Məhkəmə qərarları › İş №e-2(3-7)-596/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-596/2026

12.08.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-596/2026 12.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X4 ibarət tərkibdə, X5 qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası “xxxx” publik hüquqi şəxs “xxxx”xxxx“Publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa və itirilmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası “xxxx” publik hüquqi şəxs “xxxx” publik hüquqi şəxsin nümayəndəsi (vəkil) vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. ****** nömrəli Əmək kitabçasından görünür ki, İddiaçı ##.##.1984-cü il tarixli *** nömrəli əmrlə ##.##.1984-cü il tarixdən Bərdə Stomatoloji poliklinikada 1 oklad müvəqqəti tibb bacısı işinə təyin edilmişdir.

2. ##.##.1984-cü il tarixli *** nömrəli əmrlə ##.##.1984-cü ildən Stomatoloji poliklinikada müvəqqəti tibb bacısı işindən azad edilmişdir.

3. ##.##.1984-cü il tarixli *** nömrəli əmrlə ##.##.1984-cü il tarixdən Bərdə RMX-nın Uşaq poliklinikasında sahə tibb bacısı işinə təyin edilmişdir.

4. ##.##.1989-cu il tarixli ** nömrəli əmrlə ##.##.1989-cu il tarixdən sahə tibb bacısı işindən azad olunmuş və Reanimasiya şöbəsində tibb bacısı işinə keçirilmişdir.

5. ##.##.2009-cu il tarixli *** nömrəli əmrlə ##.##.2010-cu il tarixdən Uşaq xəstəxanası sotafik şöbəsində tibb bacısı işinə təyin edilmişdir.

6. ##.##.2021-ci il tarixli ** nömrəli əmrdən görünür ki, ##.##.2021-ci il tarixdən Bərdə RMX TƏBIB-ə Icbari Tibbi Sığortaya keçidi ilə əlaqədar dəyişiklik aparıldığına görə Uşaq şöbəsində 1,0 ştat vahidi tibb bacısı işinə təyin edilmişdir.

7. ##.##.2022-ci il tarixli ***-k nömrəli əmrlə ##.##.2022-ci il tarixdən Bərdə RMX phş-in Pediatrik cərrahiyyə bölməsində 1 ştat vahidi Tibb bacısı işinə keçirilmişdir.

8. ##.##.2025-ci il tarixli **-*-**/*-*-****/**** nömrəli əmrlə Cərrahiyyə şöbəsinin Pediatrik Cərrahiyyə bölməsinin Tibb bacısı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz ərizəsi ilə) ##.##.2025-ci il tarixdən xitam verilmişdir.

9. Cavabdehn ## ######## 2025-ci il tarixli **** nömrəli arayışından görünür ki, İddiaçı ##.##.2025-ci il tarixdə “Hipertoniya” xəstəliyi, şəkərli diabet diaqnozu ilə “Bərdə RMX” phş-nin Təcili Yardım şöbəsinə müraciət etmiş, ilkin tibbi yardım almışdır.

10. İddiaçı “xxxx” publik hüquqi şəxsin direktoru Vüsal Məmmədova ünvanladığı ## ######## 2025-ci il tarixli ərizəsindən görünür ki, o, yaşayış yerini dəyişdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə ## ######## 2025-ci il tarixdən xitam verilməsini xahiş etmişdir.

11. Cavabdehn ## ######## 2025-ci il tarixli **-*-**/*-*-****/**** nömrəli “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrindən görünür ki, İddiaçı-Cərrahiyyə şöbəsi üzrə Pedatrik cərrahiyyə bölməsinin Tibb bacısı ilə bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) ## ######## 2025-ci il tarixdən xitam verilmişdir.

12. İddiaçı “xxxx” publik hüquqi şəxsin baş həkimi Vüsal Məmmədova ünvanladığı ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, o, ##.##.2025-ci il tarixdə səhhəti ilə bağlı ACIL-ə gətirildiyini, ona həkim tərəfindən yardım göstərildiyini, məlum məsələyə görə şəkər xəstəsi olduğundan səhhətinin pisləşdiyini, özündə olmadığını, onun başqa ünvana köçməsi ilə bağlı ərizəsinin alınaraq işdən çıxarıldığını, onun yaşadığı ünvanda ailəsi ilə birlikdə yaşadığını, heç bir yerə köçmək niyyətinin olmadığını qeyd edərək işdən çıxma ərizəsinin ləğv edilməsini, onun əvvəlki işinə bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir.

13. “xxxx” publik hüquqi şəxsin İddiaçı ünvanladığı ## ####### 2025-ci il tarixli **-*-**/*- M-***-**-**/**** nömrəli məktubundan görünür ki, Pediatrik cərrahiyyə bölməsində yatan xəstələrə xidmətin göstərilməsi işində çatışmazlıq baş verməməsi üçün, yaranmış vakant vəzifəyə ##.##.2025-ci il tarixdə xəstəxananın Cərrahiyyə şöbəsindən işçi təyin olunmuşdur. Bu səbəbdən də ərizəsinin ləğv edilərək işə bərpa olunması mümkün deyildir. Lakin, xəstəxanada yenidən işə qəbul olmaq istəyi olduğu halda sehiyye.gov.az elektron ünvanına daxil olaraq mövcud vakant vəzifələrlə bağlı müraciət edə bilər.

14. “xxxx” publik hüquqi şəxsin ## ######## 2025-ci il tarixli, **-*-**/*-*-****/**** nömrəli “Başqa vəzifəyə keçirilmə haqqında” əmrindən görünür ki, Cərrahiyyə şöbəsinin tibb bacısı X1 ##.##.2025-ci il tarixdən bağlanmış Əmək müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq Pediatrik cərrahiyyə bölməsinə Tibb bacısı (9-cu dərəcə) vəzifəsinə keçirilmişdir.

15. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, İddiaçı əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

16. Iddiaçı İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası “xxxx” publik hüquqi şəxsi “xxxx” publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli 18- 1- **/*-*-****/**** saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün olan müddətin orta əmək haqqının ödənilməsi və mediasiya və hüquqi yardım üçün ödənilmiş 210 (iki yüz on) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Iddiaçı İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ##.##.1984-cü ildən xxxxnın müxtəlif şöbələrində, o cümlədən ##.##.2022-ci il tarixdən etibarən Cərrahiyyə şöbəsi üzrə Pediatrik cərrahiyyə bölməsinin tibb bacısı vəzifəsində əmək fəaliyyəti göstərmişdir. Müddətsiz əmək müqaviləsi əsasında işləmişdir. Azərbaycan Respublikası “xxxx” publik hüquqi şəxs “xxxx” publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli, **-*-**/*-*-****/**** saylı əmri ilə onunla bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən ləğv edilmişdir. Bu əmrdə göstərilən səbəblə qətiyyən razılaşmır və işəgötürənin onu sözügedən əsasla işdən çıxarmasını qanunsuz və əsassız hesab edir.

18. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi (hakim Gündüz Abbasov) ilə, iddianın təmin edilməsi, Azərbaycan Respublikası “xxxx” publik hüquqi şəxs “xxxx” publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli, 18- *-**/*-*-****/**** nömrəli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı Azərbaycan Respublikası “xxxx” publik hüquqi şəxs “xxxx” publik hüquqi şəxsində Cərrahiyyə şöbəsi üzrə Pediatrik cərrahiyyə bölməsinin Tibb bacısı işinə bərpa edilməsi, iddiaçı İddiaçı ## ######## 2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanıb ödənilməsi, cavabdeh Azərbaycan Respublikası “xxxx” publik hüquqi şəxs “xxxx” publik hüquqi şəxsdən 50 (əlli) mаnаt məbləğində dövlət rüsumu, mediasiyada iştirak üçün ödənilmiş 60 (altmış) manat və 100 (bir yüz) manat vəkil xidmət haqqı olmaqla, cəmi 210 (iki yüz on) manat məbləğində vəsaitin alınaraq, iddiaçı İddiaçı verilməsi qət edilmişdir.

19. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 69 və 300-cü maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 216-220, 227, 233, 360 və 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh Azərbaycan Respublikası “xxxx” publik hüquqi şəxs “xxxx” publik hüquqi şəxsin nümayəndəsi (vəkil) vəkil1 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlər və eləcə də işin faktiki hallarından görünür ki, iddiaçı öz ərizəsi ilə işdən çıxmaq barədə xxxx Publik hüquqi şəxsə ##.##.2025-ci il tarixli ərizə ilə müraciət etmişdir. Ancaq iddiaçı təqdim etdiyi ərizənin etibarsızlığı, yəni mübahisələndirdiyi əmrin verilməsinə əsas olmuş ərizəsinin etibarsızlığını mübahisələndirməmiş, əmrin ləğv edilməsini iddia etmişdir. Nəticə etibarilə məhkəmə tərəfindən iddaçının işdən çıxarmaq barədə verdiyi ərizənin hüquqi statusuna münasibət bidirmədiyi halda, həmin ərizənin əsasında verilmiş “Işdən çıxarılma haqda” Əmri ləğv etməkdə haqlı olmamışdır. Bundan başqa işin faktiki hallarından bəlli olur ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə azyaşlı qohumu Aylinə evdə tibbi yardım göstərməsi, sistem qoşulu olarkan uşağın halının pisləşməsi, daha sonra xəstəxanaya aparılmasına baxmayaraq, uşağın ölməsi hadisəsi baş vermişdir. Tibb bacısı olaraq iddiaçı bilirdi ki, ev şəraitində xəstələrə tibbi xidmət göstərilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ** saylı əmri ilə təsdiqlənmiş qaydalara əsasən 2012-ci ildən qadağan edilmişdir. Qaydaları pozmaqla İddiaçı onun yol verdiyi pozuntuya görə işdən azad edilməsi ilə nəticələnəcəyi, qaydada pozuntusuna yol verilməsi əsası ilə işdən çıxarıldığı halda, digər yerdə də onun tibb bacısı kimi işə qəbul edilməsini çətinləşdirəcəkdir. Bu səbəbdən də iddaçı “cəza” tədbiri kimi işdən azad edilmə deyil, öz ərizəsi əsasında işdən azad edilməsinə üstünlük vermişdir. Iddaçının tibbi yardım göstərmək üçün sistem qoşduğu, qohumunun uşağı Aylinin ölümündən sonra Aylinin valideynlərinin ondan şikayətçi olmamalarını gördükdə isə iddaçı dərhal işdən könüllü azad edilməsi haqda ərizəsinin “təsir altında” yazılması barədə ##.##.2025-ci il tarixli ikinci ərizə vermişdir. Baxmayaraq ki, məhkəmədə iddaçı və onun maraqlarını müdafiə edən şəxslər tərəfindən Aylinin halı pisləşdikdən sonra xəstəxanaya gətirilməsini və xəstəxanada 3 saat qaldıqdan sonra ölməsini desələr də, Bərdə rayon Prokurorluğunda Aylinin ölüm faktı ilə əlaqədar aparılmış araşdırma ilə Aylinin xəstəxanaya ölmüş vəziyyətdə gətirildiyi müəyyən edilmişdir. xxxxnın Bərdə rayon Prokurorluğuna ünvanladığı məktubda da bu məsələyə aydınlıq gətirilmişdir. Belə ki, rayon prokurorluğunun sorğusuna cavab olaraq xxxx tərəfindən bildirilmişdir ki, ##.##.2019-cu il təvəllüdlü ünvan 1 ünvanında yaşayan X2 ##.##.2025-ci il tarixdə saat 20:45 radələrində “Həkimə qədərki ölüm faktı” diaqnozu ilə Bərdə RMX-nınTəcili yardım şöbəsinə daxil olmuşdur. Aylin Quliyeva şöbəyə ölü halında daxil olduğu üçün, növbətçi tibb personalı tərəfindən ona hər hansı tibbi yardım göstərilə bilməmiş və adına xəstəlik tarixi və ya müşahidə forması tərtib olunmamışdır. Aylinin ölməsinin səbəbini müəyyən etmək məqsədilə araşdırma aparan Bərdə rayon Prokurorluğu meyitin məhkəmə-tibbi ekspertizaya təqdim etməməsi də mərhumun valideynlərinin şikayətçi olmayacaqları, ölümün səbəbini aydınlaşdırmaqda maraqlı olmamaları da iddiaçıya stimul vermiş, uşağın valideynlərinin mövqeyinin dəqiqləşdirdikdən sonra “ona təzyiq edilməklə” əmək müqaviləsinə öz istəyi ilə xitam verilməsi barədə ərizəsini təzyiq altında verdiyini bildirməklə yenidən işə qayıtmaqla bağlı mövqe sərgiləmişdir. Məhkəmə isə iş üzrə qərar qəbul edərkən Aylinin ölümü ilə əlaqədar Bərdə rayon Prokurorluğunda aparılmış araşdırmanın nəticəsinə dair qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsinə dair” qərarında göstərilənləri ümumiyyətlə şərh etməmişdir. Qərardan görünür ki, prokurorluqda araşdırma aparılarkan təqdim edilmiş MTE və PA Birliyinin ***/KEŞ nömrəli rəyinə əsasən İddiaçı tərəfindən Aylin Quliyevaya vena daxili ineksiya edilmiş, xəstənin vəziyəti 40 dəqiqə sonra pisləşmiş, Aylin xxxxnın Acil şöbəsinə aparılsa da, həkimə qədər ölüm faktı qeydə alınmışdır. Venadaxili ineksiya ev şəraitində aparılması yolverilməzdir. Belə ki, xəstənin vəziyyəti pisləşdiyi halda, ev şəraitində ona tibbi yardım göstərilməsi imkanı olmur. Venadaxili ineksiya xəstəxana şəraitində aparılmalı idi. Xəstənin vəziyyəti pisləşdiyi halda ona adekvat tibbi yardımlar göstərilməli idi. Həmçinin, prokurorluğun apardığı araşdırma materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirinin ##.##.2012-ci il tarixli, ** saylı Əmrə istinadən qeyd edilir ki,bu əmrlə təsdiq edilmiş ”Tibb sahəsində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın 24.1-ci (ona həvalə edilmiş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsi) barədə tələbləri pozulmuşdur. Buna məsul şəxs Bərdə MRX RHŞ-nin Müalicə və Diaqnostika Mərləzinin tibb bacısı İddiaçıdır. Məhkəmə iş materiallarında Aylinin ölümü ilə əlaqədar rayon Prokurorluğunda araşdırma aparılaraq material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qətnamədə qeyd etsə də, hadisənin hallarını əlaqəli şəkildə hüquqi qiymətləndirmə aparmamışdır. Eləcə də işdə olan şahid ifadələri arasında yaranmış ziddiyyətlər məhkəmə tərəfindən obyektiv qiymətləndirilməmişdir. Belə ki, iddiaçı işdən çıxması üçün direktor müavini Vasif doktor tərəfindən ona təzyiq göstərilməsini əsaslandırsa da şahid qismində dindirilmiş, iddiaçının qardaşı qızı X3 məhkəmədə bildirmişdir ki, bibisi oğlu gəlib anasına (iddiaçıya) ərizə yazmasını, hər şeyin düzələcəyini, iddiaçı ərizə yazmaq istəməsə də oğlunun məcburi yazdırmasını, iddiaçı ərizəni öz xətti ilə özü yazmasını bildirmişdir. Vasif həkim tərəfindən məhkəmədə verilmiş izahatdan görünür ki, iddiaçın onun yanında olarkan ona Aylin adlı uşağa ev şəraitində iynə vurmamalı olduğunu demiş, bunun tibbi xidmət baxımından yolverilməz olduğunu izah etmişdir. Ev şəraitində tibbi yardıma ehtiyacı olan şəxslərə ixtisaslaşmış təcili tibbi xidmət personalı tərəfindən xidmət göstərilməlidir. Vasif həkimin bu iradə isə sonradan iddiaçı tətəfindən onun işdən çıxaması üçün “təzyiq” vasitəsi kimi qiymətləndirilmişdir. Bir daha qeyd etmək zəruridir ki, tibb müəssisəsindən kənar xəstələrə tibbi yardım edilməsi tibb işçilərinə qadağan edilmişdir. Bu pozuntuya yol verməsi iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən azad edilməsi üçün kifayət qədər əsas verir. Belə olan halda əlavə olaraq İddiaçı işdən azad etmək üçün “hədə-qorxu” gəlməyə və ya “Təsir” göstərməyə heç bir ehtiyac yox idi. İddiaçı işdən sonra ev şəraitində venadaxili ineksiya edərək tibbi yardım göstərməsi (bu tibbi yardımın xəstənin ölüm ilə nəticələnib-nəticələnməməsindən asılı olmayaraq) onunla bağlanmış əmək müqaviləsinin işəğötürən tərəfindən birtərəfli qaydada xitam verilməsi üçün əsas yaratmşdır. Iddiaçı isə işdə yol verdiyi nöqsanı nəzərə almadan Aylinin ölümündə uşağın valideynlərinin ondan şikayətçi olmamaları, uşağın ölüm səbəbini müəyyən etmək üçün Məhkəm Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinə müraciət edilməyəcəyini dəqiqləşdirdikdən və Aylin dəfn edildikdən dərhal sonra işdən çıxmaq haqda ərizənin könüllü deyil, təsir altında verdiyi barədə ##.##.2025-ci il tarixli ərizə ilə müraciət etmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqda Bərdə rayon Prokurorluğunun qərarında ölüm faktı qeydə alınmış, Aylinin ölüm səbəbinin müəyyən edilməsi məqsədilə meyidinin tibbi ekspertizaya təqdim ediləcəyi halda atasının özlərinə xəsarət yetirəcəklərini bildirməklə ölümün səbəbini müəyyən edilməsi üçün meyidin daxili müayinəsinin keçirilməsinə razılıq verməməsi qeyd edilmişdir. Ancaq məhkəmə qətnamə çıxararkan işin hallarını obyektiv və qərəzsiz olaraq qiymətləndirməmiş, iş üzrə düzgün olmayan qərar qəbul edilməklə iddia tələbini əsassız olaraq təmin edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının əvvəlki iclasında iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) vəkil1 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı öz ərizəsi ilə işdən çıxmaq barədə xxxxna ##.##.2025-ci il tarixli ərizə ilə müraciət etmişdir. Həmin günü işdən azad olunmuşdur. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə azyaşlı qohumu Aylinə evdə tibbi yardım göstərməsi, sistem qoşulu olarkan uşağın halının pisləşməsi, daha sonra xəstəxanaya aparılmasına baxmayaraq, uşağın ölməsi hadisəsi baş vermişdir. Tibb bacısı ev şəraitində xəstələrə tibbi xidmət göstərilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ** saylı əmri ilə təsdiqlənmiş qaydalara əsasən 2012-ci ildən qadağan edilmişdir. İddiaçı yol verdiyi pozuntuya görə işdən azad edilməsi ilə nəticələnəcəyi əsası ilə işdən çıxarıldığı halda, digər yerdə də onun tibb bacısı kimi işə qəbul edilməsini çətinləşdirəcəkdir. Bu səbəbdən də iddaçı “cəza” tədbiri kimi işdən azad edilmə deyil, öz ərizəsi əsasında işdən azad edilməsinə üstünlük vermişdir. Iddaçının tibbi yardım göstərmək üçün sistem qoşduğu, qohumunun uşağı Aylinin ölümündən sonra Aylinin valideynlərinin ondan şikayətçi olmamalarını gördükdə isə iddaçı dərhal işdən könüllü azad edilməsi haqda ərizəsinin “təsir altında” yazılması barədə ##.##.2025-ci il tarixli ikinci ərizə vermişdir. Belə ki, ##.##.2019-cu il təvəllüdlü ünvan 1 ünvanında yaşayan X2 ##.##.2025-ci il tarixdə saat 20:45 radələrində “Həkimə qədərki ölüm faktı” diaqnozu ilə Bərdə RMX-nınTəcili yardım şöbəsinə daxil olmuşdur. Aylin Quliyeva şöbəyə ölü halında daxil olduğu üçün, növbətçi tibb personalı tərəfindən ona hər hansı tibbi yardım göstərilə bilməmiş və adına xəstəlik tarixi və ya müşahidə forması tərtib olunmamışdır. Aylinin ölməsinin səbəbini müəyyən etmək məqsədilə araşdırma aparan Bərdə rayon Prokurorluğu meyitin məhkəmə-tibbi ekspertizaya təqdim etməməsi də mərhumun valideynlərinin şikayətçi olmayacaqları, ölümün səbəbini aydınlaşdırmaqda maraqlı olmamaları da iddiaçıya stimul vermiş, uşağın valideynlərinin mövqeyinin dəqiqləşdirdikdən sonra “ona təzyiq edilməklə” əmək müqaviləsinə öz istəyi ilə xitam verilməsi barədə ərizəsini təzyiq altında verdiyini bildirməklə yenidən işə qayıtmaqla bağlı mövqe sərgiləmişdir. Qərardan görünür ki, prokurorluqda araşdırma aparılarkan təqdim edilmiş MTE və PA Birliyinin ***/KEŞ nömrəli rəyinə əsasən İddiaçı tərəfindən Aylin Quliyevaya vena daxili ineksiya edilmiş, xəstənin vəziyəti 40 dəqiqə sonra pisləşmiş, Aylin xxxxnın Acil şöbəsinə aparılsa da, həkimə qədər ölüm faktı qeydə alınmışdır. Tibb bacısı tərəfindən venadaxili ineksiya ev şəraitində aparılması yolverilməzdir. Venadaxili ineksiya xəstəxana şəraitində aparılmalı idi. Prokurorluğun apardığı araşdırma materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirinin ##.##.2012-ci il tarixli, ** saylı Əmrə istinadən qeyd edilir ki,bu əmrlə təsdiq edilmiş ”Tibb sahəsində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın 24.1-ci (ona həvalə edilmiş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsi) barədə tələbləri pozulmuşdur. Buna məsul şəxs Bərdə MRX RHŞ-nin Müalicə və Diaqnostika Mərləzinin tibb bacısı İddiaçıdır. Belə ki, iddiaçı işdən çıxması üçün direktor müavini Vasif doktor tərəfindən ona təzyiq göstərilməsini əsaslandırsa da şahid qismində dindirilmiş, Vasif həkim tərəfindən məhkəmədə verilmiş izahatdan görünür ki, iddiaçın onun yanında olarkan ona Aylin adlı uşağa ev şəraitində iynə vurmamalı olduğunu demiş, bunun tibbi xidmət baxımından yolverilməz olduğunu izah etmişdir. Göründüyü kimi, iddiaçı işdə yol verdiyi nöqsanı nəzərə almadan Aylinin ölümündə uşağın valideynlərinin ondan şikayətçi olmamaları, uşağın ölüm səbəbini müəyyən etmək üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinə müraciət edilməyəcəyini dəqiqləşdirdikdən və Aylin dəfn edildikdən dərhal sonra işdən çıxmaq haqda ərizənin könüllü deyil, təsir altında verdiyi barədə ##.##.2025-ci il tarixli ərizə ilə müraciət etmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqda Bərdə rayon Prokurorluğunun qərarında ölüm faktı qeydə alınmış, Aylinin ölüm səbəbinin müəyyən edilməsi məqsədilə meyidinin tibbi ekspertizaya təqdim ediləcəyi halda atasının özlərinə xəsarət yetirəcəklərini bildirməklə ölümün səbəbini müəyyən edilməsi üçün meyidin daxili müayinəsinin keçirilməsinə razılıq verməməsi qeyd edilmişdir. Ancaq məhkəmə qətnamə çıxararkan işin hallarını obyektiv və qərəzsiz olaraq qiymətləndirməmiş, iş üzrə düzgün olmayan qərar qəbul edilməklə iddia tələbini əsassız olaraq təmin edilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, o, ##.##.1984-cü ildən xxxxnın müxtəlif şöbələrində, o cümlədən ##.##.2022-ci il tarixdən etibarən Cərrahiyyə şöbəsi üzrə Pediatrik cərrahiyyə bölməsinin tibb bacısı vəzifəsində əmək fəaliyyəti göstərmişdir. Müddətsiz əmək müqaviləsi əsasında işləmişdir. O, ##.##.2025-ci il tarixdə azyaşlı qohumu Aylinə evdə tibbi yardım göstərmiş, venadaxili sistem qoşmuşdur. Sistem qoşulu olarkan uşağın halı pisləşmiş, daha sonra xəstəxanaya aparılmasına baxmayaraq, uşağ ölmüşdür. Ona təzyiq edildiyi üçün ##.##.2025-ci ildə işdən azad edilməsi barədə ərizə yazaraq ##.##.2025-cu ildən işdən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası “xxxx” publik hüquqi şəxs “xxxx” publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli, **-*-**/*-*-****/**** saylı əmri ilə onunla bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən ləğv edilmişdir. Bu əmrdə göstərilən səbəblə qətiyyən razılaşmamış, iddia qaldırmışdır. Onun tələbi təmin edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Iş üzrə iddiaçı və cavabdehin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMIS vasitəsilə göndərilməsinə, həmin sənədin elektron kabinetinə yerləşdirilməsinə və həmin sənədləri almalarına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər. Iddiaçı İddiaçı məhkəməyə ##.##.2026-cı il tarixə saat 15-20-a təyin olunmuş məhkəmə iclasına gəlməyərək teleqramma vuraraq işin təxirə salınmasını xahiş etmiş, bu səbəbdən işin baxılması ##.##.2026-cı il tarixə saat 15-00-a təxirə salınmışdır. Daha sonra, iddiaçı İddiaçı vəkili yenidən məhkəməyə “Elektron Məhkəmə” sistemi vasitəsilə müraciət edərək mülki işin təxirə salınmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı tərəfin məhkəmə iclasında iştirak etməməsi üzürlü sayıla bilməz. Məhkəmə kollegiyası iddiaçı tərəfin bu hərəkətlərini işin düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl olaraq maneçilik törətməsi kimi qiymətləndirir (MPM 120-ci maddəsi). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən hazırki vəziyyətdə iddiaçı tərəfin və cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

26. Maddə 2. Hissə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

27. Maddə 6. Hissə 2. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.

28. Maddə 68. Hissə 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

29. Maddə 68. Hissə 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

30. Maddə 69. Hissə 1. Işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

31. Maddə 69. Hissə 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

32. Maddə 69. Hissə 3. Işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

33. Maddə 69. Hissə 7. Işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

34. Maddə 83. Hissə 1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

35. Maddə 84. Hissə 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

36. Maddə 84. Hissə 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

37. Maddə 84. Hissə 3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

38. Maddə 87. Hissə 3. Işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

45. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

46. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

47. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

48. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır.

49. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

50. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması.

51. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

52. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

53. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

54. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

56. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

58. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

59. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.

60. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı ##.##.1984-cü il tarixdən Bərdə Stomatoloji poliklinikada 1 oklad müvəqqəti tibb bacısı işinə təyin edilmiş, ##.##.1984-cü il tarixli *** nömrəli əmrlə ##.##.1984-cü ildən Stomatoloji poliklinikada müvəqqəti tibb bacısı işindən azad edilmişdir. ##.##.1984-cü il tarixli *** nömrəli əmrlə ##.##.1984-cü il tarixdən Bərdə RMXnın Uşaq poliklinikasında sahə tibb bacısı işinə təyin edilmiş, ##.##.1989-cu il tarixli ** nömrəli əmrlə ##.##.1989-cu il tarixdən sahə tibb bacısı işindən azad olunmuş və Reanimasiya şöbəsində tibb bacısı işinə keçirilmişdir. ##.##.2009-cu il tarixli *** nömrəli əmrlə ##.##.2010-cu il tarixdən Uşaq xəstəxanası sotafik şöbəsində tibb bacısı işinə təyin edilmişdir. ##.##.2021-ci il tarixli ** nömrəli əmrlə ##.##.2021-ci il tarixdən Bərdə RMX TƏBIB-ə Icbari Tibbi Sığortaya keçidi ilə əlaqədar dəyişiklik aparıldığına görə Uşaq şöbəsində 1,0 ştat vahidi tibb bacısı işinə təyin edilmişdir. ##.##.2022-ci il tarixli ***-k nömrəli əmrlə ##.##.2022-ci il tarixdən Bərdə RMX phş-in Pediatrik cərrahiyyə bölməsində 1 ştat vahidi Tibb bacısı işinə keçirilmişdir. Iddiaçı, İddiaçı müddətsiz əmək müqaviləsi əsasında işləmişdir. O, ##.##.2025-ci il tarixdə azyaşlı qohumu Aylinə evdə tibbi yardım göstərmiş, venadaxili sistem qoşmuşdur. Sistem qoşulu olarkan uşağın halı pisləşmiş, daha sonra xəstəxanaya aparılmasına baxmayaraq, uşağ ölmüşdür. Iddiaçı ##.##.2025-ci ildə işdən azad edilməsi barədə ərizə yazaraq ##.##.2025-cu ildən işdən azad edilməsini xahiş etmişdir. Bu əsasla ##.##.2025-ci il tarixli **-*-**/*-*-****/**** nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz ərizəsi ilə) ##.##.2025-ci il tarixdən xitam verilmişdir. Birinci instansiya məhkəməsi isə iddia ərizəsini təmin etmişdir.

61. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia ərizəsinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı deyildir.

62. Əmək müqaviləsinə xitam verilməsinin ümumi prinsipləri kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsində deyilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

63. Həmin maddənin a) bəndində əmək münasibətlərinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi müəyyən olunmuşdur.

64. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir.

65. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi göstərilmişdir.

66. Həmin norma, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi hüququnu verir.

67. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı İddiaçı əmək müqaviləsinə xitam verilməsinə səbəb onun öz xahişi ilə işdən azad olunmasını nəzərdə tutan ərizəsidir və həmin ərizəni öz şəxsi imzası ilə təsdiqləmişdir.

68. Məhkəmə Kollegiyası İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinin pozulması ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya təzyiq olunması və buna görə də işdən çıxma barədə ərizə verməsi barədə iddiaçının əsas gətirdiyi faktlar işə birinci instaniya məhkəməsində baxılarkən düzgün araşdırılmamışdır.

69. Belə ki, cavabdeh tərəf apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə azyaşlı qohumu Aylinə evdə tibbi yardım göstərmiş, venadaxili sistem köçürmüş, sistem qoşulu olarkan uşağın halı pisləşmiş, daha sonra xəstəxanaya aparılmasına baxmayaraq, uşağın ölməsi hadisəsi baş vermişdir. Belə ki, ev şəraitində xəstələrə tibbi xidmət göstərilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ** saylı əmri ilə təsdiqlənmiş qaydalara əsasən 2012-ci ildən qadağan edilmişdir. Bu pozuntuya yol verilməsi iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən azad edilməsi üçün kifayət qədər əsas vermişdir. Iddiaçı ərizə yazaraq işdən azad olunmasını özü xahiş etmişdir. Belə olan halda əlavə olaraq İddiaçı işdən azad etmək üçün “hədə-qorxu” gəlməyə və ya “Təsir” göstərməyə heç bir ehtiyac yox idi.

70. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyatorun şikayətinin dəlili əsaslıdır və subut növü kimi qəbul ediləndir.

71. Belə ki, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən azad edilməmiş, həmin faktla bağlı cavabdeh tərəfindən iddiaçı barəsində hər hansı tədbir görülməmişdir. Əvəzində isə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. Ərizəsində qeyd etmişdir ki, - “Xahiş edirəm mənimlə bağlanmış əmək müqaviləsinə ## ######## 2025-ci il tarixdən xitam verəsiniz” (bax iş vərəqə 79). Artıq yuxarıda qeyd edildiyi kimi həmin müqaviləyə xitam verilərkən iddiaçı tərəfindən Əmək Qanunvericiliyinin, həmçinin, 69-cu maddənin 7-ci hissəsinin tələbləri pozulmamışdır. Çünki, “işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur”- edilməsi halları baxılan iş üzrə müəyyən edilmir. Əksinə İddiaçı öz iradəsinə uyğun olaraq əmək müqaviləsinə ## ######## 2025-ci ildə xitam verilməsini xahiş etmişdir. Işəgötürən də onun xahişinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə ##.##.2025-ci ildə xitam vermişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan əmrin verilməsi iddiaçının iradəsinə uyğun olmuşdur. Bundan başqa birinci instansiya məhkəməsində ifadələri alınmış şahidlər də (bax iş vərəqə 83-85) işəgötürən tərəfindən bu və ya digər qaydada iddiaçının iradəsinin əleyhinə əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı hər hansı təsir etməsi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin – “işin gerçək hallarına görə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı yaşayış yerini dəyişməsi ilə əlaqədar olaraq işdən azad olunması barədə ərizəni öz iradəsi ilə verməmiş, ona edilən təzyiq və təsir nəticəsində həmin ərizəni imzalamağa məcbur edilmişdir. Iddiaçı məhkəməyə həmin halı təsdiq edən kifayət qədər sübut təqdim etmişdir. Cavabdeh tərəf isə iddiaçının öz iradəsi ilə ərizə verməsi barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir” – gəldiyi nəticəni əsaslı hesab etmir. Çünki, baxılan işdə işəgötürən tərəfindən iddiaçıya hər hansı təsir edilməsindən söhbət gedə bilməz. Bu hal işdə olan sənədlərlə öz təsdiqini tapmır.

72. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslıdır.

73. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşmır, onu qanuni və əsaslı qəbul etmir, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab etmir.

74. Göründüyü kimi, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar hərtərəfli araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

75. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

78. Avropa Insan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

79. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə, iddiaçı ##.##.2022-ci il tarixli ***-k nömrəli əmrlə ##.##.2022-ci il tarixdən Bərdə RMX phş-in Pediatrik cərrahiyyə bölməsində 1 ştat vahidi Tibb bacısı işinə keçirilmişdir. Iddiaçı, İddiaçı müddətsiz əmək müqaviləsi əsasında işləmişdir. O, ##.##.2025-ci il tarixdə azyaşlı qohumu Aylinə evdə tibbi yardım göstərmiş, venadaxili sistem köçürmüşdür. Sistem qoşulu olarkan uşağın halı pisləşmiş, daha sonra xəstəxanaya aparılmasına baxmayaraq, uşağ ölmüşdür. Iddiaçı ##.##.2025-ci ildə işdən azad edilməsi barədə ərizə yazaraq ##.##.2025-cu ildən işdən azad edilməsini xahiş etmişdir. Bu əsasla ##.##.2025-ci il tarixli **-*-**/*-*-****/**** nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz ərizəsi ilə) ##.##.2025-ci il tarixdən xitam verilmişdir. Işdə olan sənədlərdən görünür ki, ##.##.2019-cu il təvəllüdlü ünvan 1 ünvanında yaşayan X2 ##.##.2025-ci il tarixdə saat 20:45 radələrində “Həkimə qədərki ölüm faktı” diaqnozu ilə Bərdə RMX-nınTəcili yardım şöbəsinə daxil olmuşdur. Aylin Quliyeva şöbəyə ölü halında daxil olduğu üçün, növbətçi tibb personalı tərəfindən ona hər hansı tibbi yardım göstərilə bilməmiş və adına xəstəlik tarixi və ya müşahidə forması tərtib olunmamışdır. “Cinayət işi başlanmasının rədd edilməsinə dair” Qərardan görünür ki, prokurorluqda araşdırma aparılarkan təqdim edilmiş MTE və PA Birliyinin ***/KEŞ nömrəli rəyinə əsasən İddiaçı tərəfindən Aylin Quliyevaya vena daxili ineksiya edilmiş, xəstənin vəziyəti 40 dəqiqə sonra pisləşmiş, Aylin xxxxnın Acil şöbəsinə aparılsa da, həkimə qədər ölüm faktı qeydə alınmışdır. Göründüyü kimi, hazırkı iş üzrə Venadaxili ineksiya ev şəraitində aparılması yolverilməzdir. Umumiyyətlə Venadaxili ineksiya birmənalı olaraq xəstəxana şəraitində aparılmalı idi. Göründüyü kimi, iddiaçı Bərdə MRX RHŞ-nin Müalicə və Diaqnostika Mərləzinin tibb bacısı İddiaçı tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirinin ##.##.2012-ci il tarixli, ** saylı əmrlə təsdiq edilmiş ”Tibb sahəsində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın 24.1-ci (ona həvalə edilmiş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsi) barədə tələbləri pozulmuşdur. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı ##.##.2025-ci ildə işdən azad edilməsi barədə ərizə yazaraq ##.##.2025-cu ildən işdən azad edilməsini xahiş etmişdir. Bu əsasla iddiaçının ərizəsi əsasında ##.##.2025-ci il tarixli **- *-**/*-*-****/**** nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz ərizəsi ilə) ##.##.2025-ci il tarixdən xitam verilmişdir. Iddiaçı ərizəni təsir altında yazdığını bildirsədə bu hal məhkəmə kollegiyasının araşdırılması ilə təsdiqini tapmamışdır. Bununlada, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin işəğötürən tərəfindən öz ərizəsi əsasında xitam verilməsi qanunamüvafiq olmuşdur. Yəni baxılan üş üzrə iddiaçı İddiaçı işəgötürən tərəfindən hər hansı təsir və ya təzyiq göstərilməmişdir.

80. Bununlada, məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.

81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 386, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Azərbaycan Respublikası “xxxx” publik hüquqi şəxs “xxxx” publik hüquqi şəxsin nümayəndəsi (vəkil) vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin. Iş üzrə yeni qətnamə çıxarılsın. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası “xxxx” publik hüquqi şəxs “xxxx”xxxx“Publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa və itirilmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar