Məhkəmə qərarları › İş №e-2(3-7)-623/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-623/2026

01.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-623/2026 01.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər X7 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Cavabdeh Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı MMC, X1 ASC və cavabdeh Cavabdeh arasında ## ###### 2022-ci il tarixdə bağlanmış “Güzəştli mənzilin alqı-satqısı və ipoteka müqaviləsi”ndən müəyyən edilir ki, həmin müqavilə (X4) Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsi, * saylı evin 12ci mərtəbəsində yerləşən * saylı mənzilin cavabdeh Cavabdeh satılması barədə bağlanmışdır.

2. ##.##.2022-ci il tarixli «mənzilin təhvil-təslim edilməsi və binaların idarə edilməsi» barədə aktdan görünür ki, «Daşınmaz əmlakın alqı-satqı»/«güzəştli mənzilin alqı-satqı və ipoteka» müqaviləsinin icra olunması üçün Azərbaycan bayrağı küçəsi, * saylı evin * saylı mənzili Cavabdeh təhvil-təslim edilmişdir.

3. Cavabdeh ilə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış çoxmənzilli binaların idarəedilməsi barədə ##.##.2022-ci il tarixli müqavilənin 5.1-ci bəndində göstərilmişdir ki, müqavilə üzrə xidmət haqqı hər kvadratmetr üçün 0,30 qəpik məbləğində müəyyən edilmişdir.

4. «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh məxsus olan mənzilin daxili sahəsi 76.79 kvadratmetrdir, ##.##.2025-ci il tarixə həmin mənzilin gecikdirilmiş xidmət haqqı 760.29 manat, penya borcu isə 364,95 manat məbləğini təşkil edir.

5. «xxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh ilə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış mənzilin təhvil-təslim edilməsi və binaların idarəedilməsi barədə akt imzalanmışdır. Həmin Aktın 4-cü hissəsinin birinci qeydində Çoxmənzilli binaların idarəedilməsi haqqında müqavilənin və Yaşayış qaydalarına dair Təlimatın mətni ilə tanış olduğu və şərtlərini qəbul etdiyi qeyd olunmuşdur. «Çoxmənzilli binaların idarəedilməsi haqqında müqavilə»nin 2.1-ci bəndinə əsasən İdarəedici təşkilat («xxxx») razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, çoxmənzilli yaşayış binasının ümumi əmlakının lazımi saxlanılması, təmiri üzrə xidmətlər göstərir və işlər yerinə yetirir, həmin binanın sahə mülkiyyətçisinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal və digər xidmətlər göstərir, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirir. Mülkiyyətçi isə bunun müqabilində 4.1.3-cü yarımbəndə uyğun müqavilənin predmetində qeyd olunanların həyata keçirilməsi üçün müəyyən olunmuş məbləğde İdarəedici təşkilatın xidmətlərinin əvəzini ödəməlidir. Belə ki, o, müqavilə bağlandığı andan hal-hazıradək müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri layiqincə icra etməmişdir. Nəticədə müqavilənin 4.1.3-cü yarımbəndi və 5.1-ci bəndinə əsasən ##.##.2025-ci il tarixə «xxxx» MMC-yə 691.17 manat borcu yaranmışdır. Odur ki, yaranmış borcun ləngimədən ödənilməsi ondan xahiş olunur. a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 364,95 manat penya borcu olmaqla, 760,29 manat əsas borc, ümumilikdə 1125,24 manatın tutularaq, iddiaçı İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında (X4) Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsi, bina 8, ev 296, mərtəbə 12, * saylı mənzil üzrə 13/02/xxxx22 nömrəli, ## ###### 2022-ci il tarixli “Güzəştli mənzilin alqı-satqısı və ipoteka müqaviləsi” bağlanmışdır. Elə həmin tarixdə mənzilin təhviltəslim edilməsi və binaların idarəedilməsi barədə imzalanmış aktın 4-cü hissəsinin qeydində Cavabdeh“ Çoxmənzilli binaların idarəedilməsi” haqqında müqavilənin və “Yaşayış qaydalarına dair” Təlimatın mətni ilə tanış olduğu və şərtlərini qəbul etdiyi qeyd olunmuşdur. Tərəflər arasında imzalanmış ## ###### 2022-ci il tarixli “Çoxmənzilli binaların idarəedilməsi haqqında müqavilə”nin 2.1-ci bəndinə əsasən İdarəedici təşkilat (iddiaçı) razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, çoxmənzilli yaşayış binasının ümumi əmlakının lazımi saxlanılması, təmiri üzrə xidmətlər göstərir və işlər yerinə yetirir, həmin binanın sahə mülkiyyətçisinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal və digər xidmətlər göstərir, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirir. Mülkiyyətçi (cavabdeh) isə bunun müqabilində 4.1.3-cü yarımbəndə uyğun olaraq müqavilənin predmetində qeyd olunanların həyata keçirilməsi üçün müəyyən olunmuş məbləğdə İdarəedici təşkilatın xidmətlərinin əvəzini ödəməlidir. Həmçinin, cavabdeh-alıcı Cavabdeh ilə bağlanmış “Güzəştli mənzilin alqı-satqısı və ipoteka müqaviləsi”nin 2.4.9-cu maddəsində də lazım olan ödənişlərin (əmlak vergisi, kommunal və digər məcburi ödənişləri) vaxtında ödənilməsi, habelə mülkiyyət hüquqlarından yaranan digər öhdəliklərin lazımi qaydada icra edilməsi mənzilin mülkiyyətçisinin vəzifələrindən biri kimi göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi” Qaydasının 9.2-ci yarımbəndinə və “Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq göstərilən (binanın idarə edilməsi, ümumi əmlakın saxlanması, cari və əsaslı təmir üzrə) xidmətlərə görə ödənilməli olan haqqın məbləği yaşayış sahəsinin hər kvadratmetr sahəsi üçün 0,3 manat müəyyən olunmuşdur. Cavabdehin mülkiyyətində olanGəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsi, bina 8, ev 296, mərtəbə 12, * saylı mənzil ümumi sahəsi 76,79 kvadratmetr təşkil etdiyindən onun tərəfindən hər ay 23.04 manat ödəniş olunmalıdır. Buna baxmayaraq, müqavilə bağlanıldığı vaxtdan bugünədək müqavilə üzrə üzərinə götürdüyü öhdəliklə əlaqədar cavabdeh tərəfindən hər ay ödənilməli olan ödənişlər həyata keçirilməmiş və nəticədə müqavilənin 4.1.3-cü yarımbəndi və 5.1-ci bəndinə əsasən ##.##.2025-ci il tarixə İddiaçı MMC-yə 760.29 manat xidmət haqqı borcu, 990 gün üçün 364.95 manat penya borcu, ümumilikdə isə 1125.24 manat borcu yaranmışdır.

8. Cavabdeh Cavabdeh məhkəməyə iddiaya etiraz ünvanlayaraq, iddianın rədd edilməsini xahiş etmişdir.

9. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ə.İ.Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh ilə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## ###### 2022-ci il tarixli «Çoxmənzilli binaların idarə edilməsi haqqında» müqaviləyə əsasən, Cavabdeh məxsus olan mənzil üçün ##.##.2025-ci il tarixə ödənilməmiş xidmət haqqı kimi 760,29 manat məbləğində pul və 100 manat cərimə borcu olmaqla, cəmi 860.29 (səkkiz yüz altmış) manat 29 qəpik məbləğində pul Cavabdeh alınıb, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Mülki iş materialları ilə müəyyən edilmişdir ki, Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi, * saylı binanın * saylı mənzilin sahəsi 76,79 kvadrat metrdir və tərəflər arasında bağlanmış ## ###### 2022-ci il tarixli «Çoxmənzilli binaların idarəedilməsi haqqında» müqavilə üzrə xidmət haqqının hər kvadrat metri üçün 0,30 manat məbləğində razılaşdırılmışdır. Lakin, Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini icra etməmiş və onun ##.##.2025-ci il tarixə gecikdirilmiş xidmət haqqı qismində 760,29 manat məbləğində borcu yaranmışdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 385.1, 386.1, 389.1, 425.1, 462.1, 467-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.10, 6.0.11, 29.3, 45.5, 109.1, 109.2, 110.4, 135.1, 135.2, 137.1, 137.4-cü maddələrinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1, 9.1.14-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 107, 119-cu maddələrinə istinadla əsaslanmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır, penyanın miqdarı və hesablanma qaydası aydın və konkret olmalıdır. İddiaçı tələb etdiyi 364,95 AZN-in hansı metodologiya ilə alındığını izah edə bilmədiyi halda, məhkəmənin bu naməlum rəqəmi "azaltma" yolu ilə (100 AZN) qanuniləşdirməsi bu maddənin tələblərinə ziddir. Mənzildə mütəmadi olaraq yaranan nəmlik, kif və "şeh nöqtəsinin" daxili divar qatına düşməsi faktları məhkəmə tərəfindən araşdırılmamışdır. Bu halların tikinti normativlərinin pozulmasından, yoxsa istismar xətasından qaynaqlandığı müəyyən edilmədən xidmət haqqı tələbinin təmin edilməsi qeyri-mümkündür. Məhz yuxarıda qeyd olunan qüsurların obyektiv müəyyən edilməsi üçün inşaat-texniki ekspertizasının təyin edilməsi barədə vəsatət verilsə də, məhkəmə bu vəsatəti əsassız olaraq təmin etməmişdir. MPM-in 97.1-ci maddəsinə görə, iş üçün əhəmiyyət kəsb edən hallar xüsusi bilik tələb etdikdə məhkəmə ekspertiza təyin etməyə borcludur. Bu halın aydınlaşdırılmaması xidmətin keyfiyyətinin (və ya ümumiyyətlə göstərilib-göstərilməməsinin) hüquqi qiymətləndirilməsini imkansız etmişdir. İdarəedici təşkilatın mənzildəki bu qüsurları aradan qaldırmaq üçün hansı tədbirləri gördüyü və ya görmədiyi araşdırılmamışdır. Əgər iddiaçı öz üzərinə düşən "lazımi saxlama" öhdəliyini yerinə yetirməyibsə, mülkiyyətçinin ödəniş öhdəliyi MM-in 441.2-ci maddəsinə əsasən yaranmır. Məhkəmə qanunun bu tələbini faktiki olaraq nəzərə almamışdır.

b) Apellyasiya şikayətlərinə qarşı etirazların dəlilləri

14. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur.

15. Etiraz onunla əsaslandırılmışdır ki, göstərilən qüsurların idarəetmə müqaviləsinin predmeti ilə hər hansı əlaqəsi yoxdur. İdarəedici təşkilat olaraq göstərilən xidmətlər mənzilə qədər olan ümumi xidmətlərə aiddir. Bu xidmətlərdən bütün sahə mülkiyyətçiləri istifadə etmiş, lakin ödəniş etməkdən yayınıblar. Buna görə də etirazda qeyd olunan hallar kommunal xidmət haqqının ödənilməsi öhdəliyini aradan qaldırmır. Yaşayış binalarında göstərilən kommunal xidmətlərin növü kifayət qədər genişdir. Bu xidmətlər mənzildaxili deyil, ümumi istifadə sahələrinə aid olan xidmətlərdir. Buraya aşağıdakılar daxildir: liftlərin saz vəziyyətdə saxlanması üçün mütəmadi texniki baxış və təmir işləri; təmizlik, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması; məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi; ərazidə cari təmir və bərpa işlərinin həyata keçirilməsi; yaşıllıqların qorunması, saxlanması və suvarılması; binaların ümumi sahələrinin işıqlandırılması; təsərrüfat və nəqliyyat xərcləri. Cavabdehin istinad etdiyi mənzildaxili konstruktiv qüsurlar çoxmənzilli binanın ümumi əmlakının saxlanılması ilə bağlı öhdəliklərə aid deyil və buna görə də hazırkı mübahisənin predmeti hesab edilmir. Bu səbəbdən ekspertiza təyin edilməsinə ehtiyac aradan qalxır. Bununla yanaşı, iddianın predmetinə aid olmasa da qeyd olunur ki, iddia qaldırılmadan əvvəl cavabdehin mənzildaxili qüsurlarla bağlı müraciəti yerində araşdırılmış, mənzilə baxış keçirilmiş və aşkar edilən qüsurların aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür. Bununla bağlı fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2016-cı il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin vətəndaşların güzəştli əldə etməsi Qaydası”nın 9.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərcləri sahə mülkiyyətçiləri tərəfindən ödənilməlidir. Çoxmənzilli binalarda kommunal xidmət haqqı ümumi əmlakın saxlanılması üçün çəkilən istismar xərclərini qarşılayan aylıq ödənişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38ci maddəsinə əsasən, çoxmənzilli binaların ümumi əmlakının saxlanılması ilə bağlı xərclər hər bir mənzil sahibinin mülkiyyət payına uyğun olaraq onun məsuliyyətinə aiddir. Bundan əlavə, məhkəmə iclasında cavabdehin nümayəndəsi borcun mövcudluğunu etiraf etmiş, yalnız cərimə məbləğinin azaldılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

17. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, iddiaçı tərəf məhkəmə iclasında iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən, iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 18. Yaşayış fondunun istifadəsi və saxlanılmasına, yaşayış sahələrinin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə 42. Kommunal mənzilin ümumi əmlakının saxlanması 42.1. Kommunal mənzilin ümumi əmlakının saxlanması xərcləri həmin mənzildəki otaq mülkiyyətçilərinin hesabına ödənilir. 42.2. Kommunal mənzildə otaq mülkiyyətçisinin hesabına ödənilən mənzilin ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun mənzilin ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Maddə 137. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırkı işdə iddia qismən təmin edildiyindən, cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə kollegiyası qətnaməni tam hissədə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəf cavabdehlə aralarında bağlanmış müqaviləyə istinad edərək ümumi əmlakın saxlanılmasına görə cavabdeh tərəfindən ödənilməmiş borcun tutulmasını xahiş edir. Cavabdeh şikayətində bildirir ki, mənzildə mütəmadi olaraq yaranan nəmlik, kif və "şeh nöqtəsinin" daxili divar qatına düşməsi halları tikinti normativlərinin pozulmasından, yoxsa istismar xətasından qaynaqlandığı müəyyən etmədən xidmət haqqı tələbinin təmin edilməsi qeyri-mümkündür.

14. Məhkəmə kollegiyası cavabdehin şikayətinə münasibətdə qeyd edir ki, mənzildaxili konstruktiv qüsurlar çoxmənzilli binanın ümumi əmlakının saxlanılması ilə bağlı öhdəliklərə aid deyil. Mənzildaxili konstruktiv qüsur birbaşa binanı inşa edən tikinti şirkətinin (MTK və ya podratçının) zəmanət öhdəliyinə daxildir. Mənzil sahibi bununla bağlı şikayətlərini tikinti şirkətinə təqdim etməlidir. Binanın idarəedici təşkilatı isə yalnız binanın ümumi istismar qaydalarına əməl olunmasına və müştərək əmlakın sazlığına cavabdehdir.

15. Həmçinin «Çoxmənzilli binaların idarəedilməsi haqqında müqavilə»nin 2.1-ci bəndinə əsasən də müəyyən olunur ki, idarəedici təşkilat («xxxx») razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, çoxmənzilli yaşayış binasının ümumi əmlakının lazımi saxlanılması, təmiri üzrə xidmətlər göstərir və işlər yerinə yetirir, həmin binanın sahə mülkiyyətçisinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal və digər xidmətlər göstərir, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirir. Mülkiyyətçi isə bunun müqabilində 4.1.3-cü yarımbəndə uyğun müqavilənin predmetində qeyd olunanların həyata keçirilməsi üçün müəyyən olunmuş məbləğdə İdarəedici təşkilatın xidmətlərinin əvəzini ödəməlidir.

16. Yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, qanunvericilik çoxmənzilli yaşayış sahələrinin saxlanılması və idarəedilməsinə görə ödənişlərin edilməsini zəruri hesab etmişdir. Bu ödənişlərin əsası müqavilə və ya qanuni əsaslara dayanır. Hazırkı işdə də, tərəflər arasında ödənişlərlə bağlı müvafiq müqavilə imzalanmışdır. Deməli, iddiaçı tələbi qaldırmaqda haqlı olmuş və birinci instansiya məhkəməsi iş üzrə doğru hüquqi yanaşma sərgiləmişdir. Belə ki, cavabdeh müqavilə bağlandığı andan müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri layiqincə icra etməmişdir.

17. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

18. Həmçinin o da qeyd edilməlidir ki, mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olması səbəbindən qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar