Məhkəmə qərarları › İş №e-2(3-7)-578/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-578/2026

25.05.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-578/2026 25.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Bərdə şəhər Səfiyar Behbudov adına * nömrəli tam orta məktəbin direktoru Cavabdeh və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikas Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X22 Regional Təhsil İdarəsinə qаrşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma”) Hakimlər X23 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə X6 qızının katibliyi, iddiaçı İddiaçı Eyyub qızının, onun vəkili Nümayəndə, cavabdeh Cavabdeh vəkili vəkil1 Üçüncü şəxs Azərbaycan Respublikas Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X22 Regional Təhsil İdarəsinin X8 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Bərdə şəhər Səfiyar Behbudov adına * nömrəli tam orta məktəbin direktoru Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X22 Regional Təhsil İdarəsinə qаrşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanıb ödənilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. A №****** nömrəli Diplomun surətindən görünür ki, İddiaçı Azərbaycan Dövlət Pedoqoji Universitetinin Azərbaycan dili və ədəbiyyat ixtisasına yiyələnmişdir.

2. № ******* nömrəli Əmək Kitabçasından görünür ki, İddiaçı ##.##.2001-ci ildə Bərdə şəhər * nömrəli tam orta məktəbə ixtisası üzrə müəllim təyin edilmiş, ##.##.2016-cı il tarixdə adında 6 saat dərs saxlanılmaqla həmin məktəbə Tədris işləri üzrə direktor müavini, ##.##.2016-cı il tarixdə həmin məktəbə Tədris işləri üzrə direktor müavini təyin edilmişdir.

3. Bərdə şəhər Səfiyar Behbudov adına * nömrəli tam orta məktəbində ##.##.2025-ci il tarixli iclasın Protokolundan görünür ki, İddiaçı xəbərdarlıq və ya töhmət verilməklə məktəbin direktor müavini vəzifəsində qalıb işləməsi məqsədəuyğun hesab edilmişdir. (iclasda 45 nəfər iştirak etmişdir, lehinə 45 nəfər, əleyhinə yoxdur) Həmçinin həmin protokoldan görünür ki, İddiaçı bildirmişdir ki, məktəbin informarika müəlliməsi Əhmədova Bilurənin əsas iş yeri * saylı orta məktəb olmuşdur. Əhməsova Bilurə məktəbin UFİS proqramının işlənilməsində yaxından dəstək olduğunu bildirmişdir. 2024-2025-ci ilin may atında aparılan monitorinq zamanı məktəbin bəzi şagirlərinin bir neçə sinif jurnallarında yazılması və bununla bölünən dərslərin yaranmasına səbəb olmuşdur. Bununla bağlı bir neçə dəfə Qarabağ Regional Təhsil İdarəsinə müraciət etməsinə baxmayarq bu problemlər aradan götürülməmişdir. Noyabr ayında UTİS proqramı açılmadığına görə şagirdlərin siyahısı keçən ilki jrnallardan götürülmüşdür. Üst qurumlar ciddi yanaşmadıqları üçün bu nöqsanları yaranmışdır. Həmçinin X10, X1 və X4 adları heç bir jurnalda və məktəbin əmək kitabçasında yoxdur. Bununla yanaşı Məlikova Jalə adının hər iki sinif jurnalında getdiyinə görə 3736 manat pul vaxtından əvvəl ödənmişdir. İnformatika müəllimi Bilurə Əhmədovanın adına yazılan artıq dərs yükünün cəriməsi də ödənmişdir.

4. Bərdə şəhər Səfiyar Behbudov adına * nömrəli tam orta məktəbin direktoru Cavabdeh tərəfindən Bərdə şəhər Səfiyar Behbudov adına * nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinə verilmiş ##.##.2025-ci il tarixli *** saylı Təqdimatdan görünür ki, məktəbdə təlim-tərbiyə prosesinin, rəhbərlik və nəzarətin təşkilində ciddi nöqsanlara yol verdiyinə, bununla da özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə Əsasən ləğv edilməsi barədə razılıq verilməsi xahiş edilmişdir.

5. Bərdə şəhər Səfiyar Behbudov adına * nömrəli tam orta məktəbin direktoru Cavabdeh tərəfindən Bərdə şəhər Səfiyar Behbudov adına * nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinə verilmiş ##.##.2025-ci il tarixli *** saylı Təqdimatdan görünür ki, məktəbdə təlim-tərbiyə prosesinin, rəhbərlik və nəzarətin təşkilində ciddi nöqsanlara yol verdiyinə, bununla da özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə Əsasən ləğv edilməsi barədə razılıq verilməsi xahiş edilmişdir.

6. Bərdə şəhər Səfiyar Behbudov adına * nömrəli tam orta məktəbin direktoru Cavabdeh tərəfindən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin rəhbərinə ünvanladığı ##.##.2025-ci il tarixli *** nömrəli müraciətdən görünür ki, Bərdə şəhər S. Behbudov adına * nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ##.##.2025- ci il tarixli *-*-***/*-******/**** nömrəli məktubu, Qarabağ Regional Təhsil İdarəsinin ##.##.2025-ci il tarixli *-**-**-/*-****/**** nömrəli məktubu əsasında əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq xitam verilməsi zərurətinin yarandığı, lakin, təqdim edilmiş sənədlərə və hüquqi əsaslara baxmayaraq, Bərdə şəhəri S.Behbudov adına * nömrəli tam orta ümumtəhsil məktəbinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının ilk Həmkarlar Təşkilatının komitə üzvləri düzgün qərar qəbul etmədiyi, bununla da Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının səlahiyyət və vəzifələrinə zidd hərəkət etdiyi, bu vəziyyətin təhsil müəssisəsində əmək intizamına, idarəetmə prosesinə və qanunvericiliyin tələblərinə mənfi təsir göstərməkdə olduğu nəzərinə çatdırılaraq, məsələnin araşdırılmasını, Bərdə şəhəri S.Behbudov adına * nömrəli tam orta ümumtəhsil məktəbinin Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətində mövcud olan pozuntulara hüquqi qiymət verilməsi və müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir.

7. ETİHİ Bərdə şəhər Səfiyar Behbudov adına * nömrəli tam orta məktəbin ilk həmkarlar təşkilatının Növbədənkənar iclasının ##.##.2025-ci il tarixli Protokolundan görünür ki, Bərdə şəhər S.Behbudov adına * nömrəli tam orta məktəbin ilk həmkarlar təşkilatının sədri X12 müddəti qurtarmazdan əvvəl tutduğu vəzifədən azad edilməsi, Bərdə şəhər S.Behbudov adına * nömrəli tam orta məktəbin ilk həmkarlar ittifaqı komitəsinin tərkibi 5 nəfərdən ibarət yeni tərkibdə seçilməsi, Şahid, X9, X2, X13 və X20 Bərdə şəhər S.Behbudov adına * nömrəli tam orta məktəbin ilk həmkarlar ittifaqı komitəsinə üzv seçilmələri, Şahid Bərdə şəhər S.Behbudov adına * nömrəli tam orta məktəbin ilk həmkarlar təşkilatının sədri seçilməsi qərara alınmışdır.

8. İlk həmkarlar təşkilatı komissiyasının üzvlərinin iştirakı ilə tərtib olunmuş Bərdə şəhər Səfiyar Behbudov adına * nömrəli tam orta ümumtəhsil məktəbi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının İlk Həmkarlar Təşkilatının (sədr: Şahid, sədr müavini: X9, komissiya üzvləri: X13, X7, katib: X2) # ####### 2025-ci il tarixli İclasının Protokolundan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X22 Regional Təhsil İdarəsi tərəfindən 22-## ### 2025-ci il tarixdə Bərdə şəhər S.Behbudov adına * nömrəli tam orta ümumtəhsil məktəbində aparılmış monitorinqin nəticələrini, toplanmış fakt, sübut və dəlilləri, tərtib olunmuş aktı, eyni zamanda Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin araşdırması və yuxarıda göstərilən çıxışları nəzərə alaraq Bərdə şəhər S.Behbudov adına * nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı işdən azad olunması məqsədəuyğun hesab edilmişdir.

9. Bərdə şəhər Səfiyar Behbudov adına * nömrəli tam orta ümumtəhsil məktəbi üzrə ## ####### 2025-ci il tarixli *** nömrəli əmrdən Çıxarışdan görünür ki, Bərdə şəhəri Səfiyar Behbudov adına * nömrəli tam orta ümumtəhsil məktəbinin təlim- tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə Əsasən ## ####### 2025-ci il tarixdən ləğv edilmişdir. (Əsas: Monitorinqin nəticələrinə dair aktlar, müvafiq izahatlar, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ##.##.2025-ci il tarixli, 2-2- ***/*-******/**** nömrəli təqdimatı və həmkarlar təşkilatının razılığı)

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı İddiaçı cavabdeh Bərdə şəhər Səfiyar Behbudov adına * nömrəli tam orta məktəbin direktoru Cavabdeh qаrşı “işə bərpa” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdeh Bərdə şəhər Səfiyar Behbudov adına * nömrəli tam orta məktəbin direktoru Cavabdeh onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ## ####### 2025-ci il tarixli *** nömrəli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, onun öz əvvəlki işinə, yəni Bərdə şəhər Səfiyar Behbudov adına * nömrəli tam orta məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa olunmağı, işə bərpa olunduğu günədək məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi, həmçinin 60 (altmış) manat mediasiya xərci, 50(əlli) manat dövlət rüsumu (məhkəmə xərci) və vəkil xidməti üçün ödədiyi 320 (üç yüz iyirmi) manat pulun tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2002-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və Ədəbiyyatı ixtisasını bitirib bakalavr dərəcəli ali təhsil almışdır. ##.##.2001-ci il tarixdən Bərdə şəhər * saylı orta məktəbdə ixtisası üzrə müəllim təyin edilmişdir. ##.##.2016-cı il tarixdə işində fərqləndiyinə görə 6 dərs saatı saxlanılmaqla həmin məktəbə Tədris işləri üzrə direktor müavini təyin edilmişdir. Cavabdeh Bərdə şəhər Səfiyar Behbudov adına * nömrəli tam orta məktəbin direktoru Cavabdeh ## ####### 2025-ci il tarixdə *** nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Bərdə şəhər Səfiyar Behbudov adına * nömrəli tam orta məktəbin direktoru Cavabdeh onu qərəzli şəkildə işdən çıxarmış və bu zaman qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, məktəb direktoru (işəgötürən) ## ######## 2025-ci il tarixdə təqdimatla Həmkarlar İttifaqı Komitəsinə müraciət etmişdir. ## ######## 2025-ci il tarixdə həmkarların iclası keçirilmiş, iclas audiovideo yazı ilə aparılmış, görüntünü CD diskə köçürülmüşdür. İclasın yekunlarına dair protokol tərtib edilmiş və iştirak edən 45 nəfər Həmkarlar Komitəsinin üzvünün hər biri, yəni 45 nəfər onun lehinə səs verərək vəzifədə qalmağı məqsədə müvafiq hesab edilmişdir. Bundan hiddətlənən cavabdeh Bərdə şəhər Səfiyar Behbudov adına * nömrəli tam orta məktəbin direktoru Cavabdeh Həmkralar Təşkilatının ##.##.2025-ci il tarixli iclasını qanunsuz sayaraq özünün həqiqi və güman edilən imkanlarından istifadə edərək həmkarlar təşkilatının sədrini dəyişdirmiş və başqası ilə əvəz edilməsini təşkil etmişdir. Məktəb direktoru yenidən həmkarlara tapşırıq verərək cəmi 4 nəfərdən ibarət təkrar iclas təşkil etmiş və ##.##.2025-ci il tarixdə 4 nəfərdən ibarət olan qanunsuz iclas keçirilərək onun işdən azad edilməyi barədə rəy verilmişdir. Həmin iclas da audio-video yazı ilə aparılmış və CD diskə köçürülmüşdür. ## ####### 2025-ci il tarixdə cavabdeh qanunsuz olaraq ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə onun işdən çıxarılmağı barədə əmr vermişdir. Cavabdehin əmrini qanunsuz hesab edir.

12. Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iddiаçı İddiaçı cavabdeh Bərdə şəhər Səfiyar Behbudov adına * nömrəli tam orta məktəbin direktoru Cavabdeh qаrşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikas Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X22 Regional Təhsil Idarəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

13. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid bildirdi ki, yeni seçilən Həmkarlar İttifaqının sədridir. O, 22 sentyabrda sədr seçilib. O, 1-ci iclasda Həmkarlar İttifaqının üzvü olmuşdur. Həmin vaxt İddiaçın barəsində cinayət işi olmuşdur. Onun işində olan nöqsanlara görə ##.##.2025-ci ildə iclas keçirilərək səs vermə olmuşdur. Həmin səsvermədə onun xeyrinə səs vermişdir. İclasda 40 nəfər üzv iştirak etmişdir. O, ## ######## 2025-ci il tarixdə 40-45 nəfər müəllimlərin təklifi ilə sədr seçilmişdir. Vüsalə və Nurəddin də onun xeyrinə səs vermişdir. Həmkarlar İttifaqının sədri ildə bir dəfə seçilir. 17 il əvvəl Nurəddin müəllim seçilib. Əvvəlki sədrin səlahiyyətlərinə xitam verilməsi üçün iclas keçirilib.

14. Məhkəmə gəldiyi hüquqi mövqeyi onunla əsaslandırmışdır ki, ##.##.2005-ci il tarixdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin XV konfransında təsdiq edilmiş Azərbaycan Respublikası Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nizamnaməsinin 6.11-ci bəndinə əsasən ilkin həmkarlar ittifaqında işçilərin intizam məsələlərinə baxılması həmkarlar ittifaqının üzvlərindən ibarət yığıncağın səlahiyyətlərinə aiddir. Yəni işçilərin intizam məsələləri ilə bağlı rəyi yalnız ilkin həmkarlar ittifaqının yığıncağı verə bilər. Hazırkı mülki işlə bağlı rəyi isə ilkin həmkarlar ittifaqının yığıcağı deyil, komitə vermişdir. Həmin nizamnamənin 7-cı bəndində ilkin həmkarlar ittifaqının komitəsinin səlahiyyətləri göstərilmişdir. Həmin səlahiyyətlər arasında işçilər barəsində intizam məsələlərinə baxılması öz əksini tapmamışdır. Nizamnamənin 7.10.4-cü bəndində komitənin səlahiyyətləri sırasında fərdi əmək mübahisələrinə baxılması bəndi vardır ki, bu da hazırkı mübahisə predmetinə aid deyildir.

15. Məhkəmə hesab etmişdir ki, bir nəfər şagirdin- Jalə Məlikovanın adının iki jurnalda getməsini texniki səhv olaraq baş vermişdir. Belə ki, 3 nəfər şagirdin- X10, X1 və X4 həmin məktəbdə təhsil almalarına baxmayaraq adları heç bir jurnala işlənməmişdir. Bu hal İddiaçı mənimsəmə cinayəti niyyəti olmadığını, nöqsanın texniki səhv olaraq baş verdiyini göstərir.

16. Məhkəmə tərəfindən cavabdeh Bərdə şəhər Səfiyar Behbudov adına * nömrəli tam orta məktəbin direktoru Cavabdeh və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikas Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X22 Regional Təhsil İdarəsinin nümayəndəsinə 3 şagirdin -X10, X1 və X4 adlarının jurnala işlənməməsi barədə soruşmuş və hər ikisi həmin halı təsdiqləmişdirlər.

17. Həmçinin Bərdə şəhər S. Behbudov adına * nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ##.##.2025-ci il tarixli *-*-***/*-******/**** nömrəli məktubundan görünür ki, araşdırma zamanı İddiaçı dövlət büdcəsinə vurulmuş 11176,84 manat maddi ziyanın və ziyanın 25 faizi miqdarında yəni 2794.21 manat pul vəsaitini tam həcmdə ödənilməsi təmin edilmişdir.

18. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 3, 19, 42, 68, 70-ci maddələrinə, Mülki- Prosessual Məcəllənin 14, 76, 88, 106.1, 217.1, 218.1, 218.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bərdə şəhəri Səfiyar Behbudov adına * nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı direktor səlahiyyətlərini icra etdiyi (məndən əvvəl direktor səlahiyyəti onun tərəfindən icra olunmuşdur) 2023-cü ilin aprelayından 2025-ci ilin may ayına qədər olan dövr ərzində öz qulluq mövqeyindən istifadə edərək şagirdlərin adının bir neçə sinif jurnalına salınmaqla bölünən siniflərin yaranmasına şərait yaratmış, bundan başqa məktəbin informatika müəllimi X18 adına normadan artıq dərs saatları rəsmiləşdirməklə ümumilikdə 11 176.84 manat pul vəsaitinin israf olunmasına səbəb olan hərəkətlərə yol vermiş, bununla da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələrində (mənimsəmə və israfetmə) nəzərdə tutulan cinayət əməlini törətmişdir. Araşdırma zamanıaşkar olunmuş 11 176.84 manat maddi ziyan və ziyanın 25 %-i, yəni 2794.21 manat pul vəsaiti hazırkı iş üzrə iddiaçı İddiaçı tərəfindən dövlət büdcəsinə tam ödənilmişdir. Cinayət törətmiş hazırkı iş üzrə iddiaçı İddiaçı dövlət büdcəsinə vurduğu zərəri və onun müvafiq faizini ödədiyi üçün Prokurorluq orqanı tərəfindən AR CM-nin 73-1.2-ci maddəsinin tələbi əsas götürülməklə cinayət məsuliyyətindən azad edilmiş, Cinayət Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Məsələ ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbayca Respublikasının Elmvə Təhsil Nazirliyinin Ümumi Təhsilüzrə Dövlət Agentliyinə ##.##.2025-cii il tarixli məktub ünvanlanmışdır. Həmin məktubda yuxarıda qeyd edilən xüsuatlarla yanaşı, həmçinin hazırkı iş üzrə iddiaçı İddiaçı məktəbin direktoru vəzifəsini icra etdiyi 2023-cü ilin aprel ayından 2025-ci ilin may ayınadək olan dövr ərzində öz xidməti vəzifələrini düzgün icra etmədiyi, məktəbdə artıq siniflərin yaranmasının qarşısını almaq məqsədi ilə zəruri tədbirlər görmədiyi, bununla da məktəbdə əmək və icra intizamının pozulmasına şərait yaradaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirlyinin Kollegiyasının ## ### 2024-cü il tarixli, KQ-07 nörməli qərarı ilətəsdiq edilmiş “Təhsilverənlərin etik davranış” Qaydalarının tələblərini kobud surətdə pozduğu qeyd edilmişdir. Həmin Qaydaların 2.5.2-ci bəndinin tələblərinə görə təhsilverən özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Həmçinin həmin Qaydaların 2.6.2-ci bəndinə görə təhsilverən etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmalı və ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. Eyni zamanda İddiaçı direktor vəzifələrini icra edərək X19 tərəfindən məktəbdə normadan artıq tədris saatlarının icra edilməsinə şərait yaradaraq “Təhsil müəssisələrinnin pedaqoji içilərinin dərs yükü normalarının müəyyən edilməsi” haqqında AR NK-nin ##.##.2010-cu iltarixli, *** nömrəli qərarının tələblərini kobud şəkildə pozmuşdur. Prokurorluq orqanı müraciətin yekununda, aidiyyəti şəxslərin iştirakı təmin olunmaqla İddiaçı tutduğu vəzifəyə uyğun olmamasını nəzərə alaraq, onun intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması və nəticəsi barədə Korrupsiyaya Qarşı Mübariz Baş İdarəsinə məlumat verilməsi Məktəbəqədər və ÜmumiTəhsil üzrə Dövlət Agentliyinə tapşırılmışdır. Agentliyin Qarabağ Regional Təhsil İdarəsi tərəfindən ##.##.2025-ci il tarixdə Məktəbə məktub ünvanlayaraq, 22-## ### 2025-ci il tarixləri aralığında məktəbdə monitorinq aparıldığı, Ümumi Təhsil İnformasiya Sistemi ilə sinif jurnalları arasında ziddiyətlərin aşkar olunduğu bildirilmişdir. Belə ki, məktubda qeyd edilmişdir ki, ÜTİS-də XI a sinfində 16 şagird, XI b sinifində 25 şagird, XpI sinfində 19 şagird qeyd olunsa da sinif juralında XI a sinfində 21 şagird,XI b sinifində 19 şagird, XI p sinfində 17 şagird qeyd edilmişdir. Həmin məktubda məktəbdə yol verilmiş çox ciddi pozuntular detallı şəkildə qeyd edilməklə, sənədlərin prokurorluq orqanına təqdim olunduğu və araşdırıldığı, araşdırmanın nəticəsinə uyğun olaraq prokurorluq orqanı tərəfindən İddiaçıtutduğu vəzifəyə uyğun olmadığı və vəzifəsindən azad edilməli olduğu barədə müraciət olunduğu bildirilmişdir. Regional Təhsil İdarəsinin mənə ünvanlandığı məktubun yekunda təlim-tərbiyə üzrə direkor müavini İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini, qanuna zidd hərəkətlərinin olduğunu və onun direktor müavini vəzifəsindən azad olunması üçün qərar qəbul edilməli olması qeyd edilmişdir. Qarabağ Regional Təhsil İdarəsinin, eləcə də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin məktubunu nəzərə alaraq, tərəfimdən müvafiq təqdimat hazırlanmış və əmək qanunvericiliyinə uyğun olaraq müəssisədaxili həmkarlar ittifaqı təşkilatına müraciət edərək, məktəbdə təlimtərbiyə prosesinin, rəhbərlik və nəzarətin təşkilində ciddi nöqsanlara yol verdiyinə, bununla da özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin"ç" bəndinə əsasən ləğv edilməsi barədə razılıq verilməsini xahiş etmişəm. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi iddiaçının qeyd etdiyi kimi mənim ona qarşı heç bir qərəzim olmamış, onun tutduğu vəzifədən azad ediməsinin əsası məhz onun özünün cinayət qanunvericliyində nəzərdə tutlmuş əməlləri qəsdən törədərək, dövlət vəsaitini mənimsəməsi, öz qulluq vəzifəsini lazımınca icra etməməsindən, əmək müqaviləsində və qanunvericlikdə müəyyən olunmuş vəzifələri kobud pozulmasından ibarət olmuşdur. Yuxarıda qeyd edilən bütün faktlar təqdim etdiyim etirazda, “İdianın əsassızlığının birinci dəlili” başlığı ilə birinci instansiya məhkəməsinin diqqətinə çatdırılmışdır. Yuxarıda qeyd edilənlərdən başqa Etirazda qeyd etmişəm ki, ##.##.2025-ci il tarixdə müəssisədaxili həmkarlar ittifaqı komitəsi onun xeyrinə qərar versə də güya ki, mən onu nəzərə almamış və yenidən həmkarlar ittifaqı komitəsinin iclasını keçirmişəm. İddiaçı bir çox mətləbləri öz mənafeyinə dəyişərək, məhkəməyə təhrif olunmuş formada təqdim etməklə, bununla nəsə əldə edə biləcəyinə ümid etmişdir. Halbuki, işmateriallarına əlavə etdiyim sənədlərdə (Prokuroruğun, Agentliyin məktubları, həmkarlar ittifaqı komitəsinin qərarları və s) əsl həqiqətin nə olduğu açıq aydın görünür. Təəssüf ki, birinci instansiya məhkəməsi bu faktlara ötəri, bəzənsə ümumiyyətlə heç bir hüquqi qiymət verməmişdir. İlk dəfə keçirilən həmkarlar ittifaqının qərarının onun xeyrinə olduğunu vurğulayan iddiaçı, qanuni nikahda olduğu əri Nurəddin Əliyevin məktəbin həmkarlar ittifaqı komitəsinin sədri olduğunu, həmçinin həmkarlar ittifaqı komitəsinin digər üzvünün isə məhz onunla əlbir olaraq bir çox qanunsuzluqda adı keçən X18 olduğunu niyə iddiada qeyd etməmişdir..... Cəmi 5 nəfərdən ibarət olan müəssisədaxili həmkarlar ittifaqı komitəsinin sədriəri olduğu, digər (B.A.Əhmədova) isə bu pozuntularda adı hallandığı üçün iclasda içtirak etməmişdir. İddiaçı isə bu faktları məhkəməyə təqdim etməmişdir. Həmin dəlillər mənim tərəfimdən etirazda məhkəmənin diqqətinə çatdırılmışdır. Həmkar ittifaqının protokolundan görünür ki, həmkarlar ittifaqı komitəsinin cəmi 2 nəfəri iclasa sədrlik edən Həmkarlar ittifaqı komitəsinin sədrinin müavini İmanova İradə Sabir qızı və iclasın katibi (həmkarlar komitəsinin üzvü) Nəcəfova Tehranə İliç qızı iclasda iştirak edib və onların da iştirakı iclas üçün yetərsaylı hesab edilə bilməzdi. Bu səbəbdən də bu iki şəxsdən ibarət iclas baş tuta bilməzdi və onların tərtib etdiyi protokol qanunsuz olmuşdur. İclasda iştirak edən 35 nəfərə gəldikdə isə onlar həmkarlar ittiaqının üzvü olsalar da, həmkarlar ittifaqı komitəsinin üzvü deyildirlər. Həmkarlar İttifaqının üzvləri yalnız Həmkarlar İttifaqının Ümumi Yığıncağında səs hüququna malik olmaqla iştirak edə bilərlər. Həmkarlar İttifaqının Komitəsində isə yalnız komitə üzvlərinin qərar qəbulunda səs hüququna malikdirlər. Beləliklə də iclasda iştirak edən və güya ki, öz iradələri ilə fikri bildirən şəxslərin heç biri Komitəsinin üzvü olmamışdırlar. Buna görə də növbəti dəfə komitəsinin iclasının keçirilməsinə hüquqi zərurət yaranmış, öncə komitə üzvləri yeni tərkibdətəsdiq edilmiş və daha sonra tərəfimdən verilmiş təqdimata baxılaraq qərar qəbul edilmişdir. Belə ki, məsələ barədə tərəfimdən Rayon Həmkarlar İttifaqı təşikatına müraciət olunmuş və həmin qərarın qanunsuz olduğu, məsələnin yenidən müzakirəyətəqdim edilməsinin vacibliyi bildirilmişdir. Prosessual pozuntu ilə bağlı iddiaçı tərəfindən qeyd edilmişdir ki, iddiaçı hüquqi şəxs olan məktəbi deyil, məni cavabdeh kimi məhkəməyə vermişdir. Bu isə tamamilə əsassızdır və belə iddia təmin edilə bilməz. Bütün bu halları, prosessual məsələləri qeyd etməyimizə baxmayaraq, birinci instansiya məhkəməsi əsl olmayan cavabdehə qarşı verilmiş iddianı təmin etmişdir. Hətta məhkəmə elementar bir faktı nəzərə almamışdır :Əmri verdikdən sonra məktəbin direktoru özü işdən çıxmışdırsa, yaxud fəaliyyət qabiliyyətsiz elan olunmuşdursa o zaman iddia kimə qarşı qarşı qaldırmalı idi? Mən özümlə bağlı məsələlərə görə cavabdehlik daşıya, prosessual şəxs kimi işlərdə iştirak edə bilərəm. Məhkəmə işə bərpa olunduğu günədək əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi qənaətinə gəlib....bu məbləği məktəb ödəyəcəksə, o hazırkı işdə cavabdeh deyil, icra məmuru icra sənədində məktəbin adı qeyd edilmədiyi halda məktəbdən bu pulu necə tutacaq, bank hesabına, əmlakına necətələb yönəldəcək? Əgər bu pul məndən tutulacaqsa o zaman mən məktəbin cavabdeh olduğu işlərə görə necə məsuliyyət daşıya bilərəm? Bu qeyd etdiyim məsələ, yəni mənim əls cavabdeh olub-olmamağım məsələsi iddiaçının iddia ərizəsində vurğulanmamış, onun iddiasının faktiki əsasını təşkil etməmiş, hazırlıq iclası boyunca bu barədə məhkəməyə əlavə (iddia ərizəsinə əlavə) təqdim edilməmişdir. Nəhayət iş üzrə məlum qətnamə çıxarılmışdır

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh vəkili vəkil1 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətlərinin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı Eyyub qızının vəkili Nümayəndə apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddialarını əsaslı hesab edən məhkəmənin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, onlar hesab edirlər ki, düzgün cavabdehə qarşı iddia qaldırmışlar.

24. Məhkəmə kollegiyasının iclasında İddiaçı Eyyub qızı vəkilinin çıxışı ilə razı olduğunu bildirərək, apelyasiya şikayətinin dəlillərinə etiraz etdiyini qeyd etdi.

25. Məhkəmə kollegiyasının iclasında Üçüncü şəxs Azərbaycan Respublikas Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X22 Regional Təhsil İdarəsinin X8 apelyasiya şikayətinin təmin edilməsini xahiş edərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq

1. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; Maddə 12.1.”b”. Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir; Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: a) müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

Maddə 71. Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərkən görülən tədbirlər

2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi; g) “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması. Maddə 187. İntizam tənbehinin verilməsi qaydaları

1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ##.##.2008-ci il tarixli Qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Hazırkı işdə iddia təmin edildiyindən və apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, habelə mübahisənin predmeti bölünməz olduğundan qətnamənin əsaslığı tam olaraq yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

32. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, iddiaçı tələbini * nömrəli orta məktəbin direktoru Cavabdeh qarşı qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona qarşı qərəzli olmuş və bu səbəbdən onu işdən çıxarmışdır. İddiaçının əvvəl çalışdığı * nömrəli tam orta məktəb isə cavabdeh qismində təqdim edilməmiş və ona qarşı hər hansı tələb irəli sürülməmişdir. Halbuki, Cavabdeh öz adından deyil, səlahiyyətli şəxs kimi həmin məktəbin direktoru qismində mübahisələndirilən əmri imzalamışdır.

33. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır.

34. MPM-nin 50.1-ci maddəsinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər...

35. Bu mənada, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddiasına cavab verməli olan şəxs Cavabdeh deyil, iddiaçının əvvəl işlədiyi qurum olmalıdır. Cavabdeh iddiaçının işdən çıxarıldığı dövrdə məktəbin direktoru olmuşsa da, əmrin ləğv edilməsi və işə bərpa tələbinə şəxsən Cavabdeh yox, məktəb cavab verməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Bərdə şəhər Səfiyar Behbudov adına * nömrəli tam orta məktəbin direktoru Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X22 Regional Təhsil İdarəsinə qаrşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanıb ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçı Cavabdeh tutularaq cavabdeh Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar