Məhkəmə qərarları › İş №e-2(3-7)-650/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-650/2026

19.08.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-650/2026 19.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehxxxx X1ə qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X3 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə Bünyət oğlunun, cavabdeh Azərbaycan Respublikası “xxxx” X1 “xxxx” X1 nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası “xxxx” X1 “xxxx”xxxx“X1 ##.##.2024cü il tarixli **-*-**/*-*-****/**** saylı əmrinin etibarsız hesab edilməsi və məcburi işə buraxılma müddəti üçün əmək haqqının ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası “xxxx” X1 “xxxx” X1 nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Seriya AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1960-cı il tarixdə anadan olmuşdur.

2. Seriya AA №****** nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkün statusu verilmişdir.

3. ИТ-№******* saylı Əmək kitabçasının surətindən görünür ki, İddiaçı ## ##### 1997-ci il tarixli **-k-** saylı əmrlə sanitar vəzifəsinə təyin olunmuş, ##.##.2021-ci il tarixə * nömrəli əmrlə cavabdeh qurumda texniki dəstək bölməsinin qazaxana işçisi vəzifəsinə təyin olunmuşdur.

4. İddiaçı Azərbaycan Respublikası “xxxx"xxxx" X1 direktoru Vüsal Məmmədova ünvanlanmış ərizədən görünür ki, ## ###### 2024-cü il tarixdən onunla bağlanmış əmək müqviləsinə xitam veriməsini xahiş etmişdir.

5. Azərbaycan Respublikası “xxxx"xxxx" X1 ##.##.2024-cü il tarixli **-*-**/*-*-****/**** saylı “əmək müqaviləsinə xitam verilməsi” haqqında Əmrdən görünür ki, İddiaçı- Dəstək xidmətlər şöbəsi üzrə Texniki dəstək bölməsinin Qazanxanaçısı ilə bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) ##.##.2024-cü il tarixdən xitam verilərək işdən azad edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı cavabdeh "xxxx" X1ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası “xxxx” X1 “xxxx”X1 ##.##.2024-cü il tarixli **-*-**/*-*- ****/**** saylı əmrin etibarsız hesab edilməsinə və məcburi işə buraxılma müddəti üçün əməkhaqqının ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa edilməsinə, mediaisya üçün ödədiyi 50 manat dövlət rüsumunun və hüquqi xidmət üçün ödədiyi 320 manat pulun cavabdehdən onun xeyrinə tutulması qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Laçın rayonundan köçkün düşüb Bərdə rayonuna gəlib məskunlaşdıqdan sonra ## ##### 1997-ci il tarixdən etibarənxxxxnda iş fəaliyyətinə başlamışdır. Əvvəlcə cavabdeh qurumda ## ##### 1997-ci il tarixli **-k-** saylı əmrlə sanitar vəzifəsinə təyin olunmuş, ##.##.2021-ci il tarixə * nömrəli əmrlə cavabdeh qurumda texniki dəstək bölməsinin qazanxana işçisi vəzifəsinə təyin olunmuşdur. ## ###### 2024-cü il tarixdə cavabdeh qurum onu **-*-**/*-*-****/**** saylı əmrlə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə müqaviləyə xitam verərək işdən azad etmişdir. O, ərizə yazmamış, sadəcə onu aldadaraq demişdirlər ki, yazılan ərizə onun iş fəaliyyətinə təsir etməyəcəyək, öz işində qalıb davam edə biləcəyini deyərək ona ərizəyə imza etdirmişdirlər. Hətta cavabdeh qurum o, ərizəyə tarix qeyd etmədiyi halda onun yerinə guya o, 27 noyabr tarixindən işdən azad olunmasını ərizədə qeyd etmişdir. Ona deyilmişdir ki, “sizin əlilliyiniz var, xəstəxanada yoxlama gedir. Gəlin sizin ərizənizi alaq qoyaq işin içinə, yoxlama görsün ərizənizi, amma siz işdə qalırsınız, narahat olmayın”. Sonra onun işə davam etməyinə icazə verməmişdirlər.

8. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi (hakim Gündüz Abbasov) ilə, iddianın təmin edilməsi, Azərbaycan Respublikası “xxxx” X1 “xxxx” X1 ##.##.2025-ci il tarixli, 18- *-**/*-*-****/**** nömrəli əmrinin ləğv edilməsi, iddiaçı X4 Azərbaycan Respublikası “xxxx” X1 “xxxx” X1də Cərrahiyyə şöbəsi üzrə Pediatrik cərrahiyyə bölməsinin Tibb bacısı işinə bərpa edilməsi, iddiaçı X4 ## ######## 2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanıb ödənilməsi, cavabdeh Azərbaycan Respublikası “xxxx” X1 “xxxx” X1dən 50 (əlli) mаnаt məbləğində dövlət rüsumu, mediasiyada iştirak üçün ödənilmiş 60 (altmış) manat və 100 (bir yüz) manat vəkil xidmət haqqı olmaqla, cəmi 210 (iki yüz on) manat məbləğində vəsaitin alınaraq, iddiaçı X4 verilməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3, 19, 42, 68 və 69-cu maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 76.1, 88, 106.1, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh Azərbaycan Respublikası “xxxx” X1 “xxxx” X1 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini təmin edərkən maddi və prosesual hüquq noramaların kobud pozuntusuna yol verməklə əsassız və qanunsuz qətnamə çıxarmışdır. Belə ki, iddiaçı İddiaçı iddia edir ki,xxxxna işdən çıxmaq barədə təqdim etdiyi ərizədə tarix olaraq əlyazma ilə icra edilmiş “## ###### 2024” yazı onun tərəfindən icra edilməmişdir və bu səbəbdən də hesab edir ki, həmin ərizə əsasında işdən azad edilməsi barədə cavabdeh tərəfindən işdən azad edilməsi haqda həmin ərizəsi əsasında verilmiş əmr etibarsızdır. Həmçinin iddiaçı qeyd edir ki,xxxxnda ona bildiriblər ki, xəstəxanada yoxlama gedir, sənin əlilliyin var və bu səbəbdən də sən işdən çıxarma barədə ərizə ver, sənədlərin arasına qoyaq amma sən işdə qalarsan. Iş üzrə araşdırma aparan məhkəmə iddaçının ərizənin etibarsızlığı ilə bağlı arqumentlərinə tənqidi yanaşmamış, obyektiv qərar qəbul edilməsi üçün düzgün hüquqi nəticəyə gəlməmişdir. O səbəbdən ki, mülki prosesual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf iddia etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Belə olah halda iddiaçının üzərində sübut etmə yükü vardır ki, onun tərəfindən işdən çıxma barədə ərizəsi həqiqətən də onun tərəfindən iş yerinə təqdim edilən zaman ərizənin verilmə tarixi yazılmamasını məhkəmədə sübut etməlidir. Yalnız bu halın sübut edilməsi mümkün olduqda cavabdehin hüquqi məsuliyyəti yarana bilər. Əks halda işdən çıxarılma haqqında əmrin bu əsasla mübahisələndirilməsi cavabdeh üçün məsuliyyət yükü yarada bilməz. Iddiaçının işdən çıxarılma əmrində əlyazması ilə icra edilmiş “## ###### 2024-cü il” tarix həqiqətən də onun tərəfindən icra edilməyə bilər. Yəni, iddiaçı özü sonradan iddia qaldırmaq və əmri mübahisələndirmək üçün işdən çıxma əmrində tarixi başqa şəxsə icra etdirməklə də iş yerinə təqdim edə bilər. Belə olan halda nə qədər ki, iş yerinin təqdim edilmiş ərizədə (ərizə bilavasitə və ya poçt vasitəsilə də iş yerinə göndərilə bilər) imzanın kimə məxsus olması, ərizənin mətninin kimin tərəfindən tərtib edilməsi və s. haqda dəqiqləşdirmələr etmək, bununla bağlı ekspertiza təyin etmək kimi hüquqi məsuliyyəti olmadığından bu hallara işəgötürənə irad tutula bilməz və onun əleyhinə şərh edilə bilməz. Ancaq iddaçının iddia etdiyi “Işdən çıxma haqda” ərizənin surətindən görünür ki, ərizənin sonunda iddiaçı ərizənin özü tərəfindən yazıldığını bir daha ifadə edərək bu barədə qeyd yazmışdır. Araşdırılmalı olan, hüquqi əhəmiyyət daşıyan məsələ, işçinin hansı səbəbdən işdən çıxarılması, işdən çıxarılması üçün qanuni əsasların olub-olmaması araşdırılması, işdən çıxarılma prosedurunun əmək qanunvericiliyinin tələblərinə əməl etməklə icra edilib-edilməməsi, işçinin əmək hüquqlarının pozulub-pozulmaması məsələsidir. Göründüyü kimi iddiaçı işdən azad edilməsi səbəbləri barədə deyil, yalnız işdən çıxarma haqqında ərizəsində olan “qanunsuzluq hallarına istinad edir. Işdə olan sənədlərdən görünür ki, iddiaçı əmək qabiliyyəti olmayan, II dərəcəli əlildir və işdən çıxarma haqda ərizəsində müqaviləyə xitam verilməsi tarixi dəqiq göstərilmişdir. Yuxarıda qeyd edilən xüsusat üzrə, yəni iddaçının işdən çıxma haqda ərizəsinixxxxna təqdim edərkən həqiqətən də ərizənin məzmununda onun tərəfindən tarix yazılmamış olmasına dair sübutlar təqdim edilə bilmədiyi halda məhkəmə tərəfindən əsassız olaraq iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Bundan başqa, əsassız təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi və müqayisəli tədqiqat aparılması üçün iddiaçının sərbət imza və yazı nümunələri tələb edildiyi, iddiaçı sağ olduğu, tələb olunan imza və xət nümunələrinin məhkəmə tərəfindən götürülərək ekspertizaya təqdim etməli olduğu halda cavabdeh Bərdə Mərkəzi Xəstəxanasına əsassız olaraq məktubla müraciət edərək iddiaçının sərbəst xət və imza nümunələri tələb edilmişdir. Baxmayaraq ki, bu ekspertizaxxxx üçün heç bir hüquqi məsuliyyət yaratmır.xxxxnın ##.##.2025-ci il tarixli məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq bildirir ki, iş fəaliyyəti ilə əlaqədar iddiaçının sərbəst imza və xət nümunəsi yoxdur. Məhkəmə isəxxxxnın məhkəməyə ünvanladığı məktubu, əsassız və məntiqsiz olaraq Mülki Prosesual Məcəllənin 97.5 maddəsinə əsaslanaraq cavabdehin ekspertiza keçirilməsindən yayınması, maneə yaradılması, nəticədə ekspertizanın keçirilməsinin mümkün olmaması kimi nəticələnməsi qənaətinə gəlir və bu halı idda tələbinin təmin edilməsi üçün əsas “mənbə” hesab edir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı sağdır və məhkəmə şəxsin sərbəst imza və xət nümunəsini iddiaçının özünün vasitəsilə də əldə edilməsini təşkil edə bilər. Ancaq, qəribədir ki, məhkəmə buna təşəbbüs göstərmir. Həmçinin məhkəmədə elə bir əsas yoxdur ki, Bərdə rayon Mərkəzi Xəstəxanasnda iddiaçıya aid sərbəst xət və imza nümunəsinin olmaması barədə rəsmi verilmiş məktubu şübhə altına alsın və ekspertiza üçün lazımi materialları qəsdən məhkəməyə təqdim edilməməsi qənaətinə gəlsin. Qeyd etmək zəruridir ki, iddiaçı Mərkəzi Xəstəxanada “Qazanxanaçı” olaraq əmək fəaliyyəti göstərib, onun tərəfindən yazılı hesabatlar verilməsi və s. sənədləşmələr aparılması nəzərdə tutulmur, əmək münasibətləri isə daha çox elektron vasitələr üzərindən həyata keçirilir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehxxxx X1in nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı İddiaçı iddia edir ki,xxxxna işdən çıxmaq barədə təqdim etdiyi ərizədə tarix olaraq əlyazma ilə icra edilmiş “## ###### 2024” yazı onun tərəfindən icra edilməmişdir və bu səbəbdən də hesab edir ki, həmin ərizə əsasında işdən azad edilməsi barədə cavabdeh tərəfindən işdən azad edilməsi haqda verilmiş əmr etibarsızdır. Həmçinin iddiaçı qeyd edir ki,xxxxnda ona bildiriblər ki, “xəstəxanada yoxlama gedir, sənin əlilliyin var və bu səbəbdən də sən işdən çıxarma barədə ərizə ver, sənədlərin arasına qoyaq amma sən işdə qalarsan”. Iş üzrə araşdırma aparan məhkəmə iddaçının ərizənin etibarsızlığı ilə bağlı arqumentlərinə tənqidi yanaşmamış, obyektiv qərar qəbul edilməsi üçün düzgün hüquqi nəticəyə gəlməmişdir. O səbəbdən ki, mülki prosesual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf iddia etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Belə olan halda iddiaçının üzərində sübutetmə yükü vardır ki, işdən çıxma barədə ərizəsi həqiqətən də onun tərəfindən iş yerinə təqdim edilən zaman ərizənin verilmə tarixi yazılmamasını məhkəmədə sübut etməlidir. Yalnız bu halın sübut edilməsi mümkün olduqda cavabdehin hüquqi məsuliyyəti yarana bilər. Əks halda işdən çıxarılma haqqında əmrin bu əsasla mübahisələndirilməsi cavabdeh üçün məsuliyyət yükü yarada bilməz. Iddiaçının işdən çıxarılma əmrində əlyazması ilə icra edilmiş “## ###### 2024-cü il” tarix həqiqətən də onun tərəfindən icra edilməyə bilər. Yəni iddiaçı özü sonradan iddia qaldırmaq və əmri mübahisələndirmək üçün işdən çıxma əmrində tarixi başqa şəxsə icra etdirməklə də iş yerinə təqdim edə bilər. Belə olan halda nə qədər ki, iş yerinin təqdim edilmiş ərizədə (ərizə bilavasitə və ya poçt vasitəsilə də iş yerinə göndərilə bilər) imzanın kimə məxsus olması, ərizənin mətninin kimin tərəfindən tərtib edilməsi və s. haqda dəqiqləşdirmələr etmək, bununla bağlı ekspertiza təyin etmək kimi hüquqi məsuliyyəti olmadığından bu hallara işəgötürənə irad tutula bilməz və onun əleyhinə şərh edilə bilməz. Ancaq iddaçının iddia etdiyi “Işdən çıxma haqda” ərizənin surətindən görünür ki, ərizənin sonunda iddiaçı ərizənin özü tərəfindən yazıldığını bir daha ifadə edərək bu barədə qeyd yazmışdır. Araşdırılmalı olan, hüquqi əhəmiyyət daşıyan məsələ, işçinin hansı səbəbdən işdən çıxarılması, işdən çıxarılması üçün qanuni əsasların olub-olmaması, işdən çıxarılma prosedurunun əmək qanunvericiliyinin tələblərinə əməl etməklə icra edilib-edilməməsi, işçinin əmək hüquqlarının pozulubpozulmaması məsələsidir. Göründüyü kimi, iddiaçı işdən azad edilməsi səbəbləri barədə deyil, yalnız işdən çıxarma haqqında ərizəsində olan “qanunsuzluq” hallarına istinad edir. Işdə olan sənədlərdən görünür ki, iddiaçı əmək qabiliyyəti olmayan, II dərəcəli əlildir və işdən çıxarma haqda ərizəsində müqaviləyə xitam verilməsi tarixi dəqiq göstərilmişdir. Yuxarıda qeyd edilən xüsusat üzrə, yəni iddaçının işdən çıxma haqda ərizəsinixxxxna təqdim edərkən həqiqətən də ərizənin məzmununda onun tərəfindən tarix yazılmamış olmasına dair sübutlar təqdim edilə bilmədiyi halda məhkəmə tərəfindən əsassız olaraq iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Bundan başqa, əsassız təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi və müqayisəli tədqiqat aparılması üçün iddiaçının sərbət imza və yazı nümunələri tələb edildiyi, iddiaçı sağ olduğu, tələb olunan imza və xət nümunələrinin məhkəmə tərəfindən götürülərək ekspertizaya təqdim etməli olduğu halda cavabdeh Bərdə Mərkəzi Xəstəxanasına əsassız olaraq məktubla müraciət edərək iddiaçının sərbəst xət və imza nümunələri tələb edilmişdir. Baxmayaraq ki, bu ekspertizaxxxx üçün heç bir hüquqi məsuliyyət yaratmır.xxxxnın ##.##.2025-ci il tarixli məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq bildirir ki, iş fəaliyyəti ilə əlaqədar iddiaçının sərbəst imza və xət nümunəsi yoxdur. Məhkəmə isəxxxxnın məhkəməyə ünvanladığı məktubu, əsassız və məntiqsiz olaraq Mülki Prosesual Məcəllənin 97.5 maddəsinə əsaslanaraq cavabdehin ekspertiza keçirilməsindən yayınması, maneə yaradılması, nəticədə ekspertizanın keçirilməsinin mümkün olmaması kimi nəticələnməsi qənaətinə gəlir və bu halı idda tələbinin təmin edilməsi üçün əsas “mənbə” hesab edir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı sağdır və məhkəmə şəxsin sərbəst imza və xət nümunəsini iddiaçının özünün vasitəsilə də əldə edilməsini təşkil edə bilər. Ancaq qəribədir ki, məhkəmə buna təşəbbüs göstərmir. Həmçinin məhkəmədə elə bir əsas yoxdur ki,xxxxnda iddiaçıya aid sərbəst xət və imza nümunəsinin olmaması barədə rəsmi verilmiş məktubu şübhə altına alsın və ekspertiza üçün lazımi materialları qəsdən məhkəməyə təqdim edilməməsi qənaətinə gəlsin. Qeyd etmək zəruridir ki, iddiaçı Mərkəzi Xəstəxanada “Qazanxanaçı” olaraq əmək fəaliyyəti göstərib, onun tərəfindəm yazılı hesabatlar verilməsi və s. sənədləşmələr aparılması nəzərdə tutulmur, əmək münasibətləri isə daha çox elektron vasitələr üzərindən həyata keçirilir. Ancaq məhkəmə qətnamə çıxararkan işin hallarını obyektiv və qərəzsiz olaraq qiymətləndirməmiş, iş üzrə düzgün olmayan qərar qəbul edilməklə iddia tələbi əsassız olaraq təmin edilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, ## ##### 1997-ci il tarixdən etibarənxxxxnda iş fəaliyyətinə başlamışdır. Əvvəlcə cavabdeh qurumda ## ##### 1997-ci il tarixli **-k-** saylı əmrlə sanitar vəzifəsinə təyin olunmuş, ##.##.2021-ci il tarixə * nömrəli əmrlə cavabdeh qurumda texniki dəstək bölməsinin qazanxana işçisi vəzifəsinə təyin olunmuşdur. ## ###### 2024-cü il tarixdə cavabdeh qurum onu **-*-**/*-*-****/**** saylı əmrlə AR Əmək Məcəlləsinin 68-ci mddəsinin 2-ci hissəsinin “a” bəndi ilə müqaviləmə xitam verərək işdən azad etmişdir. O, ərizə yazmamış, sadəcə onu aldadaraq demişdirlər ki, yazılan ərizə onun iş fəaliyyətinə təsir etməyəcək, öz işində qalıb davam edə biləcəyini deyərək ona ərizəyə imza etdirmişdirlər. Hətta cavabdeh qurum o, ərizəyə tarix qeyd etmədiyi halda onun yerinə guya o, 27 noyabr tarixindən işdən azad olunmasını ərizədə qeyd etmişdir. Ona deyilmişdir ki, “sizin əlilliyiniz var, xəstəxanada yoxlama gedir. Gəlin sizin ərizənizi alaq qoyaq işin içinə, yoxlama görsün ərizənizi, amma siz işdə qalırısnız, narahat olmayın”. Sonra onun işə davam etməyinə icazə verməmişdirlər. O əmrlə qətiyyən razılaşmamış, iddia qaldırmışdır. Onun tələbi təmin edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Iş üzrə iddiaçı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə Bünyət oğlu izahatında göstərmişdir ki, İddiaçı işdən çıxma barədə ərizəsini təzyiq altında və formal olaraq yazmışdır. Çünki ona bildirmişlər ki, işdən azad olunmayacaq. Həmçinin o ərizəyə tarix də qoymamışdır. Lakin sonradan həmin ərizə əsasında İddiaçı işdən azad edilmişdir. Birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli araşdıraraq qanuni qərar qəbul etmişdir. Hesab edir ki, qətnamə qanuni və əsaslıdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

16. Maddə 2. Hissə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

17. Maddə 6. Hissə 2. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.

18. Maddə 68. Hissə 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

19. Maddə 68. Hissə 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

20. Maddə 69. Hissə 1. Işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

21. Maddə 69. Hissə 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

22. Maddə 69. Hissə 3. Işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

23. Maddə 69. Hissə 7. Işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

24. Maddə 83. Hissə 1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

25. Maddə 84. Hissə 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

26. Maddə 84. Hissə 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

27. Maddə 84. Hissə 3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

28. Maddə 87. Hissə 3. Işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

37. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

38. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır.

39. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

40. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması.

41. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

42. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

43. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

46. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

48. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

49. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.

50. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı ## ##### 1997-ci il tarixdən etibarənxxxxnda iş fəaliyyətinə başlamışdır. Əvvəlcə cavabdeh qurumda ## ##### 1997-ci il tarixli **-k-** saylı əmrlə sanitar vəzifəsinə təyin olunmuş, ##.##.2021-ci il tarixə * nömrəli əmrlə cavabdeh qurumda texniki dəstək bölməsinin qazanxana işçisi vəzifəsinə təyin olunmuşdur. Iddiaçı ##.##.2024-cü ildə işdən azad edilməsi barədə ərizə yazaraq işdən azad edilməsini xahiş etmişdir. Bu əsasla ## ###### 2024-cü il tarixdə cavabdeh qurum onu **-*-**/*-*-****/**** saylı əmrlə AR Əmək Məcəlləsinin 68-ci mddəsinin 2-ci hissəsinin “a” bəndi əsasən (öz ərizəsi ilə) müqaviləsinə xitam verərək işdən azad etmişdir. Birinci instansiya məhkəməsi isə iddia ərizəsini təmin etmişdir.

51. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia ərizəsinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı deyildir.

52. Əmək müqaviləsinə xitam verilməsinin ümumi prinsipləri kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsində deyilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

53. Həmin maddənin a) bəndində əmək münasibətlərinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi müəyyən olunmuşdur.

54. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir.

55. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi göstərilmişdir.

56. Həmin norma, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi hüququnu verir.

57. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı İddiaçı əmək müqaviləsinə xitam verilməsinə səbəb onun öz xahişi ilə işdən azad olunmasını nəzərdə tutan ərizəsidir və həmin ərizəni öz şəxsi imzası ilə təsdiqləmişdir.

58. Məhkəmə Kollegiyası İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinin pozulması ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya təzyiq olunması və buna görə də işdən çıxma barədə ərizə verməsi barədə iddiaçının əsas gətirdiyi faktlar işə birinci instaniya məhkəməsində baxılarkən düzgün araşdırılmamışdır.

59. Belə ki, cavabdeh tərəf apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı qeyd edir ki, xxxxnda ona bildiriblər ki, “xəstəxanada yoxlama gedir, sənin əlilliyin var və bu səbəbdən də sən işdən çıxarma barədə ərizə ver, sənədlərin arasına qoyaq amma sən işdə qalarsan”. Iddiaçının qeyd etdiyi kimi əlilliyinin olması onun işə qəbul edilməməsi və ya işlədiyi dövrdə yaranmışdırsa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsi ilə işdən azad edilməsi üçün kifayət qədər əsas vermişdir. Iddiaçı ərizə yazaraq işdən azad olunmasını özü xahiş etmişdir. Belə olan halda əlavə olaraq İddiaçı işdən azad etmək üçün “Təsir” göstərməyə heç bir ehtiyac yox idi.

60. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyatorun şikayətinin dəlili əsaslıdır və subut növü kimi qəbul ediləndir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsi ilə işdən azad edilməmişdir. Iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. Ərizəsində qeyd etmişdir ki, - “Xahiş edirəm mənimlə bağlanmış əmək müqaviləsinə ## ###### 2024-cü il tarixdən xitam verəsiniz” (bax iş vərəqə 39). Artıq yuxarıda qeyd edildiyi kimi həmin müqaviləyə xitam verilərkən iddiaçı tərəfindən Əmək Qanunvericiliyinin, həmçinin, 69-cu maddənin 7-ci hissəsinin tələbləri pozulmamışdır. Çünki, “işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur”- edilməsi halları baxılan iş üzrə müəyyən edilmir. Əksinə İddiaçı öz iradəsinə uyğun olaraq əmək müqaviləsinə ## ###### 2024-cü ildə xitam verilməsini xahiş etmişdir. Işəgötürən də onun xahişinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə ##.##.2024-cü ildə xitam vermişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan əmrin verilməsi iddiaçının iradəsinə uyğun olmuşdur. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin – “İddiaçı ## ###### 2024-cü il tarixdən işdən azad olunması haqqında ərizəsində həmin tarixin özü tərəfindən yazılmadığı öz təsdiqini tapdığından, həmin ərizənin hansı tarixdə yazıldığı isə qeyri-müəyyən qaldığından Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə işdən azad olunmalı olduğundan Azərbaycan Respublikası “xxxx"xxxx" X1 ##.##.2024-cü il tarixli **-*-**/*-*-****/**** saylı “əmək müqaviləsinə xitam verilməsi” haqqında Əmri qanunsuz hesab olunmalıdır” – gəldiyi nəticəni əsaslı hesab etmir. Çünki, baxılan işdə iddiaçının ərizədə tarix qoymaması - işdə olan sənədlərlə öz təsdiqini tapmır.

61. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslıdır.

62. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşmır, onu qanuni və əsaslı qəbul etmir, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab etmir.

63. Göründüyü kimi, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar hərtərəfli araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

64. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

67. Avropa Insan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

68. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə, iddiaçı ## ##### 1997-ci il tarixdən etibarənxxxxnda iş fəaliyyətinə başlamışdır. Əvvəlcə cavabdeh qurumda ## ##### 1997-ci il tarixli **-k-** saylı əmrlə sanitar vəzifəsinə təyin olunmuş, ##.##.2021-ci il tarixə * nömrəli əmrlə cavabdeh qurumda texniki dəstək bölməsinin qazanxana işçisi vəzifəsinə təyin olunmuşdur. Iddiaçı ##.##.2024-cü ildə işdən azad edilməsi barədə ərizə yazaraq işdən azad edilməsini xahiş etmişdir. Bu əsasla ## ###### 2024-cü il tarixdə cavabdeh qurum onu **-*-**/*-*-****/**** saylı əmrlə AR Əmək Məcəlləsinin 68-ci mddəsinin 2-ci hissəsinin “a” bəndi əsasən (öz ərizəsi ilə) müqaviləsinə xitam verərək işdən azad etmişdir. Iddiaçı ərizəni təsir altında yazdığını, həmçinin ərizəyə tarix qoymadığını bildirsə də bu hal məhkəmə kollegiyasının araşdırılması ilə öz təsdiqini tapmamışdır. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin işəğötürən tərəfindən öz ərizəsi əsasında xitam verilməsi qanunamüvafiq olmuşdur.

69. Bununlada, məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 386, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Azərbaycan Respublikası “xxxx” X1 “xxxx” X1 nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin. Iş üzrə yeni qətnamə çıxarılsın. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası “xxxx” X1 “xxxx”xxxx“X1 ##.##.2024cü il tarixli **-*-**/*-*-****/**** saylı əmrinin etibarsız hesab edilməsi və məcburi işə buraxılma müddəti üçün əmək haqqının ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar