Məhkəmə qərarları › İş №e-2(3-7)-513/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-513/2026

15.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-513/2026 15.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X2 ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayon Məhkəməsinin ## ###### 2025-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə, iddia tələbi təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 Bəyalı qızı və Babayeva Ruhiyyə Rəfail qızının nümayəndəsi qismində vəkil X3 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti hər iki cavabdehin etibarnamə üzrə nümayəndə (vəkil) tərəfindən verilsədə, lakin nümayəndənin Babayeva Ruhiyyə Rəfail qızının vəkili olmasını təsdiq edən order verilsədə, digər cavabdeh cavabdeh1 Bəyalı qızının vəkili olmasını təsdiq edən order verilməmişdir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya məhkəməsinə göndərdiyindən Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli *(*-*)-**/**** saylı qərardadı ilə, cavabdeh cavabdeh1 Bəyalı qızının apelyasiya şikayətinə hüquqi qiymət verilməsi üçün Ağdam Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Eyni zamanda həmin qərardadda qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi qərardadda qeyd edilən halları yoxladıqdan sonra cavabdeh1 apellyasiya şikayəti geri qaytarılacağı halda digər cavabdehin apellyasiya şikayəti baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Ağdam Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh cavabdeh1 Bəyalı qızının apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Babayeva Ruhiyyə Rəfail qızının nümayəndəsi vəkil X4 Rayon Məhkəməsinin ## ###### 2025-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prossesual müddətin bərpasına dair ərizə ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmişdir. Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə, həmin məhkəmənin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Babayeva Ruhiyyə Rəfail qızının nümayəndəsi X4 apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddət buraxılmasının səbəbinin üzrlü hesab edilərək bərpa edilməsisi; Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Babayeva Ruhiyyə Rəfail qızının nümayəndəsi X4 verdiyi apelyasiya şikayəti baxılmasından ötrü mülki işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi; X4 cavabdeh cavabdeh1 Bəyalı qızına vəkil təyin edilməsi barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı İddiaçı şikayət vermişdir. Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə, iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət qanunvericiliklə müəyyən edilmiş qaydada verilməmimşdir. Belə ki, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə * saylı Əlavədə müəyyən olunmuşdur). Hazırki iş üzrə verilmiş apellyasiya şikayətindən isə görünür ki, şikayət Mülki Prosessual Məcəlləyə * saylı əlavədə müəyyən edilmiş formada tərtib edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyrimümkün olduğunu əsaslandırsın. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361, 363, 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün mülki işlə birlikdə Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardadadan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar