Məhkəmə qərarları › İş №e-2(3-7)-561/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-561/2026

19.08.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanǝRespublikasıǝadından Qətnamə Gəncəǝşəhəri İşǝ№ǝe-2(3-7)-561/2026 19.08.2026 GƏNCƏǝAPELLYASIYAǝǝMƏHKƏMƏSI Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Iddiaçılar iddiaçı10, iddiaçı9, iddiaçı8, iddiaçı7, iddiaçı6, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdehlər Bərdə rayon Mirzəcəfərli Bələdiyyəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X11 Publik Hüquqi Şəxsinə, iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-yə qarşı iş üzrə QƏTNAMƏSI Açarǝsözlər:ǝhərracınǝnəticələrininǝetibarsızǝhesabǝedilməsi GəncəǝApellyasiyaǝMəhkəməsininǝMülkiǝKollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Cavadova Günay Ismayıl qızı və X4 ibarətǝtərkibdə, MəsimzadəǝMədədǝElçinǝoğlununǝkatibliyi, Iddiaçılar iddiaçı6, iddiaçı4, iddiaçı3 və onların nümayəndəsi (vəkil) Nümayəndə Bunyat oğlunun, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 nümayəndəsiǝX3ǝiştirakıǝilə, Işin halları

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2024-cü il qeydiyyat tarixli,********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışın surətindən görünür ki, Bərdə Mollagüllər kəndində yerləşən kənd təsərrüfat təyinatlıǝ40ǝhaǝtorpaqǝsahəsiǝBərdəǝrayonǝMollagüllərǝBələdiyyəsininǝmülkiyyətindədir.

2. Bərdə rayon Mollagüllər Bələdiyyəsinin ##.##.2023-cü il tarixli ** saylı iclas Protokolundan görünür ki, Mollagüllər Bələdiyyəsinin ərazisində olan 40.00 ha kənd təsərrüfatı təyinatlı şoran örüş sahəsinin məqsədi, təyinatı ərazinin yerquruluşu təsərrüfat planına və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə verilmədiyindən habelə kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmədiyindən həmin torpaq sahəsinin hərrac yolu ilə heyvandarlığın inkişafı məqsədi ilə icarəyə verilməsi üçün üzərində Bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunaǝbaşlanılmasıǝqəraraǝalınmışdır.

3. Bərdə rayon Mollagüllər Bələdiyyəsinin ##.##.2024-cü il tarixli ** saylı iclas Protokolundan görünür ki, Mollagüllər Bələdiyyəsinin icarə predmeti olan kənd təsərrüfatı təyinatlı 40.00 ha torpaq sahəsinin kənd təsərrüfatı (heyvandarlıq) üçün 15 (on beş) il müddətinə icarəyə verilməsi məqsədi ilə açıq hərracın keçirilməsi, hərracda 40.00 ha torpağın illik icarə haqqının 5200.00 (beş min iki yüz ) manat müəyyən edilməsi və hərracın keçirilməsi barədə Bələdiyyə ilə Azərbaycan Rrespublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X6 Ərazi Torpaq müsabiqə və harrac komissiyası ilə müqavilə bağlanması qərara alınmışdır. Bundan başqa, X15, Samuxli və Qaraqoyunlu bələdiyyələri ilə birləşdirilməsi və yeni yaranan bələdiyyənin Mirzəcəfərli Bələdiyyəsi adlandırılması məqsədə uyğun hesab edilmişdir.

4. “X7” publik hüquq şəxsinin Bərdə ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqə və hərracın nəticələri barədə ##.##.2024-cü il tarixli iclasının **** nömrəli ##.##.2024-cü il tarixli Protokolundan görünür ki, Bərdə rayon ərazisində yerləşən Mollagüllər bələdiyyə dövlət mülkiyyətinə aid 40 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə ##.##.2024-cü il tarixdə keçirilən müsbiqədə mübahisə predmeti barəsində müstəqil tələb irəliǝsürməyənǝüçüncüǝşəxs1ǝMMCǝhərracınǝqalibiǝolmuşdur.

5. Bərdə rayon Mollagüllər Bələdiyyəsinin ##.##.2024-cü il tarixli ** saylı iclas Protokolundan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi publik hüquqi şəxsin təşkil etdiyi torpaq müsabiqə və hərrac komissiyasının ##.##.2024-cü il tarixdə keçirilmiş torpaq hərracının qalibi X1 MMC-yə (təsisçi-X2) Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş nəticə protokolu və şəhadətnaməsi nəzərə alınaraq kənd təsərrüfatı təyinatlı bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadə olunmayan örüş torpaqlarına aid olan 40.00 ha torpaq sahəsinin illik icarə haqqı 5720.00 (beş min yeddi yüz iyirimi manat) manat olmaqla, 15 (on beş) il müddətinə X1 MMC-yə (təsisçi-X2) icarəyə verilməsi, sözü gedən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlıǝbələdiyyəǝiləǝhərracınǝqalibiǝarasındaǝicarəǝmüqaviləsininǝbağlanılmasıǝqəraraǝalınmışdır.

6. “X7” publik hüquq şəxsi tərəfindən verilmiş Seriya HTM №****** nömrəli Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon ərazisində yerləşən Mollagüllər bələdiyyə dövlət mülkiyyətinə aid 40.00 ha torpaq sahəsinin illik icarə haqqı 5720.00 (beş min yeddi yüz iyirimi manat) manat olmaqla, 15 (on beş) il müddətinə X1 MMC-yə (təsisçi-X2) icarəyə verilmişdir.

7. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Heyvandarlığın inkişafı məqsədilə hərrac yolu ilə icarəyə verilməsi nəzərdə tutulan Bərdə rayonu Mollagüllər kəndində yerləşən 40,0 ha torpaq sahəsinin ayrılmasına dair ##.##.2025-ci il tarixli №*-21-3\2-4977\****ǝsaylıǝRəyindənǝgörünürǝki; -Bərdə rayonu Mollagüllər bələdiyyəsinin mülkiyyətində olan hərrac yolu ilə icarəyə verilməsi nəzərdə tutulan 40,0 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqları (örüş) kateqoriyasınaǝaiddir.ǝTorpaqǝsahəsiǝicarəǝpredmetidir. -Torpaq sahəsi X-688275.98, Y-4484944.95; X-687758.78, Y-4484388.39; X- 688421.32, Y-4484688.37; X-688095.33, Y-4484752.08.ǝkoordinatlardaǝyerləşir. -Bələdiyyə tərəfindən təqdim olunan sənədlərə əsasən hərrac yolu ilə icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin ayrılması yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin ərazi planlaşdırılması sənədlərinə, kateqoriya və məqsədli istifadə təyinatına uyğundur. Torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilməmişdir,ǝüzərindəǝməhdudiyyətǝ(yüklülük)ǝmövcudǝdeyildir. -Torpaq sahəsi elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiyaǝxətlərininǝmühafizəǝzolağındaǝvəǝsürüşməǝzonasındaǝyerləşmir. -Bərdə rayonu Mollagüllər bələdiyyəsinin ##.##.2024-cü il tarixli ** nömrəli müraciətini nəzərə alaraq, Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq olunmuş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqları (örüş) kateqoriyasına aid olan 40,0 ha torpaq sahəsinin heyvandarlığın inkişafı məqsədilə müvafiq ərazidə torpağın ayrılması ilə bağlı mövcud texniki normalar nəzərə alınmaqla və ilkin icarə qiyməti torpaq vergisinin 2 mislindən az olmamaq şərtilə bazar qiyməti əsasında müəyyən edilərək hərrac yolu ilə icarəyə verilməsinə mübahisə predmeti barəsində müstəqilǝtələbǝirəliǝsürməyənǝüçüncüǝşəxs2 etiraz etmir.

8. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquq şəxsin * saylı Bərdə Ərazi Idarəsi tərəfindən vəkilin sorğusuna əsasən verilmiş ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, sorğuda qeyd edilən Mollagüllər kəndi ərazisində yerləşən 40.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ##.##.2024-cü il tarixli, 1824022889 qeydiyyat nömrəsi ilə "xxxx" KF MMC-nin xeyrinə icarə hüququ ilə (##.##.2024-##.##.2039) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyataǝalınmışdır.

9. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquq şəxsin * saylı Bərdə Ərazi Idarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, sorğuda qeyd edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla Bərdə rayon Mollagüllər bələdiyyəsinin mülkiyyətinə verilmiş 40.0 ha torpaq sahəsi, elektron məlumat bazasında mövcud H.Hacıyev təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və TEKUIS məlumat bazasına əsasən kənd təsərrüfatı təyinatlı şoran örüş sahəsidir. Mollagüllər bələdiyyəsinin ## #### 2023-cü il tarixli ** saylı məktubu və bələdiyyənin ## #### 2023-cü il tarixli ** saylı iclas protokolundan çıxarışa əsasən ümumi istifadəli torpaq sahəsinə aid olmayan şoran örüş sahəsindən ayrılmışdır. Hal-hazırda həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı şoranǝörüşǝsahəsiǝolmaqlaǝtəyinatıǝdəyişdirilməmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçılar iddiaçı10, iddiaçı9, iddiaçı8, iddiaçı7, iddiaçı6, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 Bərdə rayon Mollagüllər Bələdiyyəsinə və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlǝr Bərdə rayon Mollagüllər Bələdiyyəsinin və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hərəkətlərinin qanunsuz hesab edilməklə ##.##.2024-cü il tarixdə keçirilmiş hərracən nəticələrinin etibarsiz sayılmasına, məhkəmə üçün ödənilmiş 100 manat dövlət rüsumunun, həmçinin hüquqi xidmət üçün ödənilmiş 320 manat xidmət haqqının cavabdehlərdən alınaraq iddiaçıların xeyrinə tutulmasına dairǝqətnaməǝqəbulǝolunmasınıǝxahişǝetmişlər.

11. Iddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.2024-cü il tarixdə təşkil etdiyi Torpaq müsabiqə və hərracın nəticəsi olaraq, Bərdə rayon Mollagüllər Bələdiyyəsinin ##.##.2024-cü il tarixli ** saylı iclasında 8 nəfər bələdiyyə üzvündən 5 nəfərinin iştirak etməsi yekununda bu iş üzrə cavabdeh olan bələdiyyə, özünün ##.##.2023-cü il tarixli ** saylı iclas qərarı əsasında icarə predmeti müəyyənləşdirdiyi kənd təsərrüfatı təyinatlı 40 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədi ilə icarayə verilməsi üçün hərraca çıxarılması prosedurunun başlandığı bəyan edilərək, sözügedən 40 ha torpaq sahəsinin illik icarə haqqının 5200 (beş min iki yüz) manat müəyyən edilməklə 15 il müddətinə icrayə verilməsi üçün hərracla bağlı Azərbaycan Respublikasının ƏMDK yarında HTA Mərkəzinin Bərdə ərazi torpaq müsabiqə və hərrac komisiyası ilə müqavilə bağlanması qərara alınmışdır. ##.##.2024-cü il tarixli ** saylı iclas protokolunda cavabdeh bələdiyyə ##.##.2024-cü il tarixdə keçirilmiş hərracın nəticələrini müzakirə edərək qərara almışdır ki, Kənd təsərrüfatı təyinatlı torpaqlar IV qrup bonitet balı 39 örüş olan Bərdə rayon Mollagüllər bələdiyyəsinin ərazisində yerləşən 40 ha torpaq sahəsi X1 MMC-yǝ illik icarə haqqı 5720 manata 15 il müddətinə X2 icarəyə verilsin. Bu hərrac barədə iddiaçı olan kənd sakinlərinin məlumatı olmamış yalnız ##.##.2024-cü il tarixdə hərraca dair şifahi qaydada məlumat almışdırlar. ##.##.2024-cü il tarixdə iddiaçılar hərracla bağlı sənədlərin vəkil sorğusu vasitəsi ilə əldə edilməsinə qədər mübahisəli torpaq sahəsinin üzərinə həbs qoyulması və həmin torpaq sahəsinə 3-cü şəxslərin giriş çıxışının qadağan edilməsi ilə bağlı (müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizə vermiş olsalar da, Bərdə rayon məhkəməsi MTT – nin təmin olunmamasına dair ##.##.2024-cü il tarixli qərardad qəbul etmişdir. Iddiaçılar cavabdeh bələdiyyə tərəfindən kənddə elan yapışdırılması mümkün olan yerlərdə hərracla bağlı məlumatların vurulmaması və bələdiyənin də buna dair kənd sakinlərini xəbərdar etməməsi kimi halları bələdiyyənin sözügedən hərracı sakinlərə qəsdən xəbər vermədən və ədalətsiz keçirməsini bildirməklə, bu gün məhkəmədə özlərinin pozulmuş hüquqlarının təminini tələb etməkdəǝhaqlıdırlar.ǝQeydǝolunanlaraǝəsasənǝiddiaǝtələbininǝtəminǝolunmasınıǝxahişǝetmişlər.

12. Bərdə Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi (hakim Fərman Abdullayev) ilə iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumununǝiddiaçılaraǝaidǝedilməsiǝqətǝedilmişdir.ǝ

13. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1, 84, 152.1-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 2.2, 6.3, 7.2, 9, 12, 16, 33, 47, 84-cü maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 106.1, 107, 213-214, 217.4, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.ǝ

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

14. Iddiaçılar iddiaçı10, iddiaçı9, iddiaçı8, iddiaçı7, iddiaçı6, iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 nümayəndəsi (vəkil) Nümayəndə Bunyat oğlu apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsiniǝvəǝiddianınǝtəminǝedilməsiǝbarədəǝqətnaməǝqəbulǝedilməsiniǝxahişǝetmişdir.ǝ

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixli ** saylı iclas protokolunda cavabdeh bələdiyyə ##.##.2024-cü il tarixdə keçirilmiş hərracın nəticələrini müzakirə edərək qərara almışdır ki, Kənd təsərrüfatı təyinatlı torpaqlar IV qrup bonitet balı 39 örüş olan Bərdə rayon Mollagüllər bələdiyyəsinin ərazisində yerləşən 40 ha torpaq sahəsi X1 MMC-yə illik icarə haqqı 5720 manata 15 il müddətinə X2 icarəyə verilsin. Bu hərrac barədə hüquqlarını müdafiə etdiyi iddiaçı olan kənd sakinlərinin məlumatı olmamış, yalnız ##.##.2024cü il tarixdə hərraca dair şifahi qaydada məlumatlandırılmışlar. ##.##.2024 cü il tarixdə hüquqlarını müdafiə etdiyi iddiaçılar adından hərracla bağlı sənədlərin vəkil sorğusu vasitəsi ilə əldə edilməsinə qədər mübahisəli torpaq sahəsinin üzərinə həbs qoyulması və həmin torpaq sahəsinə 3-cü şəxslərin giriş çıxışının qadağan edilməsi ilə bağlı (müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizə vermiş olsalar da, Bərdə rayon məhkəməsi MTT-nin təmin olunmamasına dair ##.##.2024-cü il tarixli qərardad qəbul etmişdir. Hazırkı iş üzrə tələbdə cavabdehlər yerli sakinlərin mübahisəli torpaq sahəsinə ehtiyacını nəzərə almadan hərraca gediblər. Hüquqlarını müdafiə etdiyi iddiaçıların kənd sakinləri olaraq, məhkəmənin hazırda mübahisələndirilən qətnaməsində də qeyd etdiyi “iş materiallarına əlavə olunmuş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquq şəxsin * saylı Bərdə Ərazi Idarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, sorğuda qeyd edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla Bərdə rayon Mollagüllər bələdiyyəsinin mülkiyyətinə verilmiş 40.0 ha torpaq sahəsi, elektron məlumat bazasında mövcud H.Hacıyev təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və TEKUIS məlumat bazasına əsasən kənd təsərrüfatı təyinatlı şoran örüş sahəsi” faktına görə də ictimai və qanuni maraq və mənafeləri pozulmuşdur. Bu halda iddiaçıların qanunla qorunan maraq və mənafelərinin məhkəmədəǝmüdafiəǝhüquqununǝtəminiǝzəruriǝvəǝvacibdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiyaǝşikayətinəǝqarşıǝetirazǝdaxilǝolmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı6 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, həmin sahə kəndin örüş sahəsidir. ##.##.2024-cü il tarixdə keçirilmiş hərracın nəticələri ilə razı deyildir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahişǝetmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı4 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, həmin sahə kəndin örüş sahəsidir. ##.##.2024-cü il tarixdə keçirilmiş hərracın nəticələri ilə razı deyildir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı3 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, həmin sahə kəndin örüş sahəsidir. ##.##.2024-cü il tarixdə keçirilmiş hərracın nəticələri ilə razı deyildir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkil) Nümayəndə Bunyat oğlu apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, həmin sahə kəndin örüş sahəsidir. ##.##.2024-cü il tarixdə keçirilmiş hərracın nəticələri ilə razı deyildir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədəǝyeniǝqətnaməǝqəbulǝedilməsiniǝxahişǝetmişdir.ǝ

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürməyən 3cü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi icarə verilməsi üçün hərraca çıxarılmışdır. Hesab edir ki, birinci inmstansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasınıǝxahişǝetmişdir.

22. Iş üzrə iddiaçılar iddiaçı10, iddiaçı9, iddiaçı8, iddiaçı7, iddiaçı2 və iddiaçı1, cavabdehlər Bərdə rayon Mirzəcəfərli Bələdiyyəsin və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X11 Publik Hüquqi Şəxsi, iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMIS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakıǝolmadanǝişəǝbaxılmasınıǝmümkünǝhesabǝetmişdir.

Tətbiq edilən hüquq AzərbaycanǝRespublikasınınǝMülkiǝMəcəlləsi

23. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsiǝyoluǝiləǝbağlanaǝbilər.ǝMüqaviləǝhərracıǝudanǝşəxsləǝbağlanır.

24. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrəǝhərracıǝudmuşǝsayılır.ǝ

25. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddətǝgöstərilməlidir.

26. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlıǝşəxsinǝiddiasıǝüzrəǝməhkəməǝtərəfindənǝetibarsızǝsayılaǝbilər.

27. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqaviləninǝetibarsızlığınaǝsəbəbǝolur.

AzərbaycanǝRespublikasınınǝTorpaqǝMəcəlləsi

28. Maddə 9. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasınınǝtorpaqlarıǝaşağıdakıǝkateqoriyalaraǝbölünür: kəndǝtəsərrüfatıǝtəyinatlıǝtorpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye,ǝnəqliyyat,ǝrabitə,ǝmüdafiəǝvəǝdigərǝtəyinatlıǝtorpaqlar; xüsusiǝqorunanǝərazilərinǝtorpaqları meşəǝfonduǝtorpaqları; suǝfonduǝtorpaqları; ehtiyatǝfonduǝtorpaqları

29. Maddə 12. 3-cü hissə. kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altındaǝolanǝtorpaqlar,ǝdincəǝqoyulmuşǝtorpaqlar,ǝbiçənəklər,ǝörüşlərǝvəǝotlaqlarǝaidǝedilir.

30. Ehtiyat fondu torpaqları dövlət və bələdiyyə ehtiyat torpaqlarından ibarətdir. Bələdiyyələrin ehtiyat fondu torpaqlarına bu Məcəllənin 47-ci maddəsinin 5-ci bəndi ilə müəyyən olunmuşǝtorpaqlarǝaidǝedilir.

31. Maddəǝ47. 1.Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindənǝbələdiyyələrəǝkeçənǝtorpaqlarǝhesabınaǝyaranır. 2.Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara;ǝehtiyatǝfonduǝtorpaqlarınaǝayrılır. 3.Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalininǝmal-qarasıǝüçünǝistifadəǝolunanǝörüşǝsahələrininǝtorpaqlarıǝaiddir.[ 4.Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsindəǝvəǝicarəsindəǝolanǝbələdiyyəǝtorpaqlarıǝdaxildir. 5.Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. 6.Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə vəǝicarəyəǝveriləǝbilər. 7.Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır.

32. Maddə 16. 3-cü hissə. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin malqarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinəǝverilir.

BələdiyyəǝtorpaqlarınınǝidarəǝedilməsiǝhaqqındaǝAzərbaycanǝRespublikasıǝQanununu

33. Maddə 2. 1-ci bənd. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalanǝtorpaqlarǝbələdiyyəǝtorpaqlarıdır

34. Maddə 2. 2-ci bənd. istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarınaǝbölünürǝ

35. Maddə 6. 3-cü bənd. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməkləǝicarəyəǝverilir.

36. Maddə 7. 2-ci bənd. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatıǝtəyinatlı,ǝeləcəǝdəǝmeşəǝvəǝsuǝfonduǝtorpaqlarıǝxüsusiǝmülkiyyətəǝveriləǝbilməz.

AzərbaycanǝRespublikasınınǝMülki-ProsessualǝMəcəlləsi

37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanǝistifadəǝetməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutǝetməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməǝüçünǝqabaqcadanǝmüəyyənǝedilmişǝqüvvəsiǝyoxdur.

41. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianınǝtəminǝolunub-olunmadığınıǝmüəyyənǝedir.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinəǝuyğunǝəsaslandırılmalıdır.ǝ

43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuşǝsübutlarlaǝəsaslandırır.

44. Maddəǝ218.3.ǝHakimǝişdəǝiştirakǝedənǝşəxslərinǝverdiyiǝtələblərǝüzrəǝqətnaməǝçıxarır.

45. Maddəǝ384.0.ǝApellyasiyaǝinstansiyasıǝməhkəməsi: 384.0.1.ǝqətnaməniǝdəyişmədən,ǝapellyasiyaǝşikayətiniǝisəǝtəminǝetmədənǝsaxlayaǝbilər;

46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

47. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqdaǝisəǝtamǝyoxlayır.ǝ

48. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsiniǝyoxlayır.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar”ǝqaydasınaǝçevrilir».ǝ

50. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığınınǝtamǝşəkildəǝyoxlanılmasıǝtəşkilǝedir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

52. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçünǝəsasǝyoxdur.ǝ

53. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsiǝdəyişdirilmədənǝsaxlanılmalıdır.

54. Belə ki, işin müəyyən olunmuş faktiki hallarından görünür ki, X12 40.00 ha torpaq sahəsinin kənd təsərrüfatı (heyvandarlıq) üçün 15 (on beş) il müddətinə icarəyə verilməsi məqsədi ilə açıq hərracın keçirilməsi, hərracda 40.00 ha torpağın illik icarə haqqının 5200.00 (beş min iki yüz ) manat müəyyən edilməsi və hərracın keçirilməsi barədə Bələdiyyə ilə Azərbaycan Rrespublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X6 Ərazi Torpaq müsabiqə və hərrac komissiyası ilə müqavilə bağlanması qərara alınmışdır və ##.##.2024-cü il tarixdə keçirilən müsabiqədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyənǝüçüncüǝşəxs1ǝMMCǝhərracınǝqalibiǝolmuşdur.

55. Iddiaçılar həmin torpaq sahəsinin ümumi istifadədə olan örüş sahəsi olduğunu bildirirlər və hərracın keçirilməsi barədə onlara şifahi məlumat verməklə hərracın keçirilməsi qaydalarıǝpozulmaqlaǝsatıldığınaǝgörəǝhərracınǝnəticələrininǝetibarsızǝsayılmasınıǝtələbǝedirlər.

56. Bu iddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 416.1-ci maddəsi çıxış edir. Həmin normada deyilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərracǝmaraqlıǝşəxsinǝiddiasıǝüzrəǝməhkəməǝtərəfindənǝetibarsızǝsayılaǝbilər.

57. Mülki Məcəllənin 416.2-ci maddəsinə görə hərracın etibarsız sayılması hərracı udmuş şəxsləǝbağlananǝmüqaviləninǝetibarsızlığınaǝsəbəbǝolur.

58. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumatǝǝolmalıdır.

59. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçıların iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır və həqiqəti əks etdirmir. Belə ki, iddia predmeti olan torpaq sahəsi bələdiyyənin ehtiyat torpaq fonduna daxil olan, kənd təsərrüfat təyinatlı torpaq sahəsidir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquq şəxsin * saylı Bərdə Ərazi Idarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş ##.##.2025-ci il tarixli cavab məktubundan da görünür ki, həmin torpaq sahəsi ümumi istifadədə torpaq sahəsinə aid deyildir. Kənd camaatının ümumi torpaq sahəsindən istifadəǝetməkǝhüququǝvardır.ǝ

60. Belə ki, iddiaçıların tələbi hərracın keçirilməsi barədə onlara məlumat verilməsi və onların da hərracda iştirakı ilə bağlı deyildir. Hərrac barədə məlumatları olsa belə iştirak etmək məqsədləri olmamışdır. Onların əsas tələbi ondan ibarətdir ki, həmin torpaq sahəsi ümumi istifadədirǝvəǝhərracǝümumiyyətləǝkeçirilməməlidir.

61. Lakin yuxarıda da qeyd edildiyi kimi, iddia predmeti olan torpaq sahəsi bələdiyyənin ehtiyat torpaq fonduna daxil olan, kənd təsərrüfat təyinatlı torpaq (örüş) sahəsidir. Göründüyü kimi, iddiaçılar tərəfindən mübahisələndirilən “hərracın yekunları haqqında” protokolun etibarsızlığıǝüçünǝəsaslarǝyoxdur.

62. Həmçinin məhkəmə kollegiyası işin hallarına görə birinci instansiyası məhkəməsinin iddiaçıların subyektiv hüquqa malik olmaması mövqeyini əsaslı saymasa da, ümumilikdə iddia tələbinin təmin edilməməsi barədə gəlinən nəticə ilə razılaşdığı üçün qətnamənin ləğvinə əsas görmür. Çünki, işdə olan sənədlərdən görünür ki, mübahisələndirilən - Bərdə rayonu Mollagüllər bələdiyyəsinin mülkiyyətində olan hərrac yolu ilə icarəyə verilmiş 40,0 ha torpaq sahəsi kənd təsərrüfatıǝtəyinatlıǝtorpaqlarıǝ(örüş)ǝkateqoriyasınaǝaiddir.

63. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğunǝolsun.

64. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsininǝqətnaməsininǝləğvǝolunmasıǝvəǝyaǝdəyişdirilməsiǝüçünǝəsasǝyoxdur.

65. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdirǝki,ǝməhkəməǝicraatıǝhəqiqətinǝmüəyyənǝedilməsiniǝtəminǝetməlidir.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdənǝəsaslandırmalıdır».

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən aktǝkimiǝçıxışǝetməlidir.

68. Avropa Insan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrinǝüzərinəǝözǝqərarlarınıǝəsaslandırmaqǝvəzifəsiniǝqoyurǝ(96-cıǝbənd).

69. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə, iddiaçılar iddia ərizəsində göstərmişlər ki, Bərdə rayon Mollagüllər Bələdiyyəsinin ##.##.2024-cü il tarixli ** saylı iclasında 8 nəfər bələdiyyə üzvündən 5 nəfərinin iştirak etməsi yekununda bu iş üzrə cavabdeh olan bələdiyyə, özünün ##.##.2023-cü il tarixli ** saylı iclas qərarı əsasında icarə predmeti müəyyənləşdirdiyi kənd təsərrüfatı təyinatlı 40 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədi ilə icarayə verilməsi üçün hərraca çıxarılması prosedurunun başlandığı bəyan edilərək, sözügedən 40 ha torpaq sahəsinin illik icarə haqqının 5200 (beş min iki yüz) manat müəyyən edilməklə 15 il müddətinə icrayə verilməsi üçün hərracla bağlı Azərbaycan Respublikasının ƏMDK yarında HTA Mərkəzinin Bərdə ərazi torpaq müsabiqə və hərrac komisiyası ilə müqavilə bağlanması qərara alınmışdır. ##.##.2024-cü il tarixli ** saylı iclas protokolunda cavabdeh bələdiyyə ##.##.2024-cü il tarixdə keçirilmiş hərracın nəticələrini müzakirə edərək qərara almışdır ki, Kənd təsərrüfatı təyinatlı torpaqlar IV qrup bonitet balı 39 örüş olan Bərdə rayon Mollagüllər bələdiyyəsinin ərazisində yerləşən 40 ha torpaq sahəsi X1 MMC-yǝ illik icarə haqqı 5720 manata 15 il müddətinə X2 icarəyə verilsin. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.2024-cü il tarixdə təşkil etdiyi Torpaq müsabiqə və hərrac barədə iddiaçılar ##.##.2024-cü il tarixdə məlumat almışlar. Bərdə Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar (iddiaçı iddiaçı5 istisna olmaqla) apellyasiya şikayəti vermişlər. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, X12 40.00 ha torpaq sahəsinin kənd təsərrüfatı (heyvandarlıq) üçün 15 (on beş) il müddətinə icarəyə verilməsi məqsədi ilə açıq hərracın keçirilməsi, hərracda 40.00 ha torpağın illik icarə haqqının 5200.00 (beş min iki yüz ) manat müəyyən edilməsi və hərracın keçirilməsi barədə Bələdiyyə ilə Azərbaycan Rrespublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X6 Ərazi Torpaq müsabiqə və hərrac komissiyası ilə müqavilə bağlanması qərara alınmışdır və ##.##.2024-cü il tarixdə keçirilən müsabiqədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC hərracın qalibi olmuşdur. Yuxarıda qeyd olunduğu kimi, iddiaçılar həmin torpaq sahəsinin ümumi istifadədə olan örüş sahəsi olduğunu bildirirlər və hərracın keçirilməsi barədə onlara şifahi məlumat verməklə hərracın keçirilməsi qaydaları pozulmaqla satıldığına görə hərracın nəticələrinin etibarsız sayılmasını xahiş edirlər. Lakin yuxarıda da qeyd edildiyi kimi, iddia predmeti olan torpaq sahəsi bələdiyyənin ehtiyat torpaq fonduna daxil olan, kənd təsərrüfat təyinatlı torpaq (örüş) sahəsidir. Göründüyü kimi, iddiaçılar tərəfindən mübahisələndirilən “hərracın yekunları haqqında” protokolun etibarsızlığı üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır və formal xarakter daşıyır.

70. Məhkəmə kollegiyası qeyd olunanları ümumilikdə nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədənǝsaxlanılmalıdır.ǝ

71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Iddiaçılar iddiaçı10, iddiaçı9, iddiaçı8, iddiaçı7, iddiaçı6, iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 nümayəndəsi (vəkil) Nümayəndə Bunyat oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təminǝedilməsin. Iş üzrə Bərdə Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsiǝdəyişdirilmədənǝsaxlanılsın.ǝ Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan RespublikasıǝAliǝMəhkəməsininǝMülkiǝkollegiyasınaǝkassasiyaǝşikayətiǝveriləǝbilər.ǝ Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyiǝǝgündənǝ2ǝǝayǝkeçdikdənǝsonraǝqanuniǝqüvvəyəǝminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar