Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-730/2026 30.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Cavabdeh qarşı “borcun qaytarılması, tutumanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evindən çıxarılması” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. LPOİddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ###### 2018-ci il tarixli, ******/****** nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir
2. ## ###### 2018-ci il tarixli, ******/****** saylı ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Bərdə rayonu Alaçadırlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 109.1 kv. metr ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli “Çıxarış”dan görünür ki, Bərdə rayonu Alaçadırlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 109.1 kv. metr ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
4. ## ###### 2018-ci il tarixli, ******/****** saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, tərəflər kredit müqaviləsi üzrə aylıq 1571.90 manat ödəniş etməyi razılaşdırmışlar.
5. ## #### 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə banka 9732,35 manat əsas, 3860,73 manat faiz, 5% əldən çıxmış fayda kimi 1093,50 manat olmaqla, cəmi 14686,58 manat borcu vardır.
6. ## ###### 2023-cü il tarixli bildirişin surətindən görünür ki, bank tərəfindən cavabdehə borcun ödənilməsi əks halda ipoteka predmetinə tutumanın yönəldilməsi üçün bank tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
7. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsin * saylı Ərazi İdarəsinə ünvanlanmış ## ###### 2023-cü il tarixli ərizədən görünür ki, ipoteka predmtinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması xahiş olunmuşdur.
8. ## #### 2023-cü il tarixli çıxarışdan görünür ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsin * saylı Ərazi İdarəsində qeydiyyata alınmış və iddiaçı tərəfindən 15 manat dövlət rüsumu ödənmişdir.
9. ## ### 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 134.06 manat dövlət rüsumu ödəmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2023-cü il tarixli, 3/16-16-#/#/6352/2023 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarına olan hesabdan çıxarış məlumatları və ## ###### 2018-ci il tarixli *****/****** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq X2 LPO İddiaçı ASC olan borcu ## ###### 2020-ci il tarixə( müqavilənin bitdiyi tarixə) 9732,35 manat əsas, faiz borcu 1.305.76 manat, ## ### 2023- cü il tarixə ( iddia ərizəsi tarixə) əsas borc üzrə 9732,35 manat əsas, faiz borcu 1305.76 manat, faiz borcu (5%) təşkil edir. Ekspertiza rəyində əlavə olaraq qeyd edilmişdir ki, ## ###### 2018-ci il tarixli *****/****** saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən X2 cərimə borcu hesablanmamışdır.
11. “xxxx” MMC-nin ## ####### 2025-ci il tarixli, 512/E №- li rəyində qeyd olunmuşdur ki, Bərdə rayonu Alaçadırlı kəndində yerləşən 0.08 ha torpaq sahəsinin likvid dəyəri 8145 manat, həmin torpaq sahəsinin üzərində yerləşən 109.1 kv.m fərdi yaşayış evinin likvid dəyəri 84345 manat məbləğində müəyyən edilir.
Birinci instansiya məhkəməsində icraat
12. LPOİddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Cavabdeh qarşı borcun qaytarılması, tutumanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2023-cü il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 14686.58 (on dörd min altı yüz səksən altı manat 58 qəpik) manat - bundan 9732.35 (doqquz min yeddi yüz otuz iki manat 35 qəpik) manat əsas, 3860.73 (üç min səkkiz yüz altmış manat 73 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%- lə hesablanmış 1093.50 (bir min doxsan üç manat 50 qəpik) manat faiz və iş üzrə ödənilmiş 134.06 (yüz otuz dörd manat 06 qəpik) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat rüsumunun cavabdeh Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən 0.08 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASCyə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi ilə (hakim Bayram Məhərrəmov) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh kredit müqaviləsi üzrə 9732.35 manat əsas, 1305.76 manat faiz, kredit müqaviləsi üzrə ##.##.2020ci il tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1076.27 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 12114.38 (on iki min yüz on dörd manat otuz səkkiz qəpik) manat məbləğində borc iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh mülkiyyətində olan Bərdə rayonu Alaçadırlı kəndində yerləşən 0.08 ha torpaq sahəsinə və onun üzərində yerləşən 109.1 kv. metr fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Bərdə rayonu Alaçadırlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi və onun üzərində yerləşən 109.1 kv. metr fərdi yaşayış evinin ilkin satış qiyməti 92.490 (doxsan iki min dörd yüz doxsan) manat müəyyən edilməsi və açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 12114.38 ( on iki min yüz on dörd manat otuz səkkiz qəpik) manat məbləğində borc iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, qalan məbləğin cavabdeh Cavabdeh qaytarılması, ipotekaya qoyulmuş fərdi yaşayış evi satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılsın və Cavabdeh həmin evi tərk etmədiyi halda evdən çıxarılsın. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126.34 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu olmaqla, cəmi 141.34 (yüz qırx bir manat otuz dörd qəpik) manat məbləğində pul cavabdeh Cavabdeh iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan 7.72 (yeddi manat yetmiş iki qəpik) manat hissəsi iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun cavabdeh Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi və “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyi üzrə mütəxəssis xidmətinin qiymətləndirilmə xərci olan 500 manat məbləğində vəsait cavabdeh Cavabdeh alınaraq, “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Hazırda bank cavabdeh Cavabdeh borcun ödənilməsini tələb edir.Cavabdeh Cavabdeh kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və əldən çıxmış faydanın tutulması barədə iddia tələbi qismən əsaslıdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269, 279, 317, 319, 442, 445 və 739-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
16. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı maddi hüquq normalarını kobud şəkildə pozmuşdur. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi ## ###### 2018-ci il tarixdə 24 ay (2 il) müddətinə bağlanmışdır. Müqavilənin bitmə tarixi ## ###### 2020-ci il təşkil edir. Müqavilə öhdəliklərindən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Müqavilə ##.##.2020-ci il tarixdə başa çatdığı üçün, bankın iddia qaldırmaq hüququ ##.##.2023-cü il tarixdə bitmişdir. İddiaçı isə məhkəməyə yalnız ## ### 2023-cü il tarixdən sonra (və ya iş materiallarına əsasən faktiki daha gec) müraciət etmiş, məhkəmə isə 2026-cı ildə qərar vermişdir. Məhkəmə iclasında qeyd etdiyi kimi, ödənişlərin gecikməsi xüsusi karantin rejimi və oğlunun ağır qəza keçirməsi (40,000 manat müalicə xərci) ilə bağlı olmuşdur. Ekspert rəyinə əsasən əsas borc 9,732.35 manatdır. Bu məbləğə görə 92,490 manat dəyərində olan yeganə yaşayış evinin satışa çıxarılması və ailənin evdən çıxarılması mütənasiblik prinsipini pozur. İddiaçı 14,686.58 manat tələb etsə də, məhkəmə ekspertizası faiz borcunu daha az müəyyən etmiş, məhkəmə isə yekun olaraq 12,114.38 manatın tutulmasına qərar vermişdir. Bu da bankın hesablamalarının əsassız olduğunu və iddia müddəti ərzində dürüstləşdirmə aparılmadığını sübut edir. Sadalananlara əsasən hesab etmişdir ki, iş üzrə mühasibatlıq-ekspertizası təyin edilməli, borcunun əsl məbləği müəyyən edilməli və sözügedən qətnamə ləğv edilməlidir. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təsfir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir.
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. ##.##.2026-cı il tarixli məhkəmə iclası tərəflər məhkəmə iclasına gəlmədiyi üçün təxirə salınsa da, sonuncu məhkəmə iclasında da tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
21. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
22. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.
23. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.
24. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.
25. Maddə 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.
26. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
27. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
28. Maddə 269.10. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir.
29. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
30. Maddə 274.1. İpoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi ipoteka hüququnu dəyişdirmir.
31. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
32. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
33. Maddə 312.4. İpoteka verənin ipoteka saxlayan qarşısında öz üzərinə əşyanı özgəninkiləşdirməmək, əşyadan istifadə etməmək və ya onu digər şəkildə yüklü etməmək öhdəliyini götürməsini nəzərdə tutan razılaşma etibarsızdır. Bu cür əqdlərin üçüncü şəxslər üçün etibarlığı ipoteka saxlayanların razılığından asılı ola bilməz.
34. Maddə 311.3. Kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər.
35. Maddə 316. Əgər ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina edirsə, ipotekaya xitam verilir. İmtina bu şərtlə hüquqi qüvvəyə malik olur ki, ipotekaya xitam vermə daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınsın
36. Maddə 317. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
37. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
38. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
39. Maddə 399.4 Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
40. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
41. Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
42. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
43. Maddə 448.1 Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
44. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
47. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
48. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
49. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
51. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə “LPO İddiaçı ASC arasında kredit müqaviləsinin bağlanması, həmin kredit müqaviləsi üzrə cavabdehə 30.000 manat məbləğində kredit verilməsi, borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Bərdə rayonu Alaçadırlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 109.1 kv. metr ümumi sahədən ibarət fərdi yaşayış evinin bankın xeyrinə ipoteka ilə yüklü edilməsi işin mübahisəsiz halıdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və onun banka ödənilməmiş borcu qalmışdır.
54. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən işin hallarına və iddia tələbinin əsaslarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə və əldə edilmiş qiymətləndirməyə dair mütəxəsis rəyinə uyğun olaraq iddia tələbini qismən təmin edilməsində haqlı olmuşdur.
55. İddia müddətinin ötürülməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız sayan kollegiya qeyd edir ki, iddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli Qərarı qəbul edilmişdir. Həmin qərarda deyilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, iddia müddətinin tətbiq edilməsi məhkəmə iclasında iştirak edən mübahisə tərəfinin yazılı ərizəsi əsasında tətbiq edilir. Cavabdeh Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş, lakin müddətin tətbiq edilməsinə dair ərizə verməmişdir. Birinci instansiya məhkəməsində verdiyi izahatında da iddia müddətini mübahisələndirməmişdir. Ona görə də, hazırda kollegiya tərəfindən iddia müddəti ilə bağlı dəlillərinin araşdırılması istisna edilir.
56. İş üzrə yenidən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2023-cü il tarixli, 3/16-16-#/#/6352/2023 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarına olan hesabdan çıxarış məlumatları və ## ###### 2018-ci il tarixli *****/****** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, X2 LPO İddiaçı ASC olan borcu ## ###### 2020-ci il tarixə (müqavilənin bitdiyi tarixə) 9732,35 manat əsas, faiz borcu 1.305.76 manat, ## ### 2023- cü il tarixə ( iddia ərizəsi tarixə) əsas borc üzrə 9732,35 manat əsas, faiz borcu 1305.76 manat, faiz borcu (5%) təşkil edir. Ekspertiza rəyində əlavə olaraq qeyd edilmişdir ki, ## ###### 2018-ci il tarixli *****/****** saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən X2 cərimə borcu hesablanmamışdır. Ekspert rəyinin mötəbərliyi və düzgünlüyü məhkəmə kollegiyasında şübhə doğurmamış, bunun əksini sübut edən heç bir dəlil cavabdeh tərəfindən təqdim edilməmişdir. Habelə, ekspert rəyi ilə iddiaçı tərəfindən hesablanmış faiz borcu əsaslı şəkildə azaldılmış bu hal cavabdehin xeyrinə olmuşdur.
57. Apellyasiya şikayətində cavabdeh göstərmişdir ki, ekspert rəyinə əsasən əsas borc 9,732.35 manatdır, bu məbləğə görə 92,490 manat dəyərində olan yeganə yaşayış evinin satışa çıxarılması və ailənin evdən çıxarılması mütənasiblik prinsipini pozur. Kollegiya qeyd edir ki, cavabdeh müqavilə şərtləri ilə razı olarkən mövcud riskləri də qəbul etmişdir. Onun öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsi kreditorun hüquqlarını pozmaqla onun mənafeyinə cidd ziyan vura bilər.
58. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.