Məhkəmə qərarları › İş №e-2(3-7)-746/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-746/2026

22.05.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-746/2026 22.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərərin əvəzi qismində ödənilməmiş 26.921 manat 77 qəpik, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 manat 77 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının qismən təmin edilməsi, Cavabdeh vurulmuş maddi zərərin əvəzi qismində 914 (doqquz yüz on dörd) manat 73 (yetmiş üç) qəpik və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının qalan hissədə təmin edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesessual Məcəlləsinin (bundan sonra MPM) 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Hazırki apellyasiya şikayətinin araşdırılması zamanı AZEMİS” Elektorn Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən müəyyən edilmişdir ki, “Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ##.##.2026-cı il tarixdə, saat 21:34-də birinci instansiya məhkəməsi tərəfindən iddiaçının “Elektron Məhkəmə” informasiya sistemində mövcud olan elektron kabinetinə yerləşdirilmişdir. MPM-in 135.5 və 135.6-cı maddələrinin tələbinə müvafiq olaraq da məhkəmə qətnaməsi ##.##.2026-cı il tarixində iddiaçıya rəsmi qaydada verilmiş hesab olunur. Lakin, apellyasiya şikayəti iddiaçının nümayəndəsi tərəfindən elektron kabinet vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində (qətnamə rəsmi qaydada verildiyi gündən etibarən 01 aydan sonra) ##.##.2026-cı il tarixdə verilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin 08 gün müddət keçdikdən sonra verilməsini, qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət vermə müddətinin buraxılıb-buraxılmamasını araşdırmamış və apellyasiya şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bununla da birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğunluğu tam yoxlanılmamışdır. Həmçinin, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli qətnaməni poçt vasitəsilə də iddiaçının qeydiyyatda olduğu ünvana göndərmiş və sonuncunun ünvanı üzrə ##.##.2026-cı il tarixdə poçt qəbzinə imza edilməklə qəbul edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 135.5 və 135.6-cı maddələrinin imperativ tələblərinə müvafiq olaraq, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ##.##.2026-cı il tarixdə iddiaçının “Elektron Məhkəmə” informasiya sistemindəki elektron kabinetinə yerləşdirilməklə həmin tarixdə də rəsmi qaydada verilmiş hesab olunur. Sənədin sonradan, yəni ##.##.2026-cı il tarixdə iddiaçıya poçt vasitəsilə də çatdırılması, onun qətnamə ilə daha əvvəl – elektron qaydada rəsmi şəkildə tanış olması və müddətin axımının başlaması faktını hüquqi cəhətdən istisna etmir. Belə ki, MPM-in 128.3 və 360-cı maddələrinə əsasən, ##.##.2026-cı il tarixdən başlayan 1 aylıq şikayət vermə müddəti ##.##.2026-cı il tarixdə başa çatdığı halda, apellyasiya şikayəti aşkar surətdə qanunla müəyyən edilmiş müddət ötürülməklə – ##.##.2026-cı il tarixdə verilmişdir. Lakin, birinci instansiya məhkəməsi iddiaçının qətnaməni daha əvvəl rəsmi qaydada əldə etməsini və bu barədə məlumatlı olmasını nəzərə almayaraq, müddətin buraxılması faktını araşdırmadan işi apellyasiya instansiyasına göndərməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılan zaman göstərilən hallara qiymət verilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini MPM-in 364-cü maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də apellyasiya şikayəti MPM-in 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Apellyasiyanın mümkünlüyünün yoxlanılmasından bəhs edən MPM-in 366-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 360, 363 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti hüququ qiymət verilməsi üçün mülki işlə birlikdə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar