Məhkəmə qərarları › İş №e-2(3-7)-1219/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-1219/2026

09.09.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-1219/2026 09.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: əmək mübahisələri, əmrin ləğv edilməsi və işə bərpa Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Tural Nurulla oğlu və Cavadova Günay Ismayıl qızından ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Iddiaçı İddiaçı və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, Işin halları

1. ##.##.2009-cu il tarixli ******* saylı İddiaçı məxsus əmək kitabçasından görünür ki, Bərdə şəhəri * saylı körpələr evi-uşaq bağçası tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**- **/*-***K/**** nömrəli əmrə əsasən İddiaçı bağça müdiri vəzifəsinə xitam verilmişdir.

2. ##.##.2025-ci il tarixli *-**-**/*-***K/**** nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, Bərdə şəhər * nömrəli körpələr evi-uşaq bağçasının müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ## ###### 2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən, işçinin təşəbbüsü ilə xitam verilmişdir.

3. ##.##.2025-ci il tarixli ərizədən görünür ki, ##.##.2025-ci il tarixdə İddiaçı ərizə yazaraq bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir.

4. ##.##.2025-ci il tarixli Qarabağ Regional Təhsil Idarəsi tərəfindən iddia müddətinin tətbiqi barədə ərizədən görünür ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixli *-**-**/*-*-**K/**** nömrəli əmrin ləğv edilməsi tələbi ilə əlaqədar ##.##.2025-ci il tarixdə Qarabağ Regional Təhsil Idarəsinə müraciət etməklə hüququnun pozulduğunu bildiyini açıq şəkildə göstərir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilmiş iddia müddəti də həmin tarixdən etibarən başlamışdır. Iddiaçı yalnız ##.##.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir ki, bu da iddia müddətinin ötürüldüyünü təsdiq edir.

5. ##.##.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı ##.##.2025-ci il tarixində öz istəyi ilə işdən çıxmaq üçün ərizə yazıb işdən çıxmışdır. Yazdığı ərizə üçün çox peşman olmuşdur. Yenidən öz işinə, * saylı körpələr evi-uşaq bağçasında müdir vəzifəsinə qayıtmasına köməklik edilməsini xahiş etmişdir.

6. Qarabağ Regional Təhsil Idarəsinə ünvanlanmış müraciətə verilən cavab məktubundan məlum olur ki, müraciətdə qeyd edilən vəzifəyə işə bərpa məsələsi idarənin səlahiyyətləri daxilində deyil.

7. ##.##.2025-ci il tarixli *-**-**/*-****/**** saylı Qarabağ Regional Təhsil Idarəsi tərəfindən verilmiş etirazdan görünür ki, hazırda qarşı tərəfin bu prosesi "ərizə yazmağa məcbur etmək" kimi təqdim etməsi həm faktiki, həm də hüquqi baxımdan əsassızdır. Iddiaçı əmək müqaviləsinin xitam tarixini öz ərizəsində açıq şəkildə göstərmiş, bu isə işəgötürənin onu həmin tarixdə işdən azad edilməsi üçün tam hüquqi əsas yaratmışdır. İddiaçı iddiasında ##.##.2025-ci il tarixdə ərizənin geri götürülməsi ilə bağlı müraciət etdiyini bildirmişdir. Onun müraciətinə müvafiq cavab verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Qarabağ Regional Təhsil Idarəsinin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025- ci il tarixli, *-**-**/*-*-**K/** nömrəli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi və onun öz əvvəlki işinə, yəni Bərdə şəhəri * nömrəli körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh Qarabağ Regional Təhsil Idarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa edilmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl qanunla müəyyən edilmiş ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 (altmış) manat mediasiya xərcini ödəmişdir. 2008–2012-ci illərdə X5 ibtidai təhsilin pedaqoqikası və metodikası ixtisası üzrə ali təhsil almışdır. 2019-cu ildən 2021-ci il tarixədək Bərdə şəhəri ** nömrəli körpələr evi-uşaq bağçasında tərbiyəçi, ## ##### 2021-ci il tarixdən ##.##.2025-ci il tarixədək isə Bərdə şəhər * nömrəli körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləmişdir. Həmin müddət ərzində cavabdeh onun əmək hüquqlarını kobud şəkildə pozmuş, hamilə olarkən və hamiləlikdən sonra qanunla verilməli olan məzuniyyət hüququnu məhdudlaşdırmış və nəhayət, ##.##.2025-ci il tarixdə işdən çıxması barədə ərizə yazdırmağa məcbur etmişdir. Belə ki, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək 42 gün əmək məzuniyyətində olmuşdur. Hamiləliyə və doğuşa görə məzuniyyətə çıxmaq istəsə də, lakin ona icazə verməmişlər. Buna görə də o, ##.##.2024-cü il tarixdən işə başlamışdır. Hamiləliyi çətin və ağır keçdiyinə görə cavabdeh təşkilata müraciət etmiş və yenidən işləyə bilmədiyini görüb ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək onu analıq məzuniyyətinə buraxmışlar. Doğuş qeysəriyyə əməliyyatı vasitəsilə həyata keçirilmişdir. Əməliyyatdan sonra ona əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 14 günlük xəstəlik vərəqəsi (bülleten) verilmişdir. Məzuniyyətdən qayıdan kimi cavabdeh onu öz ərizəsi ilə işdən çıxarılması barədə ərizə yazmağa məcbur etmişdir. Məcbur qalaraq ##.##.2025-ci il tarixdə öz xahişi ilə işdən azad olunması barədə ərizə yazmışdır. Elə həmin tarixdə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən işdən azad edilmişdir. Buna baxmayaraq, ##.##.2025-ci il tarixdə ərizə yazmaqda peşman olduğunu və öz işinə qaytarılmasına köməklik edilməsini cavabdehdən xahiş etmişdir. Lakin həmin ərizəyə bu günə kimi heç bir cavab verilməmişdir. Həmçinin dəfələrlə rəhbərliyin qəbulunda olmasına baxmayaraq, əmrin surətini və əmək kitabçasını təqdim etməmişlər. Əvəzində isə heç bir orqana müraciət etməməsini və öz əvvəlki işinə qaytarılmayacağını bildirmişlər. Cavabdehin onu işinə qaytarmadığını gördükdə və sonuncu dəfə müraciət etdikdən sonra ##.##.2025-ci il tarixdə əmrin surətini və əmək kitabçasını ona təqdim etmişlər. Sənədlərini götürdükdən sonra ##.##.2025-ci il tarixdə mediasiya sessiyasında iştirak etmək üçün Bərdə * saylı Mediasiya təşkilatına müraciət etmişdir. Cavabdehin nümayəndəsi mediasiya sessiyasında iştirak etsə də, aralarında barışıq sazişi əldə edilməmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.

10. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi (hakim Ziya Abdullayev) ilə iddia tələbinin təmin edilməməsi; cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli əmrinin qanuni hesab edilməsi və iddiaçı İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya ödənişi, eləcədə 50 (əlli) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 35ci maddəsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 79, 300.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 82.4, 88, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, onun məhkəməyə təqdim etdiyi səs yazısından da görünür ki, işdən çıxarılmağı işəgötürənin təzyiqləri ilə müşahidə edilmiş və onun öz xahişi ilə işdən çıxmağı barədə ərizə yazmağı həqiqətə uyğun olmamışdır. Həmçinin doğuşdan sonra uşağa qulluğa görə 3 illik məzumiyyət hüququ ola-ola belə bir ərizənin yazılmasının hansı şərtlər altında baş verdiyini məhkəmə araşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, o, 2021-ci ildə Bərdə şəhər * nömrəli körpələr eviuşaq bağçasının müdiri vəzifəsinə təyin edilmişdir. ## ######## 2024-cü il tarixdə analıq məzuniyyətinə çıxmışdır. Həmin vaxt regionun rəhbəri Sənan Mənsimli təyin olunduqdan sonra ona dəfələrlə zəng gəlmiş, eləcədə idarəyə çağırılaraq, təzyiq göstərib işdən çıxma ilə bağlı ərizə yazmağa məcbur etmişlər. O, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianının təmin edilməsini məhkəmədən xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, iddiaçını Sənan Mənsimli deyil, Eşqin Bağırov işə götürmüşdür. Iddiaçının sübut kimi bildirdiyi səs yazısı rayon təhsil sektorunun məsləhətçisinin səsidi, hansıki bu işə onun heç aidiyyəti yoxdur. Əmrin surətinin alıb-almamasına gəldikdə isə bu elektron şəkildə həyata keçirilir və sözügedən əmr işçinin elektron kabinetinə yerləşdirilmişdir. Iddiaçı ərizəni könüllü yazmış onu heç kim məcbur etməmiş, iddiaçının işdən azad olunması barədə ərizə nəzərə alınmış və əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də,apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

17. Maddə 2. Hissə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

18. Maddə 6. Hissə 2. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.

19. Maddə 9 (bənd “q”). Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir.

20. Maddə 14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.

21. Maddə 68

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

22. Maddə 69

1. Işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. Işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

23. Maddə 76

1. Işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

30. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

32. 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

37. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

39. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı ## ##### 2021-ci il tarixdən Bərdə şəhər * nömrəli körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə işə qəbul edilmiş, ##.##.2025-ci il tarixdə isə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Əmək müqaviləsinə xitam verilməsi barədə yazdığı ərizəni Cavabdeh rəhbərliyinin ona qarşı göstərdikləri təhdid və təzyiq altında yazdığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş işə baxan birinci instansiya məhkəməsidə iddianı rədd etmişdir.

42. Belə ki, İddiaçı əmək müqaviləsinə ## ###### 2025-ci il tarixdən xitam verilməsi barədə işəgötürənə ərizə verməsi işin mübahisə olunmayan tərəfidir. Mübahisə həmin ərizənin Cavabdeh rəhbərliyinin göstərdiyi təhdid və təzyiq altında yazılmasından ibarətdir. Iddiaçı İddiaçı belə bir dəlil irəli sürsədə, kollegiya onun bu dəlilini əsaslı saymır. Əvvəla sonuncu bunun təsdiq barədə məhkəməyə hər hansı bir möhtəbər sübut təqdim etməmişdir. Digər tərəfdən əgər həqiqətən adı çəkilən şəxslər tərəfindən iddiaçıya belə bir təhdid və təzyiq olmuşdursa, bu halda o hüquq-mühafizə orqanlarına, əmək müfəttişliyinə müraciət edər və ya “Cavabdeh rəisi Sənan Mənsimlinin adına ## ###### 2025-ci il tarixdə ünvanladığı ərizədə işdən çıxması ilə bağlı yazmış olduğu ərizəni məhz təhdid və təzyiq altında yazdığını göstərərdi. Əksinə İddiaçı həmin ərizəsində qeyd etmişdir ki, öz istəyi ilə işdən çıxmışdır.

43. Məhkəmə kollegiyası qeyd edir ki, bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

44. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. Işə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanunhüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

45. Kollegiya bir daha xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

46. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı İddiaçı əmək müqaviləsinə ## ###### 2025-ci il tarixdən xitam verilməsi barədə işəgötürənə məhz təhdid və təzyiqi altında ərizə verməsi barədə hər hansı bir möhtəbər sübut nə birinci instansiya məhkəməsinə nədə ki, məhkəmə kollegiyasına təqdim etməmişdir.

47. Avropa Insan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

48. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə, iddiaçı İddiaçı cavabdeh Qarabağ Regional Təhsil Idarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa edilmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl qanunla müəyyən edilmiş ilkin mediasiya sessiyasında iştirak etmişdir. O, ## ##### 2021-ci il tarixdən ##.##.2025-ci il tarixədək Bərdə şəhər * nömrəli körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləmişdir. ##.##.2025-ci il tarixdə işdən çıxması barədə ərizə yazmışdır. Həmin gün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən işdən azad edilmişdir. Daha sonra iddiaçı ##.##.2025-ci il tarixdə ərizə yazmaqda peşman olduğunu və öz işinə qaytarılmasına köməklik edilməsini cavabdehdən xahiş etmişdir. Cavabdeh tərəfin onu işinə qaytarmadığını gördükdə, sonuncu dəfə müraciət etdikdən sonra ##.##.2025-ci il tarixdə əmrin surətini və əmək kitabçasını ona təqdim etmişlər. Sənədlərini götürdükdən sonra ##.##.2025-ci il tarixdə mediasiya sessiyasında iştirak etmək üçün Bərdə 1 etmişdir. Hər iki tərəf mediasiya sessiyasında iştirak etmişdir. Iddiaçı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində iddiaçı - işdən çıxarılmağı işəgötürənin təzyiqləri ilə - olmuşdur desədə də, məhkəmə kollegiyası bu istiqamətdə araşdırma aparmış və müəyyən etmişdir ki, baxılan işdə iddiaçı əmək müqaviləsinin xitam tarixini ##.##.2025-ci il tarixli ərizəsində (bax səhifə 27) açıq şəkildə göstərmiş, bu isə işəgötürənin onu həmin tarixdə işdən azad edilməsi üçün tam hüquqi əsas yaratmışdır. Göründüyü kimi, İddiaçı ##.##.2025-ci il tarixdə ərizənin geri götürülməsi, öz işinə qayıtması ilə bağlı müraciət etsədə, həmin müraciətdə cavabdehin onu öz ərizəsi ilə işdən çıxarılması barədə ərizə yazmağa məcbur edilməsini bildirməmişdir. Işdən çıxarılma barədə ərizənin təzyiq və təsir altında alınması müəyyən edilməmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri həqiqəti əks etdirmir və təmin oluna bilməz.

49. Bundan başqa, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar