Məhkəmə qərarları › İş №e-2(3-7)-593/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-593/2026

25.05.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-593/2026 25.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «torpaq sahəsindən və onun üzərində yerləşən evdən çıxarılma» qarşı iş üzrə (Açar sözlər: evdən çıxarılma) Hakimlər X15 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «torpaq sahəsindən və onun üzərində yerləşən evdən çıxarılma» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Hüseynova Mərziyyə Abbas qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli, 2(043)- ***/**** nömrəli qətnaməsindən görünür ki, X1 və Cavabdeh müştərək qaydada 99500 manat pul vəsaitinin alınaraq Abdullayev Nazim İlyas oğluna ödənilməsi qət edilmişdir.

2. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli, 8(043)- ***/**** saylı qərardadından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli, *(***)-***/**** nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarış üzrə X1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda yerləşən 0.0450 ha bağ sahəsi olan torpaq sahəsinin üzərinə həbs qoyulması və açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına icra sənədi üzrə borcun ödənilməsi qərara alınmışdır.

3. Hərracın yekunları barədə ##.##.2022-ci il tarixli, **/** saylı protokoldan görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2020-ci il tarixli icra vərəqəsinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə icra idarəsinin ##.##.2022-ci il tarixli, C.S ******/** saylı sifarişi ilə, X1 məxsus, Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyalı, 0.0450 ha torpaq sahəsi ilkin hərracda alış qiyməti 16.000 (on altı min) manata olmaqla, İddiaçı satılmışdır.

4. Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası xxxxnin ## #### 2022ci il tarixli, ****/** nömrəli məktubundan görünür ki, həmin tarixdə keçirilmiş hərracın nəticələri üzrə məlumat və hərrac barədə tərtib olunmuş **/** saylı protokol iştirakçılara, o cümlədən X1 və Cavabdeh təqdim olunmuşdur.

5. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda yerləşən ümumi sahəsi 0,045 ha torpaq sahəsinə dair Gəncə “ASAN xidmət” mərkəzi notariat kontorunda təsdiq edilmiş ##.##.2014-cü il tarixli, 4Ə-**** reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir.

6. ##.##.2026-cı il tarixli, ********** qeydiyyat nömrəli, 200013009961-***** reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışdan görünür ki, ümumi sahəsi 574.40 kvadratmetr olan AZ 2009, ünvan 2 (köhnə ünvan: Gəncə şəhəri, Avtozavod yolu) ünvanında yerləşən fərdi yaşayış evi və onun altında olan 0.0450 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «torpaq sahəsindən və onun üzərində yerləşən evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh əşyaları ilə birlikdə ona məxsus olan Gəncə şəhəri, Avtozavod yolunda yerləşən 0.0450 ha bağ sahəsi olan torpaq sahəsindən (reyestr nömrəsi: ************) və onun üzərində inşa edilmiş evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *(***)-***/**** saylı qərardadına əsasən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli, *(***)-***/**** nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarış üzrə X1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolunda yerləşən 0.0450 ha bağ sahəsi olan torpaq sahəsinin üzərinə həbs qoyulması və açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına icra sənədi üzrə borcun ödənilməsi qərara alınmışdır. Bundan sonra hərracın keçirilməsi üçün sənədlər hərrac təşkilatı olan “xxxx” MMC-yə göndərilmişdir. ## #### 2022-ci il tarixində keçirilən hərracda o, qalib gələrək həmin torpaq sahəsini almış və bu barədə ## #### 2022-ci il tarixli, **/** saylı hərracın yekunları barədə protokol tərtib olunmuşdur. Hərracda qalib gəldikdən sonra həmin protokolu və qanunvericiliklə müəyyən edilmiş digər sənədləri cavabdeh təşkilat olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi İdarəsinə təqdim edərək hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün ərizə ilə müraciət etsə də məlum oldu ki, həmin torpaq sahəsi Gəncə “ASAN Xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş ## ####### 2014-cü il tarixli, 4Ə-**** reyestr nömrəli torpaq alqı-satqı müqaviləsinə əsasən X1 tərəfindən X3. Ona görə də bu barədə məlumat aldıqdan sonra sözügedən alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmiş və məhkəmə prosesinin gedişi zamanı X3 ilə onun arasında barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə görə tərəfindən ona 26000 manat pul ödənilmiş, o isə iddianı etiraf etmişdir. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsinə əsasən qeyd edilən alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra yenidən hərracın yekunları barədə protokolu və qanunvericiliklə müəyyən edilmiş digər sənədləri yenidən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi İdarəsinə təqdim edərək hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün ərizə ilə müraciət etmişdir. Lakin onun müraciətinə imtina edilərək hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün zəruri olan inventarizasiya işlərinin aparılmasına şərait yaradılmadığı bildirilmişdir. Belə ki, hazırda cavabdeh Cavabdeh əsassız olaraq sözügedən torpaq sahəsində və onun üzərində yerləşən evdə inventarizasiya işlərinin aparılmasına maneçilik törətmişdir. Halbuki, məhz onun iştirakı və razılığı ilə torpaq sahəsi üzərində yerləşən evlə birlikdə 2 dəfə ayrı-ayrı şəxslərə satılmış, nəticədə cavabdeh Cavabdeh torpaq sahəsi və evlə bağlı hər hansı bir hüququ qalmamışdır. Ona görə də cavabdehin ona məxsus olan torpaq sahəsindən və onun üzərində inşa edilmiş evdən çıxarılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

9. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Z.Ş.İmanov) iddia təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2 (köhnə ünvan: Gəncə şəhəri, Avtozavod yolu) ünvanında yerləşən fərdi yaşayış evi və onun altında olan 0.0450 ha torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılması qət edilmiş, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.

10. Məhkəmə gəldiyi mövqeyi mülkiyyət münasibətlərini tənzimləyən maddi hüquq normaları ilə əsaslandırmış və ona istinad etmişdir ki, mülki işin məhkəmə iclasında tədqiq olunmuş halları ilə X1 mülkiyyətində olmuş ünvan 2 (köhnə ünvan: Gəncə şəhəri, Avtozavod yolu) ünvanında yerləşən fərdi yaşayış evi və onun altında olan 0.0450 ha torpaq sahəsi ## #### 2022-ci il tarixdə əvəzli qaydada İddiaçı adına özgəninkiləşdirildiyi, qeyd olunan evdən istifadəyə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan qaydada İddiaçı və cavabdeh arasında hər hansı müqavilə bağlanmadığı, bununla da cavabdeh Cavabdeh ünvan 2 (köhnə ünvan: Gəncə şəhəri, Avtozavod yolu) ünvanında yerləşən fərdi yaşayış evindən və onun altında olan 0.0450 ha torpaq sahəsindən istifadə hüququnun olmadığı müəyyən olunur.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı mülkiyyətində olan torpaq sahəsi və evdən cavabdeh Cavabdeh çıxarılmasını tələb etməkdə haqlıdır. Qeyd olunan səbəbdən mövcud şərtlər daxilində iddiaçı İddiaçı iradəsinə zidd olaraq cavabdeh Cavabdeh ona məxsus torpaq sahəsi və evdə yaşaması iddiaçının mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir.

12. Məhkəmə bildirmişdir ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur.

13. Tələbin dəymiş ziyanın tələb edilməsi hissəsi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, cavabdehlər tərəfindən dəymiş ziyanın nədən ibarət olmasına dair sübut təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 158.1, 158.3, 228.1, 228.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 84-cü maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2016-cı ildə mərhum həyat yoldaşı X1 yuxarıda göstərilən ünvanda yerləşən torpaq sahəsini Abdullayev Nazim İlyas oğlu adlı bir şəxsə satmaqla bağlı razılığa gəlmişlər və ondan 10 000 manat beh almışdır. Torpaq sahəsini 170 000 manata satmağa razılaşmışdılar. Beh müqaviləsinin və aralarındakı razılığın şərtlərinə görə 2016-cı ilin dekabr ayına qədər alğı-satqı müqaviləsində nəzərdə tutulan pul tam həcmdə ödənilməli idi. Bundan sonra, Nazim müxtəlif bəhanələrlə pulu tam ödəməkdən imtina etdi. Lakin evi də əldən buraxmamaq üçün 3 il ərzində 5 aydan, 12 aydan bir onlara ümumilikdə 77 500 manat pul göndərdi. Sonradan məhkəmədə onlara qarşı pul tələbinə dair iddia qaldırdı. Kəpəz rayon məhkəməsi tərəfindən 10 000 manat beh çıxılmalı olduğu halda, həmin məbləğ də hesablanmaqla 99 500 manat pulun onlardan alınıb ona verilməsinə dair qətnamə çıxarıldı. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra alğı-satqı zamanı 170 000 manata dəyərləndirdikləri mülk, yəni Gəncə şəhəri Sadiq Rəhimov küçəsi ** saylı ünvanda yerləşən torpaq sahəsi və üzərindəki tikili 16 000 manata hərracda satıldı. ## #### 2022-ci il tarixli **/** saylı hərrac yekunları barədə protokoldan İddiaçı tərəfindən əmlakın ilkin hərracda qiyməti 16 000 manat olmaqla qalib alıcı olduğu bəlli olur. Həmin protokolda ilkin açıq hərracda iştirak edən şəxslərin iki nəfər — İddiaçı və Abbasov Polad İman oğlu olması bildirilmişdir. xxxxnin ##.##.2022-ci il tarixli məktubundan bəlli olur ki, torpaq sahəsi tələbkar Abdullayev Nazim İlyas oğluna (etibarnamə üzrə nümayəndə İddiaçı) satılmış və bununla əlaqədar olaraq hərracın təşkilatçısı tərəfindən ##.##.2022-ci il tarixli **/** nömrəli protokol tərtib edilmişdir. Gəncə şəhər Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin 4-cü səhifəsinin 1-ci abzasında AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli məktuba istinad edilmişdir. Həmin məktubda bildirilir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Abbasov Polad İman oğlunun Gəncə şəhəri, Avtozavod yolunda yerləşən 0.045 ha torpaq sahəsi üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə baxılmışdır. Buradan aydın olur ki, hərracda iştirak edən şəxslər əslində bir şəxs olmuşdur. 170 000 manat dəyərində olan ev 16 000 manata satılmışdır. Deməli, adları çəkilən bu şəxslər əlbir olaraq onun əmlakını ələ keçirmişlər. Bundan başqa bildirir ki, qeyd edilən evi satmaqda məqsədimiz həyat yoldaşı Hüseynov Musanın səhhətində baş verən problemlərlə (onkoloji) əlaqədar Qəmbərov Namiqin işlədiyi lombarddan 28 000 manat pul götürməsi olmuşdur. Pulun əvəzində Qəmbərov Namiq qanunsuz olaraq evin çıxarışını girov götürmüşdür. X10 səhhətindəki problemlərin daha da kəskinləşməsi və hadisələri dərk etmə qabiliyyətinin itirilməsindən faydalanaraq mübahisəli evi arvadı Qəmbərova Leylanın adına rəsmiləşdirmişdir. Hətta ona çoxlu miqdarda pul ödəməyinə (təxminən 40 000 manat) baxmayaraq, aldadaraq notariat kontorunda evin sənədini qaytarmaq adı ilə 20 000 manatlıq borc müqaviləsinə imza atdırmışdır. Həmin vaxt ona heç bir pul verilməmişdir. Hərrac keçirilən zaman Qəmbərova Leylanın adına alqı-satqı müqaviləsi olsa da, lakin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmamışdır. Hərracı formal olaraq udmuş İddiaçı məhkəmədə Qəmbərova Leylaya qarşı alqı-satqı müqaviləsinin etibarsızlığına qarşı iddia qaldırır. Məhkəmə zamanı müəyyən olunur ki, Qəmbərova Leyla və Qəmbərov Namiq İddiaçı bizim borcun əvəzinə 26 000 manat pul alıblar. Bunun əvəzində bizim torpaq sahəmizi İddiaçı qaytarmağa razıdılar. Göründüyü kimi, bu insanlar əlbir olaraq əmlakı qanunsuz olaraq mənimsəməyə çalışmışlar və buna da məhkəmələrin dəstəyi sayəsində nail olmuşlar. Hazırda hərracın ləğvinə dair Gəncə şəhər məhkəməsində iddia qaldırmışdır. Hesab edir ki, bu iş üzrə icraata qeyd edilən iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək dayandırılmalıdır. Məhkəməyə qeyd etdiyim halları müəyyən edən sənədləri təqdim etsə də, bu barədə izahat versə də, lakin məhkəmə yalnız qarşı tərəfin hərracı udmasına əsaslanaraq iddianı təmin etmişdir. Halbuki, yuxarıda da qeyd etdiyim kimi, hərrac məhkəmə qaydasında mübahisələndirilmişdir. Qarşı tərəf mülkiyyət hüququna dair çıxarışı da sonradan məhkəmə prosesi gedişində əldə etmişdir. ##.##.2026-cı il tarixli, ********** qeydiyyat nömrəli, 200013009961-***** reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarış bunu təsdiq edir.

17. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, məhkəmənin işin faktiki hallarını nəzərə almadığını bildirərək, iddianın rədd edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək iddianın təmin edilməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək iddianın təmin edilməsi barədə mübahisələndirilən məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır.

23. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının * saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi M a d d ə 8 4 . Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı işdə iddia təmin olunduğundan, qətnamə cavabdeh tərəfindən tam hissədə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. İşdən müəyyən olunur ki, iddiaçı mübahisəli əmlakı 2022-ci ildə keçirilən hərracda qalib gələrək almışdır. Sonradan məlum olmuşdur ki, mübahisəli əmlak üçüncü şəxsə alqısatqı müqaviləsi ilə satılmışdır. İddiaçı həmin müqaviləni məhkəmədə mübahisələndirmiş, məhkəmənin ##.##.2025-ci il tarixli qətnaməsi ilə həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, iddiaçının mübahisəli əmlaka hüququ məhkəmə tərəfindən tanınmışdır. Nəhayət, ##.##.2026-cı ildə iddiaçı mübahisəli torpaq sahəsi və yaşayış evinə mülkiyyət hüququnu təsdiq etdirmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsi və evə mülkiyyət hüququ olduğundan onun bu mütləq əşya hüququ cavabdehdən və digər şəxslərdən müdafiə olunmalıdır.

32. Məhkəmə kollegiyası apellyatorun mübahisəli əmlakın satılmasına dair hərracın düzgün keçirilməməsi bağlı şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Hazırkı mübahisənin mahiyyəti baxımından cavabdehin şikayətinin dəlilləri hər hansı hüquqi əhəmiyyət kəsb etmir.

33. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin hazırda iddiaçının mülkiyyətində olan evindən çıxarılmaması iddiaçının öz əmlakı üzərində sahiblikdən və istifadədən məhrum olmasına, bununla da mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından iddiaçının iddia tələbi təmin olunmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Hüseynova Mərziyyə Abbas qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar