Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-1076/2026 05.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh İsmayıl qızı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh İsmayıl qızıına qarşı «cehiz əşyalarla birlikdə evdən çıxarılma» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh İsmayıl qızıının iddiaçıya məxsus olan Gəncə şəhəri, Sadıllı qəsəbəsi, İbrahim İsmayılzadə küçəsi, ev 162 (Yeni qaydalarla ünvan 1) ünvanında yerləşən fərdi yaşayış evindən cehiz əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə ##.##.2026-cı il tarixdə məhkəməyə yazılı vəsatət təqdim edərək cavabdeh evdən çıxdığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ilə iddiaçının nümayəndəsinin vəsatəti əsasında iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Gəncə Şəhər Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından narazı qalan cavabdeh Cavabdeh İsmayıl qızı şikayət verərək, qərar əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf vəsatətində onun mübahisəli mənzildən öz xoşu ilə çıxdığını iddia edərək məhkəməyə yanlış məlumat vermişdir. Qeyd edir ki, bir müddət əvvəl iddiaçı tərəf onun qanuni şəkildə yaşadığı mənzildə mavi yanacağın (qazın), suyun verilişini qanunsuz olaraq kəsdirmiş və onun həmin mənzildə normal şəraitdə yaşamasına süni maneələr törətmişdir. Həmçinin iddiaçı evə kameralar quraşdırımış və daimi olar onu izləyirdi. Yaranmış bu dözülməz şərait və gərginlik fonunda, əlavə mübahisələrin və münaqişələrin yaranmaması məqsədilə, o məcburi şəkildə yalnız özünə məxsus gündəlik geyim əşyalarını götürərək müvəqqəti olaraq evdən uzaqlaşmalı olmuşdur. Bu, onun mənzildən imtina etməsi və ya tamamilə çıxması anlamına gəlmir. İddiaçı tərəf özünün qanunsuz hərəkətləri ilə onu mənzildən sıxışdırıb çıxarmış, daha sonra isə məhkəməni aldadaraq işin mahiyyəti üzrə baxılmasından və hüquqi məsuliyyətdən yayınmaq üçün bu vəsatəti vermişdir. Birinci instansiya məhkəməsi isə bu mühüm halları tam və hərtərəfli yoxlamadan, birtərəfli qaydada qərardad qəbul etmişdir. Həmin iclasda o bu vəsatətin təmin edilməməsini, ortada qanunsuz çıxarılma və təzyiq faktının olduğunu bildirərək işə mahiyyəti üzrə baxılmasını və hüquqlarına hüquqi qiymət verilməsini tələb etsə də, məhkəmə onun etirazını və hüquqi maraqlarını nəzərə almamışdır. İddia sənədlərinin bu formada geri qaytarılması onun gələcəkdə həmin mənzildə yaşamaq (istifadə) hüququnun tanınması prosesini qeyri-müəyyən vəziyyətdə qoyur və hüquqlarının müdafiəsinə ciddi maneələr yaradır. Odur ki, Gəncə Şəhər Məhkəməsinin e-2(5-121)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh İsmayıl qızı tərəfdən verilmiş şikayətin təmin edilməməsi və şikayətin material ilə birlikdə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-7)-1076/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-1076/2026
05.08.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver