Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-552/2026 08.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsax qızının Gəncə şəhəri İcra Hakimiyyətinə qarşı iş üzrə Hakimlər X4 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı İsax qızının Gəncə şəhəri İcra Hakimiyyətinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbi barədə mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı İsax qızı tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İsax qızı Gəncə şəhəri İcra Hakimiyyətinə qarşı Gəncə şəhəri İcra Hakimiyyəti başçısının ##.##.2026-cı il tarixli, *-*/*-*-*/**** nömrəli əmrinin ləğv olunması, işə bərpa, məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunanadək ödənilməli əmək haqqının və əmək haqqına əlavə ödənişlərin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2013-cü il tarixdə Kəpəz Rayon İcra Hakimiyyəti başçısının Məhsəti qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2026-cı il tarixli, *-*/*-*-*/**** nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxarılması qanunsuz və əsassızdır. Onunla bağlanmış X2 Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə xitam verilməsi üçün həmin Məcəllənin 77 və 78ci maddələrinin müddəalarına riayət etməli idi. Belə ki, onun Gəncə şəhəri İcra Hakimiyyətində olan əmək stajı 10 ildən artıqdır. Onunla əmək müqaviləsinə 9 həftəlik xəbərdarlıq müddətini gözlədikdən sonra xitam verilməli idi. Nəinki cavabdeh orqan xəbərdalıq müddətini gözləməmiş, ümumiyyətlə işçini xəbərdar etməmişdir. Cavabdeh orqan qəbul etdiyi əmri xəbərdarlıq müddətini gözləmədən verməsini onunla əsaslandıra bilər ki, bunun əvəzində işçiyə əmək haqqının 2 misli həddində kompensasiya verəcəkdir. Qeyd olunan xüsusatla bağlı, kompensasiya vermək üçün işçinin razılığı olmalı idi. İddiaçı İddiaçı isə əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi qarşılığında kompensasiyanın ödənilməsi ilə bağlı hər hansı razılıq verməmişdir. İddiaçının öhdəsində 3 azyaşlı övladı vardır. Ən azından cavabdeh orqan işçinin müvafiq işlə təmin edilməsi üçün zəruri tədbir görməli idi ki, bunu da, etməmişdir. Cavabdeh orqan tələm-tələsik Həmkarlar Komitəsinin razılığını almadan işçi ilə əmək müqaviləsinə xitam vermişdir.
3. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim C.Y. Quliyev) İddiaçı İsax qızının Gəncə şəhəri İcra Hakimiyyətinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbi barədə iddia ərizəsinin qəbul olunmasından imtina edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
4. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraatsa götürülməsini, bu mümkün olmadıqda şikayətin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
5. Şikayətdə iddiaçı İddiaçı İsax qızı göstərmişdir ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, Gəncə şəhəri İcra Hakimiyyəti başçısının ##.##.2026-cı il tarixli, *- */*-*-*/**** nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən əmək müqaviləmə xitam verilmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan xüsusata diqqət yetirmədən tərəflər arasında olan mübahisənin inzibati xarakterli olması ilə iddia ərizəsini icraata götürməkdən imtina etmişdir. Belə ki, mübahisənin inzibati xarakterli olması ilə bağlı hər hansı maddi və prosessual hüquqi əsas yoxdur. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən, əmək kitabçasından və mediasiya sənədindən görünür ki, tərəflər arasında olan mübahisə əmək mübahisəsidir. İşçi olaraq iddiaçının əsas tələbi əmrin ləğv edilməsidir. Ondan törəyən tələbləri təmin edilməsi birbaşa əmrin ləğv edilməsidir. Belə ki, əmr ləğv olunmalıdır ki, iddiaçının işə bərpa, məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqı və əmək haqqına əlavə ödənişlərin həyata keçirilməsi həyata keçirilsin. Mülki iş materiallarında olan sənədlər birbaşa mübahisənin mülki xarakterli olmasını təsdiq edir. Tətbiq edilən hüquq normaları
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
7. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli * nömrəli Qərarı Bənd 5.1. Məhkəmələrə izah edilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bənd 7.1. Məhkəmələrə izah edilmişdir ki, inzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bənd 12. İnzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır.
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iş üzrə icraata, bu tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir.
10. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Dövlət İmtahan Mərkəzinə ünvanlanan sorğuya cavab olaraq İddiaçı İsax qızı (FİN: *******) barədə “Dövlət qulluqçularının reyestri” informasiya sisteminə dövlət orqanı tərəfindən daxil edilmiş müvafiq məlumatlar, o cümlədən dövlət qulluğunda qulluq stajı təqdim edilmişdir. Məlumatlardan müəyyən edilmişdir ki, İddiaçı İsax qızı Gəncə Şəhər İcra Hakimiyyəti, Məhsəti qəsəbəsi üzrə nümayəndəlikdə 12 il 3 ay 15 gün dövlət qulluğunda qulluq stajı olmaqla, aparıcı mütəxəssis vəzifəsində ##.##.2026-cı il tarixə qədər əmək funksiyalarını yerinə yetirmişdir.
11. Həmçinin iş materialları ilə müəyyən edilir ki, İddiaçı İsax qızı Gəncə şəhəri İcra Hakimiyyətinə qarşı Gəncə şəhəri İcra Hakimiyyəti başçısının ##.##.2026- cı il tarixli, *-*/*-*-*/**** nömrəli əmrinin ləğv olunması, işə bərpa, məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunanadək ödənilməli olan əmək haqqının və əmək haqqına əlavə ödənişlərin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, iddia tələbini Gəncə şəhəri İcra Hakimiyyətinin qəbul etdiyi qərarın qanunsuz olması ilə əsaslandırmışdır.
12. İddia ərizəsindən də görünür ki, iddiaçının tələbi cavabdehin - inzibati orqanın ##.##.2026- cı il tarixli, *-*/*-*-*/**** nömrəli əmrinin ləğv olunması, işə bərpa, məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunanadək ödənilməli olan əmək haqqının və əmək haqqına əlavə ödənişlərin verilməsi barədədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, bu tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz.
13. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin əmri inzibati məhkəmədə mübahisələndirilməlidir.
14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı İddiaçı İsax qızına bu tələblə ərazi aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.