Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-1045/2026 18.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec X1rşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec X1nin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” ## ###### 2025-ci il tarixli, R** nömrəli əmrin ləğv edilməsi, iddiaçı İddiaçı cavabdeh «Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec» X1 Qeydiyyat, Qiymətləndirmə və Monitorinq bölməsinin müdiri vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək müqaviləsinə xitam verildiyi gündən işə bərpa olunacağı günə kimi əmək haqqı hesablanaraq cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi «Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec» X1 tərəfindən iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar qeyd edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin mümkünlük məsələsinə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 363.1.1-1. maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılır. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 361.3. maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.4.1. maddəsinin məzmununa görə apellyasiya və kassasiya şikayətləri verilməsi üçün həmin qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarına əlavə edilmiş apellyasiya şikayətinə birinci instansiya məhkəməsi tərəfindən dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməmişdir. Həmçinin apellyasiya şikayətində “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində “əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçıların dövlət rüsumundan azad olunması” qeyd edilmişdir. Həmçinin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə edildiyi görünsə də, baş vermiş texniki xəta ilə əlaqədar olaraq dövlət rüsumunun ödənilməsi barədə qəbzə baxış keçirmək və iş materiallarına əlavə etmək mümkün olmamışdır. Mülki Prosessual Məcəllənin 363.1.2. maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissəhissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin MPM-nin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, cavabdeh Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qətnamədən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI Cavabdeh Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec tərəfindən Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayətin Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-8)-1045/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-1045/2026
18.08.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver