Məhkəmə qərarları › İş №e-2(3-7)-669/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-669/2026

14.05.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-669/2026 14.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər İsmayılov Cəmşid Baba oğlu və qeyrilərinə qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*- ***)-***/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı məhkəmə icraatında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər İsmayılov Cəmşid Baba oğluna, İsmayılova Cəlalə Cəmşid qızına qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə. Mehmandarov küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbəsində yerləşən 36 və 2-ci blok, 9-cu mərtəbəsində yerləşən ** saylı mənzillərindən cavabdehlər İsmayılova Cəlalə Cəmşid qızı, İsmayılov Cəmşid Baba oğlu və həmin mənzildə olan digər şəxslərin əşyaları ilə birlikdə çıxarılması, 100 manat dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş 350 manat olmaqla, cəmi 450 manat pulun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir (prosesin gedişində sonradan iddianın həcminin artırılmasına dair ərizə təqdim olunmuşdur). Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qərardadı ilə iddia ərizəsi “.....mənzillərdə qanunsuz olan digər şəxslərin əşyaları ilə birlikdə çıxarılması” hissəsində baxılmamış saxlanılmışdır. İddiaçının nümayəndəsi (vəkili) vəkil2 qərardaddan şikayət vermiş, şikayəti onunla əsaslandırılmışdır ki, qərardadda iddiaçının iddia tələbi məhdud şəkildə göstərilməklə iddianın predmeti əsassız olaraq məhdudlaşdırılmışdır. Belə ki, cavabdehlərin və digər şəxslərin tək Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi Ə.Mehmandarov küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbəsində yerləşən ** saylı mənzilindən deyil, eyni zamanda həmin binanın ** saylı mənzilindən də çıxarılması tələb edilmişdir. Lakin məhkəmə iddia predmetini təsvir edərkən sonuncu mənzili göstərməmişdir. Bununla yanaşı, “digər şəxslər” məsələsinin məhkəmə iclasında müzakirəsi zamanı hakim iddia ərizəsində “digər şəxslər” ifadəsinə irad bildirərək qeyd etdi ki, cavabdehdən başqa mənzildə olan şəxslərin hamısının adları konkret göstərilməlidir, çünki “digər şəxslər” ifadəsi qeyri-müəyyəndir. Buna etiraz edərək bildirildi ki, məhkəmə təcrübəsində bu cür tələblər qəbul edilir və qətnamələrdə “digər şəxslər”in də çıxarılması yaxud “mənzilin boşaldılması” kimi eyni mənalı ifadələr işlədilir, bu ifadələr də qətnamənin icrasını tək qətnamədə adları göstərilən cavabdehlərə deyil, mənzildə qanunsuz olan hər bir şəxsə münasibətdə təmin edir. Əlavə olaraq izah edildi ki, əks yanaşma iddiaçının hüquqlarının səmərəli müdafiəsini çətinləşdirir. Belə ki, məsələn, iddia tələbində yalnız adları göstərilən cavabdehlərin mənzildən çıxarılması göstərildikdə və məhkəmə bunu təmin etdikdə, icra mərhələsində mənzildə cavabdehlərdən başqa şəxslərin yaşadığı müəyyən olunarsa, icra məmuru qətnaməni yalnız cavabdehlərə münasibətdə icra edir. Bu halda iddiaçı həmin başqa şəxslərə qarşı yenidən iddia qaldırmağa məcbur olur və nəticədə pozulmuş hüququnun bərpası əsassız olaraq uzanan məhkəmə prosesinə çevrilir. Hakim isə mövqeyində qalaraq bildirdi ki, gələcəkdə mənzildə başqa şəxslər aşkar olunarsa, onların hər biri ilə bağlı ayrıca iddia qaldırılmalıdır. İşə baxan məhkəmə mənzillərdə qanunsuz olan digər şəxslərin əşyaları ilə birlikdə çıxarılması” tələbinə dair hissədə iddia ərizəsini əsassız və qanunsuz olaraq baxılmamış saxlamaqla göstərilən prosessual hüquq normasını pozmuşdur. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qərardadı ilə şikаyətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*- ***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanıla bilər. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi iddia ərizəsinin forma və məzmunu qanunvericilik ilə müəyyən edilmişdir. İddia ərizəsində göstərilməli tərəflər və onların rekvizitlər qeyd olunmalıdır. İddia ərizəsi Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin MPMnin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməlidir. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya, qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, qeyd etmişdir ki, mülki prosesdə iddia konkret subyektlərə qarşı yönəlməlidir. Yuxarıda istinad olunan normalarda bu qayda dəqiq müəyyən edilmişdir. “Digər şəxslər” kimi qeyri-müəyyən dairəyə qarşı iddia qaldırılması hüquqi müəyyənlik prinsipinə ziddir. Həmçinin məhkəmə prosesi yalnız müəyyən edilmiş şəxslər arasında aparıla bilər. Kimliyi bəlli olmayan şəxslər prosesə cəlb oluna bilməz, onlara bildiriş göndərmək, müdafiə hüququnu təmin etmək mümkün deyildir ki, bu da çəkişmə və bərabərlik prinsiplərinin pozulmasına səbəb olur. Ən əsası, belə halda məhkəmə iddiaçıya qeyd olunan nöqsanı aradan qaldırmaq üçün imkan verməlidir. Əgər iddiaçı buna baxmayaraq “digər şəxslər”in kimliyini dəqiqləşdirmirsə, iddianın mahiyyəti üzrə həmin hissədə baxılması mümkün olmur. Bu da iddianın həmin hissədə baxılmamış saxlanılması üçün əsas yaradır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayətin hazırkı dəlilləri qanuni və əsaslı qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 264, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRAR A ALDİ: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar