Məhkəmə qərarları › İş №e-2(3-7)-617/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-617/2026

06.05.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-617/2026 06.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Muradov Rəhman Şaban oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçının nümayəndəsi, vəkil Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Iddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmləkın Dövlət Kadastrı və Reyestri X1 ** saylı Şəmkir Ərazi Idarəsinə qarşı şıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli ********** nömrəli Maraqlı şəxs və ailə üzvlərinin adına Gədəbəy rayonu, Alnabat kəndində yerləşən 0,2875 ha torpaq sahəsinə qeydə alınmış və qanunsuz onlara Azərbaycan Respubiikası Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və X3 şəxsinin ** saylı Şəmkir Ərazi Idarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilməsi bardə qərardad qəbul edilmişdir. Şəmkir Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qərardadından narazı qalan iddiaçı İddiaçı nümayəndəsi, vəkil Nümayəndə ##.##.2026-cı ildə tarixdə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, iddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmləkın Dövlət Kadastrı və Reyestri X1 ** saylı Şəmkir Ərazi Idarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cu il tarixli ********** nömrəli Maraqlı şəxs və ailə üzvlərinin adına Gədəbəy rayonu, Alnabat kəndində yerləşən 0,2875 ha torpaq sahəsinə qeydə alınmış və qanunsuz onlara Azərbaycan Respubiikası Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xaniş etmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli iş e-*(***)-****/**** saylı qərərdadı ilə iş üzrə icraata xitam verilmişdir. Qərardadla tamamilə razı deyil və hesab edir ki, bu qərardad qanunsuz və ədalətsiz olmaqla işin faktiki halına uyğun gəlmir və bu qərərdad qəbul edilərkən prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, eyni zamanda məhkəmə həmin qərardadı müvafiq maddələrlə əsaslandıraraq özü ##.##.2026-ci il tarixli Qərardadına və MPM-nə zidd, işin faktiki hallarına uyğun olmayan ##.##.2026-ci il tarixli e-*(***)-****/**** saylı Qərardad qəbul edib. Icraatda olan iddiaçı İddiaçı cavabdeh “xxxx” X1 ** saylı Şəmkir Ərazi Idarəsi qarşı torpaq münasibətləri üzrə sair mübahisələr tələbinə dalr mülki iş üzrə məhkəmənin qərardadı ##.##.2026-cı ildə elan edilib. O, ##.##.2026-ci il tarixli ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, məhkəmənin nəzərinizə çatdırırmışdır ki, ##.##.2026-ci il tarixli məhkəmə iclasın protokolları ilə tanış olmağına şərait yaratmaqlarını (elektron sisteminə daxil etməklə) xahiş etmişdir. ##.##.2026-ci ilə kimi onu xahişi nəzərə alınmamış və beləliklə həmin protokollarla tanış ola bilməmişdir. Yalnız ##.##.2026-ci il tarixində e-*(***)****/**** saylı Qərardad məhkəmə elektron sisteminə yerləşdiriləndən sonra ona məlum olub ki, həmin gün, yəni ##.##.2026-ci il tarixli protokolda mühüm əhəmiyyət kəsb edən onun məhkəmə iclasında dedikləri orda öz əksini tapmamışdır. Belə ki, məhkəmə həmin iclsda ona dediyi sözün yalnız bir hissəsinə ətraflı və əsaslı cavab versə də digər, ən əsas məqamı kənarda qoyub. Belə ki, ##.##.2026-ci il tarixində məhkəmə iclasında o, məhkəmədən “məhkəmə iclasını təxirə salmasını istəmişdir ki, növbəti iclasında yeni sübutları təqdim etsin və iddianın dəyişdirilməsi (MPM-nin 53-cü maddəyə əsasən) məsələsinə baxılsın. Yəni bildirmək istəyir ki, həmin günü məhkəmə iclasında məhkəmə iclasını təxirə salmağın məqsədi yeni sübutların məhkəməyə təqdim edilməsi və növbəti prosesidə iddianın dəyişdirilməsi məsələsinə baxılması idi. Beləliklə o, ##.##.2026-ci il tarixli məhkəmə iclas protokoluna qeyd verməyə məcbur olmuşdur. Məhkəmə ##.##.2026-ci il tarixli Qərardadı qəbul edərək, bir az tələsmiş, imkan verməmişdir ki, iddiaçının iddia tələbi tam olaraq müəyyən olunandan sonra öz əsassız və qanuni Qəradadını çıxartsın. Əgər iddiaçı məhkəmədə iddia tələbini dəyişməyindən söz açırsa, məhkəmə hansı əsasa görə iddiaçı tərəfindən hələ tam şəkildə (hətta əsası və predmetindən söhbət gedir) təqdim edilməmiş sənəddən onun barəsində qərar çıxardır. ##.##.2026-ci il tarixli *(***)-****/**** saylı qərardad qanununsuz və əsassızdır. Odur ki, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)- ****/**** saylı qərardadını ləğv edərək işi məhkəmə iclasını davam etdirilməsini, əks halda işi baxılması üçün Gəncə Apellayasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməmiş və şikayətin material ilə birlikdə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclası zamanı iddiaçının sübutlar təqdim etməsi ilə bağlı məhkəmə tərəfindən yetərli qədər vaxt vermişdir, məhkəmə iclası təxirə salınmış, lakin buna baxmayaraq iddiaçının vəkili və nümayəndəsi tərəfindən məhkəməyə hər hansı sübut, eyni zamanda MPM-nin 53-cü maddəsi ilə bağlı iddiaçının vəkili və nümayəndəsi tərəfindən məhkəməyə nə yazılı, nə də, şifahi qaydada vəsatət təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş hallarından görünür ki, iddia ərizəsi Şəmkir Rayon Məhkəməsinə ##.##.2025-ci il tarixdə daxil olmuşdur. Həmin tarixdən sonrakı dövr ərzində iddiaçının və nümayəndəsinin yetərli qədər vaxtı olmuşdur ki, həm sübutlarını təqdim etsin, həm də, iddia tələbini dəyişsin. Bu baxımdan məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edir. Iş materiallarından görünür ki, iddiaçının tələbi ##.##.2024-cü il tarixli ********** nömrəli Maraqlı şəxs və ailə üzvlərinin adına Gədəbəy rayonu, Alnabat kəndində yerləşən 0,2875 ha torpaq sahəsinə qeydə alınmış və qanunsuz onlara Azərbaycan Respubiikası Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsindən ibarətdir. Yəni iddiaçı cavabdeh inzibati orqanın qanunsuz hərəkətini mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» ## ##### 2015-ci il tarixli * №-li qərarının 15.4-cü bəndində də göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır Həmin Qərarın 17-ci bəndində qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Iddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəmkir Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçının nümayəndəsi, vəkil Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar