Məhkəmə qərarları › İş №e-2(3-7)-640/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-640/2026

28.07.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-640/2026 28.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X3 (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Işin halları

1. ##.##.2025-ci il tarixli, Ş *** nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətindən görünür ki, Cavabdehin müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən ##.##.2025-ci il tarixdən xitam verilmişdir.

2. ##.##.2025-ci il tarixli, MŞG/MTO**/****-***** nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, cavabdeh Cavabdehn nümayəndəsi ##.##.2025-ci il tarixdə, saat 10:30-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Iddiaçı İddiaçı 60 manata mediasiya xərcini ödəmişdir.

3. Cavabdehn direktoru tərəfindən təsdiq edilmiş əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı kollecin müəllimləri İddiaçı və X1 mövqeyi barədə ##.##.2025-ci il tarixli, ** nömrəli aktın surətindən görünür ki, İddiaçı dərs yükləri təsdiq olunmasına baxmayaraq, yalnız onun dərs yükünün bir ştat- 500 saat olacağı halda əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə razı olacağını, əks halda qəti şəkildə imtina etdiyini bildirmiş, ona əvəzetmə saatları olduqda əlavə əvəzetmə saatlarının veriləcəyi təklif olunmuş, daha sonra kollec rəhbərliyi əlavə operator vəzifəsinə tam ştatla keçirilmə təklifi də etmiş, sonuncu hər iki təklifi qəbul etməyib, əmək şəraitinin şərtlərinin dəyişdirilməsini qəbul etməmişdir.

5. Gəncə Dövlət Universitetinin nəzdində X4 hüquqi şəxs tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli, *** nömrəli xəbərdarlığın surətindən görünür ki, GDU nəzdində X12 və incəsənət şöbəsində bəzi ixtisaslar təsnifatdan çıxarıldığı üçün dərs yükü azaldığından əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı xəbərdarlıq tərtib edilmiş, poçt göndərişinin nömrəsi SS961783840AZ olmaqla, həmin məktub alıcı İddiaçı tərəfindən ##.##.2025-ci ildə qəbul edilmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus elektron sistemdən çıxarılmış xidmət üçün müraciətlə bağlı bildirişin surətindən görünür ki, xəbərdarlıq Cavabdeh tərəfindən İddiaçı elektron qaydada ##.##.2025-ci il tarixdə göndərilmişdir.

7. BB-II ****** nömrəli diplomun surətindən görünür ki, X7 Musiqi Texnikomunun fortepiano ixtisası üzrə tam kursu bitirmişdir.

8. C****** nömrəli bakalavr diplomunun surətindən görünür ki, İddiaçı Gəncə Dövlət Universitetinin musiqi müəllimliyi ixtisasını bitirmişdir.

9. AM ****** nömrəli magistr diplomunun surətindən görünür ki, İddiaçı Gəncə Dövlət Universitetinin musiqi müəllimliyi ixtisasının musiqi fənninin tədrisi metodikası və metodologiyası ixtisaslaşması üzrə magistr təhsili almışdır.

10. Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin məhkəməyə təqdim etdiyi ##.##.2026-cı il tarixli *** saylı arayışından görünür ki, İddiaçı Gəncə Humanitar kollecin direktorunun ## ###### 2009-cu il tarixli, ** nömrəli əmri ilə kollecə əvəzçiliklə ixtisası üzrə musiqi müəllimi qəbul edilmişdir. Daha sonra İddiaçı Gəncə Humanitar kollecin direktorunun ## ######## 2010-cu il tarixli, ** nömrəli əmri ilə əvəzçiliklə işləyən musiqi müəllimi ştatına təyin edilmişdir. İddiaçı Gəncə Humanitar kollecin direktorunun ## ######## 2016-cı il tarixli, ** nömrəli əmri ilə kollecin musiqi müəllimi ilə bağlanmış əmək müqaviləsi ərizəsi nəzərə alınmaqla AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən ləğv edilmişdir. İddiaçı X5 direktorunun ## ######## 2016-cı il tarixli, *** nömrəli əmri ilə kollecə konsertmeyster təyin edilmişdir. İddiaçı X5 direktorunun ## ######## 2017-cı il tarixli, ***/* nömrəli əmri ilə kollecə musiqi müəllimliyi ixtisasına “əsas musiqi aləti” fənni müəllimi vəzifəsinə keçirilmişdir. İddiaçı X5 direktorunun ## ###### 2020-cı il tarixli, **/* nömrəli əmri ilə instrumental ifaçılıq (alətlər üzrə) ixtisasına müəllim vəzifəsinə keçmişdir. X5 direktorunun ## ### 2021-cı il tarixli , 175 Ş nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası Təhsil nazirinin ## ###### 2021-ci il tarixli T-*** saylı əmrinə əsasən X5 X2 Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec yaradılmışdır. Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktorunun ## ### 2021-ci il tarixli 254 Ş nömrəli əmri ilə Kollecə ixtisası üzrə müəllim təyin edilmişdir. Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktorunun ## ###### 2025-ci il tarixli 103 Ş nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən həmin tarixdən xitam verilmişdir.

11. Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin məhkəməyə təqdim etdiyi təqdimatdan görünür ki, 2024/2025-ci tədris ilində kollecin “Instrumental ifaçılıq” və “Konsertmeyster” fənn birləşmələrində 66 müəllim fəaliyyət göstərmişdir, onlardan müəllim İddiaçı 500 dərs yükü ilə təmin edilmişdir. Burada “Konsertmeyster sinfi” fənnindən (1 tələbə) - 80 saat, “Ixtisas-fortepiano” fənnindən (2 tələbə) -144 saat, təcrübə - 270 (180-90) saat və diplomqabağı məsləhət saatı – 6 saat təşkil etmişdir. - 2025/2026-cı tədris ilində kollecin “Instrumental ifaçılıq-fortepiano” və “Konsertmeyster” fənn birləşmələrində 68 müəllim fəaliyyə göstərmişdir. Onlardan müəllim İddiaçı 471 saat dərs yükü ilə təmin edilmişdir. Burada “Ixtisas Fortepiano” fənnindən (2 tələbə) – 240 saat, “Konsertmeyster sinfi” fənnindən (1 tələbə) 45 saat, təcrübə - 180 saat və dövlət imtahanqabağı məsləhət saatı – 6 saat təşkil etmişdir. - Həmçinin, həm “Ixtisas Fortepiano” və “Konsertmeyster sinfi” fənləri fərdi dərs məşğələ formasında keçirilir. 2024-2025-ci il tədris ili üzrə “Instrumental ifaçılıq fortepiano” ixtisasında ümumi tələb sayı 173 nəfər, 2025-2026-cı tədris ilində bu say 155 nəfər olmuşdur. Bu isə öz növbəsində hər müəllimə ayrılan dərs saatlarına təsir etmişdir. Digər bir göstərici isə 2025- 2026-cı tədris ilində həmin ixtisas üzrə qəbul planı tam dolmamış, ümumilikdə 45 yer boş qalmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

12. Iddiaçı İddiaçı cavabdeh Gəncə Dövlət Universitetinin nəzdində X4 hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin ## ###### 2025-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqının alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin ##.##.2025-ci il tarixli, *** saylı əmrinin 1-ci hissəsinə görə, Cavabdehin müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən ##.##.2025-ci il tarixdən xitam verilmişdir. O, bir ştat vahidi üzrə həmin kollecdə müəllim işləyir. 1 ştat vahidi üzrə dərs saatı tədris ili ərzində 500 saat olmaqla müəyyən edilmişdir. Tədris ili başlananda ona 500 saat deyil, 471 saat dərs yükü verildiyindən bu barədə rəsmən cavabdehə müraciət ünvanlamışdır. Rəsmi məktub göndərdiyi vaxtdan sonra- ##.##.2025-ci il tarixdə iki nəfər müəllim pensiyaya göndərilmiş, həmin zaman onların dərs yükünün hesabına dərs yükünün tamamlanmasını tələb etsə də, tələbi cavabsız qalmışdır. Müəllimlərin dərs yükünü özündə əks etdirən tarif cədvəli bütün müəllimlər tərəfindən imzalanaraq təsdiqlənməli olduğu halda, hələ də təsdiqlənməmişdir. Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin ##.##.2025-ci il tarixli, *** saylı əmrinin birinci abzasında göstərilmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən ümumrespublika üzrə əmək haqqı sistemində dəyişiklik edilməsi və bunun nəticəsində əmək şəraitinin şərtlərinin (əmək haqqı miqdarının) dəyişdirilməsi ilə əlaqədar Cavabdehdə çalışan müəllimlər ## ####### 2025-ci il tarixdə qanunvericiliyin tələblərinə uyğun olaraq bir ay əvvəl yazılı şəkildə məlumatlandırılmışdır. Kollecdə 50 nəfərdən çox işçi çalışsa da, müvafiq icra hakimiyyəti orqanına hər hansısa bir məlumat verilməmişdir, bu barədə razılıq alınmamışdır. Ikincisi, əlində poçt sənədləri var ki, 13-## ####### 2025-ci il tarixdə cavabdehə rəsmi məlumat göndərmişdir. Lakin cavabdeh tərəfindən əmək şəraitinin dəyişdirilməsi ilə bağlı hər hansısa bir rəsmi məlumat verilməmişdir. Üçüncüsü Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən ümumrespublika üzrə əmək haqqı sistemində dəyişiklik edilməsi ilə bağlı hansı qərarının olması, qərarın tarixi, nömrəsi və sair məlum deyildir. Əmrin ikinci abzasında göstərilmişdir ki, kollecin müəllimi İddiaçı əmək haqqının azalması ilə bağlı yeni əmək şəraiti ilə razılaşmadığını bildirmiş və əmək müqaviləsinin dəyişdirilmiş şərtlərlə icrasından imtina etmişdir. Lakin əslində ona və kollecin digər müəllimlərinə əmək müqaviləsinin “SIMA” elektron sistemində təsdiq olunması tələb olunmuş, bu zaman isə fürsətdən istifadə edilərək işçilərin iş saatları olduğundan daha az qeyd edilmişdir. Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. Bu isə təsdiq edir ki, onunla bağlanmış əmək müqaviləsi qüvvədə olduğundan, həmin müqavilənin qüvvədən düşməsi üçün hər hansısa bir hal baş vermədiyindən, elektron qaydada tərtib edilərkən heç bir dəyişikliyə də yol verilməli deyildi. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi üçün işəgötürənin ciddi əsası olmalıdır. Lakin bu günə qədər iş yerində heç kəsə bu əsasla bağlı məlumat verilməmiş, açıqlama aparılmamışdır. Əmrdə onun verilməsi üçün əsas olan ##.##.2025-ci il tarixli protokola istinad edilmişdir. Həmin iclas zamanı təzyiqlərə məruz qalmışdır. Bundan sonra qohumunun işlədiyi yerlərə zəng edərək, yeni müqaviləyə imza atmağı təkid edilmiş, əks halda “maddə qoyaraq” çıxaracaqlarını bildirmişlər. Bununla da, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması kimi prinsiplər pozulmuşdur. Bundan başqa, Əmək Məcəlləsinin 16cı maddəsinə əsasən, ayrı-seçkiliyə məruz qalmışdır. Belə ki, kollecdə musiqi ifaçısı olmayan, fortepiano çala bilməyən, yalnız nəzəri biliklərə malik olan musiqi tənqidçisinə 700-800 saat iş verilmişdir və sair. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməməsi üçün bir çox üstünlükləri vardır. Bunlardan biri müharibə veteranının ailə üzvü olmağıdır ki, sözügedən iclasda bunu müdiriyyət kinayə ilə qarşılamışdır. Bundan başqa himayəsində iki nəfər 16 yaşadək uşağı vardır.

14. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia təmin edilməmişdir.

15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında ##.##.2021-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanaraq iddiaçı Cavabdeh müəllim işinə götürülərək aylıq əmək haqqı 515,06 manat olmuşdur. Sonradan Kollecədə araşdırmalar aparılarkən bəzi təhsilverənlərin ixtisaslarına uyğun olmayan fənləri tədris etdikləri aşkar edilmişdir. Bununla bağlı ixtisaslarına uyğun olmayan fənləri tədris edən təhsilverənlərlə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi təklif edilmiş, iddiaçı bununla razılaşmadığı üçün başqa vəzifəyə komputer operatoru işinə keçirilməsi təklif edilsə də, iddiaçı yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməmişdir. Iddiaçı əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı 1 ay qabaqcadan ona məlumat verilmədiyini iddia etsə də, iş materiallarına əlavə olunmuş elektron bildirişdən və poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, 1 ay qabaqcadan həm elektron qaydada, həm də poçt vasitəsilə iddiaçıya xəbərdarlıq göndərilmişdir. Bununla belə cavabdeh tərəfindən təqdim olunmuş Kollecin ümumi yığıncağının videogörüntüsünü əks etdirən DVD diskə baxış keçirilərkən iddiaçıya başqa vəzifəyə, komputer operatoru vəzifəsinə keçirilməsinin təklif edildiyi müəyyən edilmişdir. Iddiaçı cavabdeh tərəfindən qərəzli şəkildə onun dərs saatlarının aşağı salındığını göstərsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, təhsil müəssisəsində araşdırmalar aparılarkən bir çox təhsilverənlərin ixtisaslarının uyğun olmadığı üçün əmək şəraitinin şərtləri dəyişdirilmişdir.

16. Məhkəmə öz hüquqi mövqeyində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 55, 56.2, 68-ci maddələrinin müddəalarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

17. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin e- *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, bir ştat vahidi üzrə həmin kollecdə müəllim işləyir. 1 ştat vahidi üzrə dərs saatı tədris ili ərzində 500 saat olmaqla müəyyən edilmişdir. Tədris ili başlananda ona 500 saat deyil, 471 saat dərs yükü verildiyindən bu barədə rəsmən cavabdehə müraciət ünvanlamışdı. Rəsmi məktub göndərdiyi vaxtdan sonra – ##.##.2025-ci il tarixdə iki nəfər müəllim pensiyaya göndərilmiş, həmin zaman onların dərs yükünün hesabına dərs yükünün tamamlanmasını tələb etsə də, tələbi cavabsız qaldı. Müəllimlərin dərs yükünü özündə əks etdirən tarif cədvəli bütün müəllimlər tərəfindən imzalanaraq təsdiqlənməli olduğu halda, hələ də təsdiqlənməmişdir. Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin ##.##.2025-ci il tarixli *** saylı əmrinin birinci abzasında göstərilmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən ümumrespublika üzrə əmək haqqı sistemində dəyişiklik edilməsi və bunun nəticəsində əmək şəraitinin şərtlərinin (əmək haqqı miqdarının) dəyişdirilməsi ilə əlaqədar Cavabdehdə çalışan müəllimlər ## ####### 2025-ci il tarixdə qanunvericiliyin tələblərinə uyğun olaraq bir ay əvvəl yazılı şəkildə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 11-ci hissəsinə görə, əmək şəraiti – işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları bu Məcəllədə nəzərdə tutulan, habelə əmək müqaviləsində (kollektiv müqavilədə, sazişdə) tərəflərin özləri müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusudur. Əmək Məcəlləsinin 56-cı maddəsinin 4-cü hissəsinə əsasən, azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər. Bildirmişdir ki, Kollecdə 50 nəfərdən çox işçi çalışsa da, müvafiq icra hakimiyyəti orqanına hər hansısa bir məlumat verilməmişdir, bu barədə razılıq alınmamışdır. Ikincisi, onun əlində poçt sənədləri var ki, 13-## ####### 2025-ci il tarixdə o, cavabdehə rəsmi məlumat göndərmişdir. Lakin, cavabdeh tərəfindən əmək şəraitinin dəyişdirilməsi ilə bağlı hər hansısa bir rəsmi məlumat verilməmişdir. Üçüncüsü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən ümumrespublika üzrə əmək haqqı sistemində dəyişiklik edilməsi ilə bağlı hansı qərarının olması, qərarın tarixi, nömrəsi və sair məlum deyil. Əmrin ikinci abzasında göstərilmişdir ki, kollecin müəllimi İddiaçı əmək haqqının azalması ilə bağlı yeni əmək şəraiti ilə razılaşmadığını bildirmiş və əmək müqaviləsinin dəyişdirilmiş şərtlərlə icrasından imtina etmişdir. Lakin, əslində ona və Kollecin digər müəllimlərinə əmək müqaviləsinin SIMA elektron sistemində təsdiq olunması tələb olunmuş, bu zaman isə fürsətdən istifadə edilərək işçilərin iş saatlarının olduğundan daha az qeyd edilmişdir. Əmək Məcəlləsinin 43-cü maddənin 3-cü hissəsinin tələbinə görə, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmin maddənin 4-cü hissəsində göstərilmişdir ki, bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Əmək Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Həmin maddənin 6cı hissəsində göstərilmişdir ki, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. Bu isə təsdiq edir ki, onunla bağlanmış əmək müqaviləsi qüvvədə olduğundan, həmin müqavilənin qüvvədən düşməsi üçün hər hansısa bir hal baş vermədiyindən, elektron qaydada tərtib edilərkən heç bir dəyişikliyə də yol verilməli deyildi. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi üçün işəgötürənin ciddi əsası olmalıdır. Lakin, bu günə qədər iş yerində heç kəsə bu əsasla bağlı məlumat verilməmiş, açıqlanma aparılmamışdır. Əmrdə onun verilməsi üçün əsas olan ##.##.2025-ci il tarixli protokola istinad edilmişdir. Həmin iclas zamanı o təzyiqlərə məruz qalmışdır. Bundan sonra, qohumunun işlədiyi yerlərə zəng edərək, onun yeni müqaviləyə imza atmağı təkid edilmiş, əks halda “maddə qoyaraq” çıxaracaqlarını bildirmişlər. Bununla da, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması kimi prinsiplər pozulmuşdur. Bundan başqa, Əmək Məcəlləsinin 16cı maddəsinə əsasən, ayrı-seçkiliyə məruz qalmışam. Belə ki, Kollecdə musiqi ifaçısı olmayan, fortepiano çala bilməyən, yalnız nəzəri biliklərə malik olan musiqi tənqidçisinə 700- 800 saat iş verilib və sair. Mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilməməsi üçün bir çox üstünlüklərim var. Bunlardan biri müharibə veteranının ailə üzvü olmağıdır ki, sözügedən iclasda bunu müdiriyyət kinayə ilə qarşılamışdır. Bundan başqa, himayəsində iki nəfər 16 yaşadək uşağı var.

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdehn direktoru nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hər il müəllimlərin dərs yükü həmin ilə kollecə qəbul olan tələb sayından və digər obyektiv faktorlardan asılı olaraq dəyişir. Onlar bu barədə işçiyə bir ay əvvəl məlumat verirlər və işçiyə elektron əmək müqaviləsini imzalamağı təklif edirlər. Əgər işçi bir ay ərzində əmək müqaviləsini imzalamırsa bu zaman əmək müqaviləsunə xitam verilir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirdi ki, hər il əmək müqaviləsi dərs yükünə uyğun olaraq dəyişir. Bundan əlavə iddiaçı orta-ixtisas təhsillidir. Orta-ixtisas təhsil müəssisəsində isə müəllim vəzifəsində çalışan işçinin isə müvafiq ali təhsili olmalıdır. 2020-ci ilədək musiqi müəllimi ixtisası olub, lakin, 2020-ci ildə musiqi müəllimi vəzifəsi təsnifatdan çıxarılmışdır.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdehn nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Orta-ixtisas təhsil müəssisəsində isə müəllim vəzifəsində çalışan işçinin isə müvafiq ali təhsili olmalıdır. 2020-ci ilədək musiqi müəllimi ixtisası olub, lakin, 2020-ci ildə musiqi müəllimi vəzifəsi təsnifatdan çıxarılmışdır. Lakin, hazırda iddiaçı işdən azad edilmir, sadəcə dərs saatında dəyişiklir olur. Dərs saatında dəyişiklik olanda isə əmək haqqı ona uyğun hesablanır. Lakin, iddiaçı əmək müqaviləsini təsdiqləməkdən imtina etmişdir.

22. Iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

23. IV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

24. 55-ci maddənin 1-ci bəndinə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir. .

25. 56-cı maddənin 2-ci maddəsinə görə işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı, qərarı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.

26. 56-cı maddənin 3-cü bəndinə görə bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz.

27. 68-ci maddənin 1-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

28. 68-ci maddənin 2-ci bəndinə görə Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

41. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında ##.##.2021-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanaraq iddiaçı Cavabdeh müəllim işinə götürülərək aylıq əmək haqqı 515,06 manat olmuşdur. Növbəti tədris ilində qəbul olunan şagirdlərin sayına uyğun olaraq əmək şəraitində, yəni əmək haqqının məbləğində dəyişiklik olmuşdur. Bununla bağlı əmək şəraitinin şərtlərinin dəyişdirilməsi təklif edilmiş, iddiaçı bununla razılaşmadığı üçün başqa vəzifəyə komputer operatoru işinə keçirilməsi təklif edilsə də, iddiaçı yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməmişdir. Iddiaçı əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı 1 ay qabaqcadan ona məlumat verilmədiyini iddia etsə də, iş materiallarına əlavə olunmuş elektron bildirişdən və poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, 1 ay qabaqcadan həm elektron qaydada, həm də poçt vasitəsilə iddiaçıya xəbərdarlıq göndərilmişdir. Bununla belə cavabdeh tərəfindən təqdim olunmuş Kollecin ümumi yığıncağının videogörüntüsünü əks etdirən DVD diskə baxış keçirilərkən iddiaçıya başqa vəzifəyə, komputer operatoru vəzifəsinə keçirilməsinin təklif edildiyi müəyyən edilmişdir.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsinin ümumi prinsipləri kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsində deyilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

43. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridə əmək şəraitinin şərtlərinin dəyişdirilməsidir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə olunmuş Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin məhkəməyə təqdim etdiyi təqdimatdan görünür ki, 2024/2025-ci tədris ilində kollecin “Instrumental ifaçılıq” və “Konsertmeyster” fənn birləşmələrində 66 müəllim fəaliyyət göstərmişdir, onlardan müəllim İddiaçı 500 dərs yükü ilə təmin edilmişdir. Burada “Konsertmeyster sinfi” fənnindən (1 tələbə) - 80 saat, “Ixtisasfortepiano” fənnindən (2 tələbə) -144 saat, təcrübə - 270 (180-90) saat və diplomqabağı məsləhət saatı – 6 saat təşkil etmişdir. 2025/2026-cı tədris ilində kollecin “Instrumental ifaçılıqfortepiano” və “Konsertmeyster” fənn birləşmələrində 68 müəllim fəaliyyə göstərmişdir. Onlardan müəllim İddiaçı 471 saat dərs yükü ilə təmin edilmişdir. Burada “Ixtisas Fortepiano” fənnindən (2 tələbə) – 240 saat, “Konsertmeyster sinfi” fənnindən (1 tələbə) 45 saat, təcrübə - 180 saat və dövlət imtahanqabağı məsləhət saatı – 6 saat təşkil etmişdir. Həmçinin, həm “Ixtisas Fortepiano” və “Konsertmeyster sinfi” fənləri fərdi dərs məşğələ formasında keçirilir. 2024-2025-ci il tədris ili üzrə “Instrumental ifaçılıq fortepiano” ixtisasında ümumi tələb sayı 173 nəfər, 2025-2026-cı tədris ilində bu say 155 nəfər olmuşdur. Bu isə öz növbəsində hər müəllimə ayrılan dərs saatlarına və müvafiq olaraq əmək haqqının məbləğinə təsir etmişdir. Digər bir göstərici isə 2025-2026-cı tədris ilində həmin ixtisas üzrə qəbul planı tam dolmamış, ümumilikdə 45 yer boş qalmışdır.

45. Göründüyü kimi, hər tədris ilinin əvvəlində kollecə qəbul olan tələbə sayına uyğun dərs yükü müəyyən edilir. Dərs yükünə uyğun olaraq isə həmin tədris ili üçün əmək haqqına uyğun müqavilə bağlanır. Yuxarıda qeyd olunan arayışdan görünür ki, 2024-2025-ci il tədris ili üzrə “Instrumental ifaçılıq fortepiano” ixtisasında ümumi tələbə sayı 173 nəfər təşkil etmiş və həmin tədris ilində kollecin “Instrumental ifaçılıq” və “Konsertmeyster” fənn birləşmələrində 66 müəllim fəaliyyət göstərmişdir, onlardan müəllim İddiaçı 500 dərs yükü ilə təmin edilmişdir. 2025-2026-cı tədris ilində tələbə sayı 155 nəfər olmuşdur və həmin tədris ilində kollecin “Instrumental ifaçılıq-fortepiano” və “Konsertmeyster” fənn birləşmələrində 68 müəllim fəaliyyə göstərmişdir. Onlardan müəllim İddiaçı 471 saat dərs yükü ilə təmin edilmişdir. 2025- 2026-cı tədris ilinin dərs yükünə uyğun olaraq iddiaçıya əmək müqaviləsini elektron qaydada təsdiqləməsi təklif olunsa da, o, əmək müqaviləsini təsdiq etməkdən imtina etmişdir.

46. Bununla bağlı kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 2025-2026cı tədris ilinin dərs yükünə uyğun olaraq iddiaçıya əmək müqaviləsini elektron qaydada təsdiqləməsi təklif olunsa da, o, əmək müqaviləsini təsdiq etməkdən imtina etmişdir. Belə ki, işə əlavə olaraq Cavabdehn direktoru tərəfindən təsdiq edilmiş əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı kollecin müəllimləri İddiaçı və X1 mövqeyi barədə ##.##.2025-ci il tarixli, ** nömrəli aktın surətindən görünür ki, İddiaçı dərs yükləri təsdiq olunmasına baxmayaraq, yalnız onun dərs yükünün bir ştat- 500 saat olacağı halda əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə razı olacağını, əks halda qəti şəkildə imtina etdiyini bildirmiş, ona əvəzetmə saatları olduqda əlavə əvəzetmə saatlarının veriləcəyi təklif olunmuş, daha sonra kollec rəhbərliyi əlavə operator vəzifəsinə tam ştatla keçirilmə təklifi də etmiş, sonuncu hər iki təklifi qəbul etməyib, əmək şəraitinin şərtlərinin dəyişdirilməsini qəbul etməmişdir.

47. Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci bəndinin əsasən, əmək müqaviləsində mütləq işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması əsas şərtlər və məlumatlar göstərilməlidir. Göründüyü kimi iş vaxtı və əmək haqqı əmək şəraitinin şərtlərinə daxildir və əmək müqaviləsində mütləq göstərilməlidir. Iddiaçının işlədiyi vəzifə hər tədrisin ilində qəbul olunan tələbələrin sayından asılı olaraq dəyişir ki, həmin dəyişiklik onun iş vaxtına və əmək haqqına təsir göstərir. Hazırkı vəziyyətdə işçiyə işəgötürən tərəfindən tədris ilində qəbul olunmuş tələblərin sayına uyğun olaraq əmək şəraitinin dəyişdirilməsi təklif olunsa da, iddiaçı əmək müqaviləəsini imzalamaqdan imtina etmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinici instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar