Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-456/2026 28.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X2 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzildə 1/2 pay müəyyən olunması və açıq hərracda satılması tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*- ***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən * saylı mənzilə dair cavabdehlə onun hər birinin payının ½ hissədə müəyyən edilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan məbləğin ½ hissəsinin ona verilməsini, yaşamaq məqsədi ilə kirayə tutduğu ev üçün 2025-ci ilin yanvar ayından başlayaraq hər aya görə ödədiyi 250,00 manat pulun mənzildən ona verilməli olan ½ hissədə payının pul dəyərində məbləği ona ödənilən günədək olmaqla verilməsini və məcbur olub məhkəmələrə müraciət etməklə bağlı ödədiyi toplam 520,00 manat məbləğində ona dəyən zərərin cavabdeh Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim Aynur Behbudova) iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin tələbləri pozulduğundan, həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qəbul edilmiş qəradad ilə razılaşmır və hesab edir ki, MPM-in 39.1-ci maddəsinə əsasən hazırkı mülki mübahisəyə Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Belə ki, mübahisənin predmeti onun daşınmaz əşyaya (mənzilə) olan mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlıdır. Belə ki, cavabdeh onun mənzilə olan mülkiyyət hüququnu pozaraq, əmlakına qeyri-qanuni sahiblik edir. Cavabdeh ona eyni mənzildə yaşamağa imkan vermir, mənzilə daxil olmağa cəhd etdiyi halda öldürməklə hədə-qorxu gəlir. Ona görə də mənzilə dair pozulmuş hüquqlarının aradan qaldırılması və əmlakına sahibliyinin bərpasının yeganə üsulu həmin əmlakın satılaraq bölüşdürməsindən ibarətdir. Bundan başqa hər iki tərəfin Ağdam rayonundan qaçqın statusu olmaqla, mübahisə predmeti olan mənzilə müvəqqəti qeydiyyatları mövcuddur. Belə olan halda həm tərəflərin müvəqqəti qeydiyyat ünvanı üzrə mübahisənin ərazi aidiyyatı Sumqayıt Şəhər Məhkəməsinə aid olduğuna görə, həm də daşınmaz əşyaya olan mülkiyyət hüququnun pozulmasının qeyd olunan yolla aradan qaldırılması MPM-in 39.1-ci maddəsi əsasında Sumqayıt Şəhər Məhkəməsində müstəsna aidiyyat kimi baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim Aynur Behbudova) şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya qeyd edir ki, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. İddia ərizəsindən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən * saylı mənzilə dair cavabdehlə onun hər birinin payının ½ hissədə müəyyən edilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan məbləğin ½ hissəsinin ona verilməsini, yaşamaq məqsədi ilə kirayə tutduğu ev üçün 2025-ci ilin yanvar ayından başlayaraq hər aya görə ödədiyi 250 manat pulun mənzildən ona verilməli olan ½ hissədə payının pul dəyərində məbləği ona ödənilən günədək olmaqla verilməsini və məcbur olub məhkəmələrə müraciət etməklə bağlı ödədiyi toplam 520,00 manat məbləğində ona dəyən zərərin cavabdeh Cavabdeh tutularaq ona verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Belə olan halda kollegiya hesab edir ki, mövcud tələb üzrə iddia Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatdan görünür ki, tərəflər Ağdam rayonunda qeydiyyatdadırlar. İddia ərizəsinə isə cavabdehin məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmasına dair Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (və ya müvafiq şöbəsi) tərəfindən verilmiş sənədin surəti əlavə edilməmişdir. Şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır... Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin MPM-in 152.1.3-cü maddəsinə əsasən geri qaytarılması barədə gəldiyi nəticə əsaslı olduğundan, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-8)-456/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-456/2026
28.04.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver