Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-982/2026 28.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X1 (sədrlik edən məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı əmrin ləğv olunması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. “xxxx” MMC-nin ## ###### 2026-cı il tarixli, ** nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən İddiaçı “Şiddətli Töhmət” elan edilmiş, işçinin nəzərinə çatdırılmışdır ki, gələcəkdə belə hallar təkrar baş verdikdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” maddəsinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu vəzifədən azad olunacaq.
2. ## ###### 2026-ci il tarixli aktdan görünür ki, xxxx MMC-də xəzinədar vəzifəsində çalışan İddiaçı Mehman oğlu ##.##.2026-cı il tarixli “Intizam tənbehi( töhmət) verilməsi haqqında“ ƏMR ilə tanış olması üçün Insan Resursları şöbəsinə gəlməsi bildirilsə də işçi əsaslı səbəb təqdim etmədən gəlməmişdir.
3. ## ###### 2026-ci il tarixli aktdan görünür ki, xxxx MMC-də xəzinədar vəzifəsində çalışan İddiaçı Mehman oğlu ##.##.2026-cı il tarixində aşkar edilmiş pozuntu ilə izahat verməsi üçün rəsmi şəkildə Insan Resursları şöbəsinə dəvət olunmuşdur. Lakin işçi göstərilən saat və tarixdə əsaslı səbəb təqdim etmədən bir iş günü ərzində izahat vermək üçün gəlməmişdir.
4. “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış ##.##.2020-ci il tarixli əmək müqaviləsindən müəyyən edilir ki, İddiaçı xəzinədar kimi işə qəbul edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı əmrin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC tərəfindən onun barəsində verilmiş ##.##.2026-cı il tarixli ** №-li əmr qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, tərəfindən mediasiya sessiyası üçün ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2020-ci il tarixindən etibarən işəgötürən Cavabdeh MMC-də (“X4” tibb müəssisəsi VÖEN - **********) xəzinədar vəzifəsində işləyir. Işlədiyi müddət ərzində onun işçi kimi hüquqları işəgötürən tərəfindən mütəmadi olaraq pozulur. Istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü kimi günlərdə o, işəgötürən tərəfindən işə cəlb edilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164- cü maddəsinin tələblərinə zidd olaraq (Maddə 164. Istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi: 1. Istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla. 2. Istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.) onun əməkhaqqına işəgötürən tərəfindən heç bir əlavə məbləğ ödənilməyib. O, növbəli iş rejimində gecə növbəsində işləməyinə baxmayaraq əmək müqaviləsində həmin iş rejimi “digər” kimi göstərilib. Gecə növbəsində işlədiyi müddətdə onun əmək haqqına AR Əmək Məcəlləsinin 166-cı maddəsinin tələblərinə zidd olaraq (Maddə 166. Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi:
1. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. 2. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir.) işəgötürən tərəfindən heç bir əlavə məbləğ ödənilməyib. Işəgötürən tərəfindən ona ödənilən əmək haqqı tam şəkildə nağdsız formada onun əmək haqqı plastik kartına ödənilmir. Əməkhaqqının bir hissəsi plastik karta, digər hissəsi isə nağd qaydada ona ödənilir. Bu hal AR Əmək Məcəlləsinin 9-cu maddəsinin “j” bəndinin (işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək) tələblərinə zidd olaraq onun əmək müqaviləsi üzrə hüquqlarını pozur. Sadaladığı qanun pozuntularına baxmayaraq hazırda o, işəgötürən tərəfindən AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinin tələblərinə zidd olaraq (Işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.) işdən çıxarılmağı ilə bağlı mütəmadi təhdidlər alır. Buna səbəb işəgötürən tibb müəssisəsinin “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanun”unun 3.4.12 maddəsinin tələblərinə (tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) beş yüz manatdan artıq olan ödənişlər) zidd olan fəaliyyətidir. Işəgötürən tərəfindən tibb müəssisəsinə müraciət edən şəxslərdən (əksər hallarda ürək cərrahiyyəsi ilə bağlı məbləğlər çox olduğu üçün) onlara göstərilən tibb xidmətləri üzrə bir əməliyyat çərçivəsində bir nəzarət-kassa aparatı üzrə 500 AZN məbləğindən artıq olan ödənişləri nağd şəkildə ödəmək, və ya müxtəlif şəxslərin adına rəsmiləşdirilmiş plastik kart hesablarına köçürülməsi tələb edilir. O, gecə növbəsində işdə olan zaman tibb müəssisəsinə müraciət edən şəxslər tibb xidmətləri üzrə ödənişləri nağdsız qaydada ödəmək istədikdə işəgötürən tərəfindən onlara yaradılan süni əngəllərə etiraz edən zaman yaranan narazılıqlara görə işəgötürən özü tərəfindən qurulmuş vergidən yayınma sxemini deyil onu günahkar görərək onu işdən çıxarmaqla hədələyir. Iş yerində işəgötürən tərəfindən əmək hüquqlarının pozulması, o cümlədən qanunvericiliyə zidd hərəkətlərlə bağlı sübutlardan ibarət Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti Gəncə-Daşkəsən regional şöbəsinə göndərdiyi ##.##.2025 və ##.##.2025-ci il tarixli şikayət ərizələrindən sonra iş yerində işəgötürən tərəfindən ona qarşı qərəz və qısnamalar şiddətlənib. Yazdığı şikayətlərlə bağlı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən aparılan yoxlama zamanı iş yerinə gələn vergi əməkdaşı tərəfindən ona verilən suallara cavab verən zaman araşdırma üçün mühüm əhəmiyyət kəsb edən dəlilləri vergi əməkdaşına təqdim etmişdir. Işəgötürənin qanunazidd əməllərini göstərən, qanunsuz pul köçürmə əməliyyatları barədə səlahiyyətli dövlət orqanının nümayəndəsinə verdiyi məlumatları barəsində şikayət etdiyi işəgötürən vergi sirrinin yayılması kimi qələmə verərək AR Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndinə istinadən həmin məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ona şiddətli töhmət elan edilməsi intizam tənbeh tədbiri barədə ##.##.2026-cı il tarixli ** №-li əmr (bundan sonra “əmr”) vermişdir. O, həmin əmri poçt vasitəsi ilə aldıqdan sonra qanunvericilikdə göstərilən şəkildə əmrdən məhkəməyə şikayət vermək üçün prosesə başlamışdır. Həmin əmrin qanunsuz və əsassız olması səbəbindən ləğv edilməsi barədə məhkəmə tərəfindən qərar çıxarılmasını aşağıdakı xüsusatlarla əsaslandırır. Barəsində əmr verilərkən işəgötürən tərəfindən AR Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinin tələbləri (Intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.) pozulub. Işəgötürən tərəfindən o, izahat verilməyi üçün dəvət edilməmişdir. Barəsində əmr verilərkən işəgötürən tərəfindən AR Əmək Məcəlləsinin 187-ci maddəsinin 4cü bəndinin tələblərinə (Idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır.) zidd olaraq qərar verilib. O, işəgötürən tərəfindən qanunazidd əməllərə yol verilməsi, əmək hüquqlarının pozulması ilə bağlı aidiyyəti dövlət qurumlarına şikayət məktubları yazdıqdan sonra işəgötürən tərəfindən onun işdən çıxarılmağına qanuni zəmin yaradılması üçün əsassız və qanunsuz şəkildə barəsində işəgötürən tərəfindən intizam tənbeh tədbiri barədə əmr verilmişdir.
7. Gəncə Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi ilə (hakim Məmmədov Ədil) “xxxx” MMC tərəfindən İddiaçı barəsində verilmiş ## ###### 2026-cı il tarixli, ** nömrəli əmrin ləğv edilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “xxxx” MMC-nin ## ###### 2026cı il tarixli, ** nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b bəndinə əsasən İddiaçı “Şiddətli Töhmət” elan edilmişdir. Iddiaçı həmin əmri qanunsuz və əsassız hesab etdiyi üçün həmin əmrin ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi intizam tənbehinin verilməsinə dair işəgötürən tərəfindən verilmiş əmrin ləğvi ilə bağlı olduğundan, həmin münasibətlərə əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Beləliklə, məhkəmə baxışı nəticəsində işin halları kimi müəyyən edilmişdir ki, iddiaçı əmək fəaliyyəti zamanı əmək qanunvericiliyinin tələblərinə riayət etməmişdir. Işəgötürənin iddiaçı barəsində verdiyi ## ###### 2026-cı il tarixli, ** nömrəli əmri ilə əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Işin faktiki halları əmrin ləğvinə əsas vermir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
9. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 11, 186, 190.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Gəncə Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-2(5-121)-***/**** №-li qətnaməsinin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, cavabdeh “xxxx” MMC tərəfindən İddiaçı barəsində verilmiş ## ###### 2026-cı il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsi üzrə iddiaçının təqdim etdiyi çoxsaylı dəlilləri ümumiyyətlə tədqiq etməmişdir. Iddiaçı tərəfindən təqdim edilən dəlillərdə iddiaçıya qarşı cavabdeh tərəfindən tətbiq edilən intizam tənbeh tədbirinin iddiaçının cavabdehin qanunsuz hərəkətləri və cavabdeh tərəfindən pozulmuş əmək hüquqları barəsində hüquq-mühafizə və inzibati orqanlara etdiyi şikayətlərdən sonra iddiaçıya qarşı qisas tədbiri olduğu göstərilmişdir. Hadisələrin ardıcıllığı və rəsmi sənədlərin mahiyyəti hakim tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Hakimin qətnamədə göstərdiyi “Beləliklə, məhkəmə baxışı nəticəsində işin halları kimi müəyyən edilmişdir ki, iddiaçı əmək fəaliyyəti zamanı əmək qanunvericiliyinin tələblərinə riayət etməmişdir. Işəgötürənin iddiaçı barəsində verdiyi ## ###### 2026-cı il tarixli, ** nömrəli əmri ilə əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Işin faktiki halları əmrin ləğvinə əsas vermir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia təmin edilməməlidir. ”fikirləri heç bir tədqiq edilmiş dəlillərə və araşdırmalara əsaslanmayan, qanunvericilikdən ümumi çıxarışlar edilməklə tərtib edilmiş şablon cümlələrə istinadən yazılmışdır. Hakim tərəfindən qətnamədə göstərilən xüsusatların iddiaçının təqdim etdiyi çoxsaylı dəlillərlə heç bir əlaqəsi yoxdur. Qətnamədə iddiaçının izahatları səthi göstərilmişdir. Cavabdeh tərəfindən iddiaçının iddiasına dair tutarlı heç bir arqument göstərilməmişdir. Hakim tərəfindən qətnamə iddiaçının təqdim etdiyi dəlillər araşdırılmadan səthi və qərəzli şəkildə qəbul edilmişdir. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilən dəlillərdə iddiaçının hüququndan istifadə edərək cavabdeh tərəfindən pozulan əmək hüquqlarının müdafiəsi üçün dövlət qurumlarına etdiyi müraciətlər və həmin müraciətlərdə cavabdehə qarşı inzibati iş açılması, cavabdehə maliyyə sanksiyası tətbiq edilməsi, iddiaçının əmək haqqı ilə bağlı cavabdehə məcburi icra tələbi qoyulması göstərilmişdir. Hakim tərəfindən iddiaçının təqdim etdiyi dəlillərdən heç biri ümumiyyətlə məhkəmə hazırlığı və baxışı zamanı tədqiq edilməmişdir. Iddiaçı tərəfindən cavabdehin qanunsuz pul əməliyyatları ilə məşğul olması və iddiaçının işdən çıxarılma təhdidi altında həmin əməliyyatları həyata keçirməyə məcbur edilməsi barədə dəlillər məhkəməyə təqdim edilmişdir. Həmin dəlillərdə sosial şəbəkə yazışmaları, qanunsuz pul əməliyyatları barədə qəbzlər və köçürmələr, o cümlədən iddiaçının pozulmuş əmək hüquqlarının müdafiəsi ilə bağlı dövlət qurumlarına etdiyi şikayətlər göstərilmişdir. Lakin məhkəmə tərəfindən cavabdehin iddiaçı barəsində intizam tənbeh tədbirinin məhz həmin şikayətləri araşdıran dövlət orqanının səlahiyyətli nümayəndəsinin iddiaçının şikayətini araşdırmaq üçün iddiaçının iş yerinə gəlməsindən sonra tətbiq edilməsinin iddiaçıdan qisas alması ilə birbaşa bağlılığı olması halını tədqiq etməmişdir. Məhkəmə qətnamə qəbul edən zaman iş üzrə dəlilləri ümumiyyətlə araşdırmayıb. Qətnamədə göstərilən hallar yalnız dəlillərin sadalanmasından ibarətdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında əmrin əsaslı olduğunu, iddiaçının sistemi açaraq hüquq pozuntusu etdiyini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq vergi əməkdaşının tərəfin şikayəti əsasında gəldiyini lakin hər hansı bir tədbir keçirmədiyini, iddiaçının 5 ildən artıq kassir işlədiyini qeyd etmişdir.
14. Iddiaçıya məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Lakin “Məhkəmə Elektron Informasiya Sistemi” vasitəsi ilə ərizə ünvanlayaraq, məhkəmədə iştirakı olmadan baxılmasını, şikayətdə qeyd etdiyi xüsusatların ətraflı araşdırılmasını, apellyasiya şiayətinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Azərbaycan Respublikasının Əmək Məcəlləsi
15. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
16. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
17. Maddə 186. Işəgötürən və işçi bu Məcəllə ilə və ya digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Işəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Işəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.
18. Maddə 187. Intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Işçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
19. Maddə 189.3. Intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. Işçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.
Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
Apellyasiya baxışınun hədləri
25. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı iş üzrə iddiaçı tərəfindən instansiya məhkəməsinin qətnaməsi bütövlküdə mübahisələndirildiyindən birinci instasniya məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “xxxx” MMC-nin ## ###### 2026-cı il tarixli, ** nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b bəndinə əsasən İddiaçı “Şiddətli Töhmət” elan edilmişdir. Iddiaçı həmin əmri qanunsuz və əsassız hesab etdiyi üçün həmin əmrin ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi intizam tənbehinin verilməsinə dair işəgötürən tərəfindən verilmiş əmrin ləğvi ilə bağlı olduğundan, həmin münasibətlərə əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Beləliklə, məhkəmə baxışı nəticəsində işin halları kimi müəyyən edilmişdir ki, iddiaçı əmək fəaliyyəti zamanı əmək qanunvericiliyinin tələblərinə riayət etməmişdir. Işəgötürənin iddiaçı barəsində verdiyi ## ###### 2026-cı il tarixli, ** nömrəli əmri ilə əmək qanunvericiliyinin tələbləri pozulmamışdır.
31. Birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış ##.##.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xəzinədar kimi işə qəbul edilmişdir. Işlədiyi dövrdə iddiaçı cavabdeh tibbi müəssisəsinin hərəkətlərindən müxtəlif orqanlara şikayətlər etmiş, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən aparılan yoxlama zamanı iş yerinə gələn vergi əməkdaşı tərəfindən ona verilən suallara cavab verən zaman araşdırma üçün mühüm əhəmiyyət kəsb edən dəlilləri heç bir qanuni əsas olmadan vergi əməkdaşına təqdim etməklə ciddi nöqsana yol vermiş və bu barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b bəndinə əsasən İddiaçı “Şiddətli Töhmət” elan edilmiş, işçinin nəzərinə çatdırılmışdır ki, gələcəkdə belə hallar təkrar baş verdikdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” maddəsinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu vəzifədən azad olunacağı bildirilmişdir. xxxx MMC-də xəzinədar vəzifəsində çalışan İddiaçı Mehman oğlu ##.##.2026-cı il tarixli “Intizam tənbehi( töhmət) verilməsi haqqında“ əmr ilə tanış olması üçün Insan Resursları şöbəsinə gəlməsi bildirilmiş o isə əsaslı səbəb təqdim etmədən gəlməmiş və bu barədə ## ###### 2026-ci il tarixli akt tərtib edilmişdir.
32. Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
33. Iddiaçının birinci instansiya məhkəməsində vermiş olduğu izahatından görünür ki, iddiaçı İddiaçı bildirmişdir ki, cavabdehin qanunsuz əməlləri barədə Dövlət Vergi Xidmətinə müraciət ünvanladıqdan sonra Vergi Xidməti əməkdaşı həmin məsələ ilə bağlı onun şifahi izahatını almaq istədiyini bildirmiş, o isə həmin əməkdaşa qeyd etdiyi qanunsuz əməllərin tarixçəsinin silinməsini əyani olaraq göstərmək üçün xidmət etdiyi şöbədə öz kompüterinə baxış keçirməsini bildirmiş və onlar birlikdə həmin sistemdə olan məlumatlara baxış keçirmişlər.
34. Göründüyü kimi, iddiaçı cavabdehin qanunsuz hesab etdiyi hərəkətləri barəsində aidiyyatı orqana müraciətlər etmiş, vergi orqanın cavabdehin müraciəti ilə əlaqədar iddiaçının şifahi izahatını alması barədə təklifindən sonra iddiaçı xəzinədar kimi istifadəsində olan və peşə fəaliyyəti ilə bağlı məlumatları vergi orqanın əməkdaşına təqdim etmişdir. Halbuki, iddiaçının cavabdehin qanunsuz hesab etdiyi hərəkətləri barədə artıq müraciəti olmuşdur və vergi orqanı iddiaçının müraciətini əsaslı hesab etdiyi halda cavabdehin fəaliyyətinin araşdırılması barədə qərar qəbul etməklə müvafiq araşdırma apara bilərdi. Lakin, iddiaçının özününü izahatından görünür ki, vergi orqanın əməkdaşı yalnız iddiaçının şifahi izahatını almaq üçün müraciət etdiyi və müvafiq araşdırma aparılması barədə heç bir qərar təqdim edilmədiyi halda iddiaçı peşə fəaliyyəti ilə bağlı müəssisənin kompüterində olan məlumatları təqdim etmişdir.
35. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuşdur. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Gəncə Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.