bağlı məktəb direktoruna şifahi məlumat vermişdi. Direktor isə onun sözlərinə əhəmiyyət verməyərəq *** nömrəli, ##.##.2025-ci il tarixli əmri qəbul edərək onu işdən azad etmişdir. Bundan sonra o, Elm və Təhsil Nazirliyinə yenidən imtahanda iştirak etməyi ilə bağlı müraciət etmişdir. ##.##.2025- ci il tarixində yenidən müsahibə mərhələsi təşkil edilmiş və o, 46 bal toplayaraq imtahandan keçmişdir. Buna baxmayaraq məktəb direktoru onu işə bərpa etmədi. Elm və Təhsil Nazirliyinə müraciət etdikdə isə onu tezliklə işlə təmin edəcəklərini bildirsələr də, bunu etməmişlər. O, kənar məktəbdə işə bərpa olunmaq istəmir. O, cavabdeh idarə Azərbaycan Respubkası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil Idarəsi cavabdeh1 yenidən müəllim vəzifəsində çalışmaq istəyir. O müəllim kollektivinə, dərs dediyi şagirdlərinə çox bağlıdır. Yenidən şagirdlərlə işləmək, onların inkişafına töhfə vermək istəyir. Şagirdlərin bilik və bacarıqlarının formalaşmasında iştirak etmək onamənə böyük sevinc bəxş edir. Cavabdeh idarə isə onun bu arzularını ürəyimdə qoymağa çalışır. Belə ki, onun ##.##.2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırılmanın müsahibə mərhələsində uğur qazanmağına baxmayaraq məktəb direktoru onu işə bərpa etmək istəmir. O imtahandan keçməyi ilə bağlı müvafiq sənədləri cavabdehə və məhkəməyə təqdim etmişdir. Göründüyü kimi cavabdeh ona qarşı qərəzli mövqedə durmuş, yuxarıda qeyd etdiyi halların heç birinə əhəmiyyət verməmiş, heç bir ciddi əsas olmadan ona qarşı aqressivlik göstərərək onu işdən azad etmişdir. Halbu ki, onun məktəbdə işlədiyi müddət ərzində fasiləsiz və nöqsansız fəaliyyəti, praktikası və kollektivdəki nüfuzu əsas verirdi ki, cavabdeh sözü gedən əmri onun barəsində verməsin. Qeyd etdiyim əsaslara görə hesab edir ki, məhkəmə iddianı rədd edərkən həm maddi, həm də prosesual hüquq normalarını kobudluqla pozmuşdur. Belə ki, məhkəmə öz qətnaməsində göstərir ki, iddiam əsassızdır. Halbu ki, cavabdeh tərəf heç bir əsas olmadan onu işdən azad etmişdir. Iddia tələbinin əsaslı olmasına dair məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim etmişdir. Eyni hallarla bağlı başqa bir müəllim həmkarı da Gəncə şəhər Məhkəməsində iddia qaldırmışıdır və Gəncə şəhər Məhkəməsi həmin iddia tələbini təmin etmişdir. Hesab edir ki, məhkəmə iddia tələbi ilə bağlı məhkəməyə təqdim etmiş olduğum mötəbər sübutlara obyektiv qiymət verməmişdir. Bu səbəbdən də sözü gedən məhkəmə qətnaməsinin ləğv olunmasını və iddia tələbimin təmin edilməsini istəyirəm. Çünki mən üzürlü səbəbdən müsahibədə iştirak edə bilməmişdir və sonradan müsahibədə iştirak edib, yüksək nəticə əldə etmişdir. Əldə etdiyi uğura görə ona müvafiq mesaj göndərilmişdir. Belə olan halda o işdən azad olunmalı deyildi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Daşkəsən Regional Təhsil Idarəsi Gəncə şəhəri Mehdi Mehdizadə adına * nömrəli X2 Məktəb-Liseyəin nümayəndəsi nümayəndə1 iddiaçının müəllim peşəsinin öhdəsindən layiqincə gəldiyini bildirmişdir. Lakin sertifikasiyadan keçəndən sonra müsabiqədə iştirak etmədiyi üçün və onlara müsahibə mərhələsindən keçməyən müəllimlərin işdən azad edilməsi barədə məktub gəldiyindən, sonradan isə müsahibədən keçdikdən sonra işdə saxlanılması barədə agentlikdən məktub gəlmədiyindən iddiaçının işdən çıxarılması barədə əmr vermişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
16. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
17. Maddə 11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrinə xitam vermək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, daxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; f) əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək; g) əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək; ğ) işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək; h) bu Məcəllədə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, işçiləri ezamiyyətə göndərmək.
18. Maddə 68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
19. 70-ci maddənin c) bəndi. Işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu:
20. Maddə 1.0.6-1. Sertifikatlaşdırma – dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində), habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru
21. Maddə 29.0.43. Təhsil sahəsində dövlətin vəzifələri dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin), habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərinin və bu qəbildən olan digər dövlət təhsil müəssisələrinin təhsilverənlərinin sertifikatlaşdırılması qaydasını müəyyən etmək və sertifikatlaşdırmanı həyata keçirməkdir.
22. Maddə 6-2.1. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində), habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər.
23. Maddə 36-2.2. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində), habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
24. 36-2.3. Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: 36-2.3.1. hamilə qadınlar; 36-2.3.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 36-2.3.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 36-2.3.4. azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.
25. Maddə 36-2.5. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
26. 36-2.6. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
32. Maddə 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışınun hədləri
33. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini tam şəkildə ləğv edilməsini xahiş etdiyindən birinci instasniya məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir.
38. Iddianı təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Daşkəsən Regional Təhsil Idarəsi Gəncə şəhəri Mehdi Mehdizadə adına * nömrəli X2 MəktəbLiseydə müəllim vəzifəsində işləmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil Idarəsi Gəncə şəhəri Mehdi Mehdizadə adına * nömrəli X2 MəktəbLiseyinin ## ######## 2025-ci il tarixli, *** nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsi ləğv olunmuşdur. Belə ki, iddiaçı 2024-cü ildə keçirilən sertifikasiya imtahanının birinci mərhələsindən müvəffəqiyyətlə keçməmişdir. Bundan sonra ## #### 2025-ci ildə iddiaçı yenidən sertifikasiya imtahanının birinci mərhələsində iştirak edərək 46 (qırx altı) bal toplamış və imtahandan uğurla keçmişdir. Iddiaçı İddiaçı sertifikasiya imtahanının ikinci mərhələsi olan müsahibə mərhələsinə dəvət edilmiş, imtahan ## ###### 2025-ci il tarixə təyin olunsa da iddiaçı imtahanda iştirak etməmiş, iştirak etməməsinin səbəbini səhhətinin pisləşməsi ilə izah etmişdir. Daha sonra iddiaçı işdən azad olunmuşdur. Hazırda iddiaçı qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə iclasında iddia tələbini müdafiə etmişdir. Cavabdeh tərəf isə nə məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etmiş, nə də iddia tələbinə dair yazılı etirazını təqdim etmədiyindən onun iddia tələbinə dair münasibətini öyrənmək mümkün olmamışdır.
39. Işin faktiki halları kimi müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı ## #### 2025-ci il tarixdə üzrlü səbəbdən iştirak etmədiyi üçün sertifikatlaşdırmadan keçməmişdir. Daha sonra iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müraciət etmiş və onun həmin sertifikasiya imtahanında iştirak edə bilməmə səbəbi araşdırılmış və üzrlü hal kimi qəbul edilmişdir. Bu halı iş materiallarına olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı ünvanlandığı ##.##.2026-cı il tarixli cavab məktubu ilə müəyyən edilir. Belə kiu, həmin iddiaçıya cavab məktubunda bildirmişdir ki, “... Sizin iş yerinə bərpa olunma ilə bağlı müraciətiniz Gəncə-Daşkəsən Regional Təhsil Idarəsində qüvvədə olan normativhüquqi aktların tələbləri əsasında ətraflı araşdırılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Siz sertifikasiya imtahanının birinci mərhələsindən müvəffəqiyyətlə keçməmisiniz. Bununla belə sertifikasiya imtahanının ikinci mərhələsində iştirak edərək 46 (qırx altı) bal toplamısınız. Müsahibə mərhələsində isə üzrlü səbəbdən iştirak etməmisiniz və bu hal müvafiq qaydada nəzərə alınmışdır. Sonradan Sizə əlavə imkan yaradılaraq Bərdə şəhər * nömrəli tam orta məktəbdə təşkil olunmuş müsahibəyə cəlb olunmusunuz və həmin müsahibədən uğurla keçmişiniz. Qeyd olunan hallar qüvvədə olan sertifikasiya və işə qəbul prosedurlarının tələblərinə uyğun olaraq qiymətləndirilmişdir. Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə o cümlədən təhsil sahəsində kadrların sertifikasiya və yerdəyişməsi ilə bağlı normativ sənədlərə uyğun olaraq iş yerinizə bərpa olunmağınızla bağlı müvafiq təşkilati və hüquqi tədbirlərin görülməsi istiqamətində hazırda zəruri işlər aparılmaqdadır. Müraciətiniz diqqətə alınmışdır. Qanunvericiliyin tələblərinə uyğun şəkildə icrası təmin olunmaqdadır...” Lakin cavabdeh1n Riyaziyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ## ######## 2025-ci il tarixdən ləğv edilmişdir.
40. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.5-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Qanunvericiliyin də tələbindən göründüyü kimi, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmalıdır.
41. Iş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi” PHŞ “Respublika Təcili və X6” Mərkəzi Gəncə TTTYS-nin ## ###### 2025-ci il tarixli, **** nömrəli nömrəli məlumatından görünür ki, ##.##.2025-ci il tarixdə saat 09:30 dəqiqədə ünvan 1 saylı ünvana ##.##.1980-ci il təvəllüdlü İddiaçı adına çağırış olmuşdur. Çağırış yerinə TTTYS-nin çağırışçı həkimi Fizuli Əliyev getmişdir. Xəstəyə essensial hipertenziya, baş ağrısı, dəqiqləşdirilməmiş miqren tutması diaqnozu qoyulmuşdur. Bundan sonra ##.##.2025-c il tarixdə saat 19:26 dəqiqədə yenidən çağırış olmuş, ona həkim Gülnarə Nəbiyeva tərəfindən tibbi yardım göstərilmişdir. Bu hal isə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən araşdırılmış və üzrlü hal kimi qəbul edilmişdir.
42. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
43. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
44. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin ləğvi zamanı cavabdeh təhsil müəssisəsi tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Belə ki, iddiaçının sertifikasiya imtahanının ikinci mərhələsində iştirak edərək 46 (qırx altı) bal topladıqdan sonra müsahibə mərhələsində iştirak etməməsi üzrlü hesab edilmiş və iddiaçı agentliyin qərarı ilə təkrara müsahibəyə buraxılmaqla həmin mərhələni müvəffəqiyyətlə keçmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Iddia tələbi təmin edilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi :
Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi təmin edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil Idarəsi cavabdeh1 direktoru nümayəndə1 tərəfindən imzalanmış *** nömrəli ## ######## 2025-ci il tarixli əmr ləğv edilsin, iddiaçı İddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və qətnamə icra olunan vaxta kimi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci və 500 (beş yüz) manat vəkil xidmət haqqı cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Daşkəsən Regional Təhsil Idarəsi cavabdeh1 alınaraq iddiaçı İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.