Məhkəmə qərarları › İş №e-2(3-7)-641/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-641/2026

10.08.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-641/2026 10.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X2 Peşə Məktəbinə qаrşı iş üzrə İş № *(3-7)-64*/2026 Hakimlər X4 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə X1 qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X2 Peşə Məktəbinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X2 Peşə Məktəbinə qаrşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dаir mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin *7.02.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X2 Peşə Məktəbinin 23 oktaybr 2025-ci il tarixli, 5* nömrəli əmrin ləğv edilməsi, iddiaçı İddiaçı əvvəlki işinə Azərbaycan Respublikası Təhsil Nazirliyi Goranboy Peşə Məktəbinin Xocalı filialının müdiri vəzifəsinə bərpa edilməsi, iddiaçı İddiaçı məcburi iş buraxma dövrü üçün əmək haqqı tam hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Goranboy Rayon Məhkəməsinin *7.02.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim H.S.Əliyev) iddianın rədd edilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

3. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə kollegiyasının iclasında tərəflər ərizə təqdim edərək aralarında barışığa gəldiklərini bildirərək məhkəməyə göndərdikləri barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdilər.

Tətbiq edilən hüquq normaları

5.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 370.*. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin *9*-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə *9*.*. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə *9*.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 384.0.5. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 26*-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

6. Tərəflərin təqdim etdikləri *0.08.2026-cı il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardır:

1. Cavabdeh iddiaçının “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” iddiasının “əmrin ləğv edilməsi, işə bərpa” qisminin iddiaçıya təmin olunmasını öhdəsinə götürür.(Hazırkı barışıq sazişinin birinci bəndində qeyd edilən öhdəlik dedikdə İddiaçı barəsində verilmiş ## ####### 2025-ci il tarixli 5* nömrəli əmrin ləğv edilməsini və İddiaçı əvvəlki vəzifəsinə (filial müdiri) bərpa edilməsi nəzərdə tutulur)

2. İddiaçının bu sazişə əsasən, cavabdehdən iddiasının “məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” qismindən imtina edərək, digər tələbi yoxdur.

7. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, Goranboy Rayon Məhkəməsinin *7.02.2026cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. **. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X2 Peşə Məktəbi arasında aşağıdakı şərtlərlə imzalanmış barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh iddiaçının “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” iddiasının “əmrin ləğv edilməsi, işə bərpa” qisminin iddiaçıya təmin olunmasını öhdəsinə götürür. (Hazırkı barışıq sazişinin birinci bəndində qeyd edilən öhdəlik dedikdə İddiaçı barəsində verilmiş ## ####### 2025-ci il tarixli 5* nömrəli əmrin ləğv edilməsini və İddiaçı əvvəlki vəzifəsinə (filial müdiri) bərpa edilməsi nəzərdə tutulur)

2. İddiaçının bu sazişə əsasən, cavabdehdən iddiasının “məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” qismindən imtina edərək, digər tələbi yoxdur. Goranboy Rayon Məhkəməsinin *7.02.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən *0 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar