Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-1167/2026 05.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mülkiyyətində olan əmlaka daxil ola bilmək üçün yolun ayrılması” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı İddiaçı məhkəmədə iddia qaldıraraq, ünvan 1 ünvanında cavabdehin 0.28 ha torpaq sahəsində yerləşən, lakin mülkiyyət hüquqları ilə ona məxsus fərdi yaşayış evinə daxil ola bilmək üçün cavabdehin torpaq sahəsindən istifadəyə dair servitut hüququ tanınmaqla, avtomobilinin girişi daxil olmaqla yolun ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Ziya Abdullayev) iddianın təmin edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ************-***** saylı çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətində olan 42.50 kv.metr fərdi yaşayış evinə onun avtomobil ilə daxil olması məqsədi ilə çıxarışla cavabdeh Cavabdeh mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin qərb hissəsindən naturada mövcud olan giriş darvazasından istifadə etməklə (rəyə əlavə olunmuş sxematik plana uyğun olaraq), iddiaçının hesabına arakəsmə (dəmir tordan və ya digər materiallardan) müəyyən edilərək, arakəsmə istinad nöqtəsi olmaqla üç metr enində servitut qaydasında yolun açılması, hal-hazırki qətnamənin servitut hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olması və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh tərəfindən ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini “Elektron Məhkəmə” İnformasiya Sistemi və iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bərdə Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, birincin instansiya məhkəməsi apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş prosessual müddət daxilində verilib-verilməməsini yoxlamadan işi apellyasiya instansiya məhkəməsinə göndərmişdir. İş materiallarının 56-ci vərəqində olan Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/****-*** saylı, ##.##.2026-cı il tarixli məhkəmə aktı elektron imza ilə təsdiq edilməklə ##.##.2026-cı il tarixdə saat 16:44-də cavabdeh Cavabdeh məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. Apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə verilmişdir. Eyni zamanda iş materiallarının 57-ci vərəqində olan SX060882585AZ ştrix kodlu xəbərnamədən görünür ki, cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə xəbərnaməyə imza edərək məhkəmə qətnaməsini almışdır. Göründüyü kimi, işdə ziddiyətli hallar olmasına baxmayaraq birinci instansiya məhkəməsi apellyasiya şikayətinin prosessual müddət daxilində verilib-verilməməsini araşdırmadan işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə görə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilməlidir. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Göründüyü kimi, apellyasiya şikayətinin mümkün hesab edilə bilməsi əsaslarından biri onun müəyyən edilmiş müddət ərzində verilməsidir. Lakin hazırkı işdə iş materialları ilə bunun müəyyən edilməsi mümkün deyildir. Prosessual müddətlərin müəyyən edilməsi və onlara əməl olunması mülki məhkəmə icraatında hüquqi müəyyənlik, tərəflərin bərabərliyi və ədalətli məhkəmə araşdırılması prinsiplərinin təmin edilməsinə xidmət edir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası hesab edir ki, şikayət qanunvericiliyə uyğunluğunun yoxlanılması üçün geri qaytarılmalı, birinci instansiya məhkəməsi şikayətin MPM-yə uyğunluğunu yoxlayarkən, göstərilən nöqsanları aradan qaldırmalı və qərardadda göstərilən əsasları nəzərə almalıdır. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını müzakirə edərək, verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 364.1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb qanuni qərar qəbul etməlidir. Həmin Məcəllənin 366.1 və 366.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363, 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti hüquqi qiymət verilməsi üçün iş materialları ilə birlikdə Bərdə Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-7)-1167/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-1167/2026
05.08.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver