Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-1261/2026 02.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Cavabdeh MMC tərəfindən verilmiş şikayətə dair Hakimlər Məmmədov Tural Nurulla oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Cavabdeh MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı İlqar qızı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-nin ##.##.2025-ci il tarixli, ***/** nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı İlqar qızına məxsus əmək kitabçasında və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “əmək və məşğulluq alt sistemi”ndə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edildiyi barədə əmrin ləğv edilməsi yönündə dəyişiklik edilməsi, iddiaçı İddiaçı İlqar qızının Cavabdeh MMCnin "Ayta Market" bölməsində "Mühasib" vəzifəsinə işə bərpa edilməsi, ##.##.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi, məruz qaldığı mənəvi zərərə görə ona 3000 manat, maddi zərərə görə isə 384 manat, ümumilikdə 3384 manat pulun ödənilməsi barədə cavabdeh Cavabdeh MMC-nin üzərinə öhdəlik qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı İddiaçı İlqar qızının etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə ərizə verərək cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş, ##.##.2025-ci il tarixli, ***/** nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, iddiaçı İddiaçı İlqar qızının ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək Cavabdeh MMC-nin "Ayta Market" bölməsində "Mühasib" vəzifəsinə işə bərpa edilmiş hesab edilməsi və həmin müddət üçün ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməsi, məruz qaldığı mənəvi zərərə görə ona 3000 manat, maddi zərərə görə isə 384 manat, ümumilikdə 3384 manat pulun ödənilməsi barədə cavabdeh Cavabdeh MMC-nin üzərinə öhdəlik qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-in direktoru Ayhan Calbay tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ***/** nömrəli əmr ləğv edilməsi, iddiaçı İddiaçı İlqar qızı ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək işə bərpa edilmiş hesab edilməsi və həmin müddət üçün ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməsi qət edilmişdir.
4. Həmin qətnamədən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilmişdir.
5. Gəncə Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
6. Ərizəçi Cavabdeh MMC həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayətini və buraxılmış prosessual müddətin bərpasına dair ərizəni şəxsi kabineti vasitəsilə vermişdir. Cavabdeh Cavabdeh MMC şəxsi kabinetdə e-*(*-***)-***/**** nömrəli işdə "Yeni şikayət" pəncərəsinə daxil olmaqla MPM-ə * saylı əlavədə müəyyən olunmuş qaydaya uyğun hazırlanmış bölmələri doldurmaqla apellyasiya şikayətini Gəncə Şəhər Məhkəməsinə göndərmişdir. Apellyasiya şikayətinin üstündə Gəncə Apellyasiya Məhkəməsinin adının yazılması texniki olaraq mümkün deyil, bunu elektron məhkəmə sistemində yazmaq olmur. Sistem özü ardıcıl olaraq keçid edir və hər bir keçid MPM-ə * saylı əlavəsinə uyğun aparılır, aparılmadıqda sistem növbəti keçidə keçmir. Şəxsi kabinetdən görüntünü şikayətə əlavə etməklə qeyd etdikləri fakt təsdiq olunur. Sistemin xətasını MPM-ə * saylı əlavəyə əməl edilməməsi kimi qiymətləndirmək olmaz. Məhkəmənin qəbul etdiyi qərardad işin halları ilə uzlaşmır. Məhkəmə qərardadında qeyd edir ki, hazırkı iş üzrə qətnamədən verilmiş apellyasiya şikayətində apellyasiya şikayətinin verildiyi məhkəmənin adı və ünvanı göstərilməmişdir. Əlavə etdikləri şəxsi kabinetin pəncərəsindən, eyni zamanda təqdim olunan şikayətin başlığından görünür ki, şikayətin üzərində Apellyasiya şikayəti yazılıb. Əgər cavabdeh şəxsi kabineti vasitəsilə Gəncə şəhər məhkəməsinin qətnaməsindən şikayət və buraxılmış prosessual müddətin bərpasına dair ərizə verirsə, Gəncə şəhər məhkəməsi bu sənədlərə baxaraq gəldiyi nəticəyə baxan növbəti instansiya Gəncə Apellyasiya Məhkəməsidir. Elektron Məhkəmə Sisteminin həmin apellyasiya şikayətinin digər apellyasiya instansiyasına göndərməsi mümkünsüz bir haldır. Odur ki, Gəncə Şəhər Məhkəməsinin e-*(*- ***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
8. Gəncə Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. İş materiallarından aydın olur ki, Cavabdeh MMC tərəfindən ##.##.2026-cı il tarixində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş elektron formada tərtib edilmiş şikayətin Azərbaycan Respublikasının MPM-in 361.1ci maddəsinin tələblərinə riayət olunmamaqla, Həmin Məcəlləsinin * saylı Əlavəsində nəzərdə tutulmuş formaya uyğun tərtib edilməmişdir.
14. Müvafiq qanunvericiliyin tələbinə əsasən, şikayətin hazırlanması zamanı tələb olunur ki, şikayətin verildiyi məhkəmənin adı və ünvanı göstərilməlidir. Hazırkı iş üzrə Cavabdeh MMC tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətində bu tələbə riayət edilməmiş, apellyasiya şikayətinin verildiyi məhkəmənin adı və ünvanı göstərilməmişdir.
15. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, verilmiş apellyasiya şikayətini və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmuşdur.
16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.